Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
84
• Yeridilən kaliumun həcmi saatda 20 mekv-dən artıq olmamalıdır. 1 q KCl 13,3 mekv-ə
bərabərdir;
• Adətən 1 litr 0,9%-li NaCl-da 40 mekv, maksimal 60 mekv/l, KCl tərkibli məhluludan
istifadə olunur.
40 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 7,5 ml 4% KCl məhlulunu 1l 0,9%-li
NaCl məhlulunda həll etmək lazımdır.
60 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 12,25 ml 4% KCl məhlulunu 1l 0,9%-li
NaCl məhlulunda həll etmək lazımdır.
Kalium səviyyəsinə nəzarət tezliyi və onun bərpası sxemi
Qan
zərdabında
kaliumun səviyyəsi
(mekv/l)
KCl yeridilən miqdarı (mekv və
ya q-la)
Nəzarətin tezliyi (qusma və ishal
zamanı — daha tez-tez)
3, 7 və daha çox
Hər ay
3, 4 - 3, 6
20 - 40 mekv (1,5-3,0 q)
Hər ay
3, 0 - 3, 3
60 mekv (4,5 q)
İki həftədən bir
2, 7 - 2, 9
80 mekv (6,0 q)
Hər həftə
2, 4 - 2, 6
80 - 120 mekv (6,0- 9,0 q)
Hər 1 - 6 gün
2, 0 - 2, 3
60 mekv (4,5 q) v/d
və 80 mekv (6,0 q) peroral
hər 6 - 24 saat
2,0 - dan az
60 mekv (4,5 q) v/d və 100 mekv
(7,5 q) per oral. Qanda kaliumun
səviyyəsi 2,4 mekv/l-dən artıq
olana qədər infuziyaları davam
etdirmək.
Vena daxili intensiv infuziya
zamanı hər 6 saatdan bir.
Elektrolitlərin dozası adətən milliekvivalentlərdə (mekv) göstərilir. 40 mekv kalium
təxminən aşağıdakılarda var:
3,9 q kalium asetat
4,0 q kalium bikarbonat
3,0 q kalium xlorid
4,3q kalium sistrat
9,4q kalium qlukonat
5,4q birəsaslı kalium fosfatda
3,5q ikiəsaslı kalium fosfatda
Kalium asetat, bikarbonat, xlorid, sitrat və qlukonat per oral təyin edilə bilər. İnfuzion
əvəzedici terapiya üçün kalium xloriddən, asetatdan və fosfatdan istifadə olunur. 10 ml 10%
kalium xloriddə 1 q və ya 13,3 mekv kalium olur.
Maqnezium defisiti
Normada maqneziumun qan zərdabında səviyyəsi – 1,5- 2,5 mekv/l təşkil edir.
Per oral qəbulu üçün maqnezium qlukonat və ya oksid istifadə olunur.
Müxtəlif dərman vasitələrində maqnezium elektrolitinin müxtəlif miqdarı olur. Gündəlik
dozanın hesablanması üçün 400 mq tabletdə 240 mq elementar maqnezium olduğunu güman
edilir. İstifadə edilən preparatda elementar maqneziumun dozası daha az olarsa, tövsiyə olunan
dozanı əldə etmək üçün tabletlərin sayını artırmaq olar. Gündəlik doza 2000 mq olduqda onun
vena və ya əzələ daxili yeridilməsi daha rahat ola bilər.
Vena daxili istifadə:
Maksimal konsentrasiya: 5 q (25%-lik 20 ml MgS0
4
məhlulu) və ya 40 mekv Mg 1l
0,9% NaCl və ya 5% qlükoza məhlulunda;
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
85
Dəqiqədə 150 mq-dan (yuxarıda qeyd edilmiş məhluldan 30 ml) artıq daxil etmək
yolverilməzdir;
Vəziyyət təcili deyilsə: əzələdaxili 100 ml 0,9% NaCl və ya 5% qlükoza məhlulunda 2 q
(8 ml 25% MgSO
4
məhlulunda) və ya 16 mekv Mg 1-2 saat ərzində, 250 ml-lə 4 q (16
ml 25% MgSO
4
məhlulunda) və ya 32 mekv Mg 250 ml 0,9% NaCl məhlulunda və ya
5% qlükoza məhlulunda 2-3 saat ərzində.
Əzələ daxili:
1 q (25% – 4 ml) MgSO
4
həll etmədən hər 6 saatdan bir əzələ daxilinə;
Maqneziumun v/d yeridilməsi ilə müqayisədə üstünlüyü yoxdur;
V/d və ya per oral vermə mümkün olmadıqda istifadə olunur.
Maqneziumun səviyyəsinə nəzarət tezliyi və bərpa edilməsi sxemi
Qan zərdabında maqneziumun
səviyyəsi, mekv/l
Bərpa üçün tələb olunan
miqdar (mq-la, tam gündəlik
doza)
Nəzarət tezliyi
1,5 və ya çox
Tələb olunmur
Hər ay
1,1 - 1,4
1000 mq - 1200 mq (8-9.6
mekv) per os
Hər ay
0,8- 1,0
2000 mq (16 mekv per os və
ya ə/d)
Hər 1 - 2 həftə
0,8-dən az
3000 mq - 6000 mq (24-48
mekv v/d və ya ə/d)
Hər 1 - 6 gün
Kalsium defisiti
Hipokalsemiya (kalsiumun qan zərdabında səviyyəsinin 8,5 mq%-dan az olması)
yorğunluq, əzələ zəifliyi, bəzi əzələlərdə qıc olma, səciyyəvi olaraq ağız ətrafın, biləklərdə və
ayaqlarda olan keyimə və batıcı hisslərlə təzahür edir. Ağır hallarda qıcolmalar, əzələlərin
hipertonusu, hamar əzələlərin spazmı, o cümlədən larinqospazm müşahidə olunur.
Kəskin hipokalsemiya simptomları əmələ gəldikdə 10 dəqiqə ərzində vena daxili 2q kalsi
qlukonat (180 mq elementar kalsi və ya 20 ml 10% kalsi qlukonat məhlulu) yeridilməlidir,
sonra isə 4-6 saat ərzində vena daxili 6q kalsi qlukonat (500 ml 5% dekstroza məhlulunda)
təyin edilməlidir. Tədricən vena daxili üsuldan peroral üsula keçmək lazımdır. Peroral
preparatın ilkin dozası 1-2 q elementar kalsi gündə 3 dəfə təşkil edir. Uzun müddətli müalicə
zamanı adətən doza 0,5-1,0 q per os gündə üç dəfə təşkil edir.
Hipokalsemiyanın müalicəsi zamanı parallel olaraq hipokalemiyanın müalicəsi də
aparılmalıdır.
Zərdab kalsisinin sıxlığını qiymətləndirərkən albuminin səviyyəsinin aşağı olmasını da
nəzərə almaq lazımdır (ionlaşdırılmış kalsinin tərkibinə görə korreksiyanın aparılmasına
ehtiyac yoxdur). Zərdab albuminin səviyyəsi 4,0 q/100 ml-dan az olsa, zərdab kalsiumun
ümumi səviyyəsini ölçülmüş həcmə onun sıxlığının 4,0q/100 ml-ə qədər çatışmayan hər 1q
albuminə 0,8mq/100ml əlavə edirlər. Həqiqi hipokalsemiyanı aşağıdakı düstur əsasında
müəyyən edirlər:
Hipoalbuminemiya zamanı zərdab kalsiumun həqiqi səviyyəsi = 0,8 x (4, 0 — ölçülmüş
albumin) + ölçülmüş zərdabın kalsisi təşkil edir.
Dostları ilə paylaş: |