Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə17/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
39 
 
belə  xəstələri  daha  tez  aşkar  etməyə  imkan  verdiyindən  müalicə  nəticələrinin 
yaxşılaşdırılmasına xidmət edir.  
Müştərək  İİV-infeksiyalı  vərəmli  xəstələrin  ilkin  vəziyyətini  qiymətləndirərkən 
aşağıdakıları aydınlaşdırmaq lazımdır:  
•Pasiyentdə  opportunistik  infeksiyalar  və  İİV-lə  əlaqəli  xəstəliklər  daxil  olmaqla  İİV-
infeksiyasının gedişinin tarixçəsi;  
• CD4 limfositlərin səviyyəsi və virus yükü;  
•Əvvəllər aparılmış ART barədə məlumat;  
•Əvvəlki  hospitallaşdırma,  sıxlıq  şəraitində  yaşama  və  ya  DDV-li  xəstə  ilə  təsdiq 
edilmiş kontakt barədə məlumatlar;  
•Daha əvvəllər vərəmin kimyəvi terapiyası kursları barədə məlumat.  
Fiziki  müayinələr  immun  supressiya  əlamətlərini  müəyyən  edilməsinə  və  qidalanma 
rejiminin  qiymətləndirilməsinə,  pasiyentin  nevroloji  vəziyyətinin,  AKV  əlamətlərinin  və 
YT-lərin ehtimalını artıra bilən digər yanaşı vəziyyətlərin aşkarlanmasına yönəlməlidir.  
Yanaşı vərəm xəstəliyi olan İİV-ə yoluxmuş şəxslərdə ART  
İİV-ə  yoluxmuş  vərəmli  xəstələrdə  aparılan  ART  İİV-infeksiyasının  proqressivləşməsi 
tempini  zəiflədir  və  xəstələrin  həyatda  qalma  müddətini  uzadır.  Müştərək  infeksiyalı 
xəstələrdə  ART-nin  aparılması  üstünlükləri  olsa  da  ART  həm  vərəmin,  həm  də  İİV-
infeksiyasının müalicəsini dayandırmaq zərurətini doğura bilən YT-lər törədə bilir. Bundan 
irəli  gələrək,  müştərək  vərəm  və  İİV-infeksiyası  olan  xəstələrdə  ART-nin  aparılması  ilə 
əlaqədar  risklərin  və  üstünlüklərin  qiymətləndirilməsinə  əsaslanan  ART-nin  başlanma 
vaxtına  dair  tövsiyələr  verilmişdir.  Müştərək  infeksiyalı  xəstələrdə  CD4  limfositlərin 
sayından asılı  olmadan,  vərəmin müalicəsi  başladıqdan iki həftə sonra, lakin  ilk iki  aydan 
gec olmayaraq ART başlamalıdır. 
Vərəməleyhi  müalicə  fonunda  ART  aparılarkən  xəstələrin  təxminən  1/3-də  immunitetin 
bərpasının  iltihabi  sindromu  (İBİS)  baş  verir.  Bu,  infeksiyaya  daha  güclü  immun  cavab 
reaksiyası qabiliyyətinin bərpa olunması ilə bağlı vərəmli xəstənin vəziyyətinin paradoksal 
pisləşməsidir. Immun cavab iltihabi reaksiyanın canlanması ilə müşayiət edilir ki, bu da öz 
növbəsində xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilir. 
 
ART preparatların kombinasiyası ilə əlaqədar YT 
ART  preparatları  bir  çox  YT-lər  törədir  ki,  bunların  bir  qismi  VƏD-lərin  törətdiyi 
YT-lərlə  oxşardır.  Bu  səbəbdən  YT-ni  hansı  preparatın  törətdiyini  müəyyən  etmək 
mürəkkəbdir. Məhz buna görə YT baş verdikdə, xəstənin qəbul etdiyi müalicəni müvəqqəti 
olaraq dayandırmaq və sonradan sxeminə dərmanları mərhələli olaraq əlavə etmək vacibdir. 
Bu halda YT-nin baş vermə vaxtı ehtimal edilən səbəbi göstərəcəkdir. 
Böyrək çatışmazlığı olan pasiyentlərdə vərəmin müalicəsi  
Bəzi  vərəmli  xəstələrdə  bir  müddət  sonra  böyrəklərin  ifrazat  funksiyasının  pozuntusu 
baş  verə  bilir.  Böyrək  çatışmazlığı  olan  pasiyentlərdə  xüsusən  2-ci  sıra  VƏD-lər  ehtiyatla 
tətbiq  edilməlidir.  Preparatların  dozası  və/və  ya  qəbulu  intervalları  aşağıda  qeyd  edilən 
cədvəldəki tövsiyələrə uyğunlaşdırılmalıdır.  
Kreatinin klirensinin normal göstəriciləri:  
Kişilər: 97 - 137 ml/dəq  
Qadınlar: 88 - 128 ml/dəq 
 
 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
40 
 
Böyrək çatışmazlığı olan vərəmli xəstələrdə VƏD-lərin dozaları 
Preparat  
Qəbulun  dövriliyinin 
dəyişdirilməsi 
Kreatinin  klirensi  <30  ml/dəq  olan  və 
hemodializ  qəbul  edən  pasiyentlərdə 
tövsiyə olunan dozalar və qəbul dövriliyi 
†‡§¶ 
İzoniazid  
Dəyişikliksiz  
300  mq  gündə  bir  dəfə  və  ya  900  mq 
həftədə 3 dəfə 
Rifampisin  
Dəyişikliksiz  
600  mq  gündə  bir  dəfə  və  ya  600  mq 
həftədə 3 dəfə  
Pirazinamid  
Dəyişdirilir 
Həftədə  3  dəfə,  sutkalıq  doza  25-35 
mq/kq  
Etambutol  
Dəyişdirilir 
Həftədə  3  dəfə,  sutkalıq  doza  15-25 
mq/kq  
Levofloksasin 
Dəyişdirilir 
Həftədə  3  dəfə,  sutkalıq  doza  750-1000 
mq  
Moksifloksasin  
Dəyişikliksiz 
400 mq gündə bir dəfə, gündəlik  
Sikloserin 
Dəyişdirilir 
250  mq  gündə  bir  dəfə,  gündəlik  və  ya 
gündə 500 mq, həftədə 3 dəfə 
Etionamid  
Dəyişikliksiz  
Sutkalık doza 250-500 mq, gündəlik  
PAST 
Dəyişikliksiz  
Gündə iki dəfə, hər dəfə 4 q   
Streptomisin   
Dəyişdirilir 
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və 
ya 3 dəfə**  
Kapreomisin  
Dəyişdirilir 
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və 
ya 3 dəfə** 
Kanamisin 
Dəyişdirilir 
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və 
ya 3 dəfə** 
Amikasin   
Dəyişdirilir 
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və 
ya 3 dəfə** 
 
Qeyd:  
†  Bir  çox  VƏD-lərin  bakterisid  effekti  onların  konsentrasiyasından  asılı  olduğundan 
standart  dozaları  tətbiq  etmək  lazımdır.  Dozaların  dəyişdirilməsinə  yalnız  dözülməzlik 
halında yol verilir.  
‡  Preparatları  hemodializ  günü  seansdan  sonra  qəbul  etmək  lazımdır  (bu,  habelə 
preparatların həftədə 3 dəfə birbaşa müşahidə altında qəbulunu asanlaşdırır).  
§  Adekvat  absorbsiyası  izafi  yığılmasız  oması  məqsədilə  preparatın  qan  zərdabında 
konsentrasiyasına  nəzarət  etmək  daha  məqsədəuyğundur.  Bu,  habelə  toksiki  effektlərdən 
qaçılmasına kömək edər.  
¶  Peritoneal  dializ  aparılan  pasiyentlər  barədə  hal-hazırda  məlumatlar  yoxdur.  Belə 
məlumatlar  meydana  çıxana  gədər  hemodializdə  olan  pasiyentlər  üçün  tövsiyə  olunan 
dozalar tətbiq edilir və dozaların adekvatlığı preparatın qan zərdabındakı konsentrasiyasına 
nəzarət edilməklə yoxlanılır. 
**  Ototoksiklik  və  nefrotoksiklik  riski  yüksək  olduğundan  böyrək  funksiyaları  azalmış 
pasiyentlərin müalicəsində inyeksion preparatlar ehtiyatla tətbiq edilməlidir.  
PAST  böyrək  asidozunun  dərinləşməsinə  səbəb  ola  bilər.  Izafi  natrium  yükünə  səbəb 
olduğuna  görə  PAST-ın  natrium  duzunun  tətbiqindən  çəkinmək  lazımdır.  Bunun  əvəzində 
tərkibində  natrium  duzu  olmayan  dərman  formalarından  (məsələn,  Jacobus  PASER  ®) 
istifadə etməklə natriumun toplanması təhlükəsini azaltmaq olar.  
Levofloksasinə  və  ofloksasinə  nisbətən  siprofloksasin  böyrəklərlə  daha  az  dərəcədə 
çıxarıldıqdan  xroniki  böyrək  çatışmazlığı  olan  pasiyentlərdə  onun  tətbiqi  daha  məqsədə 
uyğundur.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə