PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə21/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

 
52 
SONUNCU İMTAHAN  
Ġbrahim  (ə)  övladı  Ġsmayılla  birgə  Həcc  əməllərini  yerinə  yetirdi.  Səfa  və 
Mərva  dağları  arasında  sə`y  (iti  yeriĢ)  mərhələsinə  çatdıqda  Ġbrahim  (ə)  oğlu 
Ġsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına saldı. Həmin iki 
dağın  arasında  Hacərin  qaça-qaça  get-gəl  etdiyini  və  südəmər  körpəsi  üçün 
yerdən Ģirin su qaynadığını xatırladı.  
Ġbrahim  (ə)  bütün  xatirələri  yada  salıb,  kədərlənirdi.  O,  bir  neçə  gün  qabaq 
gördüyü  yuxunu  xatırladı.  Həmin  yuxuda  övladının  baĢını  kəsdiyin  və  qurban 
olaraq Allahın dərgahına təqdim etdiyini görmüĢdü. 
Peyğəmbərlərin  yuxusu  doğrudur.  Bunun  mə`nası  o  idi  ki,  Allah-təala  oğlu 
Ġsmayılı  qurban  kəsməyi  Ġbrahimə  (ə)  əmr  edir  və  bununla  da  höccəti 
tamamlamaq istəyir.  
Amma, görəsən  Ġsmayıl  bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır 
idimi? Ġbrahimi (ə) narahat edən də bunlar idi.  
Atasını fikirli görən Ġsmayıl dilləndi:  
-Atacan, niyə səni qəmli görürəm?  
Ġbrahim (ə) üzünü oğlu Ġsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana 
üzünü tutub, dedi:  
-Hə,  əziz  oğlum,  yuxuda  gördüm  ki,  səni  qurban  kəsirəm.  Bunun  mə`nasını 
bilirsənmi?  
-Məni qurbanlıq edirsən?  
-Hə, oğlum! Fikrin nədir?  
FikirləĢmək  yeri  deyildi.  Allah  fərman  vermiĢdi  ki,  peyğəmbəri  Ġbrahim  (ə) 
oğlu Ġsmayılı qurban etsin.  
Allah-təala yenidən Ġbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və 
Allah qarĢısında  nə  qədər  təslim  olmasını  aydınlaĢdırmaq istəyirdi.  Buna  görə 
də imanlı cavan olan Ġsmayıl dedi:  
-Ata,  bu  iĢi  yerinə  yetir.  Bunu  Allahın istədiyi üçün mən  qurban  kəsilməyin 
ağrı və əzablarına dözərəm.  
Ġbrahim  (ə)  heç  kimi  övladı  Ġsmayıl  qədər  sevmirdi.  Amma,  o,  Allahı  daha 
çox  sevirdi.  Ona  görə  də  babası  Azərdən  uzaqlaĢmıĢdı.  Ġbrahim  (ə)  Azəri  çox 
sevirdi.  HəmiĢə  onu  ata  –  deyə  çağırırdı.  Amma,  Azər  kafir  olduqda  Ġbrahim 
(ə) ondan uzaqlaĢdı.  
Ġbrahim (ə) saleh və mö`min  cavan olan övladı  Ġsmayılı çox sevirdi.  Lakin, 
Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi.  
Ġbrahim  (ə)  oğlu  Ġsmayılı  öpdü.  Həzrət  özü  ilə  bıçaq  gətirmiĢdi.  Ġsmayıl 
Allahın  fərmanına  təslim  idi.  O,  ölümü  mərdliklə  qarĢılamaq  istəyirdi. 
Tamamilə rahat olan qurbanlıq yalnız bir Ģeydən ötrü nigaran idi. O qorxurdu 
ki,  baĢının  kəsildiyi  üçün  ağrılara  dözməyib,  müqavimət  göstərər  və  bu  iĢ 
atasını  ağrıdar.  Çünki,  qoca  bir  kiĢi  olan  atası  belə  bir  mənzərəni  görmək 
iqtidarında deyildi.  
Ona görə də atasına dedi:  
-Atacan,  xahiĢ  edirəm  mənim  əl-qolumu  iplə  möhkəm  bağla!  BaĢımı  kəsən 
zaman tələs və bu iĢi tez bitir.  


 
53 
Ġbrahim  (ə)  övladından  ötrü  ağladı.  O,  son  dəfə  vidalaĢmaq  məqsədi  ilə 
oğlunu öpdü.  
Ġsmayıl  baĢının  kəsilməsi  üçün  hazır  oldu.  Ġbrahim  (ə)  bıçağı  əlində 
tutmuĢdu.  Ġsmayıl  baĢını  yuxarı  qaldırdı.  Onun  ağ,  nazik  və  iĢıqlı    boynu 
günəĢin nuru altında göründü.  
O  həyəcanlı  anlarda  maraqlı  bir  hadisə  baĢ  verdi.  Ġbrahim  (ə)  səmadan  bir 
nida eĢitdi:  
«Ey  Ġbrahim,!  Öz  yuxunu  həyata  keçirtdin  (tapĢırığı  yerinə  yetirdin).  Allah 
sənə fərman verir ki, bu qoçu Ġsmayıla qurban edəsən».  
Ġbrahim (ə) dağın baĢından bir qoçun gəldiyini gördü.  
Ġbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, Ġbrahim (ə) və övladı Ġsmayıl Həcc 
əməlllərini sona çatdırdılar.  
Bu  gün biz  baĢ qırxdıqda  və özümüzü  çirkabdan  yuduqda,  öz  dırnaqlarımızı 
qısaldıb,  övladlarımızı  sünnət  etdirdikdə,  həqiqətdə  atamız  Həzrət  Ġbrahim 
Xəlilin  (ə)  yolu  ilə  getmiĢ  oluruq.  Ġbrahim  (ə)  bu  iĢləri  bizə  tə’lim  edən 
insandır. Həmçinin o bizə təkallahçılıq dərsini öyrətmiĢdir.  
Biz  Yəhudilik,  Xristianlıq  və  Ġslam  dininə  nəzər  saldıqda  onların 
ardıcıllarının  Allaha  inandıqlarını  görürük.  Unutmamalıyıq  ki,  bütün  bunlar 
Həzrət Ġbrahimin (ə) zəhmətlərinin nəticəsidir. Çünki, Allah-təala Ġbrahimi (ə) 
peyğəmbər olaraq seçdi və sonra onu imam və rəhbər etdi. O, peyğəmbərlik və 
rəhbərliyi onun övladlarına da bəxĢ etdi. Musa və Ġsa Ġbrahimin (ə) oğlu olan 
Ġshaqın  övladlarından,  Ġslam  peyğəmbəri  Həzrət  Məhəmməd  (s)  və  Əhli-beyt 
imamları isə Ġbrahimin (ə) oğlu olan Ġsmayılın nəslindəndir. 
Buna görə də biz bə`zən belə deyirik:  
«Ġlahi!  Ġbrahim  və  onun  ailəsinə  gönərdiyin  kimi,  Məhəmməd  və  onun 
ailəsinə də salavat və salam göndər. Həqiqətən sən tə`riflərə layiq və ucasan».  
XƏLİL  
Allah-təala  Ġbrahimi  (ə)  imanlı  və  həqiqi  bəndə  kimi  gördükdə  ona  fərman 
verdi ki, özünün müqəddəs zatından savayı heç kəsdən qorxmasın. Ona görə də 
Allah  Ġbrahimi  (ə)  Xəlil  və  dost  olaraq  seçdi.  Buna  görə  ona  Xəlilur-Rəhman 
(Allahın dostu) ləqəbi verildi.  
Ġbrahim (ə) yüz iyirmi ildən artıq ömür sürdü.  
O, yaĢlı bir qoca olmuĢdu. Daha Hicaza gedib, Allahın evini ziyarət etmək və 
övladı Ġsmayılı görmək taqəti yox idi. Ona görə də övladı Ġsmayıl atası Xəlilür-
Rəhmanı görmək üçün Fələstinə gəldi.  
Həmin  zaman  Ġbrahim  (ə)  xəstələndi.  Qocalığın  zəifliyi  onu  taqətdən  saldı. 
Ġbrahimin  (ə)  dünyadan  köçmə  zamanı  çatdı.  O,  cihad,  mübarizə  və  insanları 
Allaha  doğru  də`vət  etmək  yolunda  keçirdiyi  uzun  müddətli  ömürdən  sonra 
rahatlıq  mərhələsinə  çatmıĢdı.  Beləliklə  Ġbrahim  (ə)  öz  Xəlili,  dostu  və 
mə`buduna sarı səfər etdi.  
O  həzrət,  övladları  Ġsmayıl  və  Ġshaqdan  bəĢəriyyəti  yeganə  Allaha  pərəstiĢə 
də`vət  iĢlərində  yorulmamaqları  barədə  əhd  aldı.  Sonra  isə  ruhu  Mələkut 
aləminə  doğru  qanad  çaldı.  Allah-təaladan  istəyirik  ki,  mübariz  insanları 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə