PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə15/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

 
35 
Dedilər: 
-Sən bu daĢın içindən bizim üçün bir dəvə çıxarmayınca, sənin risalətinə iman 
gətirməyəcəyik. 
Onların biri uca səslə dedi: 
-Hə, o dəvə hamilə olmalıdır. 
Saleh dedi:  
-Mən  sizin  istəyinizi  Allaha  çatdıraram.  Əgər  Allah  bu  iĢi  etsə,  siz  Allahı 
yeganə olaraq tanıyıb, mənim onun elçisi olduğuma iman gətirəcəksinizmi? 
Dedilər: 
-Bəli. Sizin və’diniz nə vaxtadır? 
Saleh onlara buyurdu: 
-Sabah həmin yerdə.  
ALLAHIN DƏVƏSİ 
Sabahısı  gün  səhər  çağı  Saleh  dağa  tərəf  böyük  daĢ  parçası  olan  yerə  tərəf 
yollandı.  Doğrusu,  Salehin  etmək  istədiyi  iĢ  asan  deyildi.  Necə  ola  bilər  ki, 
dağın içindən bir dəvə çıxsın? Necə ola bilər ki, bu daĢ yarılsın və ondan boylu 
bir dəvə çıxsın?  
Bütün Səmud qəbiləsi dağın ətrafına yığıĢmıĢdılar. Onların bə’zisi Ģəkk içində 
idi.  Bə’ziləri  dağa  baxır  və  bə’ziləri  isə  uzaqdan  Salehin  etdiklərinə  fikir 
verirdilər. Gördülər ki,  Saleh tə’zim və təvazö halında mavi səmaya baxır. O, 
bə’zi sözlər deyirdi. Əlləri ilə dağa və Səmud qəbiləsinə tərəf iĢarə edir. Bildilər 
ki,  Saleh  Allahın  dərgahına  ağlayıb,  ah-nalə  edir  və  ondan  öz  risalətinin 
düzgünlüyünü sübut etmək üçün bir niĢanə istəyir. 
O,  çox  qəribə  bir  Ģey  istəyirdi.  Boylu  dəvə  dağın  içindən  çıxsın.  Bu  yerin 
qorxu  və  dəhĢəti  hamıya  kölgə  salmıĢdı.  Ad  qəbiləsi  Salehi  gözləyir,  çox 
diqqətlə dağa və onun bərk daĢlarına baxırdılar. Saleh dizi üstə yerin üzərində 
oturdu  və  göz  yaĢları  axıtdı.  O  öz  Rəbbindən  istəyirdi  ki,  qəbiləsini  hidayət 
etmək  üçün  bir  niĢanə  göndərsin.  Öz  fitrət  və  təbiətlərinə  qayıdıb,  yeganə 
Allaha ibadət etsinlər. 
Saleh  birdən  ayağa  qalxdı  və  barmağını  dağın  bir  nöqtəsinə  tərəf  uzatdı. 
Qəbilənin bütün adamları dəhĢətli bir səs eĢitdilər. O, daĢların parçalanmasına 
oxĢayan bir səs idi. O səs çox möhkəm və güclü idi. DaĢların bir hissəsi dərənin 
dibinə  töküldü.  Xəfif  toz-torpağın  arasından  çox  gözəl  bir  dəvə  peyda  oldu. 
Dəvə doğrudan da hamilə idi. 
Çox  sakit  bir  dəvə  idi.  Ġnsan  ilk  baxıĢında  onu  sevirdi.  Saleh  onun  Ģükrünü 
etmək  üçün  Allaha  səcdə  etdi.  Çünki,  Allahın  mütləq  qüdrəti  nəyi  yaratmaq 
istəsə ona sadəcə, Ol! deyir və o da olur. 
Qəbilə adamları bu iĢin əzəmət və böyüklüyü qarĢısında baĢ əydilər. Onların 
bə`zisi Allaha səcdə etdilər. Ġndi onlar böyük bir niĢanə görürdülər. Gözlərinin 
qarĢısında  idi.  Salehin  dedikləri  düz  çıxmıĢdı.  Doğrudan  da  Allah  birdir  və 
Ģəriki  yoxdur.  Onlar  çox  az  idilər.  Amma,  imanları  dəvənin  çıxdığı  dağ  kimi 
möhkəm  idi.  Qəbilənin  bütün  adamları  o  mö’cüzəyə  diqqətlə  baxırdılar. 


 
36 
Beləliklə  dəvə  Salehin  peyğəmbərlik  niĢanəsi  oldu;  bütpərəstlik  qarĢısında 
tövhid niĢanəsi 
DƏVƏNİN BALASI  
Üç  gün  keçəndən  sonra  dəvə  gözəl  bir  dəvə  balaladı.  O  həmiĢə  anasının 
yanında idi. Onun yaxınlığında özü üçün oynayırdı. Anası da mehribanlıqla onu 
qoruyurdu.  Dəvə  və  onun  sakit  körpəsi  məhəbbət  və  rəhmət  niĢanəsi  idi.  Onu 
görənlər deyirdilər ki, bu, Salehin dəvəsidir. Amma, Saleh onlara deyirdi ki, bu, 
Allahın  dəvəsidir.  Bu,  səmavi  niĢanədir,  olmaya  ona  əziyyət  edəsiniz.  Kimsə 
ona zərər vurmağa çalıĢsa, Allahın nifrini sizi tutar. 
Günlər ötürdü. Dəvə o geniĢ  yerlərdə  yaĢayır, ot və ələflərdən  yeyir, bulağa 
gedir və su içirdi. Bütün camaat onun südündən istifadə edirdilər. Bərəkətli və 
təmiz südü vardı. 
QARŞIDURMA  
Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə baĢladılar: iman cəbhəsi və 
bütpərəstlik  cəbhəsi.  Kafirlər  hər  gün  mö`minlərə  əziyyət  verib,  onların 
imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər: 
-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?! 
Mö’minlər cavabında deyirdilər: 
-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan 
baĢqasına ibadət etmərik. 
Bu zaman kafirlər deyirdilər: 
-Biz sizin iman gətirdiyinizə küfr edirik. 
Onlar  özlərini  Allahın  risalətinə  olan  küfrlərini  açıq  surətdə  e’lan  edirdilər. 
Çünki,  onlar  naz-ne’mət  içində  qərq  olmuĢ  varlılar  idilər  və  belə  güman 
edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daĢürəkli olan doqquz 
nəfəri hamıdan çox küfr edirdilər. Onların ürəklərində heç kəsə qarĢı rəhm və 
qayğıkeĢlik  yox  idi.  Öz  mənafelərindən  baĢqa  bir  Ģey  fikirləĢmirdilər.  Onlar 
hiss  etdilər  ki,  Saleh  onların  nüfuzu  üçün  böyük  bir  təhlükədir.  Buna  görə  də 
ürəklərində  ona  kin  bəslədilər.  Dəvəyə  qarĢı  da  kin  bəsləməyə  baĢladılar. 
Çünki,  dəvə,  Salehin  peyğəmbərlik  niĢanəsi  və  onun  peyğəmbərliyinin 
doğruluq əlaməti idi.  
HİYLƏ  
Bir  gecə  bütün  camaat  yuxuya  gedəndən  sonra  bu  doqquz  nəfərlik  qrup 
həddən artıq yeyərək öz qarınlarını doydurdular. Sonra Ģərab içib, məst oldular. 
Gözlərinin  rəngi  qızarmıĢdı.  Bir  Ģey  barəsində  söhbət  edirdilər  və  o  da  Saleh 
təhlükəsi  idi.  Bir-birlərindən  soruĢurdular  ki,  nə  edək?  Salehin  Ģərindən  necə 
qurtaraq? 
Onların biri dedi: 
-Gəlin əvvəlcə onun dəvəsinin Ģərindən qurtaraq. 
BaĢqa birisi dedi: 


 
37 
-Hə, onu öldürək. O dəvə Salehin risalətinə sübutdur. Biz onu öldürsək, Saleh 
bizim qarĢımızda zəif və gücsüz olacaqdır. 
Üçüncüsü də dedi: 
-Onu öldürəcəyik! 
Dördüncüsü dedi: 
-Onu kim öldürəcək? 
BeĢinci adam dedi: 
-Hə, kim onu həlak edə bilər? 
Altıncı nəfər dedi: 
-Mən bilirəm onu kim öldürə bilər. 
Yeddincisi soruĢdu: 
-Kim? 
Hamısı bir-birlərindən soruĢdular: 
-O kimdir? 
O dedi: 
-O cinayətkar Qidardır. 
Hamısı bağırdılar: 
-Hə, Qidar! Heç kəsə rəhm etməyən Qidar! 
CİNAYƏT 
Gözlərindən  xəyanət  və  qətl  qığılcımı  yağırdı.  Onların  biri  çölə  çıxdı  ki, 
cinayətkar Qidarı çağırsın. 
Gecə yarıdan keçmiĢdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst 
idi və gözləri qızarmıĢdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə  xeyir 
və  bərəkət  niĢanəsi  idi.  Amma,  o,  xeyir  və  bərəkəti  sevmirdi.  O,  fasiq  və 
zülmkar bir məxluq idi. Fasid insan isə heç vaxt xeyir fikirləĢə bilməz. 
Onu  mal  və  pul  ilə  Ģirnikləndirdilər.  O,  öz  cinayətini  yerinə  yetirmək  üçün 
ayağa qalxdı. Hiyləgərlər dedilər: 
-Qidar, hara gedirsən? 
O dedi: 
-Elə indicə dəvəni öldürəcəyəm. 
O zalım qrupun üzvləri dedilər: 
-Bu  iĢi  indi  etmə!  Gözlə,  sübh  açılsın.  Dəvə  bulağa  tərəf  gedəndə,  sən  onu 
asanlıqla həlak edə bilərsən. 
Dan  yeri  söküldü.  Zalım  Qidar  bütün  gecəni  məst  olaraq  bağıra-bağıra 
keçirmiĢdi.  Üzü  qorxulu  idi  və  daha  da  ĢiĢmiĢdi.  O,  qorxulu  görkəm  almıĢ, 
üzünün  damarları  göyərmiĢdi.  Əgər  kimsə  onu  bu  halda  görsəydi,  bilərdi  ki, 
Qidar hansısa bir cinayətə əl bulaĢdıracaqdır. 
Dəvə  və  onun  sakit  körpəsi  yuxudan  oyandı.  Onlar  su  içmək  üçün  çeĢməyə 
tərəf yollandılar. Balanın kefi kök idi. GünəĢ yenicə doğmuĢdu və çəmənliklər 
oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü. 
KöĢəy o  yaĢıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu  ora 
aparırdı. Amma, həmin gün səhər hansı hadisə baĢ verdi? Niyə körpə oynamaq 
üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhĢət hiss etmiĢdi. 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə