PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə16/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

 
38 
Bəli,  bədbəxt  Qidar  öz  qorxulu  çöhrəsi  ilə  göründü.  Birdən  zahir  oldu  və 
onların  yolunu  bağladı.  Onun  əlində  qılınc  var  idi.  Anası  uzaqlaĢmaq  istədi. 
Amma,  Qidar  ona  çox  möhkəm  bir  zərbə  endirdi.  Yazıq  dəvə  yerə  yıxıldı. 
Qidar  onun  boynuna  daha  bir  zərbə  vurmaq  istədi.  Dəvə  qüssə  içində  öz 
körpəsinə  nəzər  saldı.  Sanki  ona  demək  istəyirdi:  Özünü  xilas  et!  Körpə 
qorxaraq dağa tərəf qaçdı. 
Həmin  doqquz  nəfər  gəlib,  bıçaq  və  xəncərlə  dəvənin  canına  düĢdülər.  Qan 
hər yeri bürüdü. Yer və daĢlar qırmızı rəngə boyandı.  
GÜNAHSIZ DƏVƏ BALASI 
Səmud  qəbiləsinin  cinayətkarları  etdikləri  iĢlə  kifayətlənmədilər.  Onların  əli 
günahsız dəvənin qanına batmıĢdı. 
Bütpərəstlər gəlib, vəhĢi və yırtıcı canavar kimi onun ətinin üstündə bir-birləri 
ilə  dava  saldılar.  Onunla  da  kifayətlənməyib,  dəvənin  balasını  tə’qib  etdilər. 
Dəvə  balası  qorxaraq,  dağa  qalxırdı.  Onu  qovan  vəhĢilərin  əlindən  qurtulmaq 
üçün bir yer axtarırdı: canavardan da yırtıcı olan vəhĢilərin. 
Dəvənin  körpəsi  dağın  zirvəsində  dayanıb,  bıçaqlarla  tikə-tikə  doğranan 
anasına və ələrində xəncər dağın yuxarısına qalxan cinayətkarlara baxırdı. Xilas 
olmaq üçün bir yer yox idi. Göyə baxıb nə’rə çəkdi. Bütpərəstlərdən hansınınsa 
ona  iti  bir  bıçaq  sancmasından  qabaq  üç  dəfə  fəryad  etdi.  Bala  dəvə  böyük 
daĢlar üzərindən yerə düĢdü. Qanı fəvvarə vuraraq daĢları öz saf qırmızı rənginə 
boyadı.  Cinayətkarlar  iti  bıçaqlarla  ona  hücum  edib,  vəhĢicəsinə  tikə-tikə 
etdilər. Hətta canavarlar da bu kafir qatillərdən rəhimli idilər. 
Həzrət  Saleh  və  digər  mö’minlər  bu  dəhĢətli  cinayətdən  xəbər  tutdular.  O, 
imanlı insanlarla tələsdi ki, Allahın dəvəsinin baĢına nə gəldiyini görsün Lakin, 
yeri və dağın baĢını boyayan qanlardan baĢqa heç bir Ģey görmədilər. 
Üfüqdə  qara  buludlar  göründü.  Fəza  təhlükə  ilə  doldu.  Bu  fasiq  və  zalım 
insanlar xeyir və yaxĢılıq istəmirdilər. Onlar, hər gün süd verən sakit və zərərsiz 
dəvəni  məhv  etmiĢdilər.  Onlar  dəvəni  Allahın  niĢanəsi  və  Salehin 
peyğəmbərliyinin doğruluğuna sübut olduğu üçün öldürmüĢdülər. Saleh onlara 
buyurdu: 
-Yalnız  üç  gün  evlərinizdə  xoĢgüzəranlıq  edin.  Tezliklə  əzab  sizi  tutacaqdır. 
Çünki,  siz  zalım  insanlarsınız. Siz  Allahın  risalətinə kafir  olub,  Onun  dəvəsini 
qətlə yetirdiniz. Siz xeyir və yaxĢılıq istəmirsiniz. 
Səmudlular nəinki üzr istəyib, tövbə etmədilər, hətta indi də Salehi öldürmək 
fikrinə  düĢdülər.  Onun  ailəsini  də  qətlə  yetirmək  istədilər.  Onlar  yenə  də  bir 
yerə yığıĢıb, qərara gəldilər ki, Salehin evinə hücum edib, onu qətlə yetirsinlər. 
Onlar  yalnız  bundan  sonra  zəif  mö’minlərə  qələbə  çala  bilərlər.  Amma,  nə 
oldu? 
Onlar  öz  növbəti  cinayətlərini  həyata  keçirməzdən  qabaq  çox  dəhĢətli  bir 
hadisə  baĢ  verdi.  Qara  buludlar  göydə  toplandılar.  Ulduz,  ay  və  planetlər 
gözlərdən  itdi.  Dağ  və  dərələr  tamamilə  qaranlığa  qərq  oldu.  O  gecənin 
ortalarında  göydən  çox  güclü  ildırım  çaxıb,  Səmud  qəbiləsini  alt-üst  etdi. 
Zalımlır ürəkləri lərzəyə gətirən dəhĢətli gurultu səsindən oyandılar.  


 
39 
O  fasiq  qəbilənin  evlərinə  dağıdıcı  ildırımlar  endi.  Onların  saray  və 
mənzillərini bir-birinə vurub, tökdü. Dərələri od tutdu.  
Saleh və mö’minlərdən baĢqa heç kəs o mə’rəkədən salamat çıxmadı. 
Səmud  qəbiləsinin  aqibəti  bu  idi.  Dəvənin  öldürülməsindən  dörd  gün  sonra 
günəĢ,  artıq  o  zalımların  sakin  olduqları  yerin  xarabalıqlarına  saçırdı.  Sübh 
vaxtı isə onların cansız cəsədləri evlərində qalmıĢdı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
40 
 
BÜT SINDIRAN 
HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI 
Bahar gəldi. Dəclə və Fərat çayları su ilə doldu. Ġnsanlar sevindilər. Onlar Ur 
Ģəhərində və Babilin digər yerlərində bayram məclisləri qurdular. 
Bahar  çatdıqda  insanlar  sevinirdilər.  Çayların  səviyyəsi  yuxarı  qalxdıqda 
əkinçilr  Ģad  olurdular.  Ġnsanlar  sevinirdilər,  çünki,  əkdikləri  məhsulları 
artacaqdı. 
Ur Ģəhərinin əhalisi piramidaya bənzər yumurtavari Zəqurə adlı mə`bədlərinə 
gedirdilər. Onlar özləri ilə nəzir və hədiyyələr  aparır, allahlarının, xüsusilə də 
Mordux allahının qarĢısına qoyurdular. 
Babil  əhalisi  öz  bayram  məclislərini  Ģəhərdən  çöldə  gözəl  bir  yerdə 
keçirirdilər.  Onlar  baharın  gəliĢini  bayram  edirdilər.  Atılıb-düĢür,  oynayır  və 
yeyirdilər.  Bayram  məclisi  qurtarandan  sonra  isə  öz  Ģəhərlərinə  qayıdıb, 
mə`bədlərinə gedirdilər. 
Mə`bəd, Ur Ģəhərində Zəqurənin yuxarısında yerləĢirdi. Orada sıra ilə allahlar 
düzülmüĢdülər. Bütün o allahların hamısı daĢlardan yonulub düzəldilmiĢdi. 
Babil camaatı günəĢə, aya və ulduzlara, həmçinin Zöhrə (Venera) ulduzuna -
da ibadət edirdilər. Onlar həmçinin yerə sahib olan padĢaha da ibadət edirdilər. 
O zaman, yə`ni dörd min il öncə Kən`an oğlu Nəmrud həmin yerin padĢahı və 
sahibi  idi.  Bə`zi  insanlar  ona  ibadət  edirdilər.  Çünki,  ondan  qorxurdular.  O, 
insanları  öldürür,  həbsə  salır  və  məhsullarından  istədiyi  qədər  götürüb, 
mənimsəyirdi. 
Bahar  fəslində  insanlar  öz  nəzirlərini  götürüb,  mə`bədə  sarı  yollandılar. 
Özləri  ilə  keçi  balası  və  buğda  sünbülləri  aparır  və  allahlarının  yanına 
qoyurdular.  Onlar  istəyirdilər  ki,  allahları  onlardan  razı  olsun,  onlara  xeyir  və 
bərəkət bəxĢ etsin. 
Bütün nəzirlər keĢiĢlərə çatırdı. Onlar münəccim idilər. Ona görə də insanlar 
onlara hörmət edirdilər. PadĢah da onlarla məsləhətləĢirdi. 
İBRAHİMİN (Ə) DOĞULMASI 
Bir gün mə`bədin keĢiĢləri Nəmrudun yanına gəlib dedilər: 
-Ulduzlar  bir  körpənin  doğulacağından  xəbər  verirlər.  Sənin  səltənətin  onun 
əli ilə sona çatacaqdır. Nəmrud nigaran olub, narahat halda dedi: 
-O nə vaxt doğulacaqdır? 
KeĢiĢlər dedilər: 
-Bu il.  
O  il  Nəmrud  əmr  etdi  ki,  doğulacaq  bütün  oğlan  uĢaqlarını  qətlə  yetirsinlər. 
Həmin ildə Həzrət Ġbrahim (ə) anadan oldu. Anası övladı üçün qorxurdu. O bir 
mağaraya sığındı və özünün günahsız körpəsini orada qoyub, evinə qayıtdı. Heç 
kəsin  macəradan  xəbəri  yox  idi.  Nəmrud  o  ildə  saysız  hesabsız  körpəni  qətlə 
yetirdi. Analar öz körpələri üçün ağlaĢırdılar. UĢaqların bə`ziləri bir neçə aylıq, 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə