PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə12/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   8   9   10   11   12   13   14   15   ...   83

 
27 
öz  barmaqlarını  qulaqlarına  tutur,  paltarlarını  baĢlarına  çəkirdilər  və 
müxafilətçilikdə  möhkəm  dayanıb,  olduqca  təkəbbür  edirdilər.  Sonra  mən 
onları  uca  səslə  sənin  fərmanının  itaətinə  də`vət  etdim,  aĢkar  və  gizli  Ģəkildə 
tövhid  və  iman  həqiqətini  onlar  üçün  bəyan  etdim.  Mən  onlara  dedim:  «Öz 
allahınızdan  bağıĢlanmaq  istəyin.  O  çox  bağıĢlayandır.  O,  səmanın  bərəkətli 
yağıĢlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək 
edər.  YaĢıl  bağlar  və  axan  çayları  sizin  ixtiyarınızda  qoyar.  Niyə  siz  Allahın 
əzəmətinə ianmırsınız? Halbuki, sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz 
Allah-təala  yeddi  səmanı  necə  bir-birinin  üzərində  yaradıb.  Ayı  səmanın 
ortasında aydınlıq vasitəsi və günəĢi yanar çıraq etmiĢdir. Allah sizi bir ot kimi 
yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. 
Allah yeri sizin üçün geniĢ döĢənəcək etdi ki, geniĢ yollarla və onun dərələrilə 
keçib, istədiyiniz yerə gedəsiniz».  
Nuh  (ə)  sonra  onların  hidayətindən  ümidsiz  halda  dedi:  «Ġlahi,  onlar  mənə 
itaətsizlik  göstərdilər  və  mal  və  övladları  onlara  ziyandan  baĢqa  bir  Ģey 
verməyən  insanlardan  itaət  etdilər.  Yolunu  azmıĢ  bu  rəhbərlər  böyük  məkr 
iĢlətdilər  və  dedilər:  «Allahlarınızdan  və  bütlərinizdən  əl  çəkməyin!  Xüsusilə 
Vüdd,  Süva`,  Yəğus,  Yə`uq  və  Nəsr  bütlərini  buraxmayın!  Onlar  çoxlu 
insanları yolundan azdırdılar. Ġlahi, zalımlara azğınlıqdan baĢqa bir Ģey vermə!»  
Nəhayət  onların  hamısı  günahlarının  hesabına  qərq  olub,  cəhənnəm  oduna 
düĢdülər və özlərinə Allahdan baĢqa köməkçi görmədilər. Nuh (ə) dedi: “Ġlahi, 
kafirlərin  heç  birini  yer  üzündə  qoyma!  Çünki,  əgər  onlar  qalsalar,  sənin 
bəndələrini  yoldan  çıxaracaqlar  və  onlardan  günahkar  və  kafir  nəsildən  baĢqa 
bir  Ģey  törəməyəcəkdir.  Ġlahi!  Məni,  mənim  ata  və  anamı,  evimə  imanla  daxil 
olan insanları və bütün kiĢi və qadın mö`minləri bağıĢla və zalımlara həlakət və 
məhv olmaqdan baĢqa bir Ģey vermə!”
3
  
                                                 
3
Nuh surəsi, 1-28-ci аyələr.
 
 


 
28 
QƏZƏB TUFANI 
HƏZRƏT HUDUN (Ə) ƏHVALATI 
Ərəbistan  yarımadasının  xəritəsinə  baxın.  Onun  sağ  tərəfində  geniĢ  bir 
səhralıq  görəcəksiniz.  Ona  Rub`ul-Xali  deyirlər.  Həyat  əlamətlərindən 
tamamilə uzaq olan bir yer... Nə su, nə bitki...  
Amma,  görəsən  bu  yerlər  min  illər  bundan  öncə  də  səhralıq  olmuĢdurmu? 
Yox.  Bu  vahiməli  torpaqlar,  məhsuldar  yer  və  yaĢıllıq  olmuĢdur.  Arxeoloqlar 
orada qumların altında dəfn olunmuĢ qədim bir Ģəhərin qalıqlarını tapmıĢlar.  
Tarixdən  qabaqkı  dövrdə  bu  yerlərdə  güclü  Ad  qəbilələri  yaĢayırmıĢlar. 
Bunlar ərəb qəbilələrindən olub, çox keçmiĢ zamanlarda orada sakin olmuĢlar. 
Tarix onların barəsində bir söz demir. Yalnız Qur`ani Kərimdə bu barədə bə`zi 
mətləblər söylənilmiĢdir.  
Ad  qəbilələri  bitki  və  yaĢıllıqla  dolu  olan  o  məntəqədə  yaĢayırdılar.  Orada 
vaxtı-vaxtında  yağıĢlar  yağır,  yer  yaĢıllaĢır  və  səfalı  olurdu.  Hovuzları  su  ilə 
dolur, tarlalar gözəlləĢirdi.  
Beləliklə  onların  torpaqları  xurma  və  üzüm  ağaclarıyla  doldu.  Tarlaları 
yaĢıllaĢdı, bağları geniĢləndi.  
O  zaman  insanlar  ev  və  bina  tikməyə  çox  diqqət  göstərirdilər.  Me`marlıq 
sənətində, qala və saray tikmək iĢində xüsusi məharətləri vardı.  
Onlar  güclü  və  qürurlu  insanlar  idilər.  Ne`mətin  bolluğu  onları  azğınlığa 
çəkmiĢdi,  ağıl  və  düĢüncənin  səsinə  səs  vermirdilər.  Onlar  büt  və  heykəllərə 
ibadət  edirdilər.  Öncə  onları  öz  əllərilə  düzəldir  və  sonra  onlara  pərəstiĢ 
edirdilər.  Onlar  öz  ibadətgahlarını  təpələrin  baĢında  tikib,  heykəllərini  orada 
yerləĢdirirdilər. Onlar deyirdilər:  
-Bu bizim yaĢıllıq allahımızdır. O, dəniz allahıdır. Bu quru allahıdır. Bu döyüĢ 
allahıdır. 
Buna  görə  də  onlar  qarĢılarına  çıxan  bütün  məsələlərdə  onlardan  kömək 
istəyirdilər. 
Əhqaf  torpaqları  yaĢıllıq  və  çəmənlik  idi.  Onların  heyvanları  artdıqca  naz-
ne`mətə,  xoĢgüzəranlıq  və  əyyaĢlığa,  qürur  və  təkəbbürə  daha  çox  qərq 
olurdular.  Elə  bilirdilər  ki,  bütün  ne`mətlər  onların  allahlarındandır.  Ona  görə 
də qabaqkından daha artıq bütpərəstliyə alıĢırdılar.  
Onlar günahsızlara daha çox zülm etməyə baĢladılar. Əqidə və yaĢayıĢlarında 
onlarla  bir  olmayanlara  qarĢı  kobud  rəftar  edirdilər.  Pak  insanlar  qorxu  içində 
yaĢayırdılar.  Onlar  zəif  azlıqlar  idilər,  güc  vasitələri  isə  mülkədarların  əlində 
idi.  
Bütün  sərvətlilər  zalım  idilər.  Onların  uca  boyları,  güclü  əzələləri  və  bərk 
ürəkləri var idi. Elə bil ürəklərini daĢdan düzəltmiĢdilər.  
O  zaman,  Allahın  geniĢ  dünyasının  həmin  nöqtəsində  Hud  (ə)  yaĢayırdı.  O, 
saleh, mehriban və xeyirxah bir insan idi. Allah-təala onu peyğəmbərliyə seçib, 
qəbiləsinə  tərəf  göndərdi.  Hud  (ə)  öz  də`vətini  yeganəpərəstliyə  də`vət, 
bütpərəstlikdən,  daĢdan  düzəltdikləri  və  heç  bir  xeyir  və  ziyanları  olmayan 
allahların ibadətindən çəkindirməklə baĢladı.  


 
29 
Hud (ə) Allah adamı idi və bütpərəstlərdən qorxmurdu. Onlar cismi cəhətdən 
güclü  insanlar  idilər,  amma,  Hudun  (ə)  güclü  iradə  və  ruhiyyəsi  var  idi.  O, 
Allahla idi və Allah da onunla. Allahsa hamıdan güclüdür.  
Hudun (ə) risalətinə iman gətirən pak insanlar çox az idilər. Zalım və əyyaĢlar 
Hudu (ə) və onun risalətini məsxərə edirdilər. Onu nadan və dəli adlandırırdılar. 
Ad əhalisi Allahın peyğəmbərinə əzab-əziyyət verir, onu daim hədələyirdi.  
Hud  (ə)  öz  də`vətini  davam  etdirdi.  O  həmiĢə  öz  qəbiləsinə  nəsihət  edir, 
Allahın ne`mətlərini və onun bərəkətlərini onların yadına salırdı. Amma, heç bir 
faydası  yox  idi.  Onlar  güman  edirdilər  ki,  allahları  onlara  ruzi  yetirir,  yağıĢ 
göndərir, ot və bitki bitirir, bərəkət verir və onlar artıb, inkiĢaf edirlər. Ona görə 
də dedilər:  
-Hud (ə) dəlidir. Allahlar ona nifrin etmiĢlər.  
Onlar  Hudu  (ə)  öz  də`vətini  davam  etdirərsə,  pis  aqibət  və  nəticə  ilə 
qorxudurdular. Ona dedilər:  
-Allahlar səni cəzalandıracaqlar.  
Hud (ə) Ad zülmkarlarını və onların allahlarını mübarizəyə çağırırdı. 
Hud  (ə)  öz  risalətini  davam  etdirdi.  Zalımlar  Hudun  (ə)  qarĢısında  bir  iĢ 
görməyə  aciz  qalmıĢdılar.  Ad  camaatı  iki  dəstəyə  bölündülər:  Sayca  çox  az 
olan,  Allaha  və  qiyamət  gününə  iman  gətirmiĢ  Ģəxslər  və  Hudun  (ə)  risalətinə 
kafir  olub,  öz  tüğyan,  təkəbbür,  fəsad  və  azğınlıqlarını  davam  etdirənlər. 
Onların islah olunmalarına heç bir ümid qalmamıĢdı və eləcə öz azğınlıqlarında 
sərgərdan idilər.  
QƏRİBƏ ŞƏHƏR - İRƏM 
Ad qəbiləsi o dövrdə dünyanın ən böyük Ģəhərini bina etdilər. O, Ġrəm Ģəhəri 
idi.  Onun  oxĢarı  heç  bir  yerdə  tikilməmiĢdi.  ġəhər  uca  binalar,  bağ  və 
bostanlarla dolu idi. Onu zülmkar və bütpərəst ġəddad tikdirmiĢdi.  
Orada  yaĢamaq  üçün  ġəddad,  onu  özünə  cənnət  olaraq  düzəltdirmiĢdi.  O 
güman edirdi ki, həmiĢə diri qalacaq və heç vaxt ölməyəcəkdir. O çox qüdrətli 
idi, odur ki, həmiĢə yaĢayacağını xəyal edirdi.  
QITLIQ 
YağıĢ  zamanı  çatdı.  Amma,  yağıĢ  yağmırdı.  Buludlar  Əhqaf  göylərindən 
keçib,  uzaq  məntəqələrə  gedirdilər.  Burada  bir  yerdə  cəm  olur  və  sonra 
dağılıĢırdılar.  Ad  camaatı  çəmənliklərdən,  əkin  sahələrindən,  dağ 
meyvələrindən və bostanlardan istifadə edərək öz günlərini keçirirdilər.  
Həmin  il  yağıĢsız  keçdi.  Onların  məhsulları  azaldı.  Heyvanların  bə`zisi 
aclıqdan məhv oldular. Bə`zi ağaclar qurudular. Ad camaatı bütlərə üz tutdular. 
Onlara ibadət edir və onların yanında qurban kəsirdilər. Amma, heç bir faydası 
yox idi.  
Yenə  də  yağıĢ  zamanı  çatdı.  Buludlar  toplandı.  Ad  camaatı  sevinib,  Ģad 
oldular. Tünd rəngli buludlar idi. Bə`ziləri dedilər:  
-Bu buludlar yağıĢ buludlarıdırlar.   


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə