Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə14/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
32 
 
1. Xəstəliyin anatomik lokalizasiyasına əsaslanan təsnifat. 
1.1.  Ağciyər  vərəmi  (AV)  –  ağciyər  parenximasını  və  ya  traxeobronxial  ağacı  zədələyən, 
bakterioloji  təsdiq  olunmuş  və  ya  kliniki  olaraq  təyin  edilmiş  istənilən  vərəm  halı. 
Miliar  vərəm,  xəstəliyin  bu  formasında  ağciyərlərdə  boşluqlar  yarandığından  ağciyər 
vərəmi halı kimi təsnif edilir. 
1.2.  Ağciyərlərdən  kənar  vərəm  (AKV)  –  plevra,  limfa  vəziləri,  qarın  boşluğu,  sidik-
cinsiyyət  traktı,  dəri,  oynaqlar  və  sümüklər,  beyin  qişaları  kimi  ağciyərlərdən  fərqli 
orqanları  zədələyən,  bakterioloji  təsdiq  olunmuş  və  ya  kliniki  olaraq  təyin  edilmiş 
istənilən  vərəm  halı.  Rentgenoloji  olaraq  ağciyərlərdə  patologiya  müəyyən  edilmədən 
döş qəfəsi  daxili  limfa vəzilərinin vərəmi və  ya  vərəmli  plevral  maye  yığılması  AKV 
halı hesab edilir.  
Eyni  zamanda  AV  və  AKV  müəyyən  edilən  xəstə  AV  halı  kimi  təsnif  edilir.  AV  və  AKV 
diaqnostikasının xüsusiyyətləri üçün bax: Əlavə 6. 
2. Əvvəlki müalicə tarixçəsinə əsaslanan təsnifat. 
 
2.1. Yeni  xəstə  –  vərəmə  görə  əvvəllər  heç  vaxt  müalicə  olunmamış  və  ya  1  aydan  az 
müddətdə vərəməleyhi dərman preparatları qəbul etmiş xəstə. 
2.2. Əvvəllər  müalicə  olunmuş  xəstə  –  vərəməleyhi  preparatlarla  əvvəllər  1  ay  və  daha 
artıq müddətdə müalicə qəbul etmiş xəstə. 
2.2.1.
 
Xəstəliyin  residivi  –  əvvəllər  müalicə  olunmuş  və  son  müalicə  kursunun 
sonunda sağalıb və ya müalicə başa çatıb elan edilmiş, indiki halda təkrar vərəm 
epizodu  kimi  diaqnozlaşdırılan  xəstələr  (bu,  əsil  residiv  və  ya  reinfeksiya 
nəticəsində yeni vərəm epizodu ola bilər).  
2.2.2.
 
Uğursuz terapiya kursundan sonra müalicəyə cəlb olunan – əvvəllər müalicə 
olunmuş  və  son  müalicə  kursunun  sonunda  uğursuz  müalicə  elan  edilmiş 
xəstələr. 
2.2.3.
 
 Sonrakı  həkim  müşahidəsi  üçün  itirilmiş  olduqdan  sonra  müalicəyə  cəlb 
olunan  –  əvvəllər  müalicə  olunmuş  və  son  müalicə  kursu  sonrakı  həkim 
müşahidəsi üçün itirilmiş elan edilmiş xəstələr.  
2.2.4.
 
Digər əvvəllər müalicə olunmuş xəstələr – əvvəllər vərəmdən müalicə olunmuş 
və son müalicə kursunun nəticəsi naməlum olan və ya sənədlə təsdiq edilməyən 
xəstələr. 
Vərəmə  görə  naməlum  əvvəlki  müalicə  tarixçəsi  olan  xəstələr  yuxarıda  qeyd  edilən 
kateqoriyalara aid edilmir. 
“Ilk  dəfə  aşkar  edilmiş  vərəm  halları”nın  və  “vərəmin  residivi  halları”nın  cəmi  “yeni 
vərəm halları”nı təşkil edir. 
3. Dərmanlara davamlılığa əsaslanan təsnifat 
3.1. Monodavamlılıq (MD) – 1-ci sıra dərmanlardan yalnız birinə davamlılıq;  
3.2. Polidavamlılıq (PD) – birdən artıq sayda 1-ci sıra dərmanlara davamlılıq (izoniazidə və 
rifampisinə birgə davamlılıqdan fərqli); 
3.3. Çoxsaylı  dərmanlara  davamlılıq  (ÇDD)  –  ən  azı  izoniazidə  və  rifampisinə  birgə 
davamlılıq; 
3.4. Geniş dərmanlara davamlılıq (GDD) – çoxsaylı dərmanlara davamlılığa əlavə olaraq 
hər-hansı  flüorxinolona  və  2-ci  sıra  inyeksion  preparatlardan  (Cm,  Km  və  ya  Ami)  ən 
azı birinə davamlılıq; 
3.5. Rifampisinə  davamlılıq  –  fenotipik  və  ya  genotipik  metodların  tətbiqi  ilə  müəyyən 
edilmiş, digər vərəməleyhi preparatlara davamlılığın olduğu və ya olmadığı rifampisinə 
davamlılıq. Buraya MD, PD, ÇDD və ya GDD olmasından asılı olmayaraq rifampisinə 
hər-hansı davamlılıq aiddir.  


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
33 
 
4. İİV-statusuna əsaslanan təsnifat. 
4.1. İİV-pozitiv  vərəmli  xəstələr  –  bakterioloji  təsdiq  olunmuş  və  ya  kliniki  olaraq  təyin 
edilmiş elə vərəmli xəstələrdir ki, onlarda İİV-ə görə testin pozitiv nəticəsi sənədli təsdiq 
olunmuşdur  (məsələn,  xəstənin  İİV-ə  görə  müalicədə  olduğu  antiretrovirus  terapiyaya 
(ART)  başlamazdan  əvvəl  və  ya  sonra  qeydiyyat  jurnalına  daxil  edildiyi  ilə  sənədli 
təsdiq edilmişdirsə) və ya vərəm diaqnozu təyin edilən zamanı İİV-ə görə testin nəticəsi 
pozitivdir.  
4.2. İİV-neqativ  vərəmli  xəstələr  –  bakterioloji  təsdiq  olunmuş  və  ya  kliniki  olaraq  təyin 
edilmiş  elə  vərəmli  xəstələrdir  ki,  onlarda  vərəm  diaqnozu  təyin  edilən  zamanı  İİV-ə 
görə testin neqativ nəticəsi sənədli təsdiq olunmuşdur. 
4.3. İİV  statusu  naməlum  olan  vərəmli  xəstələrdə  –  İİV-ə  görə  testin  sənədli  təsdiq 
olunmuş  nəticəsi  yoxdur.  Əgər  sonradan  İİV-ə  görə  testin  nəticəsi  müəyyənləşirsə, 
bundan asılı olaraq xəstə təkrarən təsnif edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
34 
 
 
Fəsil 5: Vərəməleyhi dərmanlar. Vərəmin müalicəsi. VƏD tətbiqi zamanı meydana 
çıxan yan təsirlərin idarə olunması. 
VƏD 
Hal-hazırda  Azərbaycan  Respublikasında  vərəmin  müalicəsində  10-dan  çox  müxtəlif 
dərman  vasitələrinin  tətbiqinə  icazə  vardır:  HİNT
 
törəmələri,  ansamisinlər,  pirazinamid, 
etambutol, aminoqlikozidlər, polipeptidlər, flüorxinolonlar, tiamidlər, sikloserin, PAST. Bir 
sıra preparatlar Azərbaycanda qeydiyyatdan keçirilmədiyi və vərəmin müalicəsi üçün tətbiq 
edilmədiyi  üçün  qeyd  edilməyib.  Bu  preparatların  qeydiyyat  və  idxal  məsələləri  həll 
edildikdən sonra onların müalicə sxemlərində tətbiqinə baxılacaqdır.  

 
1-ci sıra VƏD-lər (əsas qrup 
dərman vasitələri


 
İzoniazid  
 
 
 
 
 
 
 (H) 

 
Ansamisinlər (rifampisin, rifabutin, 
rifapentin
)       (R,Rfb, Rfp) 

 
Etambutol 
 
 
 
 
 
  
 (E) 

 
Pirazinamid 
 
 
 
 
 
 
 (Z) 

 
Streptomisin   
 
 
 
 
 
 (S) 

 
2-ci sıra VƏD-lər (ehtiyat qrup 
dərman vasitələri


 
İnyeksion dərman vasitələri 
o
 
Aminoqlikozidlər (kanamisin, amikasin) 
  (Km, Am) 
o
 
Polipeptidlər (kapreomisin)    
 
          (Cm) 

 
Flüorxinolonlar 
( oflo-, levo-, moksi-, sparfloksasin)     (Ofx, Lfx, Mfx, Sfx) 

 
Tiamidlər (etionamid, protionamid)   
               (Eto, Pto) 

 
Sikloserin   
 
 
 
 
 
            (Cs) 

 
PAST   
  
 
 
 
 
           (Pas) 
 
VƏD vərəmli xəstələrdə müxtəlif basil populyasiyalarına təsir göstərir: 

 
Daimi və sürətlə bölünən metabolik aktiv basillər; 

 
Ləng-bölünən basillər; 

 
Toxumalarda çox ləng və epizodik bölünən mürgülü və ya persistə edən basillər. 
VƏD-lərin  təsnifatında  ikinci  yanaşma  prinsipi  onların  təsir  mexanizmidir.  Prinsipial 
olaraq  bir  neçə  hədəf  mövcuddur  ki,  dərmanların  bakterisid,  yaxud  bakteriostatik  təsiri 
onlara  istiqamətləndirilə  bilər:  hüceyrə  qişasının  komponentləri,  hüceyrədaxili  tərkib 
strukturları (məsələn, ribosomlar, yaxud sitoplazma) və VM irsi aparatı. 

 
Mikobakteriyaların hüceyrə divarının tərkib komponentlərinin sintezini pozan 
dərman vasitələri  

 
Mikol turşuların sintezini pozan: 

 
Izoniazid 

 
Etionamid 

 
Arabinoqalaktanın sintezini pozan: 

 
etambutol 

 
Peptidoqlikanların sintezini pozan: 

 
sikloserin 

 
Mikobakteriyaların  hüceyrədaxili  tərkib  komponentlərinə  təsir  edən  dərman 
vasitələri:  

 
Ribosomlara təsir edən: 

 
inyeksion  dərman  vasitələri  (kanamisin,  amikasin,  kapreomisin, 
streptomisin)  

 
xromosomlara (
DNT-asılı RNT-polimeraza)
 təsir edən 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə