Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə11/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
25 
 
A18.2 Periferik vərəm limfadenopatiyası 
Vərəm  adeniti.  İstisnadır:  döş  qəfəsi  daxili  limfa  vəzilərinin  vərəmi  (A15.4,  A16.3), 
müsariqə  və  retroperitoneal  limfa  vəzilərinin  vərəmi  (A18.3),  vərəm  traxeobronxial 
adenopatiyası (A15.4, A16.3)  
A18.3 Bağırsaqların, peritonun və müsariqə limfa vəzilərinin vərəmi 
Arxa  keçəcəyin  və  düz  bağırsağın  (K93.0*)  /  yoğun  və  nazik  bağırsağın  (K93.0*)  / 
retroperitoneal  (limfa  vəzilərinin)  vərəmi.  Vərəm:  assiti  /  enteriti  (K93.0*)  /  peritoniti 
(K67.3*)  
A18.4 Dəri və dərialtı toxumanın vərəmi 
İndurativ  eritema,  vərəm  qurdeşənəyi:  xoralı  /  adi  /  göz  qapağının  /  başqa  cür  qeyd 
edilməyən  (H03.1*)  /  skrofuloderma.  İstisnadır:  qırmızı  qurdeşənəyi  (L93.-)  /  sistem 
qurdeşənəyi (M32.-). 
A18.5 Gözün vərəmi 
Vərəm:  xorioretiniti  (H32.0*)  /  episkleriti  (H19.0*)  /  interstesial  keratiti  (H19.2*)  / 
iridosikliti  (H22.0*)  /  keratokonyuktiviti (interstisial) (fliktenuloz) (H19.2*)  İstisnadır:  göz 
qapağının adi qurdeşənəyi (A18.4)  
A18.6 Qulağın vərəmi 
Vərəm orta otiti (H67.0*) İstisnadır: vərəm mastoiditi (A18.0)  
A18.7 Böyrəküstü vəzilərinin vərəmi (E35.1*) 
Vərəm mənşəli Addison xəstəliyi  
A18.8 Digər dəqiqləşdirilmiş orqanların vərəmi 
Perikardın (I32.0*) / endokardın (I39.8*) / miokardın (I41.0*) / qida borusunun (K23.0*) / 
qalxanvari vəzinin (E35.0*) vərəmi / beyin damarlarının vərəm arteriiti (I68.1*). 
Miliar vərəm (A19) 
Daxildir:  

 
disseminə olunmuş vərəm 

 
generalizə olunmuş vərəm poliseroziti 
A19.0 Bir dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm 
A19.1 Çoxsaylı dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm 
A19.2 Dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin miliar vərəm 
A19.8 Miliar vərəmin digər formaları 
A19.9 Dəqiqləşdirilmiş lokalizasiyalı miliar vərəm  
İMM-nin qəbul şöbəsində diaqnozun təyin edilməsi 
İMM-nin qəbul şöbəsi kliniki diaqnozun vaxtında təyin edilməsində / təsdiq edilməsində 
/  inkar  edilməsində,  müvafiq  müalicənin  təyin  olunmasında,  saxlanma  rejiminə  və 
yoluxuculuq  qabiliyyətinə  görə  xəstələrin  bölüşdürülməsində  başlıca  rol  oynayır. 
Penitensiar müəssisələrdən etap edilmiş bütün məhbuslar bu şöbədə qəbul olunurlar. Qəbul 
şöbəsinə  daxil  olanların  yerləşdirilməsi  vərəmin  aşkarlanması  üzrə  tədbirlər  nəticəsində 
qabaqcadan  əldə  edilmiş  nəticələrə  əsasən  həyata  keçirilir.  Beləliklə,  infeksiyaya  nəzarət 
prinsipləri məhbus İMM-yə daxil olan vaxtdan tətbiq edilir. Daxil olduqdan sonra ilk üç gün 
ərzində xəstə bəlğəm analizi (mikroskopiya, əkmə və molekulyar təhqiqatlar) daxil olmaqla 
bütün  analizləri  verir,  rentgenoloji  müayinədən  keçir.  Zərurət  olduqda  qəbul  şöbəsində 
digər,  əlavə  instrumental  müayinələr  (EKQ,  USM,  bronxoskopiya  və  s.)  aparılır.  Xəstənin 
müayinə  standartlarına  habelə  qanın  (ümumi  və  biokimyəvi)  analizi  daxildir.  Aparılmış 
analizlərə və müayinələrə əsasən həkimlərin konsiliumu məhbusa müvafiq müalicənin təyin 
edilməsi  /  qəbul  şöbəsində  müşahidənin  davam  etdirilməsi  /  onun  geriyə  göndərilməsi 
barədə qərar qəbul edir.  
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
26 
 
Vərəmin diaqnozu aşağıdakılara əsaslanır: 

 
Tibbi tarixçə (simptomlar, həyat anamnezi, xəstəlik anamnezi və s.); 

 
Fiziki müayinə; 

 
Diaqnostik materialın bakterioloji və / və ya histoloji müayinəsi; 

 
Şüa müayinələrin nəticəsi;  

 
Xpert TB/RIF, DHT və digər molekulyar sınaqların və testlərin nəticəsi. 
Tibbi tarixçə 
Simptomlar 
Ümumi 
1) Qızdırma;  
2) Çəkinin itirilməsi; 
3) Ümumi zəiflik; 
4) İştahanın itirilməsi. 
Ağciyər 
1) Əvvəllərdə sporadik və quru, sonradan daimi və bəlğəmli 
öskürək; 
2) Tezləşmiş tənəffüs;  
3) Qanhayxırma; 
4) Təngnəfəslik;  
5) Sinədə ağrı. 
Plevral 
1) Nəfəs  alma /  nəfəs vermə  zamanı sinədə  ağrı  (plevranın 
sürtünməsi); 
2) Təngnəfəslik; 
3) Adətən birtərəfli maye sızması. 
Limfatik 
(AKV üçün xarakterdir) 
1) Adətən boyun limfa vəzilərinin ağrısız böyüməsi; 
2)  Bir  və  ya  bir  neçə  vəzilərin  qrupunun  adenopatiyası: 
əvvəllərdə vəzilər  çox da böyük olmur,  bərkdir,  ağrısızdır. 
Sonradan  ölçüləri  böyüyür,  hərəkətli  olur  və  xaricə 
deşilərək  xroniki  fistulaya  çevrilir.  Bir  neçə  aydan  sonra 
dəridə yerində tünd qırmızı çapıq qalır.  
Mərkəzi sinir sistemi 
1) Başağrıları, psixi vəziyyətin dəyişməsi, öyümə, qusma;  
2)  Ənsə  əzələlərinin  spesifik  reqidliyi  ilə  meningeal 
simptomlar; 
3)  Gözün  hərəki  sinirinin  çəpgözlüyə  və  /  və  ya  ptoza 
gətirib  çıxaran  iflici.  Bəzən  qıcolma  tutmaları  müşahidə 
edilir. 
Sümüklər və oynaqlar 
Onurğanın 
və 
iri 
oynaqların  (bud-çanaq  və 
diz) 
zədələnməsi 
xarakterikdir. 
1)  Oynaqlarda  tədricən  yaranan  ağrı,  şişkinlik  və 
kontraktura; 
2)  Onurğanın  boyun  şöbəsi  cəlb  olunduqda  boyunda  və 
çiyinlərdə  ağrılar.  Bu,  boyundakı  əzələlərin  tonusunun 
artmasına,  döş-körpücük-məməvari  əzələnin  arxasında 
soyuq 
absesin 
yaranmasına 
və 
proqressivləşən 
tetrapleqiyaya səbəb olan nevroloji əlamətlərə gətirib çıxara 
bilər;  
3)  Beldə,  onurğa  nahiyyəsində  ağrılar,  bəzi  hallarda 
onurğanın  dorsal  şöbəsinin  cəlb  olunması  əlaməti  olaraq 
donqarlıq  şəklində  kifozun  yaranması.  Bu,  öz  növbəsində 
onurğa  beyininin  sıxılması  və  paraplegiya  baş  verməsi 
riskini artırır.  
Sidik-cinsiyyət 
1)
 
Birtərəfli ağrılar; 
2)
 
Hematuriya; 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə