Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə15/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
35 
 

 
rifampisinlər (rifampisin, rifabutin, rifampentin)  

 
xromosomlar (DNT-qiraza) 

 
flüorxinolonlar (sipro-, oflo-, levo-, moksi-, sparfloksasin) 

 
Fol turşusu sintezinin və Fe2+ absorbsiyasının pozulması  

 
PAST  

 
Sitoplazmanın kimyəvi xüsusiyyətlərinin dəyişməsi  

 
pirazinamid 
Yan təsirlərin diaqnostikası 
Vərəmin  müalicəsi  zamanı  YT-lərin  əksəriyyəti  asanlılıqla  müəyyən  edilir.  Onların 
ümumi təsnifatı aşağıda göstərilir. 
VƏD əsas YT təsnifatı 
1.  Hepatotoksik reaksiyalar  
a. Medikamentoz hepatit  
b. Qaraciyər sınaqlarının simptomsuz yüksəlməsi 
2.  Nefrotoksik reaksiyalar  
a. Proteinuriya 
b. Kreatinin səviyyəsinin artması 
3.  Ototoksik və vestibulyar reaksiyalar 
a. Eşitmə qabiliyyətinin azalması 
b. Qulaqlarda küy 
c. Başgicəllənmə və tarazlığın pozulması 
4.  Mədə-bağırsaq pozuntuları  
a. Öyümə / qusma 
b. İshal 
c. Qarında ağrılar 
d. Qarında köp 
5.  Elektrolit pozuntuları 
a. Hipo- kali-, -maqnezi-, natri-, kalsiemiya  
6.  Endokrin pozuntuları 
a. Hipotireoz  
b. Mastopatiya 
7.  Neyrotoksik reaksiyalar (mərkəzi sinir sistemi) 
a. Həyəcanlı vəziyyətlər 
b.Psixoz  
c. Depressiya  
d. Epilepsiyaya bənzər tutma 
8.  Neyrotoksik (periferik sinir sistemi)  
a. Periferik gıcolmalar  
b. Periferik neyropatiyalar 
9. Allergik / dəri reaksiyaları  
a. Səpgi 
b. Dəri qaşınması  
c. Dərinin laylanması 
10. Dayaq-hərəkət sistemi tərəfindən fəsadlar 
a. Əzələlərdə ağrılar 
b. Oynaq ağrıları 
Ağırlıq dərəcəsinə görə YT bölünür: 

 
Geridönən (ağır olmayan), əlavə müdaxilə tələb etməyən; 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
36 
 

 
Geridönən  (orta  ağırlıqlı),  aradan  qaldırılması  üçün  “səbəbkar”  preparatın  qəbulunu 
müvəqqəti dayandırılması, dozasının azaldılması, qəbul tezliyinin dəyişdirilməsi tələb 
olunan ; 

 
Geridönməz (ağır), aradan qaldırılması üçün “səbəbkar” preparatın qəbulunun tam və 
birdəfəlik dayandırılması tələb olunan.  
Bir  çox  hallarda  VƏD  qəbul  edən  əksər  xəstələrdə  YT  müşahidə  olunur:  orta  ağırlıqlı 
YT  xəstələrin  1/3-də,  ağır  YT  isə  1-2%-də.  Digər  dərmanlar  kimi  VƏD-lər  daha  çox 
hallarda  mədə-bağırsaq  traktının  (MBT),  qaraciyərin,  dərinin  və  sümük-əzələ  sistemin 
pozuntularını  törədir.  MBT-nin  zədələnməsi  adətən  səbəbkar  preparat  sxemdən 
çıxarıldıqdan sonra tezliklə keçir. Mərkəzi sinir sisteminin, eşitmənin və vestibulyar aparatın 
pozuntuları, psixi reaksiyalar daha dayanıqlıdır və bəzən preparatın tətbiqi dayandırıldıqdan 
sonra uzun müddət saxlanılır.  
Bir  sıra  preparatlar  müəyyən  şəraitdə  və  ya  kombinasiyada  tətbiq  edildikdə  xarakterik 
YT törədir: 
-  rifampisin  –  fasilələrlə  aparılan  müalicə  kursu  və  bunların  arasında  böyük  intervallar 
olduqda; 
-  pirazinamid  –  1-ci  sıra  VƏD  arasında  ən  toksikidir,  30  mq/kq/gündən  artıq  dozada 
qəbul edildikdə. 
Ayrı-ayrı  preparatların  xarakterik  YT-ləri  onların  tətbiqinə  xüsusi  məhdudiyyətlər 
yaradır: 
-  İzoniazid,  etionamid,  protionamid  qəbul  edən  şəkərli  diabet,  qaraciyər  xəstəlikləri, 
alkoqolizm  və  psixi  xəstəliyi  olan  pasiyentlərdə  qaraciyərin  və  sinir  sisteminin 
zədələnmələri kimi YT-ni aşkar etmək üçün vəziyyətlərinə ciddi nəzarət olmalıdır; 
-  Teratogen  effekti  olduğundan  hamilə  qadınlara  etionamidin  və  protionamidin  qəbulu 
əks-göstərişdir; 
- Laborator heyvanlar üzərində eksperimentlər zamanı sıçanların embrionlarında sümük 
və  qığırdaq  toxumasının  pozuntuları  yaratdığı  barədə  məlumatlar  əldə  edildiyindən  hamilə 
qadınlarda və uşaqlarda flüorxinolonların tətbiqinə məhdudiyyətlər vardır; 
- Kanamisin, amikasin, kapreomisin, viomisin kimi streptomisin də hamilə qadınlara və 
«miasteniya qravis» olan xəstələrə ehtiyatla təyin edilir; 
-  Görmə  qabiliyyətinin  pozuntuları  çətin  müəyyən  edildiyindən  kiçik  yaşlı  uşaqlarda 
etambutolun tətbiqi üçün məhdud göstərişlər vardır; 
- Epilepsiya, psixi xəstəliklər və alkoqolizm zamanı sikloserin, terizidon, PAST ehtiyatla 
təyin edilir; 
-  Tioasetazonla  müalicə  zamanı  İİV-ə  yoluxmuş  xəstələrdə  ağır  eksfoliativ  dermatit  baş 
verməsi  onun  belə  xəstələrdə  tətbiqi  üçün  əks-göstərişdir.  Hər  VƏD  üçün  YT  barədə 
təfsilatlı məlumat üçün bax: Əlavə 7. 
Xəstələrin əksəriyyəti onlarda YT baş verdiyi barədə müstəqil olaraq məlumat verirlər. 
Bununla belə bəziləri bir sıra əlamətləri əhəmiyyətli hesab etməyərək və ya onların özbaşına 
keçib  gedəcəyini  güman  edərək  və  ya  onları  əsas  xəstəliklə  müqayisədə  ciddi  qəbul 
etməyərək onlar barəsində məlumat verməkdən çəkinə bilərlər. Xəstələrdə müxtəlif YT-lər 
müşahidə  oluna  bilər  ki,  onlar  da  bəziləri  barədə  məlumat  verə,  digərlərini  yaddan  çıxara 
bilərlər.  Buna  görə  də:  1)  xəstələrdən  yaranmış  simptomları,  xüsusən  yeni  qeyd  edilən 
“keyfsizlik”  əlamətlərini öyrənmək, 2) dövrü olaraq sidiyin  və qanın  laborator analizlərini 
aparmaq  lazımdır.  Müalicə  prosesinin  bütün  iştirakçıları  pasiyentlərlə  iş  zamanı  hər  əlaqə 
imkanını YT-ni aşkar etmək üçün istifadə etməlidir.  
Müalicəyə başlamazdan əvvəl hər bir pasiyent mümkün YT-lər, onların diaqnostikası və 
aradan qaldırılması vasitələri barədə müfəssəl məlumatlandırılmalıdır.  
Bu  və  ya  digər  VƏD  nəticəsində  baş  vermiş  YT  aradan  qaldırmaq  üçün  preparatın 
qəbulu yalnız həkim konsiliumunun qərarı ilə tam dayandırıla bilər.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə