Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
22 
 
Keyfiyyətə nəzarət: daxili və xarici 
Mikroskopiyanın xarici keyfiyyət nəzarətini MİL həyata keçirir. Xətalara ən çox həssas 
müayinə  üsulu  olan  DHT-lərin  xarici  keyfiyyət  yoxlanması  və  onların  ÜST  standartlarına 
uyğun aparılması Almaniya, Borstel AMİL-i tərəfindən ildə bir dəfə olmaqla həyata keçirir. 
Keyfiyyətə  daxili  nəzarət  ML-nin  müdirinin  nəzarəti  altında  və  laborator  prosedurların 
hər mərhələsinin qiymətləndirilməsi ilə aparılır.  
Şüa müayinələrinin keyfiyyətinə nəzarət habelə daxili və xarici olmaqla bölünür. Daxili 
– ƏN rentgenoloqları tərəfindən ikili təsadüfi seçmə üsulu ilə, xarici Elmi Tədqiqat Ağciyər 
Xəstəlikləri İnstitutu (ETAXİ) ilə qarşılıqlı aparılır. 
 
  
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
23 
 
Fəsil  4:  Müayinə  nəticəsində  əldə  edilmiş  nəticələrin  qiymətləndirilməsi  və  vərəmin 
diaqnozunun təyin edilməsi 
Vərəmin diaqnozunun təyin edilməsi zamanı iki əsas sənədə istinad olunur: 
1.
 
Diaqnozun  kliniki  tərtibi  üçün  Xəstəliklərin  Beynəlxalq  Təsnifatı,  10-cu  baxış 
(XBT-10) 
2.
 
ÜST tərəfindən 2013-cü ildə yenidən baxılmış Vərəmin Epidemioloji Təsnifatı. 
Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış (XBT-10) əsasında kliniki diaqnozun tərtib 
edilməsi 
Sinif I: BƏZİ YOLUXUCU VƏ PARAZİTAR XƏSTƏLİKLƏR (A00-B99) 
Vərəm (A15-A19) 
Daxil  edilib:  Mycobacterium  tuberculosis  və  Mycobacterium  bovis  tərəfindən  törədilmiş 
infeksiyalar 
İstisnadır: 

 
anadangəlmə vərəm (P37.0) 

 
vərəm ilə əlaqəli pnevmokonioz (J65) 

 
silikozlu-vərəm (J65) 

 
vərəmin nəticələri (B90.-) 
Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq olunmuş vərəmi (A15) 
A15.0 Bakterioskopik təsdiq olunmuş, kultural (əkmə üsulu üzrə) bitmə vermiş və ya 
bitmə  verməmiş  ağciyər  vərəmi:  Bakterioskopik  təsdiq  olunmuş,  kultural  (əkmə  üsulu 
üzrə)  bitmə  vermiş  və  ya  bitmə  verməmiş  vərəmli:  bronxoektaziya  /  ağciyər  fibrozu  / 
pnevmoniya / pnevmotoraks. 
A15.1  Yalnız  kultural  (əkmə  üsulu  üzrə)  bitmə  ilə  təsdiq  olunmuş  ağciyər  vərəmi: 
A15.0 bəndinə sadalanan, yalnız kultural bitmə ilə təsdiq olunmuş hallar.  
A15.2 Histoloji təsdiq olunmuş ağciyər vərəmi 
A15.0 bəndinə sadalanan, histoloji təsdiq olunmuş hallar.  
A15.3 Dəqiqləşdirilməmiş üsullarla təsdiq olunmuş vərəm 
A15.0 bəndinə sadalanan təsdiq olunmuş, lakin təsdiqinin bakterioloji və ya histoloji olması 
dəqiqləşdirilməmiş hallar.  
A15.4 Bakterioloji və histoloji təsdiq olunmuş döş qəfəsi daxili limfa vəzilərinin vərəmi 
Kök  ətrafı  /  divararalığı  traxeobronxeal  limfa  vəzilərinin  bakterioloji  və  histoloji  təsdiq 
olunmuş vərəmi. İstisnadır: əgər birincili kimi dəqiqləşdirilibsə (A15.7)  
A15.5  Qırtlağın,  traxeyanın  və  bronxların  bakterioloji  və  histoloji  təsdiq  olunmuş 
vərəmi 
Bronxların  /  qırtlağın  /  traxeyanın  /  səs  aparatının  bakterioloji  və  histoloji  təsdiq  olunmuş 
vərəmi. 
A15.6 Bakterioloji və histoloji təsdiq olunmuş vərəm plevriti 
Bakterioloji  və  histoloji  təsdiq  olunmuş  plevra  vərəmi  /  vərəm  empieması.  İstisnadır: 
Tənəffüs orqanlarının birincili vərəmi zamanı bakterioloji və histoloji təsdiq olunmuş vərəm 
plevriti (A15.7). 
A15.7 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq olunmuş birincili vərəmi 
A15.8 Digər tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq olunmuş vərəmi 
Divararalığı  limfa  vəzilərinin  /  burun-udlağın  /  burunun  /  ətraf  ciblərin  bakterioloji  və 
histoloji təsdiq olunmuş vərəmi. 
A15.9  Tənəffüs  orqanlarının dəqiqləşdirilməmiş  lokalizasiyalı  bakterioloji  və  histoloji 
təsdiq olunmuş vərəmi 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
24 
 
Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq olunmayan vərəmi (A16) 
A16.0 Bakterioloji və histoloji nəticələri mənfi olan ağciyər vərəmi 
Bakterioloji  və  histoloji  nəticələri  mənfi  olan  vərəmli:  bronxoektaziya  /  ağciyər  fibrozu  / 
pnevmoniya / pnevmotoraks. 
A16.1 Bakterioloji və histoloji müayinələri aparılmamış ağciyər vərəmi  
A16.0 bəndində sadalanan bakterioloji və histoloji müayinələri aparılmamış ağciyər vərəmi  
A16.2 Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən ağciyər vərəmi  
Bakterioloji  və  histoloji  təsdiqi  barədə  deyilməyən,  başqa  cür  qeyd  edilməyən  ağciyər 
vərəmi. Vərəmli: bronxoektaziya / pnevmoniya / pnevmotoraks / ağciyər fibrozu.  
A16.3  Döş  qəfəsi  daxili  limfa  vəzilərinin  bakterioloji  və  ya  histoloji  təsdiqi  barədə 
deyilməyən vərəm 
Kökətrafı / divararalığı / traxeobronxeal limfa vəzilərinin bakterioloji və ya histoloji təsdiqi 
barədə  deyilməyən  vərəmi.  İstisnadır:  döş  qəfəsi  daxili  limfa  vəzilərinin  birincili  kimi 
dəqiqləşdirilmiş vərəmi (A16.7)  
A16.4  Qırtlağın,  traxeyanın  və  bronxların  bakterioloji  və  histoloji  təsdiqi  barədə 
deyilməyən vərəm. 
Bronxların  /  qırtlağın  /  traxeyanın  /  səs  aparatının  bakterioloji  və  histoloji  təsdiqi  barədə 
deyilməyən vərəmi. 
A16.5 Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəm pevriti. 
Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən plevranın vərəmi / vərəm plevriti / vərəm 
empieması.  İstisnadır:  tənəffüs  orqanlarının  birincili  vərəmi  nəticəsində  vərəm  plevriti 
(A16.7)  
A16.7  Tənəffüs  orqanlarının  bakterioloji  və  histoloji  təsdiqi  barədə  deyilməyən 
birincili vərəmi  
Birincili: başqa cür qeyd edilməyən vərəmi / vərəm kompleksi  
A16.8 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəmi 
Divararalığı  limfa  vəzilərinin  /  burunun  /  burun-udlağın  /  ətraf  ciblərin  bakterioloji  və 
histoloji təsdiqi barədə deyilməyən vərəmi. 
A16.9  Tənəffüs  orqanlarının  bakterioloji  və  histoloji  təsdiqi  barədə  deyilməyən 
dəqiqləşdirilməmiş lokalizasiyalı vərəm 
Tənəffüs orqanlarının başqa cür qeyd edilməyən vərəmi.  
Sinir sisteminin vərəmi (A17+) 
A17.0+ Vərəm meningiti (G01*) 
Baş beyin / onurğa beyini qişalarının vərəmi / vərəm leptomeningiti  
A17.1+ Meningeal tuberkuloma (G07*) 
Beyin qişalarının tuberkuloması  
A17.8+ Sinir sisteminin digər lokalizasiyalı vərəmi 
Baş beyinin tuberkuloması (G07*)/ Onurğa beyininin vərəmi (G07*0) / Baş beyinin vərəm 
absesi  (G07*)/  vərəm  meninqoensefaliti  (G05.0*)/  vərəm  mieliti  (G05.*)/  vərəm 
polinevropatiyası (G63.0*)  
A17.9+ Sinir sisteminin dəqiqləşdirilməmiş vərəmi (G99.8*) 
Digər orqanların vərəmi (A18) 
A18.0+ Sümüklərin və oynaqların vərəmi 
Bud-çanaq  oynağının  (M01.1*)  /  diz  oynağının  (M01.1*)  /  onurğanın  (M49.0*)  vərəmi. 
Vərəm: artriti (M01.1*) / mastoiditi (H75.0*) / sümük nekrozu (M90.0*) / osteiti (M90.0*) / 
osteomieliti (M90.0*) / sinoviti (M68.0*) / tenosinoviti (M68.0*)  
A18.1+ Sidik-cinsiyyət orqanlarının vərəmi 
Sidik kisəsinin (N33.0*) / balalıq boynunun (N74.0*) / böyrəklərin (N29.1*) / kişi cinsiyyət 
orqanların (N51.*) / sidik kanalının (N29.1*) vərəmi. Qadınlarda kiçik  çanaq orqanlarının 
və toxumalarının vərəm iltihabı (N74.1*)  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə