Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

 
150 
«Varlıq»  dərgisi  varlığımızın  rəmzi  və  bayrağı  oldu  (108,  №  39-40, 
1986,5)  –  bu  sözlər  doktor  Həmid  Nitqinindir  və  dərginin  ictimai-milli 
məzmununu və platformasını dəqiq əks etdirir. Jurnalın nəşr olunmuş nüsxələri, 
komplektləri  onun  xalqımızın  mədəniyyət,  ədəbiyyat  və  ictimai-siyasi  fikir 
tarixindəki  misilsiz  xidmətlərini  ümumiləşdirməyə  və  Həmid  Nitqinin  bu 
qənaətini təsdiqləməyə imkan verir.  
«Varlıq»  birinci  növbədə  Güney  Azərbaycanda  Milli  hərəkatın  inkişafına, 
milli  özünüdərk  prosesinə  xidmət  edir.  Dərgi  ikiyə  bölünmüş  xalqın  siyasi, 
mədəni  və  bədii  təfəkkür  baxımından  qovuşmasında  əvəzsiz  rol  oynayır.  Milli 
birliyin  Cənubdakı  ədəbi-mədəni  mərkəzi  məhz  «Varlıq»  dərgisidir.  Dərgidə 
vahid Azərbaycan mədəniyyəti konsepsiyası rəhbər tutulur.  
«Varlıq» vətəndaşlıq və milli qeyrət hissi ilə yaşayan mötəbər ziyalıları öz 
ətrafında birləşdirir və İranda Azərbaycan elmi-ədəbi mühiti yaratmaqda ardıcıl 
fəaliyyət  göstərir.  «Varlıq»  milli  ədəbi  dil  birliyi  yaradır.  Cənub  və  Şimal 
arasında milli-mənəvi psixoloji körpü rolunda «Varlıq» və onun yaradıcı heyəti 
tarixi vətəndaşlıq missiyasını yerinə yetirir. «Varlıq»ın hər nömrəsini müşaiyət 
edən  (və  onun  gələcək  ovqatını  da  öncədən,  əvvəlcədən  xəbər  verən)  «Heydər 
babaya  salam»  və  Şəhriyar  ruhu  bizim  yalnız  torpağımızı  və  mənəviyyatımızı 
yox, tariximizi də birləşdirir və bütövləşdirir» (13,17). 
«Varlıq» təkcə Şimal və Cənub arasında birlik körpüsü olmayıb, bütün türk 
dünyasının  keçmişi,  indisi  və  gələcəyi  haqqında  mötəbər  elmi,  ədəbi  yazılar 
verməklə  türk  xalqlarının  birliyinə  xidmət  edir.  Qədim  türklər,  orta  türklər, 
İslam  dövrü  və  sonrakı  dövrdə  türk  dövlətləri  və  mədəniyyəti  haqqında  silsilə 
tədqiqatlar öz soykökünü dərk etməkdə hər bir türkə yardımçıdır. Xüsusən İran 
və Amerikada, Avropa ölkələrində yaşayan türkdilli xalqlar üçün bunun ictimai-
siyasi əhəmiyyəti olduqca böyükdür.  
Nəhayət,  «Varlıq»  Quzey  Azərbaycanın  ən  vacib,  ən  ağrılı  problelərinə 
böyük  yanğı  və  həssaslıqla  yanaşır.  Xalqımızın  düçar  olduğu  bəlalara  ən 
mötəbər səviyyədə münasibətini bildirir. Qarabağ dərdi «Varlığ»ın da dərdidir.  


 
151 
Doktor C.Heyətin böyük ürək ağrısı və göz yaşları ilə Türkiyənin o vaxtkı 
prezidenti  S.Dəmirələ  yazıdığı  məktubunu  həyacansız  oxumaq  mümkün  deyil. 
O,  Azərbaycanın  düçar  olduğu  fəlakətli  vəziyyətdən  qurtulması  üçün  qüvvə  və 
səyləri  gücləndirməyə,  «Böyük  dövlətlərin  silahları  ilə  təpədən  dırnağadək 
silahlanmış  ermənilər  qarşısında  azərbaycanlıları  müdafiə  edib  soyqırımına 
mane olmağa» çağırırdı. C.Heyətin bu məktubu erməni işğalına qarşı  böyük bir 
xalqın  həqq  səsi  idi.  Cavad  Heyətin  Süleyman  Dəmirələ  məktubu  «Varlığ»ın 
ictimai-siyasi xəttini parlaq əks etdirirdi.  
Şəhriyarın  tarixi  missiyasını  «Varlıq»  ləyaqətlə  davam  etdirir.  Böyük 
şairin  dərgi  haqqında  aşağıdakı  misaralarında  öz  əksini  tapmış  fikrin  böyük 
həyatı mənası zaman ötdükcə artır:  
 
«Varlıq» nə bizim təkcə azadlıq quşumuzdur, 
Bir müjdə də vermiş bizə həmkarlığımızdan  
Dil açmada, karlıq da gedir korluğumuz da, 
Çün lallığımız doğmuş idi karlığımızdan.  
                                     (108 №2, 1979, 58.) 
Dərginin  baş  redaktoru  və  naşiri  cavad  Heyət  ixtisasca  həkimdir.  Böyük 
alim  və  ruhani  olan  atası  Əli  Heyət  Məşrutə  inqilabının  fəallarından  və  İran 
ədliyyəsinin qurucularından olmuşdur. C.Heyət 1925-ci ildə  may ayının 24-də 
Təbrizdə  dünyaya  gəlmiş,  tibbi  təhsilini  İstanbul  və  Paris  universitetlərində 
almışdır.  İranda  ilk  açıq  ürək  cərrahiyyəsi,  ürək  qapaqlarının  və  ürəyin 
dəyişdirilməsi, böyrək köçürülməsi Cavad Heyətin adı ilə bağlı olmuş, bununla 
o İranda nəzəri və eksperimental cərrahiyənin əsasını qoymuşdur.  
Dr.  C.Heyət  cərrahi  əməliyyatlarla  yanaşı  cərrahlığa  aid  araşırmalar  da 
aparır. 1964-cü ildən başlayaraq «Daneşe-pezeşki» (Tibb elmi) adlı jurnal nəşr 
edir.  12  il  davam  edən  jurnal  M.Rza  Pəhləvinin  50-ci  il  dönümü  ilə  bağlı 
məqalə yazmadığından qapanır. 


 
152 
Tibb  sahəsində    monoqrafiya  və  dərsliklərin  müəllifidir.  1965-ci  ildə 
yazdığı  II  cildlik  «Ümumi  cərahiyyə»  kitabı  İranda  bu  mövzuda  yazılmış  ilk  
dərslik idi. 
Elmi-nəzəri  əməli  uğurlarına  görə  1983-cü  ildə  Fransa  Cərrahlıq  
Akademiyasının  üzvü  seçilmişdir.  1963-cü  ildən  Beynəlxalq  Cərrahiyyə 
Cəmiyyətinin  İran  təmsilçilçisidir.  Tehranda  Azad  İslam  Universitetinin 
Cərrayyə kafedrasının rəhbəri, Azərbaycanda 7 universitetin fəxri doktoru, Türk 
Dil  Qurumunun  fəxri  üzvü,  İstanbul  Universitetinin  fəxri  doktorudur.  İstər 
İranla  Azərbaycan  arasında  mədəni  əlaqələrin  inkişafında,  istərsə  də  Qarabağ 
haqda əsil həqiqətlərin açılıb yayılmasında, qaçqın və şəhid ailələrinə humanitar 
yardım  göstərilməsində,  yaralıların  İranda  müalicə  olunmasında  C.Heyətin 
böyük xidmətləri olmuşdur.  
Azərbaycan sevgisi, millət, vətən təəsübkeşliyi doktor Cavad Heyətə irsən 
keçmişdir.  Anası  Məsumə  xanım  Sultan  Füruğ  tayfasının  başçısı  Hacı  Mirzə  
Məhəmmədin  qızı  idi.  Azərbaycan  xalq  ədəbiyyatına  yaxından  bələd  olan 
Məsumə  xanım  öz  övladlarına  xüsusilə  Cavada  körpəlikdən  xalq    xəzinəsinin 
incilərini  sevdirmiş və ona qarşı dərin maraq oyatmışdı.  
Vaxtilə  İranda  baş  prokuror,  məhkəmə  sədri,  ədliyyə  naziri  kimi  yüksək 
qulluqlarda  işləyən  atası  Mirzə  Əli  Heyət  xalqını  Cənubi  Azərbaycanda  şah 
qırğınlarından, Naxçıvanda erməni təcavüzündən qorumuşdur.  
Dövlətin ölkə daxili və xarici işləri yönümündəki çeşidli görüşlərdə önəmli  
heyətlərə  başçılıq  edib  uğurlu  nəticələrə  nail  olduğundan  eyni  zamanda  heyət 
(kosmoqrafiya)  alimi  olduğu  üçün  ona  Heyət  təxəllüsü  verilmiş,  sonralar  Əli 
Heyətin  şəcərəsi  bu  adı    daşımışdır.  Əli  Heyət  daim  Türk  dünyası  və  islam 
dövlətləri  arasında  yaxşı  dostluq  əlaqələrinin  yaranmasında  çalışmış  bu  birlik 
idealının soydaşlarına və övladlarına da aşılamışdır. 
Doktor atasının bu mötəbər missiyasını heç vaxt unutmamış, elmi və əməli 
fəaliyyətində  Arazın  hər  iki  tayında  yaşayan  xalqının  dilini,  mədəniyyətini, 
tarixini  araşdırmış,  təbliğ  etmiş  və  bu  mövzuda  6  cildlik  kitabını  Tehranda,  5 
kitabını isə Bakıda nəşr etdirmişdir.  Yeni  tapıntı və faktlara söykənən, orijinal 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə