Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə75/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   68   69   70   71   72   73   74   75   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
186 
 
Fəaliyyətin 
adı 
Şərhlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yoxlamaya məsul şəxs: 
 
                                                   İmza 
Məsul işçi: 
 
                                              İmza
 
Baş həkim: 
 
                                              İmza
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
187 
 
Əlavə 20: İMM-də Qlobal Fondun Vərəm layihələri üzrə verilən dərman maddələrin, qida 
məhsulların, gigiyenik vasitələrinin və laborator materialların istifadəsi qaydaları 
İMM-nin  əczaxana və anbarı daim Qlobal  Fondun LİQ-in satınalma üzrə mütəxəssisin 
nəzarəti  altındadır.  Hər  ayın  sonunda  əczaxananın  provizoru  və  baş  əczaçısı  LİQ-in 
satınalma üzrə mütəxəssisinə aylıq hesabatlar təqdim edir. Bu hesabatlarda Qlobal Fondun 
Vərəm  əleyhinə  Layihələri  çərçivəsində  VƏD-lərin,  DD  Vərəm  əleyhinə  müalicənin  əlavə 
təsirlərinin  alınması  üçün  istifadə  olunan  dərmanların,  qida  məhsulların  və  gigiyenik 
vasitələrinin  xəstə  hesabı  aylıq  mədaxil,  məxaric,  qalığın  göstərilməsi  öz  əksini  tapır. 
Verilən  hesabatların  əsasında  növbəti  ay  üçün  tələbat  hesablanıb  sifariş  olunur.  Qida 
məhsulların saxlanma müddəti qısa olduğundan aylıq əsasında, gigiyenik vasitələrin 3 aylıq 
(rüblük) əsasında, əlavə təsir dərmanları və VƏD-lər isə illik olaraq İMM-nin tibb xidmətinə 
təhvil  verilir.  Laborator  reaktiv,  reagent  və  işlənmə  materialları  icraçi  şirkət  tərəfindən 
İMM-nin  laboratoriyasına  hər  ilin  əvvəlində  və  gələcəkdə  tələbata  uyğun  olaraq 
çatdırılır.VƏD-lərin istifadəsi haqqında qaydalar 
1)  Qlobal  Fondun  LİQ-i  və  TBİ  tərəfindən  göndərilmiş  dərmanlar  müəssisəyə  daxil 
olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir, 
yoxlanılır, gətirilmiş dərmanların müəssisəyə girişinə icazə verilir. 
2) Dərmanlar müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (aptek rəisi və ya əczaçı) 
tərəfindən  yararlılıq  müddətinə  və  sayına  baxılaraq  qəbul  edilir  aptek  anbarında  stellajlara 
və soyuduculara yığılır. 
3)  Saxlanma  müddəti  və  sayı  dəqiqləşdirildikdən  sonra  qaiməyə  təhvil  alması  barədə 
qəbul  edən  şəxs  tərəfindən  imza  atılıb,  qaimənin  əslinin  biri  həmin  idarə  və  təşkilata  geri 
verilir, biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir. 
4)  Həmin  qaiməyə  əsasən  “VƏD-in  mədaxil  və  məxaric  jurnalı”na  dərmanlar  mədaxil 
edilir. 
5)  Şöbədə  növbəti  gün  ücün  nəzərdə  tutulmuş  xəstə  sayına  və  hər  xəstənin  müalicə 
sxeminə uyğun gündəlik (DOTS proqramı üzrə həftənin 7 günü, DOTS plyus proqramı üzrə 
həftənin  6  günü)  tərtib  edilən  dərman  sifarişinə  əsasən  dərmanlar  günün  sonunda  əczaçı 
tərəfindən  sayılaraq hər bir şöbə ücün ayrılmış xüsusi dərman qablarına yığılır. 
6)  Hər  gün  səhər  şöbələrin  tibb  bacısı  və  ya  tibb  qardaşı  sifariş  tələbnaməsinə  əsasən 
yığılmış dərmanları sayıb təhvil aldıqdan sonra imzalayır. 
7)  Şöbələr  tərəfindən  verilmiş  sifariş  tələbnamələri  toplanaraq  cəmlənib  “VƏD-in 
mədaxil və məxaric jurnalı”-nda gündəlik məxaric hissəsinə qeyd edilir. 
8)  Şöbələrdə  xəstələrə  dərman  paylandıqdan  sonra  günün  ikinci  yarısında  şöbənin  tibb 
bacısı  tərəfindən  hansı  səbəbdən  (imtina,  həkimin  icazəsilə,  azad  olma  ilə,  məhkəmədə 
iştirakının  vacibliyi  ilə  əlaqədar  və  s.)  istifadə  olunmamış  VƏD-ləri  aptekə  qaytarılaraq 
əczaçıya təhvil verilir və növbəti günün sifarişi tələbnaməyə yazılır. 
9) Həftə sonunda aptekə qaytarılan dərmanlar cəmlənərək “VƏD-in mədaxil və məxaric 
jurnalı”na mədaxil kimi qeyd edilir. 
10)  Hər  ayın  sonunda  ayın  əvvəlinə  qalıq,  ay  ərzində  məxaric,  ay  ərzində  mədaxil  və 
şöbələrdən  qaytarılmış  dərmanların  sayı,  ayın  sonuna  qalıq  sayı  toplanaraq  aylıq  hesabat 
yazılır  və  baş  həkim  tərəfindən  təsdiq  edilmiş  hesabatın  surəti  TBİ-yə  və  Qlobal  Fondun 
LİQ-inə göndərilir. 
11)  Həmin  hesabatlar  əsasında  dərmanlar  sayılaraq  sənədin  faktiki  sayla  uyğunluğu 
yoxlanılır. 
12) TBİ-yə və LİQ-ə verilən hesabatlar və xəstə sayı hesabı əsasında növbəti yarımillik 
üçün VƏD-ə tələbat hesablanır və alınması hazırlanır. 
13) Hər rübdə bir dəfədən gec olmayaraq dərmanların hər partiya və seriya nömrələrinə 
uyğun olaraq ekspertizaya göndərilir. 
14)  Aptekin  anbarlarında  gündəlik  olaraq  termometriya  və  hiqrometriya  aparılaraq 
müvafiq qeydiyyat jurnallarında qeyd edilir. 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
188 
 
15) VƏD-lərin istifadə müddəti əczaçı tərəfindən daim nəzarət altında saxlanılır və qısa 
istifadə müddəti olan dərmanlar ilkin istifadəyə buraxılır. 
16)  Qlobal  Fondun  Layihəsi  çərçivəsində  alınan  VƏD-lərin  istifadəsi,  saxlanılması, 
paylanması,  qeydiyyatın  aparılması  mütamadi  olaraq  LİQ-in  satınalma  üzrə  mütəxəssisi 
tərəfindən yoxlanılıb, nəzarət altında saxlanılır. 
Xəstələrə verilən sövqedici ərzaqların istifadəsi haqqında qaydalar 
1)  LİQ  və  TBİ  tərəfindən  göndərilmiş  ərzaq  məhsulları  müəssisəyə  daxil  olarkən 
əvvəlcə  qaimənin  surəti  nəzarət  buraxılış  məntəqəsinin  əməkdaşlarına  təqdim  edilir, 
yoxlanılır, gətirilmiş qida məhsullarının müəssisəyə girişinə icazə verilir. 
2)  Qida  məhsulları  müəssisəyə  daxil  olduqdan  sonra  təhvil  alan  şəxs  (aptek  rəisi  və 
yaxud  əczaçı)  tərəfindən  yararlılıq  müddətinə  və  sayına  baxılaraq  qəbul  edilir  aptekin 
anbarında stellajlara yığılır. 
3)  Saxlanma  müddəti  və  sayı  dəqiqləşdirildikdən  sonra  qaiməyə  təhvil  alması  barədə 
qəbul  edən  şəxs  tərəfindən  imza  atılıb,  qaimənin  əslinin  biri  həmin  idarə  və  təşkilata  geri 
verilir, biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir.  
4)  Həmin  qaiməyə  əsasən  “Həvəsləndirici  ərzaq  məhsullarının  qeydiyyatı  jurnalı”na 
mədaxil edilir. 
5)  Şöbədə  növbəti  gün  ücün  nəzərdə  tutulmuş  xəstə  sayına  uyğun  gündəlik  (DOTS 
proqramı  üzrə  həftənin  5  günü,  DOTS  plyus  proqramı  üzrə  həftənin  6  günü)  tərtib  edilən 
ərzaq  sifarişinə  əsasən  hər  səhər  əczaçı  tərəfindən  sayılaraq  hər  bir  şöbənin  tibb  bacısına 
təhvil  verilir  və  şöbələrin  xəstə  sayı  hesabına  verdiyi  sifariş  blankını  təhvil  alan  və  təhvil 
verən tibb işçisi imzalayır. Ərzaq məhsulları gündəlik əsasında xəstələrə paylanılır. 
6) Şöbələrin sifariş blankları  toplanaraq cəmlənib qida məhsullarının mədaxil-  məxaric 
jurnalına işlənir. 
7) Hər  ayın  sonunda  ayın  əvvəlinə qalıq, ay  ərzində  məxaric, ay  ərzində  mədaxil, ayın 
sonuna  qalıq  sayı  toplanaraq  aylıq  hesabat  yazılır  və  baş  həkim  tərəfindən  təsdiq  edilmiş 
hesabatın surəti TBİ-yə və LİQ-ə göndərilir. 
8) TBİ-yə və LİQ-ə verilən hesabatlar əsasında və xəstə sayı hesabı növbəti rüblük ərzaq 
məhsullarına tələbat hesablanır və sifarişi hazırlanır. 
9)  Həmin  hesabatlar  əsasında  ərzaqlar  sayılaraq  sənədin  faktiki  sayla  uyğunluğu 
yoxlanılır. 
10)  Aptekin  anbarlarında  gündəlik  olaraq  termometriya  və  hiqrometriya  aparılaraq 
müvafiq qeydiyyat jurnallarında qeyd edilir. 
11) Şöbədə məhbuslara paylanmış ərzaq məhsullarını məhbusların təhvil alması barədə 
blanklar məhbuslar tərəfindən həftəlik imzalandıqdan sonra ay ərzində aptekə təhvil verilir.    
12)  Ərzaq  məhsullarının  istifadə  müddəti  əczaçı  tərəfindən  daim  nəzarət  altında 
saxlanılır və qısa istifadə müddəti olan mallar ilkin istifadəyə buraxılır. 
13)  Qlobal  Fondun  Layihəsi  çərçivəsində  alınan  ərzaq  məhsullarının  istifadəsi, 
saxlanılması,  paylanması,  qeydiyyatın  aparılması  mütamadi  olaraq  LİQ-in  satınalma  üzrə 
mütəxəssisi tərəfindən yoxlanılıb, nəzarət altında saxlanılır. 
Xəstələrə verilən gigiyenik paketlərin istifadəsi haqqında qaydalar 
1) LİQ və TBİ tərəfindən göndərilmiş gigiyenik mallar müəssisəyə daxil olarkən əvvəlcə 
qaimənin  surəti  nəzarət  buraxılış  məntəqəsinin  əməkdaşlarına  təqdim  edilir,  yoxlanılır, 
gətirilmiş gigiyenik mallara müəssisəyə girişinə icazə verilir. 
2)  Gigiyenik  mallar  müəssisəyə  daxil  olduqdan  sonra  təhvil  alan  şəxs  (aptek  rəisi  və 
yaxud  əczaçı)  tərəfindən  yararlılıq  müddətinə  və  sayına  baxılaraq  qəbul  edilir  aptekin 
anbarında stellajlara yığılır. 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə