132
mədəniyyət ocaqları, əncümənlər onlar arasında əlaqənin zəifliyinə və ya
yoxluğuna baxmayaraq azərbaycanlıların milli mədəniyyətlərinin təsbit
olunması və inkişafı, bu mədəniyyətin azərbaycanlılaşdırılması uğrunda
mübarizədə eyni mövqedən çıxış edirdilər» [12, 151]. Təbriz Şair və Yazıçılar
Birliyindən sonra 1981-ci ilin əvvəllərində Təbrizdə gənc şair və yazıçıların
ətrafında birləşdiyi «Gənc Şair və Yazıçılar Cəmiyyəti» yaradılır. Bu
cəmiyyətin «Gənclik» adlı orqanı da işıq üzü görür.
Sonra «Azərbaycanlıların Milli-İnqilabi Cəmiyyəti», «Azərbaycan
Mədəniyyət İşçiləri Cəmiyyəti», «Azərbaycan Mədəniyyəti» kimi təşkilat və
cəmiyyətlər də yaranır. Azərbaycan cəmiyyəti «Çənlibel» adlı məcmuə də nəşr
edir. Tehranda yaşayan, əsasən dini mövzularda şerlər yazan şairlər «mərkəzdə
yaşayan Azərbaycanlı Məzhəbi (dini – R.M.) şairlər Əncüməni» adlı cəmiyyət
yaradır [108, №59-60, 1984, 61].
Qısa zaman ərzində çoxsaylı ədəbi-mədəni cəmiyyətlərin, onların
özünəməxsus mətbuat orqanlarının fəaliyyətə başlamaları inqilabın Güney
Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixində yeni səhifələr açdığına, xalqa
nisbi də olsa azadlıq verdiyinə sübutdur. Bütün bunlar belə bir qənaətə gəlməyə
əsas verir ki, «inqilabdan sonra azərbaycanlıların milli təşəkkülü, milli şüuru öz
inkişafında yeni mərhələyə daxil olmuşdur. Həmin mərhələ onun başlanğıcı
üçün səciyyəvi cəhət azərbaycanlıların öz milli həyatına münasibətinin onların
siyasi, mənəvi fəaliyyətlərində geniş şəkildə inikas tapması olmuşdur. Yəni
inqilab azərbaycanlıların milli şüurunun məzmununu subyektiv gerçəklikdən
obyektiv reallığa çevrilməsinə şərait yaratmışdır. Həmin mərhələyə xas digər
mühüm cəhət Azərbaycan xalqı, dili, mədəniyyəti, gələcəyi barədə fikirlərin
daha yüksək nəzəri səviyyədə ilk dəfə Azərbaycan dilində ifadə edilməsidir [10,
175].
Bu dövrdə mədəniyyətin inkişafı təkcə adları çəkilən cəmiyyətlərin və
onların mətbuat orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Heç bir partiyaya və
cəmiyyətə aidiyyatı olmayan «Dədə Qorqud», «Varlıq», «Odlar yurdu»,
«Araz», «Mola Nəsrəddin», «Vətən uğrunda», «Azadlıq», «Foruğe-azadi»
133
(«Azadlıq işığı»), «Koroğlu», «Azərbaycanın səsi» kimi qəzet və jurnalların
nəşri 1978-1979-cu il İran inqilabından sonra demokratik ab-havanın nəticəsi
idi.
İnqilabın qələbəsindən sonra nəşr olunan azərbaycan qəzet və jurnallarının
siyasi-ideoloji istəqamətləri müxtəlif idi: sol ekstemist, sol demokratik, liberal
milliyyətçi və burjua-demokratik. Bu, onların müxtəlif partiya, təşkilat və
qruplaşmaların orqanları olduğundan irəli gəlirdi, bu orqanlar öz partiyasının
siyasi-ideoloji fikirlərini öz səhifələrində təbliğ edirdilər.
Bu qəzet və jurnalların müəyyən bir partiya və ya təşkilat orqanı, müəyyən
siyasi-ideoloji istiqamətə malik olduğuna baxmayaraq, eyni qəzet və ya jurnalın
müxtəlif saylarında və səhifələrində zidd fikirlərə və təbliğata müxtəlif siyasi
ideoloji istiqamətlərə rast gəlmək olardı. Bunun səbəbi 1978-1979-cu illərdə
baş vermiş İran inqilabının nəticələrinin qeyri-müəyyənliyində, onun
istiqamətinin qeyri-sabit olmasında idi.
«Dədə Qorqud», «Koroğlu», «Çənlibel», «Odlar yurdu», «Ərk» kimi adlar
Güney azərbaycanlıların on illər boyunca dözdüyü Milli təzyiqlərə, İran
əhalisinin yarıdan çoxunu təşkil edən bir xalqı «vahid İran milləti»nin, daha
sonra islam faktorunun içində assimilyasiya etmək siyasətinə verdiyi bir mənalı
cavab idi. Bu adlar Güney azərbaycanlıların türk soy kökünə mənsubluğunu,
qəhrəman tarixi keçmişə malik olduqlarını xatırlatmaqla yanaşı xalqın milli
mənlik şüurunun yüksəldilməsinə xidmət edirdilər. «Ülkər», «Ulduz» kimi adlar
güneylilərin inqilaba bağlı ümidlərini, Milli taleyə, gələcəyə inamlarını ifadə
edirdisə, «Varlıq», «Araz», «Vətən uğrunda», «Azadlıq», «Azərbaycan səsi» öz
adları ilə milli azadlıq mübarizəsinə, istiqlal uğrunda döyüşlərə səsləyirdi.
Lakin bu mətbuat orqanlarının proqramlarında özünəməxsus cəhətlər, müəyyən
fərqlər olsa da bu qəzet və jurnallar güneylilərin azadlığa təşnəliyinin, xalqın
milli şüurunun yüksəlişinin yeni mərhələyə daxil olmasına, milli özünüdərkin
güclənməsinə təsir göstərirdi. Bu mətbuat orqanlarının səhifələrində
Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı mövzulara böyük önəm verilirdi.
«Yoldaş», «Dədə Qoqud», «Varlıq», «Koroğlu» jurnalları və «Odlar yurdu»,
134
«Çənlibel» qəzetləri öz səhifələrində oxucuların istək və xahişini nəzərə alaraq
Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan dilinin inkişaf
mərhələləri ilə bağlı yazılar və Azərbaycan şair və yazıçılarının əsərlərindən
nümunələr verirdilər.
Azərbaycan dövrü mətbuat səhifələrində inqilabdan sonrakı İran
cəmiyyətinin, xüsusən Güney Azərbaycanın problemlərinə də çox yer ayrılırdı.
Azərbaycan xalqının ehtiyacları qəzet və jurnal səhifələrində öz əksini tapırdı.
Kütlələr müvəqqəti inqilabı hakimiyyətindən xalqın istək və tələblərinə cavab
verən ədalətli demokratik respublikanın yaranmasını, imperializm köləliyinə
son qoyulmasını, şəhər və kənd əhalisinin yaşayış şəraitinin yaxşılaşmasını,
torpaq, fabrik və zavodların milliləşdirilməsini, işsizliyin aradan qaldırılmasını,
sığorta və vergilərin vaxtlı-vaxtında ödənilməsini, maaşların qalxmasını və s.
tələb edirdilər.
Azərbaycan mətbuatının səhifələrində açıq şəkildə deyilirdi ki, əgər İranda
zəhmətkeşlərin maraqlarını ödəyə biləcək iqtisadi azadlıq əldə olunmasa və
ictimai həyatın bütün sahələrində demokratikləşmə gerçəkləşmə, hakimiyyətdə
olan quruma qarşı narazıçılıq get-gedə artacaq. Bu problmelərlə yanaşı
azərbaycan mətbuatının səhifələrində azərbaycan xalqının tarixi, mədəniyyəti,
dil və ədəbiyyatının işıqlandırılması və kütləviləşməsinə maraq göstərilirdi.
«Yoldaş», «Varlıq», «Koroğlu», «Dədə Qorqud» kimi jurnallar, «Odlar yurdu»,
«Çənlibel» kimi qəzetlər ilk saylarında bu sahədə hərtərəfli işə balamış və onu
özlərinin əsas vəzifələrindən biri hesab edirdilər. Bu qəzet və juranallar
oxucuların xahişi ilə öz səhifələrində «Azərbaycan tarixindən», «Azərbaycan
ədəbiyyatı tarixi», «Azərbaycan dilinin inkişaf mərhələsi» adları altında bir sıra
materiallar, hər iki tayın şair və yazıçılarının əsərlərindən parçalar dərc
eləmişdilər.
1979-cu ilin 16 noyabrında təsdiq olunmuş əsas qanun layihəsinin 15-ci
maddəsində bütün millətlərə öz ana dillərində mətbuat buraxmaq, ana dilində
radio-televiziya verilişləri hazırlamaq, mədrəsələrdə fars dili ilə yanaşı
ədəbiyyat dərslərinin ana dilində keçirilməsi kimi hüquqların verilməsinə
Dostları ilə paylaş: |