156
Azərbaycan dilinin dünya dilləri arasında qədimdən özünəməxsus yer
tutduğunu, onun zənginliyini oxuculara çatdırmaq üçün dərginin səhifələrində
dillə bağlı geniş bəhslər açıldı. Dərgi müxtəlif sahələrdə çalışan müəlliflərin
ana dili haqqında məqalələrini çap etməklə Milli dilin yaşayıb qorunması
yolunda böyük xidmət göstərdi.
Azərbaycanın ilk mətbuat orqanı olan «Əkinçi»nin redaktoru Həsən bəy
Zərdabi yazırdı ki. Qəzet-jurnal insanı dünya xəbərləri ilə tanış etmklə yanaşı,
həm də ona öz ana dilini öyrədir (80, №15, 1876). «Varlıq» dərgisi də ilk
növbədə bu məqsədi qarşısına qoymuşdu.
II. İnqilabın ilk illərində tədricən mətbuat azadlığına son qoyuldu.
İctimai-siyasi şəraitin təhlili göstərdi ki, ilk illərdə xalq inqilabdan və yeni
yaranmış respublikadan çox şey gözləyirdi. Hakimiyyət din xadimlərinin əlinə
keçdikdən sonra ölkədəki sosial-iqtisadi problemlərin həlli unuduldu, millətlərə
öz müqəddaratını təyin etmək hüququ verilmədi. Dini konservativlik inqilabdan
sonra da iqtisadi, ictimai-siyasi, ədəbi-mədəni həyatın inkişafına mane olmağa
başladı. İranın ictimai-siyasi reallıqlarını nəzərə almadan həyata keçirilən hər
bir tədbir ikiqat müqavimətlə üzləşməli olurdu. Belə kəsif, sıxıntılı durumda
anna dilli mətbuat yaşatmaq mövcud şəraitdə çox çətin idi. Bunun üçün mövcud
rejimlə münasibətlərə az da olsa sərinlik gətirən yazılara ehtiyatla yanaşmaq
zərurəti yarandı. Bu da daha çox M.Zehtabi, Ə.Kəmali, Ə.Daşqın və s. kimi
siyasi əqidəli ziyalıların tədricən dərgidən uzaqlaşması ilə nəticələndi. Ana
dilində yeganə müntəzəm işıq görən mətbuat orqanını yaşatmaq üçün belə
mənəvi qurbanlarla yanaşı, şübhəsiz ki, maddi ziyanlar da az deyildi.
III. 70-ci illərdə Azərbaycanın hər iki tayı arasında mədəni körpünü
mərhum şərqşünas alimimiz Rüstəm Əliyev salmışdı. Sovet İttifaqı dağıldıqdan
sonra Azərbaycan-İran arasında sərhədlər artıq keçilməz deyildi. Gediş-gəliş
asanlaşmışdı. «Varlıq»ın da Şimalla bağlı mövzu dairəsi xeyli genişlənmişdi.
Quzey Azərbaycanın müstəqillik qazanması Güney Azərbaycanın mədəni
həyatında canlanma yaradaraq nisbi dirçəlişə səbəb olmuşdu. Təbii ki,
«Varlıq»da bu cür dəyişiklilər, xalqın həyatındakı ictimai hadisələri özündə əks
157
etdirirdi. O illərdə dərgi bir növ oxucuların tirbunasına çevrilmişdi. Adətən,
oxucular öz məktublarında onları narahat edən məsələlələrə toxunurdular. Yeni
rejimin şovinist siyasəti uşaq və gənclərdə türkcə yaranmış ədəbiyyata xor
baxıb onu yad dil kimi qəbul etməyi aşılayırdı. Redaksiyaya gələn məktublarda
bu məsələlərə toxunulurdu. Təəsüf ki, Yeni Konstitusiyanın 15-ci maddəsində
göstərilmiş İranda yaşayan bütün xalqların, o cümlədən azərbaycanlıların da dil
və mədəniyyətinin yayılması, işlənməsi, ən əsası isə ana dilində təhsil almaq
hüquqları indiyədək hələ də öz həllini tapmayıb. 1998-ci ildə başda doktor
Cavad Heyət olmaqla 64 azərbaycanlı ziyalı yazıçı və şairin Cümhuriyyətin
prezidenti cənab S.M.Xatəmi həzrətlərinə yazıb göndərdikləri məktubda da bu
məsələlərə toxunulurdu (108, №108,51-59).
90-cı illərdən üzü bəri Quzey Azərbaycanda baş verən mühüm hadisələr
«Varlıq»da öz əksini tapırdı. Qırmızı ordunun Bakıya basqını ilə törədilən 20
yanvar faciəsi, Qarabağ müharibəsi, erməni işğalçılarının Azərbaycan
torpaqlarına təcavüzü və onların cinayətləri ilə bağlı materiallar dərginin hər
sayında verilirdi. Dərginin səhifələrində yaxın və uzaq keçmişimizə Aid olan
bir çox tarixi sənədlərə də tez-tez rast gəlmək olardı. 90-cı illrdən başlayaraq
Quzeyli alimlərin yazıları «Varlıq»da müntəzəm görünürdü.
Cənubi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitin ziddiyyətli və
mürəkkəb olmasına baxmayaraq «Varlıq» bu gün də Azərbaycan
mədəniyyətinin inkişafına öz töhfəsini verir, milli şüurun yüksəlişində öz
rolunu oynamaqda davam edir.
158
VIII FƏSĠL
ÇAĞDAġ DÖVRDƏ GÜNEY AZƏRBAYCAN MƏTBUATI
MÜHACĠR MƏTBUAT
Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində
söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırdı ki, Güney
Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən
doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab
nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem
doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə
əhalinin birdilli olmasına çalışdı…. Bütün səyini nəinki türk dilini
məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi» (75, 2006, № 2, 41).
Uzaqgörənliklə söylənilən fikir bu gün də qüvvədədir. Çağdaş dövrdə
mərkəzi hökumətlə Güney Azərbaycan arasında baş verən bütün ixtilafların
kökündə əsasən dil məsələsi durur.
Çağdaş dövrümüzdə Güney Azərbaycanda mətbuat durumunun ümumi
mənzərəsi haqda təsəvvür əldə etmək üçün 2000-ci ilin əvvəllərinə nəzər salaq.
Məs: 2001-ci ildə Güney Azərbaycanda 20-dən artıq mətbu orqan fəaliyyət
göstərirdisə, onların 10-u sonradan müxtəlif səbəblərdən fəaliyyətini
dayandırmalı olub. Bir qismi məhkəmənin qərarı ilə, digər qismi maddi sıxıntı
ucbatından qapadılıb. Mərkəzi KİV-nə müxtəlif yardımlar, o cümlədən güzəştli
qiymətlə kağız verilir, Güney Azərbaycan mətbuatı isə bu imtiyazlardan
məhrum edilir. Bir sözlə, Azərbaycanlıların maddi yardımı və şəxsi vəsaiti
hesabına fəaliyyət göstərən mətbuat üçün mərkəzdən heç bir şərait yaradılmır.
Qara bazarda kağız bahalaşdıqca, Azərbaycan mətbu orqanlarının naşirləri də
qiymətləri artırmaq məcburiyyətində qalır. Güney mətbuatının problemi yalnız
maddi çətinliklərlə bağlı deyil. Belə ki, əyalətin bir sıra müstəqil mətbu
orqanlarının yazarları azad fikir və düşüncələrinə görə ölkənin bir sıra
instansialarına, o cümlədən xüsusi xidmət orqanlarına çağırılıb sorğu-suala
tutulur, təqib və təzyiqlərə məruz qalır, həbs edilir. Məs: 2000-ci ildə
Dostları ilə paylaş: |