Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə68/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
154 
 
Əlavə 17: Təlim mərkəzinin standart əməliyyatlar proseduru 
Təlim  mərkəzinə,  onun  işini  təşkil  və  əlaqələndirən,  maraqlarını  təmsil  edən  və 
fəaliyyətinə  görə  məsuliyyət  daşıyan  rəhbər  başçılıq  edir.  Təlim  mərkəzinin  rəhbəri 
vəzifəsinə  işə  götürmə  və  işdən  azad  etmə  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin 
Tibb Baş İdarəsinin rəisi tərəfindən müvafiq qaydada həyata keçirilir.  
I.Əsas anlayışlar və təriflər 
Təlim mərkəzinin işçiləri 
Təlim  mərkəzinin  işçiləri  -  Azərbaycan  Respublikası  ƏN  TBİ-nin  rəisinin  əmri  ilə 
bölmələrin işçi ştat vahidi hesabına təyin edilən şəxslərdir. Təlim mərkəzi 5 nəfərdən ibarət 
tərkibdə  təşkil  edilir:  rəhbər,  metodist,  müəllim,  assistent  və  sürücü.  Təlim  mərkəzinin 
işçiləri  onun  rəhbərinə  tabedirlər  və  öz  öhdəliklərinin  icrasını  vəzifə  təlimatlarına  əsasən 
həyata keçirirlər.  
Müəllimlər
 
Təlim mərkəzi tərəfindən ilkin mərhələdə keçirilən təlimlərin müəllimləri, PS-də vərəmə 
nəzarətdə  iştirak  edən  təcrübəli  işçilərdir.  Növbəti  mərhələdə  müəllim  qismində 
xüsusiləşmiş dövlət təhsil müəssisələrində və ölkənin qeyri dövlət strukturlarında, həmçinin 
beynəlxalq təşkilatlarda işləyən peşəkar mütəxəssislər cəlb edilə bilərlər. 
Seçimlər  və  dəvətlər  müqavilə  əsasında  müəllim  və  tərcüməçilərin  cəlbini  Təlim 
mərkəzinin rəhbəri təşkil edir. Habelə müəllimlərin işinin təşkili, həmçinin tədris kursunun 
hazırlanması  və  aparılması  üzrə  vəzifələrinin  yerinə  yetirmələrinə  nəzarəti  Təlim 
mərkəzinin rəhbəri həyata keçiri. 
Təlim  mərkəzinin  rəhbəri  tədris  kursu  yekunlaşdıqda  aparılan  tədris  kursu  barədə 
hesabatı  hazırlayır  və  müəllimlərin  fəaliyyətini  qiymətləndirir.  Müəllimlər  iştirak  etdikləri 
təlim  tədbirlərinin  hazırlanması,  aparılması,  qiymətləndirilməsinə  görə  məsuliyyəti  öz 
üzərlərinə götürürlər. Müəllimlər tədris proqramını, apardıqları tədris üçün müəyyən edilmiş 
məzmun və modul dizaynı standartına müvafiq tematik modulları işləyib hazırlayırlar.  
Tədris tədbiri və tədris kursu 
Struktur  və  davam  etməsindən  asılı  olaraq  bu  tədbir  Təlim  mərkəzi  tərəfindən 
qabaqcadan  planlaşdırılmış  praktiki  təlim  üzrə  bir  günlük  və  ya  bir-neçə  günlük  tədbirdir, 
misal üçün: təlimin müxtəlif forma və mövzularından ibarət seminar, treninq, dəirmi masa, 
mühazirə sessiyası, konfrans, forum və ya çox günlük kurslar və s. Təlim tədbirlərinin və ya 
təlim  kurslarının  Tədris  Proqramları  kursantların  və  təlimin  iştirakçılarının  tələblərinə 
əsasən müəllimlər tərəfindən vaxtında (təlim başlamamışdan əvvəl) hazırlanmalıdır. 
Təlimin iştirakçıları və Kursantlar: 
Təlim  mərkəzi  tərəfindən  aparılan  və  təşkil  edilən  bütün  növ  tədris  tədbirlərinin 
(seminar,  treninq,  mühazirə  sessiyası,  kurslar,  dəirmi  masa,  konfranslar,  forumlar) 
iştirakçılarıdır. Təlim mərkəzində vərəmə nəzarət məsələri üzrə nəzəri və praktiki təlimlərin 
iştirakçıları aşağıdakı şəxslər ola bilər: 
-
 
Tibb  əməkdaşları  (orta  tibb  personalı,  laborantlar,  həkimlər,  tibb  bölmələrinin 
rəhbərləri); 
-
 
Azərbaycan Respublikasının penitensiat sisteminin tibb əməkdaşı olmayan şəxslər
-
 
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri
-
 
İctimai  səhiyyə  mütəxəssisləri,  Tibb  Universitetinin  tələbələri,  tibb  kolleclərində, 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında təhsil alan şəxslər. 
  
Tərcüməçilər 
Tərcüməçilərin  müqavilə  əsasında  seçilməsi  və  dəvət  edilməsini  ƏN  TBİ  təşkil  edir. 
Tərcüməçilərin  işinin  təşkilini,  materialların,  sənədlərin,  çıxışların  tərcüməsi  üzrə  işin 
icrasına nəzarəti Təlim mərkəzinin rəhbəri həyata keçirir. 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
155 
 
Tədris planı 
Tədris  tədbirlərinin  aparılmasını,  onların  aparılması  və  təşkilinə  görə  məsuliyyət 
müəyyən edən bütün maraqlı şəxsləri və prosessin iştirakçılarını əks etdirən razılaşdırılmış 
tədris tədbirlərinin qrafikidir. Sənəd məsul müəllimin mövzusu, konkret peşəkar fəaliyyətin 
şərtləri  və  tədris  prosessinin  mərhələləri  nəzərə  alınmaqla  əlavə  və  dəqiqləşdirmələrlə 
hazırlanır.  Zəruri  tədris  müddətinin  həcmi  göstərilməklə,  bütün  növ  tədris  kurslarını 
tərkibinə  daxil  edir.  Tədris  planı  Təlim  mərkəzinin  rəhbəri  tərəfindən  tədrisdə  tələblərə  və 
əldə olan resurslara müvafiq olaraq hazırlanır və Azərbaycan Respublikası ƏN TBİ-nin rəisi 
tərəfindən  təsdiq  edilir.  Tədris  planı  müəllimlərin  tədris  işinin  işgüzarlığının  hesablanması 
üçün əsasdır.  
Tədris proqramı 
Tədrisin  konkret  məzmununu  müəyyən  edən  sənəddir.  İş  proqramı  müəllim  tərəfindən 
aparılan  tədris  təlimi  və  ya  kursu  üzrə  hazırlanır  və  strukturuna  görə  fərqlənə  bilər,  lakin 
mütləq aşağıdakı məlumatları özündə əks etdirməlidir:   

 
Tədris tədbirinin və ya tədris kursunun tam adı: 

 
Kursun keçirilmə tarixi, saat sayı; 

 
Tədrisin təşkilatçısı və aparılma yeri; 

 
Məsul müəllim göstərilməklə müəllimlərin A.S.A və əlaqə məlumatı; 

 
Tədrisin iştirakçıları – ixtisas, iş yeri (müəssisənin profili), iştirakçıların sayı;  

 
 Tədris  tədbirinin/kursunun  qısa  təsviri,  bura  həmçinin  daxildir:  məqsəd,  vəzifə, 
məzmun və gözlənilən nəticələr

 
 Məşğələlərin cədvəli, tədrisin iştirakçılarına (tanışlıq, mühazirə, təqdimat, müzakirə, 
qrup  şəklində  iş,  təcrübi  məşğələlər,  klinik  və  təsadüfi  məsələlərin  həlli,  qarşılıqlı 
əlaqə,  qiymətləndirmənin  keçirilməsi,  sertifikatların  verilməsi.)  təqdim  edilən 
materialı daha  yaxşı  mənimsəməyə şərait  yaradan müxtəlif metodiki elementlərdən 
ibarətdir.  Məşğələlərin  cədvəlini  təşkil  edən  elementlər  tədris  tədbiri  üçün  ayrılan 
müddətdə  məntiqəuyğun  şəkildə  paylanır,  müəllimlərin  hər  elementə  görə 
məsuliyyəti müəyyən edilir. 
 
Modul 
Modul  (blok)  tədrisin  struktur  vahididir,  qəbul  edilmiş  tədris  standartı  və  mütəxəssisin 
təsnifat  xarakteristikası  əsasında  hazırlanır.  Tematik  modul  müəyyən  edilmiş  mövzu  üzrə 
zəruri məlumatlar və elmi-metodiki sənədlərin məcmusudur. Modulun məqsədi – oyrənilən 
mövzunun modelinin yaradılmasıdır.  
Tematik Modul aşağıdakı yüklülükdən ibarətdir:  

 
Tədrisin iştirakçılarına mövzunun mənimsəmələrində  metodiki və  praktiki  köməyin 
göstərilməsi; 

 
Müəllimlərə mövzu üzrə tədris prosessinin hazırlanması və keçirilməsində metodiki 
köməyin göstərilməsi; 

 
Tədris  prosessinin  təmin  edilməsinin  sonrakı  təkmilləşdirilməsi  üzrə  işin 
qiymətləndirmə və planlaşdırılmasının əsasıdır.  
Qeyd  etmək  lazımdır  ki,  tematik  modulun  formalaşması  bir  dəfəlik  tədbir  deyil, 
sübutedici  baza  və  təcrübi  sınaqların  göstəricilərinə  əsaslanan,  ən  yaxşı  milli  və  dünya 
təcrübəsi, tövsiyəsi barədə yığılan məlumatın uçotu barədə mütəmadi fəaliyyətdir. Müəllim 
kollektivindən  tematik  modulların,  onların  komponentlərinin  yaradılması,  qaydaya 
salınması, təkmilləşdirilməsi, daha dərindən anlaşılması və optimizasiya tələb edilir.  
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə