PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə18/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

 
44 
Bütləri sındırdıqdan və mə`bədi daĢ parçaları ilə doldurduqdan sonra oradan 
çıxdı. Sanki güclü bir zəlzələ baĢ vermiĢ və onları bir-birinə vurmuĢdu.  
Cavan Ġbrahim (ə) mə`bəddən çıxdı. O, üzünü səmaya tutub baxdı. Bir dəstə 
ağ göyərçin gördü. Onlar mavi səmada sakitcə uçurdular.  
Bahar  bayramları  sona  çatdı.  Babil  camaatı  Ģəhərə  qayıtdı.  Gecə  çatdı  və 
Ģəhər qaranlığa büründü. Nəzirləri allahların yanına qoymaq vaxtı çatmıĢdı.  
Onlar  böyük  mə`bədə  sarı  yola  düĢdülər.  Onlar  özləri  ilə  məĢ`əllər,  nəzirlər 
və  hədiyyələr  aparan  uzun  karvan  formasında  mə`bədə  gedirdilər.  KeĢiĢlər 
karvanın qarĢısında hərəkət edirdilər.  
Mə`bədi  gördükdə  keĢiĢlər  qorxdular.  Camaat  da  qorxu  ilə  baxırdılar. 
DağıdılmıĢ  allahların  mənzərəsi  dəhĢətli  idi.  Bütün  allahlar  daĢ  parçalarına 
çevrilmiĢdilər, allahların böyüyündən savayı.  
Allahların böyüyü uzun illər idi öz yerində qalmıĢdı. Amma, bu dəfə çiynində 
bir  balta vardı.  Heç kəs  nə baĢ  verdiyini  soruĢmaq üçün allahların  böyüyünün 
yanına gəlmədi. O da adəti üzrə eləcə sakit qaldı. Çünki, o daĢdan baĢqa bir Ģey 
deyildi.  
Hay-küy qopdu. KeĢiĢlər bir-birlərindən soruĢdular:  
-Müqəddəs allahları dağıtmağa kim cür`ət göstərmiĢdir?  
Onların biri dedi:  
-Biz bir nəfər tanıyırıq. Mümkündür bunlar onun iĢi ola. Yəqin ki, o cür`ətə 
gəlib, allahları dağıtmıĢdır.  
-O  cavan  Ġbrahimdir.  Biz  həmiĢə  onun  allahları  məsxərə  etdiyini  eĢidirik.  O 
deyir ki, bunların xeyir və zərərləri yoxdur.  
KeĢiĢlər  çox  qəzəbləndilər.  Onlar  ürəklərində  Ġbrahimə  qarĢı  böyük  qəzəb 
tufanı yaratdılar. O, allahları təhqir edən yeganə insan idi.  
MÜHAKİMƏ  
Nəmrud  mə`bədə  gəldi.  PadĢahın  taxt-tacını  hədələyən  çox  əhəmiyyətli  bir 
hadisə baĢ vermiĢdi. Ona görə də Nəmrud Ġbrahimi (ə) tutmaq fərmanını verdi 
və mə`bəddə onun mühakiməsini e`lan etdi.  
Mə`bəd insanla dolu idi. Qazi (Hakim) Nəmrudun yanında durmuĢdu.  
Mə`murlar cavan Ġbrahimi (ə) tutub, qazinin və Nəmrudun yanına gətirdilər. 
Mühakimə qazinin bu sözləri ilə baĢlandı: 
-Biz  bilirik  ki,  sən  bizim  allahlarımızı  ələ  salırsan.  Bilirik  ki,  sən  Babil 
camaatı  ilə  Bahar  bayramında  iĢtirak  etməmisən.  Ġndi  de  görək  bizim 
allahlarımızla kim belə rəftar etmiĢdir? Ey Ġbrahim, bizim allahlarımızı sənmi 
belə etmisən?  
Ġbrahim (ə) sakitcə dedi:  
-Bunları bütlərin böyüyü etmiĢdir. Əgər danıĢa bilirsə ondan soruĢun! 
Ġnsanların  hamısı  allahların  böyüyünə  baxırdılar.  Onun  çiynində  bir  balta 
vardı. Amma, heç nə danıĢmırdı. Qazi dedi:  
-Sən bilirsən ki, bu allahlar danıĢmaq iqtidarında deyilllər. Onlar cavab verə 
bilməzlər.  
Bu zaman Ġbrahim (ə) dilləndi:  


 
45 
-Bəs  elə  isə  siz  niyə  öz  əllərinizlə  yonduğunuz  bütlərə  ibadət  edirsiniz?  Siz 
niyə  görə  heç  bir  xeyir  və  ziyanı  olmayan,  danıĢa  bilməyən,  sizin  nəzir  və 
hədiyyələrinizi qəbul etməyən daĢ bütlərə ibadət edirsiniz?  
Mə`bəddə olanların hamısı baĢlarını aĢağı saldılar. Hətta qazi də baĢını aĢağı 
saldı.  
Öz-özlərinə dedilər: ”Ġbrahim (ə) doğru deyir. DaĢ necə Allah ola bilər. Ruhu 
və canı olmayan cansız heykəllərə necə ibadət edirik?»  
KeĢiĢlər qəzəbələndilər. Çünki, insanların hər Ģeyi bilmələri onların xeyirinə 
deyildi.  Bu  zaman  onların  hakimiyyət  və  nüfuzları  sona  çatardı.  Ona  görə  də 
qıĢqırdılar:  
-Ġbrahimin  (ə)  müqəddəs  allahların  baĢına  gətirdiyi  iĢlə  onu  necə 
bağıĢlayırsınız? Necə Ġbrahimlə keçinirsiniz? O bizim allahlarımızı, bizə xeyir 
və bərəkət verən allahlarımızı sındırmıĢdır.  
Nəmrud keĢiĢlərin yanında durdu. O, onun hakimiyyətini sona çatdıracaq bir 
uĢağın təvəllüdü barəsində onların söylədiklərini yadına saldı. Qəzəblə qıĢqırdı:  
-Ġbrahimin (ə) etdiyi günahdır! O cəzalanmalıdır.  
Camaat  Nəmruda  hörmət  və  onun  sözlərini  təsdiq  əlaməti  olaraq  ayağa 
qalxdılar.  
Nəmrud dedi:  
-Biz  müqəddəs  allahlarımızı  qorumalıyıq.  Ġbrahim  (ə)  oda  atılmaqla 
cəzalanmalıdır.  
Bütün  insanlar,  hətta  babası  Azər  də  Ġbrahimin  (ə)  əleyhinə  Ģüar  verirdi. 
Orada  Ġbrahimdən  ötrü  narahat  olan  çox  az  insan  da  var  idi:  o  cümlədən 
Ġbrahimin (ə) xalası qızı Sara və Lut.  
Sara  Ġbrahimin (ə) sözlərinə iman gətirmiĢ cavan və ağıllı bir qız idi. Lut da 
yeganə və Ģəriksiz Allaha və Ġbrahimin (ə) risalətinə iman gətirmiĢ insanlardan 
idi.  
Ġbrahim,  mühakimə  zamanı  çatana  qədər  zindana  atılmıĢdı.  Ġbrahimin  (ə) 
yandırılması  üçün  nəzərdə  tutulan  alov  çox  böyük  idi.  Ona  görə  də  odun 
toplamağa baĢladılar.  
Günlər  ötürdü.  Onlar  odun  toplamaqla  məĢğul  idilər.  Bütün  bütpərəstlər 
özlərinin  dağıdılmıĢ  allahlarının  intiqamını  almaq  üçün  odun  toplantısında 
iĢtirak edirdilər. Bu zaman Nəmrud yeganə Allah haqında Ġbrahimlə mübahisə 
etmək qərarına gəldi.  
Ġbrahim (ə) Nəmrudun sarayına gəldi. O, Nəmrudun qarĢısında durdu. Amma, 
nə tə`zim etdi və nə də səcdə elədi. Nə ona baĢ əydi və nə də təslim oldu.  
Ġbrahim  (ə)  Allahdan  baĢqa  heç  kəsdən  qorxmurdu.  O,  Sübhan  Allahdan 
baĢqa heç nəyə pərəstiĢ etmirdi.  
Nəmrud məğrur halda dedi:  
-Ey Ġbrahim, sənin ibadət etdiyin bu Allah kimdir?  
Ġbrahim (ə) dedi:  
-Mən ölüləri dirildən və diriləri öldürən Allaha ibadət edirəm. 
Nəmrud təkəbbürlə dedi:  
-Mən də öldürüb, dirildirəm.  


 
46 
Nəmrud əllərini bir-birinə vurub, uca səslə dedi:  
-Bir dustaq və bir nəfər də ölümə məhkum olanlardan bura gətirin! 
Mə`murlar o iki nəfəri zəncirlə gətirdilər. Nəmrud cəllada dedi:  
-Bu dustağın boynunu vur və bu ölümə məhkum olan insanı azad et!  
Sonra üzünü Ġbrahimə tutub dedi:  
-Gördün ki, mən həqiqətən də dirini öldürüb, ölünü dirildirəm?! 
Ġbrahim  (ə)  bu  mövzuda  Nəmrudla  mübahisə  etməkdən  çəkindi.  Çünki, 
Nəmrudun etdiyi iĢ düzgün deyildi. Ona görə də Ġbrahim (ə) Nəmruda dedi:  
-Mənim  ibadət  etdiyim  Allah  günəĢi  elə  yerləĢdirib  ki,  Ģərqdən  doğur.  Sən 
onu qərbdən doğura bilərsənmi?  
Nəmrud  Ġbrahimin  (ə)  sualından  cavabsız  qaldı.  Çünki,  heç  vaxt  heç  kəsin 
belə  bir  iĢ  görməyə  qüdrəti  yoxdur.  Ona  görə  də  kafir  Nəmrud  mat-məəttəl 
qaldı və heç bir söz demədi.  
DÖRD QUŞ  
Nəmrud  yenidən  Ġbrahimlə  mübahisə  etmək  qərarına  gəldi.  Ona  demək 
istəyirdi  ki,  mən  dirildib,  öldürürəm.  Amma,  sənin  Rəbbinin  belə  iĢə  qüdrəti 
çatmır.  Yalnız  sən  onun  barəsində  belə  düĢünürsən.  Yenidən  Ġbrahimi  (ə) 
zindandan çıxarıb, Nəmrudun yanına gətirdilər. Nəmrud Ġbrahimə dedi:  
-Sən demədinmi ki, Rəbbin dirildir və öldürür? Elə isə onu mənə göstər! 
Ġbrahim (ə) səmaya üz tutub dedi:  
-Mənim Rəbbim istədiyi hər bir iĢə qadirdir.  
O, əllərini göyə qaldırıb dedi:  
-Ġlahi ölüləri necə diriltdiyini mənə göstər! 
Allah buyurdu:  
-Ey Ġbrahim, yoxsa imanın yoxdurmu?  
Ġbrahim (ə) dedi:  
-Niyə?  Mən  iman  gətirmiĢəm.  Amma,  ürəyimin  rahat  və  arxayın  olmasını 
istəyirəm.  
Allah  ona  vəhy  etdi  ki,  dörd  quĢ  tutub,  onları  öldürsün.  Sonra  isə  onların 
ətlərini  bölüb,  dörd  dağın  zirvəsinə  qoysun.  Ġbrahim  (ə)  bıçağı  götürüb,  dörd 
quĢun baĢını kəsdi. Onların ətlərini dörd dağın baĢına qoydu.  
Allahdan baĢqa heç kim ölmüĢ quĢları yenidən həyata qaytara bilməz. Ġnsana, 
heyvana,  bitkilərə  yaĢayıĢ  və  həyat  bəxĢ  edən  Allahdan  baĢqa  heç  kəs  buna 
qadir deyil.  
Ġbrahim (ə) dağların arasında dayanıb, ucadan dedi:  
-Ey ölmüĢ quĢlar! Allahın əmri ilə mənim yanıma gəlin! 
Bu  zaman  qəribə  bir  hadisə  baĢ  verdi.  QuĢların  baĢı  onların  bədənlərinə, 
qanadları  əvvəlki  yerlərinə  qayıtdı.  Onlar  dirildilər.  Ürəkləri  döyünməyə 
baĢladı.  Qanad  çalıb,  uçmağa  baĢladılar.  Sonra  isə  Ġbrahimin  (ə)  ayağının 
yanında  yerə  qondular.  Ġbrahim  (ə)  yaradan  və  qüdrətli  Allaha  səcdə  etdi. 
Amma,  Nəmrud  yenidən  küfr  etdi.  O  fərman  verdi  ki,  Ġbrahimi  (ə)  yenidən 
zindana salsınlar.  


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə