PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə25/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

 
62 
Beləliklə  Sara  kənizini  öz  əri  Ġbrahimə  hədiyyə  verdi.  O  həzrət  Hacərlə 
evləndi və hələ doqquz ay keçməmiĢdi ki, uĢağın ağlamaq səsi eĢidildi. Hamı 
Ġsmayılın doğulması münasibəti ilə sevindilər.  
HİCRƏT  
Allah-təala  Ġbrahimə  Ġsmayıl  adlı  övlad  bəxĢ  etdi.  O,  sevməli  uĢaq  idi. 
Atasının  ürəyini  sevinc  və  Ģadlıqla  doldurmuĢdu.  Atası  onu  qucağına  alır  və 
öpürdü. Ġsmayıl bə’zi vaxtlarını anası Hacərin çadırında keçirirdi. 
Saleh  qadın  olan  Sara  Ġbrahimi  (ə)  çox  sevirdi.  Onu  sevindirmək  istəyirdi. 
Amma, Hacərə həsəd apardı. Çünki, Hacər övlad sahibi olmuĢdu. Amma, Sara 
hələ də övladdan məhrum idi.  
Sara  istəmirdi  ki,  həsəd  aparmaq  onun  qəlbini  içəridən  sarsıtsın.  O,  bununla 
Hacərə nifrət etmək, ona kin bəsləmək istəmirdi. Ona görə də əri Ġbrahimə dedi 
ki,  mən  bundan  sonra  Hacəri  görmək  istəmirəm.  Çünki,  Hacəri  gördükdə  ona 
həsəd aparırdı. O, bu iĢin vasitəsilə cəhənnəm odunda yanmaq istəmirdi.  
Mehriban Allah öz bəndələrinə qarĢı mehribandır. Sara övlad sarıdan bəhrəsiz 
idi. O, yoldaĢı Ġbrahimə iman gətirməyinə görə köçməyin əzab və çətinliyinə və 
bu  illər  ərzində  çox  Ģeyə  dözmüĢdü.  Onun  hələ  də  öz  rəbbinə  və  onun 
peyğəmbəri olan Ġbrahimə imanı vardı.  
KƏ’BƏYƏ DOĞRU 
Allahın istəyilə Ġbrahim (ə) Hacəri və oğlu Ġsmayılı özüylə cənuba tərəf, çox 
uzaq  bir  yerə  aparmalı  idi.  Ġbrahim  (ə)  Allahın  fərmanına  itaət  edərək,  indiyə 
qədər  getmədiyi  namə’lum  bir  yerə  köçdü.  O,  südəmər  körpəli  həyat  yoldaĢı 
Hacərlə uzun müddət yol getdilər. Ġbrahim (ə) nə vaxt gözəl məkan və yaĢıllıq 
görsəydi  göyə  baxardı.  Çünki,  və’d  olunmuĢ  yerə  çatmalarını  arzu  edirdi. 
Lakin, Allahın mələyi göydən enib, ona xəbər verirdi ki, yolu davam etdirsin.  
Beləliklə  Ġbrahim  (ə)  və  südəmər  körpəsini  qucağında  tutmuĢ  Hacər 
gedirdilər. Uzun müddətdən sonra onlar quru, su və otsuz bir yerə çatdılar: qum 
və quru səhra bitkilərindən baĢqa bir Ģey olmayan bir dərəyə. Orada mələk endi 
və Ġbrahimə xəbər verdi ki, müqəddəs yerə çatmıĢdır.  
Ġbrahim (ə) o dərəyə endi. Həyatdan uzaq bir dərə idi. Orada nə çay vardı, nə 
bulaq  və  nə  də  bir  insan  orada  yaĢayırdı.  Həqiqətən  Allahın  istəyi  bu  idi  ki, 
körpə Ġsmayıl və anası orada yaĢasınlar.  
VİDALAŞMA 
Ġbrahim  (ə)  öz  sakit  oğlu  Ġsmayılı  öpüb,  ağladı.  O,  Hacəri  və  övladını  o 
qorxulu  yerdə  qoyub,  qayıtmalı  idi.  Ġbrahim  (ə)  Fələstin  torpaqlarına  qayıdıb, 
oradan uzaqlaĢdıqca onlar üçün ağlayırdı. 
Hacər ətrafına baxdı. Qum və dağların möhkəm  daĢ parçalarından baĢqa  bir 
Ģey görmədi. Ona görə də ərinə dedi: 
-Bizi burada, bu dəhĢətli yerdə qoyub gedirsən? 
-Ey Hacər! Allah mənə belə əmr etmiĢdir. 


 
63 
Hacər imanlı bir qadın idi. Bildi ki, Allah öz bəndələrinə qarĢı mehribandır. 
Onların xeyir və yaxĢılıqlarını istəyir. Ona görə də Ġbrahimə dedi: 
-Ġndi  ki,  Allah  belə  fərman  verib,  deməli,  bizi  qoruyacaqdır.  O,  bəndələrini 
unutmur. 
Ġbrahim  (ə)  oğlu  və  yoldaĢı  ilə  vidalaĢdıqdan  sonra  onlardan  uzaqlaĢdı. 
Təpələrin  baĢında  dayandı.  Göyə  baxdı  və  Allahdan  istədi  ki,  onları  zərər  və 
ziyanlardan qorusun.  
SU 
Ġbrahim  (ə)  çox  uzaqlaĢıb,  gözlərdən  itdi.  Hacər  daha  onu  görə  bilmirdi. 
Ġsmayıl ətrafında nələr baĢ verdiyini bilmirdi. Hacər oğlu üçün bir qoyun dərisi 
sərdi, özü və körpəsi üçün dik bir xeymə düzəltmək üçün ayağa qalxdı. O, çox 
arxayınlıqla  iĢləyirdi.  Elə  bil  ki,  öz  evindədir.  Hacər  inanırdı  ki,  orada  kimsə 
vardır. O, onu və uĢağını qoruyur. Gündüzlər bir az odun toplayıb, gecələr od 
qalayırdı. ġam yemək üçün özünə bir az çörək hazırlayırdı. O, gecənin çoxunu 
oyaq qalır və ulduzla dolu səmaya baxırdı. 
Bir  neçə  gün  keçdi.  Hacər  belə  bir  vəziyyətdə  yaĢayırdı.  Götürdüyü  sular 
qurtardı.  Hətta  qabda  bir  damcı  da  su  qalmadı.  Suyun  hamısı  qurtarmıĢdı. 
Qorxulu və sükuta bürünmüĢ bir dərədə Hacər o tərəf-bu tərəfə baxırdı. Amma, 
bir Ģey görmürdü. Əmin oldu ki, bu yer quru və susuzdur. Qabaqca nə bir insan 
buradan keçib və nə də səmasında bir quĢ uçmuĢdur. 
Körpə Ġsmayıl ağladı. O, susuz idi; bir içim su istəyirdi. Amma, bilmirdi ki, 
ətrafında nələr baĢ verir. O, bilmirdi ki, yerin hansı tərəfində yaĢayır. 
Anası  mehribanlıqla  ona  baxırdı.  Nə  etsin?  Bu  quru  səhrada  suyu  haradan 
əldə etsin? Birdən ürəyində analıq hissi Ģö’lələndi. Bir iĢ görməyə məcbur idi. 
O,  gərək  bu  torpaqda  su  tapaydı,  hətta  əgər  bir  içim  olsa  belə.  Öz-özünə 
deyirdi.Bəlkə  bu  dağın  arxasında  bulaq  və  ya  çala  ola.  Bəlkə  o  təpənin 
arxasında  hansısa  xeyirxah  insan  karvan  yolçuları  üçün  bir  su  quyusu 
qazmıĢdır. 
Hacər  ayağa  qalxdı.  Öz  ətrafına  baxdı.  Övladı  üçün  təhlükə  yarada  biləcək 
canavar  və  ya  kaftarın  olmamasına  əmin  oldu.  Heç  nə  yox  idi.  Ara-sıra  gözə 
dəyən tikanlı otlardan baĢqa heç nə yox idi. 
Hacər Səfa dağına tərəf qaçdı. O, ümidlə qaçırdı. Amma, ürəyində qorxu var 
idi.  Olmaya  canavar  susuz  uĢağı  -  Ġsmayılı  apara.  Ġsmayılın  səsi  hələ  də 
qulaqlarında  idi.  Hacər  dağın  zirvəsinə  qalxdı.  O,  dərəyə  nəzər  saldı.  Su 
dalğalarına oxĢar bir Ģeylər gördü. Dərəyə tərəf qaçdı. Amma, bir Ģey görmədi. 
Səhranın  qumundan  baĢqa  orada  heç  nə  yox  idi.  O,  dərənin  ortasında  yalnız 
havanın hərarətindən dalğalanan və dəryanı xatırladan ilğım görmüĢdü. 
Hacər qaça-qaça uĢağı Ġsmayıla tərəf qayıtdı. UĢaq ağlayır və qıĢqırırdı. O, su 
axtarırdı. Hacər ümidlə Mərvə dağına baxdı: Bəlkə orada su olar? 
Çox  sür’ətlə  qaçırdı.  Qumlar  ayağının  altında  dağılırdı.  Suya  oxĢar  bir  Ģey 
gördü. Qaçdı və sür’ətlə  yolu qət etdi.  Amma,  yenə də ilğımdan baĢqa bir Ģey 
deyildi.  


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə