165
qəzeti Sənəndəc şəhərinin türkdilli tələbələri tərəfindən «Çiçək» dərgisi,
Tehranın Tibb Universitetini «Səs» qəzeti isə Zəncan universiteti tərəfindən
hazırlanaraq nəşr edilir.
Daşıdıqları adları kimi Sabaha, gələcəyə ümid hissləri ilə dolu olan və
tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu
mətbu orqanları bütün İran boyu səpələnib: Tehranda «Çisək», «Dilşad»,
«Ərdəm», «İşıq», Təbrizdə «Çəhər», «Bayquş», «Araz», «Yurd», İsfahanda
«Məzun», «Səhənd», «Dan ulduzu», (Qəzvində) «Araz» və s. Bundan başqa
internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur.
166
MÜHACİR MƏTBUATI
Azərbaycan mühacir mətbuatının ilk nümunələri Türkiyə, Misir və
Avropanın bir sıra ölkələrində görünürdüsə, sonralar bu coğrafi siyahıya ABŞ,
Kanada və digər ölkələr də daxil oldu.
Azərbaycan mühacirətinin ən böyük kütləsi, ən yaxın tellərlə bağlandığı
Türkiyə ərazisində olmuşdur. Əvvəlki fəsillərdən bilirik ki, ilk mühacir mətbu
orqanın əsası 1875-ci ildə Türkiyənin İstanbul şəhərində qoyulub. «Əxtər»
(«Ulduz») qəzeti Məhəmməd Tahir Təbrizinin müdirliyi və Mehdi Təbrizinin
baş redaktorluğu ilə İstanbul şəhərində 20 il fəaliyyət göstərib. Türkiyə
mühitindəki tərəqqipərvər münbitlik Tehranla, Güney Azərbaycan şəhərləri ilə
sıx əlaqədə olması orada azərbaycanlıların geniş fəaliyyət göstərməsinə,
mətbuatdan təbliğat vasitəsi kimi istifadəsinə imkan yaradırdı. Məşrutə hərəkatı
xaricdə yaşayan mühacirləri də hərəkətə gətirmişdi, ziyalıların demokratik və
vətənpərvər təbəqəsi vətəndəki hadisələrə reaksiya verir, xalqın və özünün
düşüncələrini əks etdirmək məqsədilə kitab, qəzet və jurnal çap edirdilər.
Ötən illər ərzində Güney azərbaycanlılar tərəfindən Türkiyədə «Şahsevən»
(1888), «Şəms» (1909), «Şeyda» (1911), «Xavər» (1914), «Fikri istiqlal»
(1910), «Siruş» (1909-1910) qəzetləri çap olunmuşdur.
Həmin mətbu orqanlarının çoxu tək güneyli deyil, həm də quzeyli
ziyalıların fəaliyyət meydanına çevrilmişdi. Belə ki, «Əxtər», «Siruş»
qəzetlərində vaxtaşırı M.Şaxtaxtlı, T.Simurq, M.Ə.Sabir, Ə.Ağaoğlunun və
digər Quzeydən olan şəxsiyyətlərin imzalarına rast gəlmək olurdu.
ADR-nin süqutundan sonra Azərbaycan mühacirətinin mərkəzi əsas
Türkiyədə M.Rəsulzadənin böyük fəaliyyəti nəticəsində yaradılmışdı. 1923-cü
ildən başlayaraq onun təşəbbüsü və redaktorluğu ilə Türkiyədə «Yeni
Qafqaziya» (1923), «Azəri-türk» (1928), «Odlu yurd» (1929), «Bildiriş» (1930)
və s. mətbu orqanları nəşr olunurdu. Türkiyədə «Azərbaycan yurd bilgisi»
«Azərbaycan» jurnalı da nəşr olunurdu. Azərbaycan müstəqillik əldə etdikdən
sonra isə Türkiyədə soydaşlarımız tərəfindən «Xəzər», «Azərbaycan»,
167
«Azərbaycan səsi», «Azərbaycan türkləri», «Araz» kimi qəzetlər təsis
olunmuşdu.
Almaniya azəri türklərinin sıx məskunlaşdığı Avropa ölkələrindəndir. Öz
demokratik yönümü və mədəni inkişafı ilə soydaşlarımızı hələ XX əsrin
başlanğıcında cəlb etmişdir. 1915-ci ildə Berlində çap olunan «Kavə» qəzeti,
1921-ci ildə yenə də Berlində nəşr olunan «İranşəhr» jurnalının istibdad və
monarxiyaya qarşı fikirlərlə yanaşı sonralar hakim rejimin yürütdüyü
assimilyasiya siyasətinin əsaslarını hazırlayan paniranizm, fars millətçiliyi və
vahid millət kimi zərərli bir ideologiyanı yayırdılar.
Tanınmış
publisist
Mahmud
Qənizadə
bir
müddət
Almaniya
kitabxanalarında elmi araşdırmalarla məşğul olmuş və 1926-cı ildə Berlin
şəhərində «Səhənd» adlı qəzet təsis etmişdi.
1932-ci ildən başlayaraq Almaniyada Məhəmməd Əmin Rəsulzadənin
rəhbərliyi ilə «İstiqlal» (1932), «Qurtuluş» (1934), «Azərbaycan», «Hücum» və
s. qəzetlər nəşr olunurdu.
Əvvəllər Pəhləvi rejimin, sonra isə teokrat hakimiyyət orqanlarının təqib
və repressiyaları Güney azərbaycanlıları İrandan mühacirət etməyə sövq
etmişdir. Mühacirət mətbuatının son mərhələsi Azərbaycanın güneydə islam
rejiminin formalaşması ilə bağlı olmuşdur. İİR-nın qəbul etdiyi yeni
konstitusiyada ölkədə yaşayan bütün xalqların bərabər hüquqlara malik olması
təsdiq olunsa da, reallıqda buna əməl olunmadı. 1978-79-cu illər inqilabında
fəal iştirak edib qurbanlar verən, onun hərəkətverici qüvvəsinə çevrilən
azərbaycanlılar son nəticədə inqilabın bəhrəsini görmədilər. Ölkədə onlara
göstərilən ayrıseçkilik siyasəti ilə barışmayan Azərbaycan ziyalıları ölkəni tərk
etmək məcburiyyətində qaldılar.
Bir qədər sonra İrandakı Xomeyni rejiminə zidd qüvvələrin xaricə axını
başlandı. Bunların bir hissəsi də sovet hakimiyyətinin yalnız radio
dalğalarından, televiziya ekranlarından, qəzet-jurnallardan «tanıyanlar» idi ki,
Şimali Azərbaycana gəlib səhvlərini anlayandan sonra Avropaya üz tutdular
(48, 199).
168
Qeyd edək ki, paralel olaraq həmin illərdə keçmiş Sovetlər Birliyində
milli-azadlıq hərəkatının güclənməsi və siyasi proseslər dəmir pərdənin aradan
götürülməsinə gətirib çıxarmış və mühacirətin yeni bir (quzeyli, güneyli)
dalğasının yaranmasına təkan vermişdir. Dünyanın bir çox ölkələrində
məskunlaşan güneylilər öz mənəvi ehtiyaclarını ödəmək üçün mədəniyyət
dərnəkləri təsis edir, qəzet və jurnallar nəşr etdirirdilər. Yaşadıqları ölkədə
böyük ədalətsizliklərlə üzləşən və öz əqidə, amal və məsləkləri uğrunda
mübarizə aparan güneylilər hakim rejimin əsil mahiyyətini göstərməyə
çalışırdılar. Güneyli mühacirlər uzun illərdən bəri mənəvi həyatlarında
yaranmış boşluğu dolğurmaq məqsədi ilə Azərbaycanla bağlı bilgiləri daha
dərindən mənimsəyir, onun ədəbi-mədəni irsini təbliğ edirdilər.
Avropa və Amerika ölkələrində nəşr olunan mühacir mətbuat orqanlarında
qoyulan əsas məqsəd çoxsaylı mühacir kütləsini xalqımızın milli-mənəvi
dəyərləri, o cümlədən ölkəmizin tarixi keçmişini, ədəbiyyatı, incəsənəti ilə tanış
etmək idi. Bu mətbu orqanları üçün ən səciyyəvi xüsusiyyətlərdən biri də
onların fəaliyyətinin güney probleminə daha çox yönəlməsi ilə bağlı idi.
Bu gün mühacirətdə yaşayan soydaşlarımız içində güneydən olanlar sayca
çoxluq təşkil edir. Bu təbii ki, həm say, həm də ərazi cəhətdən Güney
Azərbaycanının quzeyi üstələməsi ilə bağlıdır. Ona görə də mühacirət mətbuatı
güneylilərin ədəbi siyasi potensial qüvvəsi hesabına fəaliyyət göstərir. Bu
göstərici mühacir mətbuatında daha qabarıq gözə çarpır. Avropa ölkələrində
məskunlaşan güneylilərin milli vətənpərvər təbəqəsi daha çox Almaniya və
İsveçdə cəmləşmişdir. Fərəhləndirici haldır ki, demokratik ruhlu ziyalılar
yaşadıqları ölkədə Azərbaycan adı altında reallaşdırılan və keçirilən bir çox
siyasi və mədəni tədbirlərin və proseslərin özündə gedir, çox zaman
hərəkətverici qüvvə rolunu oynayırlar, onlar həmin ölkələrdə qurduqları
cəmiyyət və mərkəzlərin ideyalarını yayan və müdafiə edən sosial bazanın nəşr
nümunələrini də yaratmağa nail olurdular.
Qeyd edək ki, ötən əsrin 80-ci illərindən başlayaraq Avropa və Amerikaya
mühacirət etmiş güneyli soydaşlarımızın azərbaycançılıq məfkurəsi ilə birləşib
Dostları ilə paylaş: |