Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

91
məhkəmənin  də  nəzərinə  çarpmır.  Əksinə,  iddiaçının 
son 3 il ərzində fəaliyyət göstərmədiyinə dair iza hatı, 
əslində  daha  çox  ona  verilmiş  lisenziyanın  fəaliy-
yətinin dayandırılmasına əsas verir.
 
İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 
110.1-ci maddəsinə əsasən həll olunur. 
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 
110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: 
İddia rədd olunur. 
Prosessual xərclər iddiaçı tərəfindən ödənilir. 
Qərardan, onun tam formada təqdim olunduğu gündən 
30  (otuz)  gün  müddətində  S  İnzibati-İqtisadi  Məhkəməsi 
(ünvan: ...) vasitəsilə S Apellyasiya Məhkəməsinin İnzibati-
İqtisadi  Kollegiyasına  (ünvan:  ...)  apellyasiya  şikayəti 
verilə bilər.
Sədrlik edən:   
imza
2-ci kazus üzrə qərarla bağlı qeyd:
Bu  qərarda  prosessual  baxımdan  diqqəti  cəlb  edən 
məqam  odur  ki,  baxılması  üçün  işin  qərarı  qəbul  edən 
məhkəməyə  göndərilməsi  haqqında  məcburi  hüquqi 
qüvvəyə  malik  qərardad  mövcuddur  və  kazus  üzrə  qəbul 
edilmiş  qərarda  mübahisələndirilən  inzibati  aktın  təkcə 


92
maddi  hüquq  normaları  ilə  deyil,  həm  də  inzibati  icraat 
hüququ  ilə  bağlı  aspektləri  yoxlanılır.  Məhkəmənin  qəra-
rında  lisenziyanın  fəaliyyətinin  dayandırılması  barədə 
mü ba hisələndirilən  qərar  üçün  səlahiyyətverici  norma 
qis mində,  prinsip  etibarilə  Azərbaycan  Respublikası 
Prezidentinin  2  sentyabr  2002-ci  il  tarixli,  782  nömrəli 
Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında 
bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi 
haqqında”  Qaydaların  deyil,  bu  arada  qüvvəyə  minmiş 
“İnzibati  icraat  haqqında”  Qanunun  inzibati  aktın  ləğvinə 
dair müddəalarının götürülməsi barədə də düşünmək olardı 
(“sonrakı qanun əvvəlki qanundan üstün qüvvəyə malikdir” 
prinsipinə  istinadən  Qaydaların  “İnzibati  icraat  haqqında” 
Qanunla  əvəz  olunduğu  güman  edildikdə).  Düzdür,  işin 
faktiki  hallarına  görə  proses  iştirakçılarından  heç  biri  bu-
nunla  bağlı  fikir  bildirməmişdir.  Lakin  məhkəmə,  hər  bir 
halda bütün hüquqi məsələləri xidməti vəzifəsinə görə on-
suz  da  yoxlamalıdır.  Qeyd  olunan  halda,  inzibati  orqanın 
mübahisələndirilən  qərarını  “İnzibati  icraat  haqqında” 
Qanunun  67.8-ci  maddəsinə  əsasən  də  qiymətləndirilmək 
olardı.  Lakin  baxılan  işdə  həmin  maddədəki  şərtlərin 
də  mövcud  olması  səbəbindən  qeyd  olunan  problem  iş 
üzrə  qərarın  nəticəsinə  təsir  etməyəcək.  Yəni  qərarda  bu 
məsələyə  toxunmaq,  lakin  sonda  onu  açıq  saxlamaq  olar 
(bununla  bağlı,  həmçinin  bax:  28  və  29-cu  səhifələr). 
Başqa sözlə, baxılan işdə hər iki normanın şərtləri mövcud 
olduqda,  məhkəmə  hansı  hüquqi  əsasın  (Qaydalar,  yaxud 
“İnzibati  icraat  haqqında”  Qanun)  doğru  səlahiyyətverici 
norma  olmasına  dair  asan  olmayan  sualı  cavablandırmalı 
deyil. Bununla belə, o, həmin şərtləri təsvir etməlidir.


93
3-CÜ KAZUS 
VERGİ NƏZARƏTİ TƏDBİRLƏRİNƏ  
QARŞI İDDİA
İŞİN FAKTİKİ HALLARI
L  anası  R  ilə  bağladığı  icarə  müqaviləsi  əsasında 
B  şəhəri,  G  küçəsi  ünvanında  yerləşən  bir  kafe  işlədir. 
10  mart  2012-ci  il  tarixdə  bağlanmış  həmin  icarə  mü-
qaviləsinin  müddəti  10  il  təşkil  edir.  Müqavilə  bağlandığı 
andan  kafeni  bu  vaxta  qədər  işlədən  L-in  anası  oradakı 
fəaliyyətini dayandırır. Eyni zamanda, kafenin yanında L-in 
anasının sifarişi ilə bir şadlıq evi inşa edilir. 
Operativ  vergi  nəzarətinin  həyata  keçirilməsi  haq-
qında 11 iyun 2013-cü il tarixli qərar əsasında Vergilər Na-
zirliyinin əməkdaşları 12 iyun 2013-cü ildə L-in kafesində 
operativ  vergi  nəzarəti  həyata  keçirir  və  bu  barədə  elə 
həmin gün akt tərtib edirlər. Həm vergi orqanının nəzarəti 
həyata keçirən əməkdaşları, həm də L tərəfindən imzalanan 
bu  aktın  bir  nüsxəsi  L-ə  təqdim  olunur.  Sözügedən  aktda 
L-in əmək fəaliyyətinə cəlb et diyi ümumilikdə 17 nəfərdən 
12  nəfəri  ilə  əmək  qanunvericiliyinin  müddəalarına  zidd 
olaraq əmək müqaviləsi bağlamadığı, əmək müqaviləsi ol-
mayan  şəxslərdən  3  nəfərinin  kafenin  özündə,  9  nəfərinin 
isə  kafenin  yanında  inşa  edilən  şadlıq  evinin  tikintisində 
çalışdığı  bildirilir  və  buna  görə  L-ə  qarşı  maliyyə  sank-
siyasının  tətbiq  edilməsi  üçün  tədbirlərin  görülməsi  təklif 
edilir.


94
18  iyun  2013-cü  ildə  vergi  orqanı  12  iyun  2013-cü 
il  tarixdə  tərtib  olunmuş  akt  əsasında  L-in  vergi  qanun-
vericiliyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilməsi 
haqqında qərar qəbul edir. Həmin qərara əsasən, L-ə 12.000 
AZN  məbləğində  maliyyə  sanksiyası  tətbiq  olunur.  Qeyd 
olunan  qərarda  hüquqi  müdafiə  vasitələri  barədə  məlumat 
verilmir. 
L  25  sentyabr  2013-cü  ildə  vergi  orqanı  tərəfindən 
tərtib  edilmiş  12  iyun  2013-cü  il  tarixli  aktın  etibarsız 
hesab edilməsi və həmin akt əsasında qəbul edilmiş 18 iyun 
2013-cü  il  tarixli  vergi  ödəyicisinin  vergi  qanunvericili-
yinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 
qərarın ləğv edilməsi tələbi ilə Vergilər Nazirliyinə qarşı B 
İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırır. 
Onun fikrincə, bu akt və qərar təkcə faktiki vəziyyətə 
əsasən  qanuni  və  əsaslı  sayıla  bilməz.  Belə  ki,  onun 
kafesində  əslində  8  nəfər  işləyir  və  L  onlardan  yalnız  3 
nəfəri  ilə  əmək  müqaviləsi  bağlamamışdır.  Daha  sonra 
o,  bildirir  ki,  12  iyun  2013-cü  il  tarixli  aktda  qeyd  edilən 
və  əmək  müqaviləsi  olmadan  işlədikləri  bildirilən  digər 
9  nəfərin  onun  kafesi  ilə  heç  bir  bağlılığı  yoxdur.  Çünki 
həmin  şəxslər  onun  anasına  məxsus  olan  şadlıq  evinin 
tikintisində işləyirlər. 
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir.  Məh-
kəmə prosesi zamanı onun nümayəndəsi qeyd edir ki, ope-
ra tiv vergi nəzarəti həyata keçirilən zaman iddiaçı törətdiyi 
əməli etiraf edən izahat yazmış və kafenin yanındakı şadlıq 
evinin tikintisinin özü tərəfindən aparıldığını, orada işləyən 
şəxsləri  10  gün  əvvəl  işə  götürdüyünü  göstərmişdir.  Ona 
görə də iddiaçı yol verdiyi pozuntu ilə bağlı vergi və əmək 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə