Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə13/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
29 
 
 
  
Şüa diaqnostikası 
Bütün  digər  müayinə  üsulları  kompleksindən  ayrılıqda  döş  qəfəsi  orqanlarının 
rentgenoskopiyası  və  rentgenoqrafiyası  vərəmin  diaqnostikası  üçün  etibarlı  deyil,  çünki 
ağciyərlərin bir çox digər xəstələikləri bənzər rentgenoloji patologiya əlamətləri ilə təzahür 
edə  bilir.  Müvafiq  olaraq  bütün  bunlar  bakterioloji  müayinələrlə  (bəlğəm  yaxmasının 
mikroskopiyası, əkmə və s.) təsdiq edilməlidir. Buna baxmayaraq, şüa diaqnostikası üsulları 
vərəm  prosesinin  lokalizasiyasının, kliniki formasının, xəstəliyin  yayılma dərəcəsinin təyin 
edilməsində, habelə müalicənin monitorinqində əhəmiyyətlidir.  
Flüoroqrafiya  və  rentgenoqrafiya  vərəmin  aşkarlanmasında  səmərəli  olaraq  qalır. 
Nəzərə alaraq ki, rentgenoloji müayinə zamanı qəbul edilən orta şüalanma dozası 12 mkZv 
təşkil  edir,  illik  kumulyativ  dozanın  36  mkZV  həddini  üstələməsi  arzuedilməzdir.  Kliniki 
zərurət  olduqda  konsiliumun  və  ya  müalicə  həkiminin  qərarı  ilə  bu  hədd  aşıla  bilər.  DDV 
pasiyentlərin  müalicəsinin  monitorinqi  zamanı  illik  kumulyativ  şüalanma  dozasının 
aşılmasına yol verilir. 
 Rəqəmsal flüoroqrafiya aparılır:  

 
CM-lərdə kütləvi skrininq zamanı (ildə bir dəfədən az olmamaqla);  

 
İT-lərdə: 
o
 
daxil olma zamanı;  
o
 
saxlandığı dövrdə hər 6 aydan bir; 
o
 
İT-dən  CM-yə  köçürüldüyü  zaman  (əgər  sonuncu  flüoroqrafiyadan  3  aydan 
çox vaxt keçibsə); 
o
 
Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə 
imkan  verən  əlamətlər  mövcud  olduqda,  əgər  sonuncu  flüoroqrafiyadan  3 
aydan çox vaxt keçibsə. 
Rəqəmsal flüoroqrafiya müayinəsi zamanı orta şüalanma dozası təxminən 4 mkZv təşkil 
edir. 
Rentgenoqrafiya müalicə müəssisələrinə (MM və İMM) daxil olma zamanı aparılır. Təkrar 
rentgenoqrafiya müalicənin monitorinqi dövründə hər 3 aydan bir aparılır.  
 
 
 
 
 
Bəlğəm 
Birinci nümunə:  
mikroskopiya 
Pozitiv 
LPA  sınağı 
Neqativ 
Əkmə  (bərk / 
duru qidalı 
mühit) 
İkinci nümunə: 
Xpert TB RIF 
Üçüncü 
nümunə: 
mikroskopiya və 
əkmə 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
30 
 
İİV-ə yoluxmuş şəxslərdə vərəmin təzahürlərinin xüsusiyyətləri  
Təzahürlər 
Erkən mərhələ 
(>200 CD4/mm3) 
Gecikmiş mərhələ 
( <200 CD4/mm3) 
Kliniki  
AV 
Çox zaman AKV 
Radioloji 
Ağciyərlərin 
yuxarı 
paylarının cəlb olunması 
Dağılma 
boşluqlarının 
olması 
İnterstisiyanın cəlb olunması 
Səpələnmiş xəstəlik 
Limfadenopatiya, plevritlər 
Dağılma 
boşluqlarının 
olmaması 
Bakterioloji 
Adətən  bəlğəm  yaxmanın 
mikroskopiyası 
üzrə 
pozitiv nəticə 
Adətən 
bəlğəm 
yaxmanın 
mikroskopiyası  üzrə  neqativ 
nəticə 
Bəğəm yaxmasının mikroskopiyası üzrə neqativ nəticəli xəstələrin müayinə alqoritmi  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Konsiliumun rolu 
Vərəmin diaqnozunun təyin edilməsi məsuliyyətli və kifayət gədər mürəkkəb məsələdir. 
Bu,  xəstənin  müayinəsi  üzrə  toplanmış  materialları  kompleks  şəkildə  qiymətləndirən 
həkimlərin  və  dəvət  edilmiş  mütəxəssislərin  konsiliumu  tərəfindən  həyata  keçirilir. 
Konsiliumun qarşısında aşağıdakı məsələlər durur:  

 
Kliniki diaqnozun təyin edilməsi

 
Vərəm halının qeydiyyatı və müvafiq təsnifatı; 

 
Dərmanlara  davamlılığa,  xəstəlik  kateqoriyasına,  xəstəliyin  formasına  və  ağırlıq 
kateqoriyasına müvafiq olaraq müalicənin təyin edilməsi

 
Müalicənin  rejiminin,  müddətinin,  sxeminin  və  təyin  edilən  preparatların 
dəyişdirilməsi; 
Vərəmin rentgenoloji əlamətləri / Xpert 
TB/RIF (-) 
Ən azı 1 həftə ərzində geniş təsir 
spektrli antibiotiklərin tətbiqi 
Xpert TB/RIF üzrə və 
rentgenoloji ağciyərlərin təkrar 
müayinəsi 
Xpert TB/RIF
 
(+) 
Xpert TB/RIF (-)/ 
rentgenoloji 
dinamiki 
yaxşılaşma yoxdur 
Xpert TB/RIF (-) 
/rentgenoloji 
dinamiki 
yaxşılaşma var 
Vərəmə görə müalicəyə başlamaq
 
 
Vərəm inkar edilir  


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
31 
 

 
Müalicənin nəticələrinin qiymətləndirilməsi. 
Beləliklə,  müalicəyə  qəbul,  müalicə  kursunun  təyin  edilməsi  və  dəyişdirilməsi, 
müalicənin başa çatdırılması və İMM-dən yazılma barədə qərarlar xəstə barədə göstəricilər 
nəzərə alınmaqla kolleqial olaraq qəbul edilir.  
Konsiliumun tərkibinə daxildir: 

 
PSVNP-nin koordinatoru, konsiliumun sədri; 

 
İMM-nin baş həkimi, həkim-ftiziatr 

 
MVNP-nin təmsilçisi, həkim-ftiziatr; 

 
2 həkim-ftiziatr; 

 
Bakterioloji və kliniki laboratoriyanın müdiri; 

 
Həkim-rentgenoloq. 
Xəstəni  konsiliuma  təqdim  edən  müalicə  həkimi  xəstəlik  tarixi,  müalicə  kartaları, 
bakterioloji  müayinə  nəticələri  (mikroskopiya,  əkmə,  molekulyar  üsullar),  DHT 
göstəriciləri,  rentgenoloji  diaqnostika,  kliniki  və  biokimyəvi  laborator  analizlər  daxil 
olmaqla, xəstə barədə əldə olan məlumatları hazırlamalıdır.  
Beləliklə,  hər  bir  pasiyent  müalicəyə  cəlb  olunduqda,  İntensiv  Fazadan  Davamedici 
Fazaya keçirildikdə və müalicə başa çatdıqda, yəni ən azı üç dəfə konsiliuma təqdim edilir.  
Konsilium  DHV  və  DDV  hallarını  ayrı-ayrı  iclaslarda  müzakirə  edir.  Zərurət  olduqda 
konsiliuma profil üzrə mütəxəssislər dəvət edilir. Konsilium iclasları həftədə ən azı iki dəfə 
keçirilir.  Ən  mürəkkəb  kliniki  halları  müzakirə  etmək  üçün  konsiliumun  qlobal  virtual 
konsiliumlar şəbəkəsinə qoşulması planlaşdırılır. 
Vərəm hallarının təsnifatı 
Laborator analizləri, rentgenoloji diaqnostikanın obyektiv nəticələri, eləcədə xəstəlik və 
həyat anamnezi üzrə toplanmış subyektiv məlumatlar vərəm hallarıınn epidemioloji təsnifatı 
üçün istifadə edilir. 
Vərəm halları bölünür: 

 
Bakterioloji  təsdiq  olunmuş  vərəm  halı  –  bioloji  material  nümunəsinin  yaxmanın 
mikroskopiyası,  əkmə  və  ya  cəld  diaqnostika  vasitələri  (Xpert  MTB/RİF  kimi)  ilə 
müayinə nəticəsi pozitiv olan hal; 

 
Diaqnozu  kliniki  olaraq  təyin  edilmiş  vərəm  halı  –  bakterioloji  təsdiq  olunma 
meyarlarına cavab verməyən, lakin klinisist-həkim və ya digər həkim tərəfindən fəal 
vərəm  diaqnozu  təyin  edilmiş  və  xəstəyə  vərəmə  görə  tam  müalicə  kursunun  təyinat 
verilməsi barədə qərar qəbul edilmiş haldır. Bu tərif rentgenoloji müayinə nəticəsində 
aşkar edilmiş patologiyaların mövcud olmasına və  ya xəstəliyə dəlalət  edən histoloji 
müayinə  nəticələrinə  əsasən  diaqnozu  qoyulmuş  halları,  habelə  laborator  təsdiqi 
olmayan  AKV  hallarını  ehtiva  edir.  Əgər  kliniki  olaraq  təyin  edilmiş  hallarda 
sonradan  (müalicəyə  başlanmazdan  əvvəl  və  ya  sonra)  bakterioloji  müayinə  zamanı 
pozitiv  nəticə  müəyyən  edilərsə,  bunlar  bakterioloji  təsdiq  olunmuş  xəstələr 
kateqoriyasına keçirilir.  
 
Istər  bakterioloji  təsdiq  olunmuş  vərəm  halı,  istərsə  də  diaqnozu  kliniki  olaraq  təyin 
edilmiş vərəm halı: 
1.
 
xəstəliyin anatomik lokalizasiyasına görə...  
2.
 
əvvəlki müalicə tarixçəsinə görə...  
3.
 
dərmanlara davamlılığa görə...  
4.
 
İİV statusuna görə təsnif olunur.  
 
 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə