Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

 
138 
çox  idi.  Onların  əksəriyyəti  Azərbaycan  xalqının  varlığını,  mədəniyyətini, 
tarixini özündə əks etdirir və ən başlıcası azərbaycan dilini yenidən dirçəldirdi.   
Fevral inqilabından bir neçə il sonra yeni nəşrə başlayan qəzet və jurnallar 
bir-birinin  ardınca  qadağan  edildi.  Onların  naşirləri  və  müəllifləri  təqiblərə 
məruz qaldılar.  
Qeyd  etmək  lazımdır  ki,  sosial-siyasi  münasibətlərinə  görə  müxtəlif 
mövqelərdə  duran  bütün  bu  nəşrləri  başlıca  bir  məqsəd  birləşdirirdi  – 
azərbaycanlıların  qədim  tarixini,  mədəniyyətini,  ədəbiyyat  və  dilini  öyrənmək, 
onlarda öz qüvvəsinə inam və mili qürur oyatmaq və nəticədə öz milli hüquqları 
uğrunda  mübarizə  əzminə  yardım  etmək.  Bəziləri  cəmi  bir  neçə  nömrə  çap 
edilən, biri bağlansa da digəri çıxmağa başlayan bu qəzet və jurnallar İrandakı 
azərbaycanlılar  içərisində  böyük  təsir  gücünə  malik  oldu.  Onlarda  əsl  mənada 
milli  dirçəliş  yaratdı.  Bu  dirçəlişin  mühüm  bir  xüsusiyyətini,  ümumi 
azərbaycanşünaslıq  və  onun  müxtəlif  məsələlərini  əks  etdirmək,  Sovet 
Azərbaycanı  ilə,  buradakı  həmvətənlərlə  əlaqə  yaratmaq,  burada  mədəniyyət 
sahəsindəki  bütün  nailiyyətlərdən  bəhrələnmək  meylinin  güclü  olması  təşkil 
edirdi». (10, 154) 
Ayətulla  Xomeyninin  vəfatından  sonra  ölkədə  baş  verən  liberal 
dəyişikliklər  nəticəsində  Güney  Azərbaycanda  yenidən  ana  dilində  mətbuat 
nümunələri görünməyə başladı.  
1978-1979-cu  illər  İran  inqilabından  sonra  İranda  və  Güney  Azərbaycanda 
20  il  ərzində  nəşr  olunan  anadilli  mətbuat  nümunələrinin  sayı  60-dan  artıq 
olmuşdur.  
Güney  Azərbaycanda  hələ  inqilabın  gedişi  zamanı  bütün  İranda  bir  sıra 
istər sol, istərsə də sağ təmayüllü və inqilabın gedişində böyük xidmətləri olan 
partiyalar fəaliyyətə başladı.  
Xalq Müsəlman Partiyası inqilabın lideri Xomeyni qələbə ərəfəsində İrana 
gələnədək  ölkədə  onunla  yanaşı  ən  böyük  din  başçılarından,  sonralar  isə 
sıxışdırılma, ölkədəki Azərbaycanlılar arasında nüfuzlu dini başçı sayılan Qum 
şəhərində yaşayan Hacı Məhəmməd Kazım Şəriət Mədari idi.  


 
139 
Şəriətmədarinin  təsiri  altında  olan  Güney  Azərbaycan  inqilaba  demokratik 
və  Milli  tələblərlə  qoşulmuşdu.  MXP  (Müsəlman  Xalq  Partiyası)  məhz  bu 
tələbləri  gerçəkləşdirmək  məqsədilə  yaradılmışdı.  MXP  «şurayi-ostani»  kimi 
qurumların təşkil olunmasını tələb edirdi. Eyni zamanda partiya yenidən əyalət 
və vilayət əngümənlərinin yaradılmasını istəyirdi. Şəriətmədari Xomeynidən və 
onun  ətrafından  fərqli  düşüncüyə  malik  idi.  Şəriətmədari  üçün  Azərbaycan 
məsələsi  xüsusi  önəm  daşıyırdı.  O:  «Azərbaycana  muxtariyyət  tələb  etmək 
bizim  məqsədimizdir»  -  deyirdi.  Şəriətmədari  söyləyirdi:  «Şah  türk  millətimin 
dilini  və  bu  yolla  da  dinini,  adət-ənənəsini  oratadan  qaldırmaq  istədi  və 
qaldırdı.  İnqilabdan  sonra  türklər  üçün  durum  fərqli  olmalıdır.  Çünki  bəhmən 
ayının 29-da Təbrizin türk qəhramanları İran inqilabının təməlini qoymuşlar». 
Dekabrın  5-də  Təbrizdə  keçirilən  referendiumun  nəticələrinin  təhrif 
olunmasından narazı qalan təbrizliləri XMP etiraz mitinqi və nümayişə çağırdı, 
bir  gün  sonra  üsyana  başladılar.  Dövlət  idarələri,  radio  və  televiziya 
stansiyaları,  təyyarə  meydanı  iki  gün  üsyançıların  əlində  olmuş,  Azərbaycan 
İslam  Cümhuriyyəti  elan  edilmişdi.  Üsyançılar  demokratik  tələblərlə  yanaşı, 
milli  tələblər,  o  cümlədən  ölkədə  yaşayan  «bütün  xalqlara  öz  müqəddaratını 
təyin  etmə  hüququ»  tələbini  irəli  sürürdülər.  Üsyan  üçüncü  gün  İİR  daxili 
muzdlu silahlı qüvvələri –pasdarlar tərəfindən yatırılmış oldu (18, 311-312). 
Şəriətmədari  inqilabdan  sonra  Azərbaycan  türklərinin  problemlərini  həll 
etməyə təşəbbüs göstərmişdi. Bu dövrdə o, sərt və olduqca radikal bəyanatlarla 
çıxış etmişdir: «15 milyon farsın əsarəti altında 60 il qalmaqmı yaxşıdır, yoxsa 
17,5  milyonluq  türkün  ədaləti  altında  yaşamaq?!  Məsələlərimizi  bu  şəkildə 
ortaya qoymalıyıq!» Şəriətmədari Güney Azərbaycanın muxtariyyətini istəyərək 
demişdi:  «İslami  Konstitusiyamız  qəbul  edildikdən  sonra  hər  kəs  öz  yerini 
alacaqdır.  Bizim  yerimiz  isə  17,5  milyon  Azərbaycan  türkünü  doğub  böyüdən 
Təbriz olacaqdır».  
1979-cu  ilin  fevral  inqilabında  islamçılarla  yanaşı  solçular  və  «İran 
millətçiliyini  əsas  götürən»  milli-məzhəbilər  də  var  idi.  Solçuların  hakimiyyət 
iddiası olsa da, onların bu niyyətinin gerçəkləşməsi Qərbə sərf etmirdi. Bununla 


 
140 
Qərb  sovetlərin  Orta  Şərqdə  nüfuzunun  artmasının  qarşısını  alırdı.  İslamçılar 
əvvəlcə  bu  idida  ilə  çıxış  etməsə  də,  sonradan  hakimiyyətə  yiyələnirdilər.  Bu 
məsələdə  qərb  də  onları  dəstəklədi.  Belə  ki,  şahdan  miras  qalmış  siyasi 
ideologiya  və  kommunizm  ideologiyası  cəmiyyətin  maraqlarını  ödəmirdi.  Ona 
görə  islamçıların  hakimiyyətə  gətirilməsinə  yardım  etmək  Qərbin  marağında 
idi. 
Bütün bunlardan başqa, digər cərəyanlarla yanaşı, Milli haqlar məsələsi də 
inqilabın şüarlarında zəif də olsa səsələnirdi. Elə İran Anna Yasasında dil, Milli 
bərabərlik və bu kimi maddəəlrin mövcudluğu həmin tələblərin nəticəsi idi… 
İnqilabın əsas şüarları «Bərabərlik», «Ədalət», «Azadlıq» və «İstiqlal» idi. 
Amma  ötən  26  il  ərzində  bu  şüarlara  əməl  olunmadı.  Milli  məsələ  öz  həllini 
tapmadı, demokratik dəyərlər bərqərar olmadı.  
Aşağıda  Güney  Azərbaycanda  inqilab  ərəfəsində  və  ondan  sonra  çıxan 
qəzet və jurnallara yaxından nəzər salacağıq. 
Qeyd etdiyimiz kimi inqilabın gedişində Təbrizdə nəşrə başlayan ilk qəzet 
«Ulduz»  idi.  Onun  ilk  sayı  1979-cu  il  yanvar  ayının  17-də  capdan  çıxmışdı. 
Azərbaycan və fars dillərində nəşr əsasən baş məqalə şer,  xəbər və hecatatyası 
ibarət  olan  səhifələr  azərbaycan  və  fars  dillərində  hazırlanırdı.  Qəzet  ilk 
sayındakı yazılarda vəziyyəti açıq şərh edərək, yerlərdə baş verən çıxışları qeyd 
edir, irticaya  qarşı özünün açıq narazılığını və qəzəbini bildirir, şahın ölkədən 
getməsi  və  Xomeyninin  İrana  gəlməsi  haqqında  xəbər  verirdi.    «Ulduz»  qəzeti 
səkkiz  səhifədə  on  nömrəyə  qədər  buraxılmış,  sonra  isə  onun  nəşri 
dayandırılmışdır.  
Qəzet çap olunduğu ilk gündən xalqın və ziyalıların rəğbətini qazanmışdı. 
Azərbaycan  Azadixahlar  firqəsinin  (Azadlıqsevərlər  partiyası)  orqanı  olan 
«Yoldaş»  jurnalı  1979-cu  il  mart  ayının  3-də  Tehranda  Azərbaycan  dilində  
nəşrə başladı. Jurnal həftədə bir dəfə nəşr olunurdu. «Yoldaş» jurnalının birinci 
nömrəsində verilən «Baş söz» də onun məram və məqsədi şərh olunurdu. Jurnal 
yazırdı ki, o öz səhifələrində sadə Azərbaycan dilində kütləvi xəbər və mətnlər 
dərc  edəcək,  orqanı  olduğu  firqənin  müxtəlif  ictimai-siyasi  məsələlərlə  bağlı 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə