Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə6/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   2   3   4   5   6   7   8   9   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
13 
 
Fəsil 2. Vərəm hallarının aşkarlanması 
Vərəmin aşkarlanması üzrə başlıca yanaşmalar 
Yoluxucu  vərəm  hallarının  erkən  aşkarlanması  və  sonrakı  müalicəsi  infeksiyanın 
ötürülməsini,  xəstələnmə  və  ölüm  göstəricilərini,  çoxsaylı  və  geniş  dərmanlara  davamlılıq 
daxil olmaqla dərmanlara davamlı vərəmin (DDV) baş verməsi riskini əhəmiyyətli dərəcədə 
azaldır. Aşkarlanma digər məhbusların, işçi heyətin, ziyarətçilərin və bütövlükdə cəmiyyətin 
yoluxması üçün mənbə olan yoluxucu vərəm hallarına (yaxmanın mikroskopiyası / əkmə / 
Xpert  TB/RIF  üzrə  pozitiv  hallar)  istiqamətlənməlidir.  Diaqnostikanın  əlçatanlığını 
yaxşılaşdırmaq, adekvat müalicənin başlanması vaxtını qısaltmaq üçün vərəm hallarının fəal 
olaraq aşkarlanması tədbirləri və müraciət əsasında aşkarlanma müştərək aparılmalıdır.   
Vərəm  başlıca olaraq  aerogen  yol ilə  ötürülən infeksiya  olduğundan və  yoluxma mənbəyi 
əsasən ağciyər vərəmli xəstə olduğundan, analiz üçün əsas bioloji material bəlğəmdir. Bəlğəm 
yaxmasının  mikroskopiyası  yoluxucu  halların  müəyyən  edilməsi  üçün  əsas  üsul  (sadəliyi  və 
ucuz  başa  gəlməsi  baxımından)  olduğundan,  onun  rolu  böyükdür.  Müasir  müayinə  metodları 
tədricən bəlğəm yaxmasının mikroskopiyasını molekulyar diaqnostika üsulları (Xpert TB/RIF) 
ilə əvəz etməyə imkan verir. Qeyd edilən üsul Azərbaycan PS-də uğurla tətbiq olunmaqdadır və 
hazırki sənəddə öz əksini tapıb.  
Şəxsdə vərəm mikobakteriyasının (VM) aşkar edilməsi vərəm xəstəliyinin olduğunu təsdiq 
edir.  Aşkar  edilmiş  bütün  vərəm  halları  son  diaqnozun  və  adekvat  müalicənin  təyin  edilməsi 
üçün birinci həftə ərzində mütləq qaydada İMM-yə köçürülür.  
Bəlğəmin toplanması qaydaları üçün bax: Əlavə 2. 
Vərəmin aşkarlanmasının strategiyaları 
Azərbaycanın PS-də vərəmin aşkarlanması məqsədi ilə bir neçə strategiya tətbiq edilir: 

 
Daxil olanların vərəmə görə skrininqi;  

 
Kütləvi skrininq; 

 
Müraciət əsasında vərəm hallarının aşkarlanması. 
 
Daxil  olanların vərəmə görə skrininqi: bu tibbi skrininq penitensiar müəssisəyə yeni 
daxil olan hər bir məhbusun vərəmə görə məqsədli müayinəsidir. Məhbusun bir penitensiar 
müəssisədən  digərinə  hər-hansı  köçürülməsi  sorğu  üsulu  ilə  hissəvi  skrininqin  keçirilməsi 
ilə müşayiət olunur.  
Yeni daxil olmuş məhbuslar, onlarda vərəmin olması istisna edilənə gədər, digər məhbuslara 
qarışmamalıdır.  Bu  müayinə,  karantində  saxlanma  dövrünün  ilk  üç  günü  ərzində  keçirilir. 
Skrininqdən  keçən  bütün  şəxslər  qeydiyyat  kitabında  qeydə  alınır.  Qeydiyyat  kitabının 
nümunəsi üçün bax: Əlavə 3. 
Bu  skrininq  forması  vərəmin  mənbələrinin  yenilənməsinin  və  artmasının  qarşısını  alır, 
beləliklə məhbuslar arasında yeni vərəmə yoluxma hallarının sayı azalır.  
Kütləvi  skrininq  CM-lərin  populyasiyası  arasında  vərəm  hallarının  aşkarlanmasına 
xidmət edir. Bu halda bütün məhbuslar illik əsasda vərəmə görə müayinə olunur.  
Müraciət  əsasında  vərəm  hallarının  aşkarlanması  respirator  xəstəliklərə  uyğun 
şikayətləri olan məhbusların müraciətlərinə əsasən müayinələrin keçirilməsidir.  
 Vərəmin aşkarlanması üzrə  yuxarıda qeyd edilən strategiyalar bir-birini tamamlayır və 
onların  ayrılıqda  tətbiqi  PS-də  vərəm  hallarının  adekvat  aşkarlanmasına  effektiv  təsir 
göstərə bilməz.    
İT-lərə daxil olanların skrininqi 
İT-lərə  yeni  daxil  olan  bütün  şəxslər  ilk  üç  gün  ərzində  tibbi  baxışdan  və  döş  qəfəsi 
orqanlarının rəqəmsal rentgenoqrafiyasından keçirilməklə vərəmə görə müayinə olunur. İT-
də  tibbi  baxış  zamanı  skrininq  keçirən  həkim  vərəmə  görə  standart  suallar  verir,  fizikal 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
14 
 
müayinə  aparır,  kliniki  simptomları  qiymətləndirir  və  vərəm  ehtimal  olunan  şəxslərin 
qeydiyyatını  aparır.  Tibbi  kitabçada  keçirilən  müayinələrin  nəticələri  əks  etdirilir,  buraya 
həmçinin rəqəmsal rentgenoqrafiyanın çap edilmiş təsviri  bərkidilir.  
Sonrakı  dövrdə  döş  qəfəsi  orqanlarının  flüoroqrafiyası  /  rentgenoqrafiyası  aşağıdakı 
hallarda təkrarlanır: 

 
Şəxs İT-də uzun müddət saxlanılırsa, hər 6 aydan bir

 
İT-dən CM-yə köçürüldüyü zaman (əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox 
vaxt keçibsə); 

 
Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə 
imkan verən əlamətlər mövcud olduqda (əgər sonuncu flüoroqrafiyadan 3 aydan 
çox vaxt keçibsə). 
Vərəm  ehtimal  edilən  məhbuslar  vərəmin  istisna  edildiyi  vaxta  gədər  ayrıca 
kameralarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan yaxmanın mikroskopiyası 
/  Xpert TB/RIF  müayinəsi  üçün  bir  dəfə bəlğəm götürülür.  Mikroskopiya /  Xpert TB/RIF 
üzrə pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.  
Bəlğəm  nümunəsinin  yaxmanın  mikroskopiyası  üzrə  neqativ  nəticəsi  əldə  edildikdə, 
duru  qidalı  mühitə  (MGİT)  əkilmək  üçün  məhbusdan  ikinci  dəfə  bəlğəm  nümunəsi 
götürülür. MGİT-də əkmə nəticəsi pozitiv olduğu halda məhbus habelə İMM-yə köçürülür. 
Xpert TB/RIF  /  MGİT-də əkmə neqativ olduqda  ağciyər  vərəmi  (AV)  istisna edilir və 
PAL strategiyası icra edilir.   
Aşağıda  İT-lərdə  məhbuslar  arasında  vərəmi  istisna  etmək  üçün  tibbi  heyətinin 
fəaliyyətinin alqoritmi göstərilir: 
 
Qeyd  edilən  skrininq  nəticəsində  vərəmin  əlamətləri  müəyyən  edilməyən  İİV-neqativ 
şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir. 
İMM-yə  etap  edilənə  gədər  məhbusların  bakterioloji  statuslarına  müvafiq 
bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Yaxmanın mikroskopiyası / Xpert 
TB/RIF müayinəsi üzrə pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF 
ilə  Rifampisinə  davamlılıq  təyin  olunanlar  isə  “DDV”  kimi  işarələnmiş  palatalarda  / 
kameralarda  saxlanılır.  Aşkar  edilmiş  pozitiv  və  DDV  hallar  İMM-yə  etap  edilənə  gədər 
digər məhbuslarla epidemioloji kontakta girməməlidirlər. 
CM-lərə daxil olanların skrininqi  
Skrininq  CM-yə  yeni  daxil  olan  hər  bir  məhbusa  ilk  üç  gün  ərzində  keçirilir.  Hər  yeni 
daxil  olan  şəxs  üçün  vərəmə  görə  sorğu  vərəqi  doldurulur.  Sorğu  vərəqindəki  suallara 
vərəmə uyğun  əlamətlər, vərəm tarixçəsi  və  Bədən Kütləsi  İndeksinin (BKİ) hesablanması 
aiddir.  
Sorğu / Fiziki 
müayinə 
/Rentgen 
Vərəm ehtimal 
edilir 
Yaxmanın 
mikroskopiyası/ 
Xpert TB RIF 
Pozitiv nəticə 
İMM-yə etap 
Yaxmanın 
mikroskopiyası üzrə 
neqativ nəticə 
MGIT-də əkmə 
AV istisna edilir / 
PAL strategiyası 
Xpert TB RIF üzrə 
neqativ  
Vərəmin əlamətləri 
yoxdur / PAL 
strategiyası 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə