Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

 
153 
fikir  və  mülahizələrə  əsaslanan  «Azərbaycan  ədəbiyyatı  tarixinə  bir  nəzər 
(Tehran,  1980,  1990,  Bakı,  1993,  2  cilddə)  «Müqayisətül-lüğəteyn  (Tehran 
1948,  Bakı,  1989),    «Azərbaycan  şifahi  xalq  ədəbiyyatı»  (Tehran,  1988,  Bakı, 
1990),  «Türk  dili  və  ləhcələrinin  şairanə  bir  baxış»  (Tehran,  1986,  1987), 
«Türklərin  tarix  və  mədəniyyətinə  bir  baxış  (Tehran,  1988,  Bakı,  1993), 
«Ədəbiyyatşünaslıq»  (Tehran,  1995,  Bakı,  1997)  kitabları  oxucuların  dərin 
rəğbətini  qazanmışdır.    Görkəmli  alimin  «Varlıq»  dərgisinin  səhifələrində  nəşr 
olunan  Türkologiya,  əəbiyyat  tarixi,  folklor,  ana  dili,  ilahiyyat  və  s.  dair 
araşdırmaları  o  dildə  Azərbaycan,  İran,  Türkiyə,  Amerika  və  Fransa 
mətbuatında yayınlanmışdır. «Doktor C.Heyətin ən böyük əsəri isə (belə demək 
mümkündürsə) onun müntəzəm yayınladığı «Varlıq» dərgisidir.  
Güney  Azərbaycan  poeziyasının  korifeyləri  ustad  Şəhriyar  və  Səhənd  də 
«Varlıq»ın  nəşrini  böyük  sevinclə  qarşılamış,  onun  yazıları  sırasına 
qatılmışdılar. İlk nömrələrdən birində Şəhriyarın  «Azadlıq quşu» «Varlıq» şeiri 
dərc  olundu.  Səhənədə  isə  «Varlıq»ın  ilk  nömrəsini  görmək  nəsib  olmadı.  
Dərginin  birinci  sayı  bütövlükdə  yenicə  dünyasını  dəyişmiş  şairin  xatirəsinə 
həsr  olundu.  Ölümündən  az  əvvəl  yazdığı  «İmama  salam»  şeri,  Pəhləvi  rejimi 
dövründə  qadağan  olunmuş  «Yasaq»  şeiri  «Varlığ»ın  ilk  nömrəsinin  bəzəyi 
oldu.  
Məcəllənin  yayıldığı  coğrafi  sərhədə  nəzər  salsaq,  görərik  ki,  dərgi 
Amerikada,  Avropada  tanınmışdır.  Dünyanın  hər  yerində  yaşayan 
azəbaycanlılar  «Varlıq»ı  oxuyur,  ona  abunə  yazılır,  məqalə  və  şerlər  göndərir, 
yazdıqları  məktublarda  ürək  sözlərini,  qüssə  və  sevinclərini  onunla 
bölüşdürürlər.  
«Varlıq»  dərgisinin  25  illik  (1979-2004)  sayı  onun  fəaliyyətinin  aynası 
kimi  səciyyəvidir:  İlk  2-3  ildə  Milli  mədəni  dirçəlişi  öz  səhifələrində  əks 
etdirən  «Varlıq»  sonrakı  illərdə  (1983-1990-cı  illərdə)  ictimai-siyasi  durumun 
gərginliyi  ilə  əlaqədar  durğunluq  keçirir.  Son  illərdə  isə  (1991-2005-ci  illərdə) 
«Varlıq»  3  ayda  bir  dəfə,  bəzən  də  ildə  iki  dəfə  çıxsa  da  ədəbi  prosesdə  baş 
verən janlanmanı müəyyən dərəcədə əks etdirir.  


 
154 
«Varlıq»ın  25  ildə  keçdiyi  inkişaf  yolunu  nəzərə  alı  bonu  şərti  olaraq  3 
mərhələyə bölmək olar:  
I. 1979-1982-ci illər- Milli Mədəni İntibah dövrü.  
II. 1983-1990-cı illər – Durğunluq dövrü.  
III. 1991-2005-ci illər- Nisbi dirçəliş dövrü. 
I.  İran  Konstitusiyasında  milli    məsələnin  həlli  ilə  bağlı  yeni  maddələr 
qəbul edildikdən sonra Güney Azərbaycanda onlardan qismən və formal da olsa 
istifadə olundu. Xalq ziyalıları ana dilli qəzet və jurnal çıxarır, Yazıçılar birliyi 
yaradır,  radioların  verilişlərini  təmiz  ana  dilinə  çevirir,  ana  dilinin  fars  dili  ilə 
yanaşı  dövlət  dili  kimi  işlənməsinə  çalışırdılar.  Tehranda,  Təbrizdə  və  başqa 
şəhərlərdə  klassiklərin  əsərləri  çap  olunmağa, 
Güney  Azərbaycan 
məktəblərində,  Təbriz  Universitetində  qismən  azərbaycanca  məşğələlər 
keçirilməyə başlandı. Lakin bütün bu demokratik proses və islahatlar cəmi ikicə 
ay çəkdi. 
Öz  ana  dilini  ancaq  evdə  ailə  çərçivəsində  eşidən  və  bilənlərə  «Varlıq» 
dərgisi  bir  növ  əlifba  və  digər  dərslikləri  onlar  üçün  əvəz  edən  həm  müəllim, 
həm də məktəb oldu.  
«Varlıq»da  ilk  illər  müəllif  məhdudiyyəti  vardı.  Bütün  materialların 
hazırlanması demək olar ki, redaksiya heyətinə daxil olan 4-5 nəfərin öhdəsinə 
düşürdü. Dərgi ildən-ilə öz səhifələrini yəni qələm tutmağa başlayan cavan şair 
və  yazıçılara  açdı,  onların  yetkinləşməsinə  çalışıb,  yeni  yazıçı  nəsli  yaratdı. 
Həmid  Məmmədzadənin  də  yazdığı  kimi  bununla  gənc  yazarlarda  ana  dilində 
yazıb yaratmaq məziyyəti və zərurəti yarandı. Bu baxımdan  «Varlıq» təkcanına 
sözün həqiqi mənasında, Milli universitet vəzifəsini ifa etdi (13, № 28,55).  
İlk  illər  dərginin  səhifələrində  əsas  yeri  xalqın  ruhuna  yaxın  olan  folklor 
nümunələri  tuturdu.  M.Fərzanə,  Ə.Kəmali,  Mənzuri  Xamneyi,  Abbas  Mehyar 
dərginin demək olar ki, hər nömrəsində yeni material təqdim edirdilər. Bununla 
şifahi xalq ədəbiyyatı həm elmi cəhətdən araşdırılır, həm də, onun yağılıb nəşr 
olunması  qayğısına  qalanların  sayı  artırdı.  Bu  materiallar  oxucular  tərəfindən 


 
155 
maraqla  qarşılanır,  onların  redaksiyaya  göndərdikləri  folklor  nümunələri 
dərginin səhifələrini yeni məlumat və faktlarla zənginləşdirirdi.  
«Varlıq»  uzun  illər  doğma  dildən,  eləcə  də  bədii  ədbiyyatı  oxumaqdan 
məhrum  qalmış  oxucularının  səviyyə  və  tələbələrini  nəzərə  alaraq  ilk  illərdə 
sadə  və  anlaşıqlı  dildə  olan  öyrədici  yazılara  daha  çox  yer  verirdi.  Belə 
yazılarda  dilin  qrammatikası,  üslubu  haqda  məlumat  verilir,  məşhur  yazıçı  və 
şairlərin əsərlərindən, folklor nümunələrindən misallar gətirilirdi. 
Oxucular  yeni  qəbul  olunmuş  ədəbi  dil  və  islahatlar  sarıdan  çətinlik 
çəkməsin  deyə  dərginin  sonunda  ayrıca  izahlı  sözlük  verilirdi.  Sonrakı 
mərhələdə isə artıq bunlara ehtiyac duyulmadığından onun yerini öz dövrü üçün 
zəruri olan yazılar, məsələn, «Yeni çapdan çıxmış kitablar» və s. tutdu.  
İldən-ilə  püxtələşib  yetkinləşən  dərginin  onu  izləyənlərə  də  təsiri  çox 
olmuşdu. Əvvəllər gələn  məktubların əksəriyyəti farsca idisə, sonralar artıq bu 
nisbət azərbaycan türkcəsinin xeyrinə dəyişmişdi.  
Azərbaycan  xalqının  çoxəsrlik  zəngin  ədəbiyyatı  da  bütün  özəllikləri  ilə 
«Varlıq»da  çap  olunurdu.  Doktor  C.Heyətin  «Azərbaycan  ədəbiyyatı  tarixinə 
bir  baxış»  silsilə  məqalələri  bu  sahədə  uzun  illər  yeri  görünən  boşluğu 
doldurulurdu.  «Şəhriyarın,  Səhəndin,  sönməzin,  Savalanın,  H.Nitqinin  gözəl 
şerləri,  Fərzanənin  ana  dilinin  yaşaması  uğrunda  mübarizə  aparanlar  barədə 
acılı-şirinli  məqalələri,  «Varlıq»ın  ilk  nömrələrini  bəzəyirdilər»  (3,  s.  51). 
«Varlıq»da  hələ  adları  çoxlarına  məlum  olmayan  istedadlı  gənc  yazarların  da 
imzası görünməyə başlayırdı. 
İnqilabın  qələbəsindən  sonra  mühacirətdən  Vətənə  dönən  Qulamhüseyn 
Beqdeli,  Həmid  Məmmədzadə  və  Məhəmmədtağı  Zehtabi  kimi  yetkin  ziyalılar 
Vətənə qayıtdılar. Onlar Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində 
çalışıb  çox  önəmli  işə  başladılar.  Klassik  Azərbaycan  ədəbiyyatının  bəzi 
açılmamış,  naməlum  səhifələri  bu  tədqiqatçı  alimlər  tərəfindən  araşdırılıb 
incələndikdən sonra oxuculara çatdırıldı.  
Xalqın  ədəbiyyatını  qavramaq  və  təhlil  etmək  üçün  o  xalqın  dilinin 
təşəkkülünü,  inkişafını,  üslublarının  meydana  gəlməsini  izləmək  lazımdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə