Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə9/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
20 
 
Penitensiar  sistemin  laborator  xidmətində  duru  və  bərk  qidalı  mühitlərə  əkmə  aparılır. 
Əkmə  üçün  istifadə  edilən  qidalı  mühitdən  asılı  olaraq  mikobakteriyaların  artıb 
çoxalmasının surəti fərqlənir. Belə ki, bərk, yəni Levenşteyn-Yensen (LY) mühitində bitmə 
21 – 56-cı günlərdə baş verir.  
BACTEC/MGIT duru qidalı mühit  tətbiq edildikdə  bitmə 4  –  42-ci  günlərdə  baş  verir 
və bərk qidalı mühitlə müqayisədə aşkarlanma səviyyəsi 10% daha yüksək olur. 
DDV-nin bərk qidalı mühitdə diaqnostikası və DHT 
 
DDV-nin diaqnostikası 9 – 12 həftə çəkir. 
DDV-nin duru qidalı mühitdə diaqnostikası və DHT  
 
 
DDV-nin diaqnostikası 3 – 6 həftə çəkir. 
DDV-nin molekulyar üsullar istifadə edilməklə diaqnostikası (RNT – diaqnostika)  
 
DDV-nin diaqnostikası 2 gün çəkir. 
 
 
DDV-nin diaqnostikası 3 – 5 həftə çəkir. 
Müayinə  üçün  laboratoriyaya  göndərilən  nümunələr  kifayət  miqdarda  olmalıdır,  müayinə 
olunan  şəxsin  göstəriciləri  qeyd  edilməklə  ÜST  tövsiyələrinə  müvafiq  xüsusi  göndəriş 
forması  ilə  müşayiət  edilməlidir.  Nümunələr  toplandıqdan  sonra  mümkün  qədər  qısa 
müddətdə, dağılmasının qarşısı alınmaqla, xüsusi qablaşdırılmada və qapalı konteynerlərdə 
laboratoriyalara çatdırılır. Bütün göndərilən nümunələr yoluxucu materialların nəql edilməsi 
üçün milli və beynəlxalq tələblərə cavab verən şəkildə qeyd olunmalıdır.  
1-ci  sıra  vərəməleyhi  dərmanlara  (VƏD)  (streptomisin,  izoniazid,  rifampisin, 
etambutol  və  pirazinamid)  DHT  xəstə  müalicəyə  cəlb  olunan  vaxt  bitmə  vermiş  bütün 
M
ikr
o
sko
p
iy
a
 
24 saat 
B
ə
rk 
q
id
al
ı 
m
ü
h
itə
 ə
km
ə
 
   
6 - 8    
həftə 
1
-c
i sı
ra VƏ
D
 
DHT
 
   
3 - 4 
həftə 
M
ikr
o
sko
p
iy

24 saat 
D
u
ru
 q
id
al
ı 
m
ü
h
itə
 ə
km
ə
 
   
2 - 3    
həftə 
1
-c
i sı
ra VƏ
D
 
DHT
 
   
1 - 3 
həftə 
M
ikr
o
sko
p
iy

24 saat 
RN
T

d
ia
q
n
o
sti
ka
 
  24 saat 
Poziti
v n
ə
ticə
 
o
ld
u
q
d

   1 - 2 gün 
M
ikr
o
sko
p
iy

24 saat 
R
N


d
iaqn
osti
ka
 
 
24 saat 
Neqati


ti

 
ol
duqda 
dur

m
ühi

 ə
km
ə
  
     2 - 3    
   həftə 
1
-c
i sı
ra V
Ə
D
 D
H

1 - 3 
həftə 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
21 
 
əkmələrə  tətbiq  edilir  və  sonradan  müalicənin  monitorinqi  standartlarına  uyğun  olaraq 
təkrarlanır.  
2-ci  sıra  VƏD-lərə  DHT  xəstə  müalicəyə  cəlb  olunan  vaxt  poli-davamlılıq  və 
çoxsaylı-dərmanlara  davamlılıq  müəyyən  edilmiş  bütün  hallara  tətbiq  edilir  və  sonradan 
müalicənin monitorinqi standartlarına uyğun olaraq təkrarlanır.  
Xpert  TB/RIF  və  /  və  ya  RNT-diaqnostika  zamanı  ilk  dəfə  aşkar  edilmiş  hər  hansı 
davamlılıq olduqda qidalı mühitlərə əkmə və sonrakı 1-ci və 2-ci sıra VƏD-lərə DHT həyata 
keçirilir. 
Molekulyar müayinələr, RNT-diaqnostika, Fingerprinting (DNT-daktiloskopiyası) 
Line  Probe  Assay  (LPA)  –  RNT-diaqnostika  kimi  tanınır  və  aşağıdakı  mərhələlərdən 
ibarət  texnologiyadır:  RNT-nin  təcrid  edilməsi,  amplifikasiyası,  hibridizasiyası  və  xüsusi 
striplə  sonrakı  vizualizasiyası  vasitəsilə  mutasiya  etmiş  formalar  da  daxil  olmaqla  yabanı 
Vərəm  Mikobakteriyası  Kompleksinin  mövcudluğu  təsdiq  edilir. 
Öz  növbəsində 
mikobakteriyaların  mutasiya  etmiş  formaların  təyin  edilməsi  dərmanlara  davamlılığın 
müəyyən edilməsinə dəlalət edir.  
Klassik  üsullardan  fərqli  olaraq  molekulyar  amplifikasiya  rifampisinə  (ayrıca  və  ya 
izoniazidlə  kombinasiyada)  davamlılığın  müayinə  olunan  şəxsin  bəlğəmi  əldə  edildikdən 
sonra bir neçə gün ərzində  təyin edilməsinə imkan verir. Müayinə üçün duru qidalı mühitdə 
əkmədən  bitmə  vermiş  kultura  da  istifadə  edilə  bilər.  Azərbaycan  PS-də  RNT-diaqnostika 
HAIN Life science texnologiyası və avadanlığı istifadə edilməklə aparılır.  
VM-nin  DNT-daktiloskopiyası  və  ya  genetik  daktiloskopiyası  –  DNT  zəncirinin 
unikal  ardıcıllığına  əsaslanaraq  VM-nin  identifikasiyası  üçün  istifadə  edilən  üsuldur. 
Müxtəlif  mikobakteriyaların  DNT-sində  nukleotidlərin  ardıcıllığı  fərdidir.  Hər  konkret 
mikobakteriyanın DNT-dəki ardıcıllıq onun DNT simasını və ya genetik pasportunu təşkil 
edir  ki,  bunu  konkret  ştammın  identifikasiyası  üçün  istifadə  etmək  olar.  Qeyd  edilən  üsul 
VƏD-lərə  qazanılmış  davamlılıq  nəticəsində  baş  vermiş  mutasiyalar  zamanı  ardıcıl 
dəyişiklikləri  izləməyə  imkan  verir.  Sadalanan  mərhələlərdən  genetik  pasportun  tərtib 
edilməsi Almaniya, Borstel AMİL-də həyata keçiriləcəkdir. 
Vərəmin süa diaqnostikası və əlavə müayinə üsulları 
Azərbaycan  PS-də  vərəmin  diaqnostikası  zamanı  əsasən  iki  şüa  müayinəsi  üsulu tətbiq 
edilir:  rentgenoskopiya  və  rentgenoqrafiya.  Müassir  mərhələdə  stasionar  və  mobil  şüa 
diaqnostika  qurğuları  istifadə  olunur.  Müayinə  olunan  şəxsə  minimal  təsir  etməklə 
maksimal  informativ  olduğundan  rəqəmsal  modellər  istismar  prosesində  daha  yüksək 
effektivlik  nümayiş  etdirir.  Xəstəlik  tarixçəsindən,  anamnezindən,  şikayətlərdən  və 
simptomlardan ayrılıqda rentgenoloji  müayinə  yetərincə informativ  deyil və diaqnostikada 
səhflərə gətirib çıxara bilər. Rentgenoloji müayinə xəstəliyin gedişinin kliniki dinamikasının 
qiymətləndirilməsində,  aşkar  edilmiş  ocaqların  lokalizasiyasının  və  vərəmin  yayılma 
dərəcəsinin dəqiqləşdirilməsində öz rolunu saxlayır. 
Xüsusi  göstərişlər  olduqda  xəstəyə  bronxoskopiya  və  bronxoqrafiya  keçirilir.  Hər  iki 
müayinə invaziv  və xəstə üçün  yetərincə travmatik  olduğundan onların  tətbiqi  differensial 
diaqnostikanın keçirilməsi şərtləri ilə məhdudlaşır.  
Ağciyərlərdən  kənar  vərəmin  (AKV)  bir  sıra  formalarında  digər  dianostika  üsulları  və 
vasitələri,  məsələn  punksiya  yolu  ilə  onurğa  beyni  mayesinin  və  ya  oynaq  mayesinin 
götürülməsi  tətbiq  edilir.  Sümük-oynaq  vərəminin  bir  sıra  formalarında  kompyuter  və 
maqnit-rezonans  tomoqrafiyası  istifadə  olunur.  Dəri  vərəmi  hallarında  bakterio  –  histoloji 
müayinə üçün dəri nümunəsi götürülür. Bütün sadalanan üsullar ixtisas həkiminin və vərəm 
üzrə mütəxəssisin birgə təyinatı əsasında tətbiq edilir.  
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə