Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

 
147 
Fərzanənin  (1923-2005)  adı  ilə  bağlıdır.  Folklorçu  və  dilçi  olan  M.Fərzanə 
Azərbaycan ədəbiyyatının mənbələrinə və qrammatikasına dair kitablar yazmış, 
folklor nümunələrini ardıcıl olaraq toplamışdır. Onun araşdırmaları dərginin ilk 
saylarından başlayaraq oxuculara çatdırılmışdır.  
Qulamhüseyn 
Beqdeli 
(1918-1998) 
uzun 
müddət 
həmkarları 
H.Məmmədzadə  və  doktor  M.T.Zöhtabi  kimi  Bakıda  təhsil  almış,  yaşayıb 
yaratmışdır.  O,  klassik  ədəbiyyatın  tədqiq  olunub  yayılması  və  nəşr  edilməsi 
sahəsində  çox  gərəkli  işlər  görmüşdür.  «Təsəvvüf  və  ədəbiyyat»,  «Söz 
klassiklərimiz»,  «Azərbaycanın  məşhur  simaları»,  «Yeni  tapıntılar»  silsilə 
məqalələri,  öz  şerləri  və  başqa  müxtəlif  yazılarla  dərgidə  çıxış  etmişdir.  Bu 
məqalələr çox zaman ilkin mənbələrdən olub ədəbi aləmdə böyük marağa səbəb 
olmuşdur.  
Həmid  Məmmədzadə  (1924-2000)  tanınmış  tədqiqatçı  və  nasirdir. 
Dərgidə  klassik  ədəbiyyata  dair  elmi-ədəbi  yazılarla  çıxış  edirdi.  Həmkarı 
Q.Beqdeli  ilə  Bakıda  ali  məktəbi  bitirmiş,  professorluq  dərəcəsinə  yüksəlmiş, 
orada  yaşadıqları  30-35  ildə  Güney  Azərbaycan  ədəbiyyatının,  Quzey 
Azərbaycanda tanınmasına böyük xidmətlər göstərmiş və ciddi elmi əsərlər nəşr 
etmişlər. 
Əli Kəmali (1944-1996) ixtisasca hüquqşünas olub. Uzun illər Savə və ona 
yaxın  olan  mahalların  folklor,  etnoqrafiya  və  klassik  ədəbiyyata  dair  zəngin 
materiallarını  toplamışdır.  Bu  əsərlərin  sayı  100-dən  çoxdur.  Çox  təəssüf  ki, 
yorulmaz  fədakar  tədqiqatçı  həyatdan  vaxtsız  köçmüş  və  toplama  materialları 
indiyədək «Varlıq» dərgisindən qeyri heç bir yerdə işıq üzü görməmişdir. 
Kərim  MəĢutəçi  –Sönməz  (1928)  Güney  Azərbaycanın  istedadlı 
şagirdlərindəndir. Dərgidə müntəzəm olaraq yazdığı poetik parçalarla çıxış edir, 
hüquqşünasdır. Bir neçə Şer kitabının müəllifidir.  
Həsən 
Məcidzadə-Savalan 
(1940) 
çağdaş 
Güney 
Azərbaycan 
şairlərindəndir.  Dərgidə  şerləri  ilə  yanaşı  görkəmli  sənət  adamlarının  həyat  və 
yaradıcılığı  ilə  bağlı  yazılarla  çıxış  edir.  Onun  «Apardı  sellər  Saranı»  kitabı 
inqilabdan əvvəl azərbaycan dilində çıxan ilk kitab olmuşdur.  


 
148 
Səməd  Sərdar  Niya  (1947)  ixtisasca  hüquqşünasdır.  Dərgidə 
Azərbaycanın  tanınmış  xadimləri  haqda  tarixi  səpgili  yazılarla  çıxış  edir, 
yazılarını farsca yazır. Anna dilində də yazıları vardır. Cənubi Azərbaycan teatr 
tarixi, mətbuat tarixi, Məşrutə inqilabi tarixi və s. ilə bağlı kitablar yazmışdır.  
Əziz  Möhüsünü  (1926)  ixtisasca  inşaatçı-mühəndisdir.  Dərgiyə  şerlərlə 
bərabər  müntəzəm  dəyərli  elmi,  ədəbi  məqalələr  yazır.  İnqilabın  ilk  illərində 
«Günəş» qəzetini çıxarmışdır.  
Mirhidayət  Həsari  (1929)  folklor  araşdırıcısı  və  şairdir.  Dərginin 
səhifələrində müntəzəm olaraq şerləri və folklor tədqiqatları ilə çıxış edir. Elmi 
ədəbi, ictimai və tarixi mövzulara aid olanlarla məqalənin müəllifidir.  
Ġsmayıl Hadi (1957) gənc yazıçı və tədqiqatçı alimlərdəndir. Dərgidə elmi 
ədəbi  yazılarla  çıxış  edir,  onun  müxtəlif  məzmunlu  elmi  məqalələri  və  kitabı 
nəşr olunmuşdur. 
Teymur PirhaĢiminin yazıları öyrədici və tanıtma xarakteri daşıyır. Onun 
seçib ayırdığı bədii nümunələrin oxucuların bədii səviyyəsinin formalaşmasında 
təsiri az olmamışdır. 
Əbdülkərim  Mənzuri  Xamneyi  ixtisasca  müəllimdir.  Atalar  sözlərini 
toplayaraq  onları  müntəzəm  dərginin  səhifələrində  dərc  etdirmişdir.  Dərgidə 
transliterasiya işlərini aparmışdır.  
Məmmədrza  Heyətin  dərgi  üçün  yazdığı  müsahibə,  resenziya  və  digər 
məqalələri  Bakı  Dövlət  Universitetini  bitirmiş  gənc  filoloqu  artıq  formalaşmış 
bir araşdırıcı kimi tanıtmağa yönəldir. 
İbrahim  Rəf-rəf  dərginin  katibidir.  İxtisasca  mühəndisdir.  Dərgidə 
dilçiliklə bağlı silsilə məqalələrlə çıxış edir.  
Dərgi  üçün  yazılmış  yazıdan  tutmuş  onun  bütün  tam  hazır  vəziyyətə 
gəlməsinə  qədər,  hətta  böyük  və  kiçik  şəhər  və  məntəqələrdə  yayılması  da  bir 
neçə  həmkarın  üzərinə  düşür.  Bu  işin  zəhməti  üçün  bir  tümən  belə  almayan, 
əksinə  yeri  gələndə  ortaya  çıxan  məsrəfləri  ödəmək  üçün  imkanı  daxilində 
maddi  yardım  göstərən  redaksiya  kollektivinin  fədakarlığı  müasir  dövrümüzdə 
kommersiyanın  hər  yerdə  ayaq  açaraq  qoyduğu  qanunlarla  bir  araya  sığmır. 


 
149 
Böyük  maddi  çətinliklər  və  mənəvi  təzyiqlər  bahasına  ərsəyə  gələn  böyük  bir 
elmi-tədqiqat  institutunun  görə  bilmədiyi  işin  öhdəsindən  gələ  bilən  dərginin 
yaradıcı heyətinə başqa ölkələrin ziyalıları yəqin ki, həsəd apara bilər. 
«Varlıq»  jurnalının  yarandığı  vaxt  Cənubi  Azərbaycanda  ədəbi  dilin 
şimalda  mövcud  olan  üslubları  yox  idi.  Fars  təfəkkür  tərzi  ziyalıların  danışıq 
tərzində  və  yazı  üslublarında  hakim  idi.  Orfoqrafiya  və  orfoepiya  qaydaları 
haqqında  təsəvvür  zəif  idi.  Ən  başlıcası  isə  azərbaycan  dilini  mükəmməl  bilən 
ədib, jurnalist kadrlar çatışmırdı. 
«Varlığın  həll  edəcəyi  birinci  dərəcəli  vəzifə  publisist  dildə  yeniləşmə, 
reforma etmək, Şimalda mövcud olan nailiyyətlərdən bəhərlənməklə ədəbi dildə 
vahid yazı qaydası yaratmaq idi. 
Doktor  Cavad  Heyət  müsahibələrindən  birində  bu  problemə  toxunaraq 
demişdi: «İnqilabdan sonra İranda ana dilli nəşrlərdə vahid yazı qaydası yox idi. 
Ona görə də türkdilli mətbuat dil problemi ilə qarşılaşdı. Fars və ərəb tərkibləri 
ilə  yüklənmiş,  fars  dilinin  bir  çox  təsirinə  məruz  qalmış  Cənub  danışıq  dili 
məqsədə  uyğun  deyildi.  Türkiyə  türkcəsi  də  bizə  uyğun  gəlmirdi.  Cənubi 
Azərbaycanın  ədəbi  dili  üzərində  dayanmağı  qərarlaşdıq.  Dili  öyrənmək,  onun 
zənginliyini,  qüdəritini,  göstərmək  üçün  isə  o  taylı  dilçi  alimlərin  əsərlərindən 
istifadə  edildi.  Bunun  nəticəsində  Güney  Azərbaycanda  ədəbi  dildə  yeniləşmə 
prosesi  baş  verdi.  «Varlıq»  isə  öz  təmiz  və  kamil  dil  üslubu  ilə  başqa  mətbuat 
orqanları üçün aparıcı və yol göstərici rolunu oynadı».  
«Varlıq»  ilk  günlər  dil-üslub  problemini  də  tədricən  aradan  götürmüş, 
nəticədə  ərəb  əlifbası  ilə  sözlərin  azərbaycanca  asan  oxunması  kimi  vacib 
məsələni həll etmişdir. «Varlıq» bir mətbuat orqanı kimi özünəməxsus dili olub, 
digər  mətbuat  orqanları  üçün  də  örnək  rolunu  oynayır.  Ortaq  türkcə  sözlərdən 
bol-bol  istifadə  edən  dərgi  bu  gün  ümumtürk  nəşrinə  çevrilmişdir.  Dərgidə 
İrandakı  digər  türk  xalqlarının  da  öz  öyrənilmiş  ədəbiyyat,  dil  və  tarixi 
araşdırılır,  Azərbaycan  xalqının  mənəvi  dəyərlərinə  həsr  olunmuş  materiallara 
ümumtürk konteksti prizmasından yanaşılaraq bu məsələni kompleks halda həll 
etməyə səy göstərilir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə