Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə4/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   2   3   4   5   6   7   8   9   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 

 
İxtisarların siyahısı 
AMİL – Ali Milli İstinad 
Laboratoriyası 
ART – Antiretrovirus terapiya 
AV – Ağciyər vərəmi 
BÇ – Böyrək çatışmazlığı 
BKİ – Bədən kütləsi indeksi 
BOBM – Beyin-onurğa beyini mayesi 
CM – Cəzaçəkmə müəssisəsi 
ÇDD – Çoxsaylı dərmanlara 
davamlılıq 
DDV – Dərmanlara davamlı vərəm 
DHT – Dərmanlara həssaslıq testi  
DHV – Dərmanlara həssas vərəm 
DOT – Birbaşa müşahidə olunan 
müalicə 
ETAXİ – Elmi Tədqiqat Ağciyər 
Xəstəlikləri İnstitutu 
ƏN – Ədliyyə Nazirliyi 
GDD – Geniş dərmanlara davamlılıq 
GEM – Gigiyena və Epidemiologiya 
Mərkəzi 
XBT 
–  Xəstəliklərin  Beynəlxalq 
Təsnifatı  
İBİS  –  Immunitetin  bərpasının  iltihabi 
sindromu 
İİV – İnsanın İmmunçatışmazlığı 
Virusu 
İMM – İxtisaslaşdırılmış müalicə 
müəssisəsi 
İT – İstintaq təcridxanası 
QHT – Qeyri-hökümət təşkilatı 
LİQ – Layihə İcra Qrupu 
LY – Levenşteyn-Yensen 
M və Q – Monitorinq və 
                 Qiymətləndirmə 
MBT – Mədə-bağırsaq traktı 
MD – Monodavamlılıq 
MİL – Milli İstinad Laboratoriyası 
ML – Mərkəzi laboratoriya 
MM – Müalicə Müəssisəsi 
MSS – Mərkəzi sinir sistemi 
PAL strategiyası – Ağciyər 
xəstəliklərinə praktiki yanaşma strategiyası 
PD – Polidavamlılıq 
PL – Periferik laboratoriya 
PS – Penitensiar Sistem 
PSVNP – Penitensiar Sistemdə 
Vərəmə Nəzarət Proqramı 
PZR – Polimeraz zəncirvari reaksiya 
RD – Rifampisinə davamlılıq 
SƏP – Standart əməliyyatlar 
prosedurları 
SM – Səhiyyə maarifçiliyi 
SN – Səhiyyə Nazirliyi 
SX İB – Sağlamlığa xidmət İctimai 
Birliyi  
TBİ – Tibb baş idarəsi 
TSH – Tibb-sanitariya hissəsi 
TTH – Tireotrop hormon 
ÜST – Ümumdünya Səhiyyə Təşkilatı 
VƏD – Vərəməleyhinə dərman 
VM – Vərəm mikobakteriyası 
VNMP – Vərəmə Nəzarət üzrə Milli 
Proqram 
YİK – Yaşıl İşıq Komitəsi 
YT – Yan təsir 
 
 


Müəlliflər 
Bu Təlimat Ədliyyə Nazirliyi (ƏN) Tibb baş idarəsinin (TBİ) rəisi tibb-xidməti general-
mayoru Rəfail Mehdiyevin ümumi rəhbərliyi altında hazırlanmışdır.  
 
Müəlliflər: 

 
Füzuli Hüseynov, ƏN TBİ-nin Müalicə işinin təşkili idarəsinin baş inspektoru-
həkim  (vərəm  üzrə),  Penitensiar  Sistemdə  Vərəmə  Nəzarət  Proqramının 
(PSVNP) koordinatoru  

 
Elmira  Qurbanova,  PSVNP-nin  gücləndirilməsi  üzrə  Qlobal  Fondun  Layihə 
İcra Qrupunun (LİQ) koordinatoru 

 
Nəhmət  Rəhmanov,  İxtisaslaşdırılmış  müalicə  müəssisəsi  (İMM)  tibb 
xidmətinin baş həkimi 

 
Rasim Tahirli, İMM-nin tibb xidməti laboratoriyasının müdiri 

 
İradə Məmmədova, İMM-nin Vərəm üzrə Təlim mərkəzinin rəhbəri 
Redaksiya şurası 

 
Əsgər  İsmayılov,  PSVNP-nın  gücləndirillməsi  üzrə  Qlobal  Fondun  LİQ-in 
direktoru 

 
Nailə Kərimova, İMM-nin tibb xidmətinin həkimi 
Minnətdarlıq
 
Bu  Təlimat  Qlobal  Fondun  maliyyə  dəstəyi  ilə  ƏN  TBİ-nin  PSVNP-nin  əməkdaşları 
tərəfindən hazırlanmışdır.  
Sənədin tərtibatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Yaşıl İşıq Komitəsinin 
(YİK)  tövsiyələrinə  və  prinsiplərinə  əsaslanan,  Azərbaycan  Respublikasının  Səhiyyə 
Nazirliyi tərəfindən təsdiq edilmiş milli protokollara istinad edilmişdir. 
Təlimat  başlıca  olaraq  ƏN  tibb  xidmətinin  PSVNP-nin  tətbiqinə,  səhiyyənin 
planlaşdırılmasına  və  maliyyəşdirilməsinə,  səhiyyə  maarifi  işinə  və  Azərbaycan 
Respublikası  ƏN  çərçivəsində  sosial  təminata  məsul  vəzifəli  şəxsləri  üçün  nəzərdə 
tutulmuşdur.  
Təlimat ÜST eksperti doktor Oqtay Gözəlovun texniki dəstəyi ilə hazırlanmışdır.  
Sənədin  müəllifləri onun tərtibatında, hazırlanmasında və  rəy verilməsində  iştirak edən 
hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirirlər.  
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
10 
 
Fəsil 1. Ümumi müddəalar 
Vərəm –Mycobacteria Tuberculosis Complex tərəfindən törədilən yoluxucu xəstəlikdir. 
Hər  il  dünyada  təxminən  8  milyon  insan  onunla  xəstələnir,  təxminən  1,4  milyon  insan 
vərəmdən  ölür.  Vərəmə  yoluxmuş  hər  on  nəfərdən  bir-ikisində  xəstəlik  inkişaf  edir.  Bir 
qayda  olaraq,  azadlıqdan  məhrum  etmə  yerlərində  vərəmlə  xəstələnmə  göstəriciləri  mülki 
səhiyyə sektoruna nisbətən bir neçə dəfə yüksəkdir. Vərəmin və İnsanın İmmunçatışmazlığı 
Virusu (İİV) infeksiyasının müştərək olması daha təhlükəli hesab edilir, çünki vərəməleyhi 
dərmanların  qəbul  edilməsi  çətinləşir,  müalicənin  müddəti  uzanır,  müalicənin  arzuedilməz 
nəticələnməsi ehtimalı artır.  
Vərəmin inkişafının risk amilləri 
Vərəmin inkişafının əsas risk amilləri aşağıdakılardır:  

 
Uzunmüddətli immunosupressiv və kortikosteroidlərlə müalicə

 
Spirtli  içkilərdən  və  digər  psixoaktiv  maddələrdən  sui-istifadə,  narkotik  (xüsusən 
venadaxili) vasitələrin istehlakçılığı; 

 
Şəkərli diabet;  

 
Silikozlar;  

 
Böyrəklərin ağır xəstəlikləri; 

 
Başın və boyunun onkoloji xəstəlikləri; 

 
Qan və retikuloendotelial sistemin xəstəlikləri

 
Qastroektomiya  və  bağırsaqların  şuntlanması,  funksiya  edən  stomalar  da  daxil 
olmaqla bağırsaqlarda keçirilmiş ağır cərrahi əməliyyatlar; 

 
Xroniki malabsorbsiya (mənimsəmənin pozulması) sindromu; 

 
Bədən çəkisinin 10%-dən artıq itirilməsi və aşağı çəki.  
Vərəmin inkişafında rolu olan epidemioloji amillər arasında insanların ümumi məkanda 
saxlanılmasının və sıxlığının böyük əhəmiyyəti var. Bu halda infeksiyanın ötürülməsi riski 
dəfələrlə yüksək olur. 
Stress  törədən  amillər  nəticəsində  orqanizmin  ümumi  immunitetinin  azalmasının  da 
vərəmin  inkişafında  rolu  az  deyil.  Məlumdur  ki,  azadlıqdan  məhrum  etmə  yerlərində 
saxlanılma özü-özlüyündə ciddi stress törədən amildir.  
Azadlıqdan məhrum etmə yerlərində vərəməleyhinə tədbirlərin təşkilinin xüsusiyyətləri  
Azadlıqdan  məhrum  etmə  yerlərində  vərəməleyhinə  tədbirlərin  təşkili  məhbusların 
təhlükəsiz  şəraitdə  saxlanılması  məsələləri  ilə  sıx  çulğalaşır.  Məhbusların  saxlanma 
rejiminin  təmin  edilməsi  işinə  bir  çox  insanlar,  o  cümlədən  inzibatçılar,  keşikçilər, 
nəzarətçilər,  əməliyyatçılar  və  sair  şəxslər  cəlb  olunur.  Onların  öhdəsinə  məhkəmə 
qərarlarının icrası ilə bağlı məsələlərin həlli düşür. Tibb heyəti ilə yanaşı bütün bu şəxslər də 
vərəmə  yoluxma  təhlükəsinə  məruz  qalırlar.  Bu  baxımdan  penitensiar  sistemdə  (PS) 
vərəmlə  mübarizə  tədbirləri  ikili  məqsəd  daşıyır:  tibbi  tədbirlərin  təmin  edilməsi  və 
məhkəmə qərarlarının icrası.  
Azərbaycan  PS-də  çalışan  tibb  heyətinin  funksional  vəzifələri  və  standart  əməliyyatlar 
prosedurları (SƏP) üçün bax: Əlavə 1.  
Azərbaycan  PS-də  olan  bütün  vərəmli  xəstələrin  mərkəzləşdirilmiş  qaydada  İMM-də 
müalicə  olunması  işi  Penitensiar  Xidmətlə  razılaşdırılaraq  ƏN  TBİ  tərəfindən  həyata 
keçirilir.  Vərəmin  aşkarlanması,  habelə  müalicədən  sonra  sağalmış  şəxslər  üzərində 
müşahidə penitensiar müəssisələrin Tibb-sanitariya hissələri (TSH) tərəfindən təmin edilir.  
Hal-hazırda Azərbaycan PS-də ƏN TBİ tərəfindən tibbi təminatı həyata keçirilən 24 
müəssisə mövcuddur:  

 
3 istintaq təcridxanası (İT) 

 
2 müalicə müəssisəsi (Müalicə Müəssisəsi (MM) və İMM) 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə