Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
37
YT qeydiyyatı xəstənin müalicə kartasında və elektron məlumat bazasında aparılır.
VƏD qəbul edən pasiyentlərin müayinəsinin tövsiyə olunan dövriliyi və məzmunu.
Həkimin baxışı
Başlanğıcda və bəlğəmin neqativləşməsinə gədər ən azı ayda 2
dəfə, sonradan ayda 1dəfə
Tibbi işçilərin skrininqi
Preparatın nəzarət altında hər qəbulu zamanı
Müayinə
Dövrliyi
Açıqlama
Kaliumun və kreatinin
plazmada səviyyəsi
Başlanğıcda bütün xəstələrə.
Böyrək xəstəliyi riski olmayan
xəstələrdə:
inyeksion preparatın
tətbiqi dövründə hər ay. Şəkərli
diabetli, İİV-ə yoluxmuş, böyrək
çatışmazlığı olan, 50-dən yuxarı
yaşlı və digər yüksək riskli
pasiyentlərdə – müalicənin 1-ci
ayında həftədə 1 dəfə, sonradan ayda
1 dəfədən az olmadan.
Kreatinin
səviyyəsi
yüksəlmiş olduqda doza
korreksiya edilməlidir;
Bundan sonra kreatinin
səviyyəsi
stabilləşənə
gədər
hər
həftə
yoxlanmalıdır.
Hemoqlobin
və
leykositlər
Linezolid qəbulu zamanı 1-ci ayda
hər həftə, sonradan hər ay və ya
simptomlara əsasən zərurət olduqda.
AZT ilə ART qəbul edən İİV-ə
yoluxmuş şəxslərdə əvvəlcə ayda 1
dəfə, sonradan simptomlara əsasən
zərurət olduqda.
Tireotrop
hormonun
(ТТH) səviyyəsi
Etionamid,
protionamid,
PAST
qəbulu zamanı hər 6 aydan bir,
hipotireozu müəyyən etmək üçün
ayda bir dəfə baxış. Qalxanvari
vəzinin hormonlarının ölçülməsinə
ehtiyac yoxdur.
50
yaşdan
yuxarı
pasiyentlərdə
ilkin
müayinə zamanı təyin
etmək lazımdır.
Qaraciyərin
funksiyalarının
göstəriciləri
Əgər xəstə hepatotoksik preparatlar
(H, R, Z, Eth) qəbul edirsı, hər 1-3
aydan
bir,
əgər hepatit riski
yüksəkdirsə və ya İİV-infeksiyası
mövcuddursa – ayda 1 dəfə.
Qanın
plazmasının
qlükozası
Qatifloksasin qəbulu zamanı hər
həftə
Pasiyenti
hipo-
və
hiperqlikemiya
əlamətlərini aşkar etməyi
aşılamaq
Vərəmli xəstələrin kimyəvə terapiyası zamanı baş verən YT-lərin profilaktikası və müalicəsi
YT-lərin profilaktikasının prinsipləri
YT-lərin profilaktikasının əsasında dərmanların dozaları, qəbul qaydaları, habelə tam
dəyərli qidalanma daxil olmaqla tövsiyə olunan kimyəvi terapiya rejimlərinə riayət olunması
durur. YT-lərin erkən profilaktikasında və diaqnostikasında müalicənin birbaşa müşahidə
altında aparılması əhəmiyyət kəsb edir, çünki bu halda pasiyentlə gündəlik sıx əlaqə qurulur.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
38
YT-lər baş verdiyi zaman xəstələrin idarəolunması
YT-lərin baş verməsinə şübhə yarandıqda:
-Müşahidə olunan simptomun pasiyentin qəbul etdiyi VƏD-ə xarakterik olub-
olmamasını təyin etmək;
- Pasiyentin preparatların dozalarını düzgün qəbul etdiyini yoxlamaq;
- YT-nin nə dərəcədə ciddi oduğunu qiymətləndirmək;
- Tibbi kartada YT-nin qeydiyyatını aparmaq lazımdır.
Bir çox YT-lər üçün onların ağırlığının dozadan asılılığı xarakterikdir. Ona görə də YT
törədən preparatın dozasının azaldılması və ya qəbulunun dayandırılması YT-nin aradan
qaldırılması üçün standart yanaşmadır. Bir sıra YT-lər preparatın qəbulunu dayandırılması
zamanı itirlər və həmin preparatın qəbuluna yenidən başlanması YT simptomlarına ciddi
nəzarət etməklə mümkündür. Adətən bu prepatratın kiçik dozalardan qəbuluna başlayaraq
bir neçə gün ərzində tövsiyə olunan dozaya çatdırılır.
Digər preparatlar onların qəbulu dayandırıldıqdan sonra da itməyən davamlı YT-lər
törədirlər (streptomisinlə müalicə zamanı eşitmə sinirinin nevriti). Müvafiq olaraq bu
preparatla müalicənin davam etdirilməsi YT-nin güclənməsinə gətirib çıxaracaqdır.
VƏD-lərlə müalicə zamanı yüngül, məsələn mədə-bağırsaq traktı tərəfindən zəif ifadəli
simptomlar və ya yerli reaksiyalar kimi YT-lər müəyyən edildikdə VƏD-lə müalicəyə fasilə
verilmir, əlavə dərmanlar istifadə olunur və ya qidalanma üzrə tövsiyələr verilir. YT törədən
preparatın dozasının azaldılması və ya qəbulun dayandırılması vərəmin müalicəsi üçün
arzuedilməzdir. VƏD-in effektiv terapevtik dozadan aşağı dozada tətbiq edilməsi
yolverilməzdir. Bir sıra hallarda preparatın sutkalıq dozasının hissələrə bölünmüş halda
tətbiqi ilə YT-lərin ifadəliliyini azaltmaq olur.
VƏD-lər qəbul edən xəstələr nəinki YT-lərlə, eləcə də mürəkkəb ailə münasibətləri,
izolyasiya, iş yerlərində çətinliklər daxil olmaqla çoxsaylı həyati problemlərlə qarşılaşırlar.
YT-lərin bir qismi bu psixo-sosial problemlərlə sıx əlaqəli ola bilir. Xəstələr müalicə iştirakı
olan tibbi və digər heyət və öz yaxınları tərəfindən dəstəyə ehtiyac duyurlar. Bu dəstək hətta
YT-lər olsa belə effektiv müalicənin davam etdirilməsi üçün həlledici rol oynayır.
YT-lərin aradan qaldırılması zamanı istifadə edilən preparatların siyahısı üçün bax:
Əlavə 8.
Xəstələrin ayrı-ayrı kateqoriyalarında vərəmin müalicəsinin YT-ləri
Müştərək vərəm və İİV-infeksiyasının müalicəsi
Yanaşı gedən İİV-infeksiyası zamanı vərəmin müalicəsi kəskin olaraq mürəkkəbləşir.
Hətta adekvat müalicə qəbul edildiyi halda belə xəstələr arasında ölüm göstəricisi yüksək
olaraq qalır. İİV-ə yoluxmuş şəxslərdə vərəmin diaqnostikası və müalicəsi kifayət qədər
mürəkkəbdir.
İİV-ə yoluxmuş şəxslər arasında DDV ilə xəstələnmə daha yüksəkdir. İİV-ə yoluxmuş
şəxslərdə daha toksiki olan 2-ci sıra VƏD-lərin tətbiqi YT-lərin terapiyası problemini
çətinləşdirir. İİV-ə yoluxmuş DDV-li xəstələrin müalicəsi DHT nəticələrinə və İİV-
infeksiyasının bilavasitə müşahidə altında müalicə təcrübəsi olan şəxslər tərəfindən üçdən az
olmayaraq preparatlarla ART-nin aparılmasına əsaslanır. İİV-ə yoluxmuş vərəmli xəstələrdə
VƏD-lərin fəsadları daha tez-tez müşahidə edilir və daha ağır keçir. Belə çoxkomponentli
müalicənin mürəkkəbliyi səbəbindən dərman preparatlarının qarşılıqlı təsirinə və
kumulyativ toksikliyinə daimi nəzarət edilməlidir.
Müştərək vərəm və İİV-infeksiyalı xəstələrin ilkin vəziyyətinin qiymətləndirilməsi
Vərəm diaqnozu olan bütün İİV-ə yoluxmuş şəxslərdə bəlğəmin bakterioloji müayinəsi
və DHT aparılması mütləqdir. DDV-ni təyin edən sürətli diaqnostik üsulları İİV-ə yoluxmuş
Dostları ilə paylaş: |