Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə8/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
18 
 
Fəsil  3.  Vərəmin  diaqnostikası:  Diaqnostik  müayinələrin  keçirilməsində  laboratoriya 
xidmətinin rolu 
ƏN-nin laboratoriya xidməti ibarətdir: 
- İMM-nin tibb xidmətinin laboratoriyası (mərkəzi laboratoriya - ML); 
-  Bəlğəmin  mikroskopiyasını  və  Xpert  TB/RIF  müayinəsini  aparan  periferik 
laboratoriyalar (PL); 
- Bioloji materialların daşınması. 
ƏN laboratoriya xidməti şəbəkəsinin ierarxiya strukturunun şərti sxemi: 
 
 
 
İMM-nin ML-i PSVNP-də əsas rol oynayır. O, Vərəmə Nəzarət Proqramlarında istifadə 
üçün  ÜST  tərəfindən  tövsiyə  olunmuş  vərəm  üzrə  bütün  növ  bakterioloji  müayinələri,  o 
cümlədən  yaxmanın  mikroskopiyası,  əkmə,  1-ci  və  2-ci  sıra  dərmanlara  həssaslıq  testi 
(DHT)  və  ən  yeni  molekulyar  müayinə  üsullarını  aparır.  PL-lərın  işinin  keyfiyyətinə 
nəzarəti  ML  edir.  Öz  növbəsində  ML-in  işinin  keyfiyyətinə  nəzarət  qarşılıqlı  yoxlama 
əsasında  Səhiyyə  Nazirliyinin  (SN)  Milli  İstinad  Laboratoriyası  (MİL)  ilə  birgə  həyata 
keçirilir.  DHT-lərin  xarici  keyfiyyət  nəzarəti  Almaniyanın  Borstel  Ali  Milli  İstinad 
Laboratoriyası (AMİL) tərəfindən aparılır.  
Bundan  başqa  ML  vərəmin  müalicəsi  gedişində  preparatların  yan  təsirlərinin  (YT) 
vaxtında  müdaxilə  etmək  məqsədilə  qanın  və  digər  bioloji  materialların,  o  cümlədən 
qaraciyərin,  böyrəklərin,  qalxanvari  vəzinin  və  s.  kliniki-laborator  göstəricilərinin 
müayinəsini  həyata  keçirir.  Bu  laboratoriya  habelə  Vərəmə  Nəzarət  sahəsində  nəzarətin 
müxtəlif sahələri üzrə elmi-tədqiqat fəaliyyəti göstərir.  
Laboratoriya xidməti PSVNP-nin aparıcı istiqamətlərində özül rol oynayır: 

 
Vərəm hallarının aşkarlanmasında və diaqnostikasında;  

 
Pasiyentlərin  kateqoriyalarının  müəyyən  edilməsində  və  müvafiq  müalicənin 
seçilməsində; 

 
Müalicənin  monitorinqində,  hər  bir  pasiyentin  kliniki  vəziyyətinin,  habelə  müalicə 
nəticələrinin və yekunlarının qiymətləndirilməsində
AMİL, Borstel 
İMM ML (Yaxmanın 
mikroskopiyası, Xpert 
TB/RIF, əkmə, DHT, 
genotipləşmə) 
MM laboratoriyası 
(yaxmanın 
mikroskopiyası, Xpert 
TB/RIF) 
İT-lərin laboratoriyası 
(yaxmanın 
mikroskopiyası, Xpert 
TB/RIF) 
CM-lərin 
laboratoriyası 
(yaxmanın 
mikroskopiyası, Xpert 
TB/RIF) 
ETAXİ MİL 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
19 
 

 
PSVNP-yə cəlb olunmuş tibbi heyətin qarşılıqlı peşə münasibətində; 

 
Proqram idarəçiliyində, rüblük hesabatların hazırlanmasında; 

 
Vərəmlə mübarizə tədbirlərinin keyfiyyətinə nəzarətdə

 
Dərmanlara davamlılıq üzrə epidemioloji nəzarətdə. 
 
İMM-nin  laboratoriyası  İT-lərdən  və  CM-lərdən  analizlər  üçün  biomaterialları  qəbul 
edir.  Nümunələrin  müayinəsindən  sonra  cavablar  həmin  müəssisələrin  tibbi  heyətinə  geri 
göndərilir  və  pozitiv  nəticəli  məhbuslar  müalicə  olunmaq  üçün  İMM-yə  köçürülür. 
Laboratoriyada istifadə olunan SƏPayrıca dərc edilmişdir. 
 
ƏN  müasir  vərəm  laboratoriyası  xidməti  bioloji  materialların  fenotipik  və  genotipik 
müayinələrini aparır: 
1.
 
Fenotipik  müayinələr:  birbaşa  mikroskopiya,  duru  və  bərk  qidalı  mühitlərdə  əkmə 
müayinələri, duru və bərk qidalı mühitlərdə DHT. 
2.
 
Genotipik  müayinələr:  LPA,  Хреrt  TB/RIF  sistemində  polimeraza  zəncirvari 
reaksiyası (PZR), genotipləşmənin ilkin mərhələləri. 
Bəlğəm yaxmasının birbaşa mikroskopiyası 
Hal-hazırda  ƏN-də  bəlğəm  yaxmasının  mikroskopiyası  klassik  Sil-Nilsen  və 
flüorossent mikroskopiya üsulları ilə aparılır.  
Bəlğəm yaxmasının mikroskopiyasının interpretasiya cədvəli. 
Müşahidə olunan 
basillərin sayı 
Nəticələrin 
qiymətləndirilməsi 
Bəlğəmin hər 
ml-də olan 
basillərin təxmin 
olunan miqdarı 
Pozitiv 
nəticənin müəyyən 
edilməsi ehtimalı 
 
100 və daha artıq görüş 
sahəsində - 0  

1 000-dən az 
10 %-dən az 
300 görüş sahəsində 1-2  
TDB – az saylı 
5 000 – 10 000 
50 % 
100 görüş sahəsində 1-9  
TDB 1+ 
Təxminən 30 000 
80 % 
10 görüş sahəsində 1-9 
TDB 2+ 
Təxminən 50 000 
90 % 
Hər görüş sahəsində 1-9  
TDB 3+ 
Təxminən 100 000 
96.2 % 
Hər görüş sahəsində 10-
dan çox 
TDB 4+ 
Təxminən 500 000 
99.95 % 
Xpert TB/RIF 
Yaxmanın  mikroskopiyasının  sadəliyinə  və  iqtisadi  mənfəətinə  baxmayaraq,  vərəmin 
erkən  aşkarlanması  üçün  tam  avtomatlaşdırılmış  molekulyar  müayinə  üsulu  olan  Xpert 
TB/RIF getdikcə daha böyük əhəmiyyət kəsb edir. Onun istifadədə sadəliyi, nəticələrin əldə 
edilməsində  sürətliliyi  və  bioloji  materialda  mövcud  olan  mikobakteriyalara  yüksək 
həssaslığı üstünlük təşkil edir. Müayinənin cavab variantları aşağıdakılardır:  

 
Müayinə materialında VM vardır və ya yoxdur;  

 
Aşkar edilmiş VM-lərdə rifampisinə davamlılıq vardır və ya yoxdur. 
Əkmə müayinəsi və DHT qoyulması: 
Bioloji  materialın  əkmə  müayinəsi  nümunələrdə  olan  VM-ləri  müəyyən  etmək  üçün 
daha yüksək həssaslığı olan üsuldur. Əkmə üsulu ilə VM-ləri aşkarlamaq ehtimalı 30-50% 
artmış olur.  
Bitmə vermiş mikrob kulturası 1-ci və 2-ci sıra dərmanlara DHT qoymaq üçün istifadə 
edilir.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə