PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə17/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

 
41 
bə`ziləri bir neçə günlük idilər. Bə`ziləri isə dünyaya gəldikdən yalnız bir neçə 
saat sonra öldürülürdü. 
Nəmrud deyilən uĢaqdan qorxurdu. O il sona çatdıqda rahat nəfəs aldı. Çünki, 
bütün oğlan uĢaqlarını öldürmüĢdü. 
Ġbrahim  (ə)  Babilə  və  Ur  Ģəhərinə  yaxın  olan  Kövsəriyyə  Ģəhərində  anadan 
olub, mağarada böyüdü. 
Rəbbimiz  onu  qorudu.  Ona  barmağını  sovurmağı  və  bununla  qidalanmağı 
öyrətdi. Nəmrud o uĢağı qətlə  yetirmək istəyirdi. Amma, Allahın istəyi bu idi 
ki,  Ġbrahim  (ə)  diri  qalsın.  O  yaĢasın  və  bütpərəstləri  Allahın  ibadətinə 
yönəltsin. 
Ġbrahim  (ə)  böyüdü.  Anası  mağaraya  tərəf  gəldi  və  övladını  öpdü.  Onu 
qucaqladı  və  sonra  evinə  apardı.  Ġnsanlar  elə  bilirdilər  ki,  Ġbrahim  (ə)  iki-üç 
yaĢlı  uĢaqdır.  Amma,  halbuki,  onun  ömründən  yalnız  bir  neçə  həftə  keçirdi. 
Ona görə də Nəmrudun əsgər və mə`murları ona toxunmadılar. 
BÜTLƏR 
O zaman insanlar bütpərəst idilər. Morduxu allahlar allahı adı ilə, Əyi ədalət 
və  qanun  allahı,  Sini  səma  allahı,  ĠĢtəri  və  digər  allahları  sitayiĢ  edirdilər. 
Onların çoxu Zöhrə ulduzuna, günəĢ və aya ibadət edirdilər. Orada heç kəs eyib 
və nöqsanlardan uzaq olan Sübhan Allaha ibadət etmirdi. Ġbrahim (ə) belə bir 
zamanda doğulub, böyüdü. 
AZƏR 
Azər  ulduzĢünas  bir  insan  idi.  O  allahların  heykəlini  düzəldirdi.  Nəmrud 
Azərlə  məsləhətləĢirdi.  Ġbrahim  (ə)  Azərin  evində  yaĢayırdı.  Azər  onun 
anasının atası idi. Ona görə də Ġbrahim (ə) onu ata çağırırdı. 
Ġbrahim (ə) böyüyüb, cavanlıq yaĢına çatdı. Sübhan Allah ona ağıl, düĢüncə 
və  iste`dad  bəxĢ  etdi.  Onun  pak  və  təmiz  ürəyi  var  idi.  Ona  görə  də  bütlərə 
ibadət etmirdi. Onlara iman gətirməmiĢdi. O təəccüb edirdi ki, insanlar necə öz 
əlləri ilə yonduqları bütlərə ibadət edirlər?! Allah bunlardan böyükdür. 
Ġbrahim  (ə)  Ģəhərə  getdi.  O  həqiqət  axtarıĢında  idi.  Gecə  çatmıĢdı.  Qaranlıq 
Ģəhəri  özünə  qərq  etmiĢdi.  Mə`bəddən  savayı  heç  bir  yerdə  iĢıq  görünmürdü. 
Zöhrə ulduzuna pərəstiĢ edənlər tə`zimlə göyə baxırdılar. Onlar inanırdılar ki, o 
ulduz onların rəbbidir. Onlara ruzi yetirən, xeyir və bərəkət verən odur. 
Ġrahim  onların  yanında  durdu.  Göyə  baxır  və  həqiqəti  axtarırdı.  O,  həqiqi 
Allahı axtarırdı. Bu halda ay çıxdı və səmada göründü. Ay öz nuru ilə hər yeri 
iĢıqlandırdı. Ġbrahim (ə) ağıllı bir cavan idi. Ġnsanları qərq olduqları azğınlıqdan 
çəkindirmək  istəyirdi.  Onları  baĢa  salmaq  istəyirdi  ki,  Allah  böyükdür.  Ona 
görə də onlara dedi: 
-Bu mənim rəbbimdir. 
Zöhrə ulduzuna ibadət edənlər ona sarı dönüb, dedilər: 
-Necə? 
Ġbrahim (ə) dedi:  


 
42 
-Sizin ibadət etdiyiniz Zöhrə ulduzu gözlərdən itdi. Amma, həqiqi Allah heç 
vaxt gizlənib, gözdən itməz. 
Zaman  keçdi  və  ay  səmada  dolanıb,  gözdən  itdi.  Bir  saatdan  sonra  günəĢ 
doğdu. Ġbrahim (ə) qıĢqırdı: 
-Bu mənim Rəbbimdir. Bu daha böyükdür.  
Camaatın bə`zisi bu cavanın sözlərinə inandılar. Öz-özlərinə dedilər ki, bəlkə 
də onun dedikləri doğrudur. Amma, günəĢ də gözdən itdi. Yenidən qaranlıq hər 
yeri bürüdü. Ġbrahim (ə) səmaya nəzər saldı və uca səslə dedi:  
-Mən  günəĢə  ibadətdən  uzaqlaĢıram.  GünəĢ  ibadət  olunası  allah  deyil.  Mən 
günəĢi,  ayı,  Zöhrəni,  yeri,  göyü  və  bizim  hamımızı  yaradan  Allaha  ibadət 
edirəm. 
İMANLI CAVAN 
Allahlara  hörmət  etməyən  və  Nəmruddan  qorxmayan  cavan  Ġbrahimin  (ə) 
sözləri  hər  yerdə  yayıldı.  Ġnsanlar  Ġbrahimin  (ə),  heç  bir  ziyan  və  xeyirləri 
olmayan qondarma allahları məsxərə etdiyini eĢidirdilər. 
Ġbrahim (ə) böyüdü. O on altı yaĢına çatmıĢdı. Bütün Babil camaatı bilirdilər 
ki,  Ġbrahim  (ə)  allahlara  ibadət  etmir.  Ġnsanların  çoxu  onun  allahları  ələ 
saldığını görmüĢdülər.  
Hətta Ġbrahimin (ə) babası Azər bir gün Ġbrahimin (ə), onun bütlərindən daha 
gözəl bir büt düzəltdiyini gördü. Azər öncə sevindi və elə bildi ki, Ġbrahim (ə) 
də ona kömək  edib, mə`bədi qoruyacaqdır. Amma,  Ġbrahim (ə)  yonduğu bütü 
sındırdı.  
Azər Ġbrahimin (ə) etdiyi iĢə çox qəzəbləndi və ona dedi: 
-Ġbrahim, 
niyə  yonduğun  allahı  sındırdın?  Allahların  qəzəbindən 
qorxmursanmı?  
Ġbrahim (ə) hörmətlə cavab verdi:  
-Atacan,  heç  nə  eĢitməyən,  heç  nə  görməyən  və  sənin  heç  bir  ehtiyacını 
tə`min etməyən bütlərə niyə ibadət edirsən? Ata! ġeytana ibadət etmə! ġeytan 
Allaha itaətsizlik göstərmiĢdir.  
-Ey  Ġbrahim!  Sən  mənim  allahlarımdan  uzaqlaĢırsanmı?  Əgər  iĢlərindən  əl 
çəkməsən  səni  daĢqalaq  edəcəyəm.  Ġndi  isə  uzun  zamana  qədər  mənim 
yanımdan get!  
Ġbrahim  (ə)  çox  ədəbli  bir  cavan  idi.  O,  babası  Azəri  çox  sevirdi.  Onu  ata 
deyə çağırırdı. Ona görə də evdən çıxmazdan əvvəl Azərlə sağollaĢıb, dedi:  
-Salam  olsun  sənə!  Rəbbimdən  sənin  üçün  bağıĢlanmaq  istəyəcəyəm. 
Həqiqətən, Allah məni çox sevir.  
Ġbrahim (ə) öz Rəbbindən istədi ki, Azəri nur və imana hidayət etsin.  
Ġbrahim  (ə)  insanlardan  uzaqlaĢdı.  Yeganə  və  Ģəriksiz  Allahın  ibadəti  ilə 
məĢğul oldu. Camaat hər hansı bir münasibətdə mə`bədə gedir və bütlərə ibadət 
edirdilər. Onlar öz nəzirlərini onların yanlarına qoyurdular. Amma, Ġbrahim (ə) 
yeganə Allaha ibadət edir və bütlərdən uzaq gəzirdi.  


 
43 
BAHAR  
Ġbrahim  (ə)  insanları  yeganə  Allahın  itaətinə  hidayət  etmək  barədə 
fikirləĢirdi. Bütün insanlar büt, günəĢ, ay və ulduza ibadət və Nəmruda pərəstiĢ 
edirdilər.  Bahar  fəsli  çatdı,  güllər  çiçəkləndi  və  çayların  suyu  artdı.  Camaaat 
baharın gəliĢinə sevindilər. Onlar baharın gəliĢi və ne`mətin bolluğu bayramını 
keçirməyə hazırlaĢdılar. O zaman bütün insanlar bayram mərasimini keçirmək 
üçün Ģəhərin kənarına gedir, yeyib-içir, atılıb-düĢür və oynayırdılar. Daha sonra 
onlar öz nəzirlərini mə`bəddə allahların yanına qoymaq və hədiyyələri keĢiĢlərə 
təqdim etmək üçün Ģəhərə qayıdırdılar.  
Camaat  Ģəhərin  çölünə  getməyə  hazırlaĢırdı.  Amma,  Ġbrahim  (ə) 
hazırlaĢmırdı.  O bayram mərasiminə getmək barədə heç fikirləĢmirdi də. Ona 
dedilər:  
-Ey Ġbrahim, sən niyə getmirsən?  
Ġbrahim (ə) dedi:  
-Mən xəstəyəm.  
O,  doğru  yolu  tə`yin  edə  bilməyən  insanlardan  ötrü  nigaran  idi.  Ġbrahim  (ə) 
bütün  iĢlərində  onlarla  fərqlənirdi.  Paltarlarını  təmiz  saxlayır,  dırnaqlarını 
qısaldır və baĢının tükünü azaldırdı.  
Ġnsanlar, hətta Nəmrud və bütün keĢiĢlər də bahar bayramını keçirmək üçün 
Ģəhərdən  çıxdılar.  Ġbrahim  (ə)  Ģəhərdə  tənha  qaldı.  Əlinə  bir  balta  götürüb, 
böyük  mə`bədə  sarı  yollandı.  O  mə`bəddə  hamısı  daĢdan  düzəldilmiĢ  çoxlu 
allahlar  var  idi.  Allahların  bə`zisi  kiçik,  bə`zisi  böyük  idi.  Orada  bütün 
bütlərdən böyük olan bir büt vardı. Onun adını Mordux qoyub, allahların allahı 
adlandırırdılar.  Ġbrahim  (ə)  mə`bədin  pillələri  ilə  yuxarı  qalxdı.  Mə`bəd 
tamamilə boĢ idi. Yalnız bütlər qalmıĢdılar və iylənmiĢ ət və qanların qoxusu.  
Ġbrahimin  (ə)  gözü  onlarla  qondarma  allaha  düĢdü.  O  öz-özünə  fikirləĢirdi: 
«Görəsən  bir  insan  heç  bir  ziyan  və  faydası  olmayan  bir  daĢa  necə  ibadət 
edir?!»  
Bütlər hərəkətsiz halda öz yerlərinə mıxlanmıĢdılar. Onlar danıĢmır və heç bir 
iĢ görmürdülər. 
Ġbrahim (ə) qəzəblə qıĢqırdı:  
-Niyə xörək yemirsiniz?  
BoĢ mə`bəddə onun səsi əks səda verdi.  
-Niyə xörək yemirsiniz?  
Ġrahim uca səslə dedi:  
-Niyə danıĢmırsınız?  
Səsi mə`bədin fəzasında fırlandı:  
-Niyə danıĢmırsınız?  
Ġbrahim  (ə)  yalançı  allahları  sındırmaq  qərarına  gəldi.  O,  insanlara  sübut 
etmək istəyirdi ki, onlar bərk daĢ parçasından baĢqa bir Ģey deyillər.  
Ona görə də baltanı qaldırıb, daĢ allahlara zərbələr endirdi.  
Bütlər cavan Ġbrahimin (ə) zərbələri altında dağılırdılar. Onların tikələri yerin 
üzərinə  tökülürdülər.  Ġbrahim  (ə)  böyük  bütə  çatdı.  Beyninə  bir  fikir  gəldi. 
Cavan Ġbrahim (ə) baltanı allahların böyüyünün boynundan asdı.  


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə