Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə12/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
27 
 
3)
 
Sidik-cinsiyyət yollarının təkrarlanan infeksiyaları; 
4)
 
Piuriya. 
Abdominal 
1)
 
Qarında ağrılar və köp; 
2)
 
Qarında gərginlik; 
3)
 
Assit. 
Yayılmış 
 
1)
 
Kliniki simptomlar: ümumi əhvalın pisləşməsi, qızdırma 
(yüksək hərarətlə), tənəffüs pozuntuları; 
2)
 
Digər orqanların cəlb olunması zamanı: plevral mayenin 
sızması, 
həzm 
problemləri, 
hepatosplenomeqaliya, 
meningeal əlamətlər, perikardit və poliserozitlər. 
Fiziki müayinə 
Xəstənin  boyu  və  bədən  çəkisi  ölçülür  və  BKİ  təyin  edilir,  hansı  ki,  normada  19-dan 
24.9-a  kimi  olmalıdır.  Vərəmli  xəstənin  fiziki  müayinəsinin  hər  hansı  spesifikliyi  yoxdur. 
Adətən diaqnozun təyin edilməsinə az hallarda nə isə əlavə edir.  
Diaqnostik materialın bakterioloji müayinəsi 
Vərəm  diaqnozunun  klassik  mikrobioloji  təyini  dörd  mərhələdə  aparılan  müayinələrə 
əsaslanır:  
Bəlğəmin birbaşa mikroskopiyası  
Bəlğəmin  mikroskopiyası  vərəmin  diaqnostikası  mərhələsində  və  dərmanlara  həssas 
(DH)  və  dərmanlara  davamlı  (DD)  formalar  daxil  olmaqla  vərəmin  bütün  formalarının 
müalicəsinin monitorinqi prosesində aparılır.  
Daqnostika mərhələsində üç ardıcıl gün ərzində üç bəlğəm nümunəsi əldə edilir. Birinci 
nümunə  birbaşa  mikroskopiya,  ikinci  nümunə  Xpert  TB/RIF  sistemində  müayinə,  üçüncü 
nümunə birbaşa mikroskopiya və sonrakı əkmə müayinəsi üçün nəzərdə tutulur.  
Müalicənin monitorinqi zamanı pasiyentlər iki ardıcıl gün ərzində iki bəlğəm nümunəsi 
verirlər.  Dərmanlara  həssas  vərəm  (DHV)  xəstələrin  müalicəsinin  monitorinqi  zamanı 
bəlğəm müayinəsi aşağıdakı sxemdə göstərilir: 
Müalicə 
kateqoriyası 
İntensiv faza 
Davamedici faza 
1-ci Kateqoriya  
Müalicənin 
2-ci 
ayının 
sonunda 
Müalicənin  4-cü  və  6-cı  aylarının 
sonunda 
2-ci Kateqoriya 
Müalicənin 
2-ci 
ayının 
sonunda* 
Müalicənin  5-ci  və  8-ci  aylarının 
sonunda 
* - nəticələr İntensiv Fazanın sonunda nəzərə alınır  
DDV pasiyentlərin müalicəsinin monitorinqi zamanı bəlğəm yaxmasının mikroskopiyası 
İntensiv Faza dövründə hər ay, Davamedici Faza dövründə isə hər iki aydan bir aparılır.  
Qidalı mühitlərə əkmə 
ÜST  tövsiyələrinə  əsasən,  VM-nin  qidalı  mühitlərdə  əkməklə  çoxaldılması  diaqnozun 
təyin edilməsi üçün qızıl standart hesab edilir. Çünki bu üsul bioloji materialda az miqdarda 
olduğu  hallarda  belə  VM-nin  aşkar  edilməsinə  imkan  verir.  Bu  üsul  vərəmin 
aşkarlanmasında, diaqnozun təyin edilməsində və müalicənin monitorinqində tətbiq edilir.  
Vərəmin aşkarlanması üçün:  

 
İT-lərdə  daxil  olma  skrininqi  zamanı:  Bəlğəm  nümunəsinin  mikroskopiya  üzrə 
neqativ  nəticəsi  olduqda,  ikinci  dəfə  bəlğəm  nümunəsi  əldə  edilir  və  duru  qidalı 
mühitdə (MGIT) əkilir. 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
28 
 

 
Kütləvi  skrininq  zamanı:  Bir  dəfə  götürülmüş  bəlğəm  nümunəsi  duru  qidalı 
mühitdə (MGIT) əkilir.  
Vərəmin  diaqnostikası  üçün:  İMM-nin  qəbul  şöbəsində  götürülmüş  üçüncü  bəlğəm 
nümunəsi  bərk  qidalı  mühitdə  (LY)  əkilir.  Qəbul  şöbəsində  götürülmüş  birinci  bəlğəm 
nümunəsi yaxma-mikroskopiya üzrə neqativ olduğu halda material, habelə, bərk (LY)/duru 
(MGİT) qidalı mühitdə əkilir.  
Vərəmin müalicəsinin monitorinqi üçün: 

 
DHV:  

 
Müalicənin 2-ci ayının sonunda götürülmüş bəlğəm nümunəsi duru (MGIT) 
və / və ya bərk (LY) qidalı mühitdə əkilir. 

 
1-ci Kateqoriya müalicə zamanı 4-cü ayın sonunda, 2-ci Kateqoriya müalicə 
zamanı  5-ci  ayın  sonunda  əldə  edilmiş  bəlğəm  nümunəsi  bərk  (LY)  qidalı 
mühitdə əkilir. 

 
DDV:  İntensiv Faza dövründə hər ay, Davamedici Faza dövründə hər iki aydan bir 
əldə edilmiş bəlğəm nümunəsi bərk (LY) qidalı mühitdə əkilir. 
Dərmanlara həssaslıq testi 
DHT  pasiyentə  adekvat  müalicə  təyin  edilməsi  və  tətbiq  edilən  sxemdə  vaxtında 
dəyişiklik  edilməsi  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Odur  ki,  vərəmin  diaqnozu  təyin 
edildikdən sonra mümkün gədər qısa müddətdə DHT aparılması çox vacibdir. Sürətli DHT 
qoyulması  üçün  molekulyar  müayinə  üsullarından  (LPA,  Xpert  TB/RIF)  istifadə  olunur. 
Lakin, hətta molekulyar müayinə üsulları aparılsa da, bərk və / və ya duru qidalı mühitlərdə 
DHT  aparılması  zəruridir,  çünki  yalnız  bu  halda  dərmanlara  həssaslığın  tam  və  əhatəli 
mənzərəsi əldə edilə bilir.  
Dərmanlara həssaslıığın formasından asılı olmayaraq (DHV və ya DDV) əgər pasiyent 
əkmə nəticələrinə əsasən pozitiv qalmaqda davam edirsə, 1-ci və 2-ci sıra VƏD-lərə DHT 
qoyulması zəruridir. Təkrar DHT üç aydan tez olmamaqla aparılır.  
DHT həm bərk, həm də duru qidalı mühitlərdə aparılır. 
Molekulyar müayinə üsulları 
Molekulyar müayinə üsulları müayinə olunan materialda VM üçün spesifik DNT və 
RNT  fraqmentlərini  təcrid  və  müəyyən  edilməsinə  əsaslanır.  Eyni  zamanda  VƏD-lərə 
həssaslığın  olub-olmaması  təyin edilir.  Bu üsullara  Xpert TB/RIF  və  LPA  sınaqları  aiddir. 
Xpert TB/RIF faktiki olaraq təkcə rifampisin preparatına qoyulmuş DHT-dir. Xpert TB/RIF 
üsulu üzrə rifampisinə davamlılığın aşkar edilməsi 94% hallarda izoniazidə də davamlılığın 
mövcud olduğunu ehtimal etməyə əsas verir. 
LPA sınağı bütün 1-ci sıra VƏD-lərə həssaslığı yoxlamağa imkan verir. 
Vərəmin aşkarlanması üçün:  

 
İİV-infeksiyası  olduqda  /  hər  hansı  “ağciyər”  simptomları  olduqda  /  istənilən 
penitensiar  müəssisəyə  vərəm  ehtimal  edilən  şəxslər  daxil  olduqda:  bəlğəm 
nümunəsi molekulyar üsulla yoxlanılır (Xpert TB/RIF). 
Vərəmin diaqnostikası üçün:  

 
İMM-nin  qəbul  şöbəsində  götürülmüş  birinci  bəlğəm  nümunəsi  yaxmanın 
mikroskopiyası üzrə pozitivdirsə LPA sınağı qoyulması üçün istifadə olunur. Qəbul 
şöbəsində götürülmüş ikinci bəlğəm nümunəsi Xpert TB/RIF üzrə molekulyar üsulla 
yoxlanılır. 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə