Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
156 
 
Tematik Modulun standartı 
Tematik Modula aşağıdakı materiallar daxildir: 

 
Giriş (tematik modulun məzmunundan ibarətdir)  

 
Bu tip Tədris Proqramı (bu mövzunun məzmunu təşkil edən bölmələr daxil olmaqla)  

 
Bu mövzu üzrə qısa mühazirə konspekti, təqdimatlar, materiallar və görülən işlər

 
Elmi-metodiki  materiallar  (qruplarda  işin  təsviri,  müzakirələrin  sualları,  məsələlər 
kitabçası, bu mövzuda olan dərsliklərin siyahısı və s.); 

 
Təlimin iştirakçılara təqdim ediləcək materiallar

 
Məlumat materialları (buklet, vərəqlər, broşürlər, lövhələr və s.); 

 
Təlim keçənlərin bilik səviyyəsinin nəzarət üçün test sualları və tövsiyələr;  

 
Tövsiyə  edilən  ədəbiyyatın  siyahısı  (dərsliklər,  metodiki  tövsiyələr  və  rəhbərlik, 
dərsliklər,  o  cümlədən  elektron)  və  Əmrlərə  həmçinin  internet  mənbələrinə  istinad 
edən normativ-hüquqi baza. 
Tədris iştirakçısının qovluğu  
Bu  tədris  tədbirinin  təşkilatı  və  təsviri  bazasını  iştirakçılara  təqdim  edir.  “Qovluq” 
iştirakçılara  və  müəllimlərə  tədris  zamanı  öz  işlərini  əlaqələndirməyə,  ünsiyyəti 
asanlaşdırmağa,  tədris  iştirakçılarına  müstəqil  şəkildə  materiallarla  işləməyə  və  onları 
təcrübədə istifadə etməyə imkan yaradır. 
 İştirakçının  qovluğu  (qovluğun  üzərində  Təlim  mərkəzinin  loqosunun  olması 
arzuediləndir) aşağıdakılardan ibarətdir: 

 
Tədris  tədbiri  proqramı  (adı,  tarixi,  vaxtı,  keçirilmə  yeri,  müəllimlərin  adları  və 
onların  əlaqə  məlumatları,  məqsədləri,  tədrisin  vəzifələri  və  gözlənilən  nəticələri, 
məşğələlərin cədvəli olmaqla);  

 
 Tədrisin iştirakçılarının siyahısı (əlaqə məlumatları olmaqla);  

 
Paylamaq  üçün  nəzərdə  tutulan  materiallar:  təqdimat  slaydların,  tematik 
materialların,  instruksiyaların,  metodiki  tövsiyələrin,  əmrlərin,  sərəncamların  və  s. 
surəti  (bu  tematik  modullardan  Tədris  Proqramında  təqdim  edilmiş  mövzulara 
müvafiq);  

 
Tədris mövzusu üzrə məlumat materialları, rəhbərlik (dərc edilmiş);  

 
Bloknot, qələm; 

 
Təlim mərkəzinin Press-relizi və promo- (bu Təlim mərkəzinin loqosu, üzərində əks 
etdirilmiş  döş  nişanları,  bloknotlar,  qələmlər,  gündəlik  məlumat  və  ya  qeyd 
kitabçaları,  iştirakçıların  foto-şəkilləri  (kursun  tarixi  və  adı  göstərilməklə), 
qalstuklar, idman köynəkləri və s.)  
 
II. İş qaydaları  
1.
 
Tədris tədbirlərinin maliyyələşməsinin təmin edilməsi üçün Təlim mərkəzi yeni maliyyə 
ilinin  başlanmasına  ən  azı  üç  ay  qalmış  Tədris  planını  hazırlayır,  razılaşdırır  və  dərc 
edir.  
2.
 
Tədris planından kənar tədrisin aparılması barədə təkliflər tədris kursunun başlanmasına 
ən azı iki ay qalmış təqdim edilməlidir (kimə, nə vaxt və nəyi oyrədirik).   
3.
 
Müəllimlər müəyyən edilir, məsul müəllim təyin edilir. Tədris komandasının siyahısı ən 
azı bir ay qalmış razılaşdırılır. Müəllimlər Azərbaycandan ən azı bir ay qalmış, xaricdən 
isə iki ay əvvəl dəvət edilir.  
4.
 
Müəllimlər  tərəfindən  məqsədi,  vəzifələri,  metodologiyası,  təlim  edilənlərin  hədəf 
qrupu, müddəti, tematika və tədbirin (kurs, seminar, treninq, mühazirə və s.) keçirilmə 
vaxtı  göstərilməklə  hazırlanmalı  və  ən  azı  bir  ay  qalmış  Təlim  mərkəzinin  rəhbərinə 
kursun proqram layihəsi təqdim edilməlidir.  


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
157 
 
5.
 
Proqramın  layihəsi  müəllimlər,  zərurət  olduqda  mütəxəssislər  cəlb  edilməklə  Təlim 
mərkəzinin işçiləri tərəfindən müzakirə edilir.  
6.
 
İştirakçıların siyahısı (ASA, vəzifələri, rütbələri, iş yerləri, əlaqə məlumatları, konfrans 
keçirildikdə  isə  elmi  dərəcələri  göstərilməklə)  tərtib  edilir  və  kursun  təşkilatçıları 
(müəllimlər, Təlim mərkəzinin, AR ƏN TBİ-nin işçiləri və ya kursu sifariş edənlərlə) ilə 
razılaşdırılır.  İştirakçıların  siyahısı  iştirakçıların  dəvət  edilməsi  üçün  tədrisin  başlama 
vaxtından  ən  azı  iki  həftə  əvvəl  təqdim  edilməlidir  və  onun  bitməsindən  əvvəl 
iştirakçıların siyahısı dəqiqləşdirilir.   
7.
 
Təlim  mərkəzinin  işçiləri  tərəfindən  keçirilməsi  nəzərdə  tutulan  tədbir  barədə  məlumat 
xarakterli  məktublar  göndərilir.  İştirakçılar  iki  həftə  əvvəlcədən  dəvət  edilirlər  və 
tədrisin  başlanmasına  bir  həftə  qalmış  kursun  proqramı  əlavə  edilmiş  təkrar  dəvət 
məktubu alırlar.  
8.
 
Sertifikat  Təlim  mərkəzi  tərəfindən  qəbul  edilmiş  standartlar  əsasında  hazırlanır  və 
tədris  kurslarını  müvəffəqiyyətlə  bitirən  şəxslərə  təqdim  edilir.  İştirakçıları  tədris 
kursunun  nəzərdə  tutulan  vaxtının  80%-dən  az  müddətdə  iştirak  etdikləri  təqdirdə 
sertifikat alma hüquqlarını itirmələri barədə əvvəlcədən məlumatlandırılırlar. 
9.
 
Tədris kursunun üçün materiallar müzakirəyə onun başlanmasına ən azı iki həftə qalmış 
təqdim edilməlidir.  
10.
 
Təlim  mərkəzinin  işçiləri  müvafiq  büdcə  və  tədbirin  məqsədlərinə  uyğun,  tədbirin 
proqramı hazırlandıqdan dərhal sonra, başlanmasına iki həftə qalmış dəftərxana siyahısı 
hazırlayırlar  və  tədbir  başlanmamışdan  üç  gün  əvvəl  tərtib  edilmiş  siyahıya  müvafiq 
olaraq tələb edilən dəftərxana ləvazimatları ilə təminatı həyata keçirirlər.   
11.
 
Testlər,  seminarın  iştirakçılarının  seminarı  qiymətləndirmə  sualları  ilə,  həmçinin 
müəllimlərin qiymətləri müəllimlər tərəfindən Təlim mərkəzinə kursun bitməsinə ən azı 
bir  həftə  qalmış  təqdim  edilir.  Sonradan  iştirakçıların  bilik  testləri  və  qiymətləndirmə 
kağızları standart tematik modullara daxil edilərək müəllimlər tərəfindən istifadə edilir.  
12.
 
Təlim  mərkəzinin  rəhbəri  tədris  tədbirindən  əvvəl  və  sonara,  onların  sonradan  tematik 
modullara  daxil  edilməsi,  standartlaşdırılmış  qiymətləndirmə  kağızları  və  testlərin 
hazırlanması  üçün  monitorinq  və  qiymətləndirmə  üzrə  mütəxəssisləri,  müəllim  və 
ekspertləri cəlb edir.   
13.
 
Tədrisin ilk günü bütün iştirakçıların paylanma materialları ilə təmin edilməli olduqları 
üçün,  kursun  başlanmasına  üç  gün  qalmış  materiallar,  slaydlar,  çıxışlar,  testlər, 
iştirakçıların,  müəllimlər  və  proqramların  siyahısı  öz  əksini  tapmış  qovluq 
formalaşdırılır.  
14.
 
Zərurət  olduğu  halda  tədbirin  başlanmasına  kimi  iştirakşıların/kursantların  adları 
üzərində əks edilən beydjlər (müəssisənin və təmsil etdiyi ölkənin adı göstərilməklə) və 
dəirmi  masa,  konfrans,  forum  (rəhbərlik  və  ya  bütün  iştirakçılar  üçün)  kimi  tədbirlər 
üçün elan hazırlanmalıdır. 
15.
 
Tədris kursuna cavabdeh Təlim mərkəzinin rəhbəri tərəfindən kurs bitdikdən sonra onun 
məqsədləri,  vəzifələri,  metodları  və  tədrisinin  nəticələri  barədə  təqdim  edilən  formaya 
(aşağıdakı formaya bax.) uyğun olaraq hesabat hazırlayır. Hesabatda nəticə və tövsiyələr 
öz  əksini  tapır  və  Təlim  mərkəzinin  rəhbərinə  bir  həftə  tamam  olmamış  təqdim 
edilməlidir. 
  
Müəllimin keçirilmiş tədris tədbiri barədə hesabat forması: 
1.
 
Tədris tədbirinin adı;   
2.
 
Tədris təşkilatçısı, vaxtı və keçirilmə yeri; 
3.
 
Hesabatı  hazırlayan  şəxs,  hesabatın  Təlim  mərkəzinin  rəhbərinə  təqdim  edildiyi 
tarixi;  
4.
 
Tədrisi aparan müəllim (cavabdeh müəllim);  
5.
 
İştirakçılar kimlərdi, haradandılar, hansı ixtisas/peşə sahibləridirlər;  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə