PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə19/83
tarix22.10.2018
ölçüsü2 Mb.
#75456
1   ...   15   16   17   18   19   20   21   22   ...   83

 
47 
BÖYÜK ALOV  
Babillilərin,  həmçinin  onlardan  da  qabaq  sumərlilərin  neft,  qır  və  kibrit 
haqqında mə`lumatları vardı. Buna görə də babillilər öz torpaqlarında ən böyük 
alov Ģö`ləsini  yaratmaq fikrində idilər. Bunların hamısı Ġbrahimin (ə)  cəzasına 
görə idi. O, onların yalançı allahlarını dağıtmıĢdı. Onlar bir aydan çox Ģəhərin 
çölündə  odun  topladılar.  Bir  aydan  artıq  odunlara  qır  artırdılar  və  onlara  neft 
tökdülər.  
Odun  bağlamalarını  Ģəhərin  çölünə  daĢıyan  Babil  camaatının  get-gəl 
mənzərəsi çox adi idi.  
Allahların qarĢısında tə`zim göstərib, bütlərə səcdə edən bütpərəstlər hamısı 
odun toplantısında iĢtirak edirdilər. Onlar bunun vasitəsi ilə allahlarının onlara 
xeyir və bərəkət əta etmələrini istəyirdilər.  
Hökmü icra etmək günü çatdı. Nəmrudun mə`murları Ġbrahimin (ə) qollarını 
bağlayıb, Ģəhərdən çıxardılar. Babil əhalisi cavan Ġbrahimin (ə) barəsində olan 
hökmün  icrasına  tamaĢa  etmək  üçün  Ģəhərdən  çıxdılar.  KeĢiĢlər  gəlib,  alovu 
yandırdılar.  Alov  tezliklə  odunlarda  Ģö`lələndi.  Çünki,  neft  və  qır  tökməklə 
odunlar  islanmıĢdılar.  Alov  odun  dağında  zəbanə  çəkdi.  Alov  Ģö`lələrinin 
hündürlüyü  onlarla  metr  yuxarı  çatırdı.  Babil  əhalisi  qaçıb,  geri  çəkildilər. 
Onlar alovun onları yandırmasından qorxurdular.  
Ġbrahim  (ə)  sakitcə  alova  tamaĢa  edirdi.  Onun  Allaha  imanı  var  idi  və 
Allahdan  baĢqa  heç  kəsdən  qorxmurdu.  Ġbrahimin  (ə)  əllərini  bağlamıĢdılar. 
KeĢiĢlər  belə  güman  edirdilər  ki,  Ġbrahim  (ə)  o  böyük  alovu  gördükdə  üzr 
istəyəcək, allahlara səcdə edib, keĢiĢlərdən əfv olunmasını istəyəcəkdir. Amma, 
cavan  Ġbrahim  (ə)  arxayın  və  rahat  idi.  O  sükutla  öz  taleyini  gözləyirdi.  Bu 
zaman onlar üçün böyük bir çətinlik qarĢıya çıxdı. Bu çətinlik Ġbrahimi (ə) necə 
alova  atmaq  məsələsi  idi.  Çünki,  heç  kəs  o  böyük  alova  yaxınlaĢa  bilmirdi. 
Onun istiliyi on metrlərlə uzaqdan insanları yandırırdı.  
KeĢiĢlər  toplaĢıb,  problemi  həll  etmək  üçün  çarə  fikirləĢirdilər.  Onların 
birinin ürəyinə Ģeytani bir fikir gəldi. O dedi:  
-Onu mancanağa qoyarıq.  
KeĢiĢ  yer  üzərində  mancanaq  planını  çəkdi.  Bu,  Ģeytani  bir  fikir  idi. 
Mancanaq Ġbrahimi (ə) uzaqdan alovun içinə atacaqdı.  
Fəhlələr  bu  yeni  kəĢfi  düzəltməyə  baĢladılar.  Mancanaq  hazırlandı.  Onlar 
Ġbrahimi  (ə)  gətirib,  mancanağa  qoydular.  Ġbrahim  (ə)  tamamilə  arxayın  və 
soyuqqanlı idi.  
Ġnsanlar  cavan  Ġbrahimə  baxıb,  onun  dözümünə  və  mübarizliyinə  heyrət 
edirdilər. Həmin həssas anlarda bir mələk Ġbrahimin (ə) yanına enib, ona dedi:  
-Bir Ģeyə ehtiyacın varmı?  
Ġbrahim  (ə)  böyük  Allahdan  savayı  heç  bir  Ģey  barədə  fikirləĢmirdi  və  heç 
kəsdən bir Ģey istəmirdi. Onun istəyi  yalnız böyük Allahdan idi. Ona görə də 
mələyə dedi:  
-Mənim  Allahdan  baĢqa  heçə  kəsə  ehtiyacım  yoxdur.  Heç  kimdən  bir  Ģey 
istəmirəm.  


 
48 
Allah-təala  Ġbrahimi  (ə)  imtahan  etdi.  Onun  imanını  və  ixlasını  yoxladı. 
Ġbrahim (ə) mö`min və ixlaslı bir insan idi.  
Mə`murlar mancanağın ipini çəkdilər.  Ġbrahim (ə) bir anda göyə tullandı və 
çox əzəmətli bir alovun içinə düĢdü.  
Allah-təala alovun da yaradanıdır. Allah alovu yaratmıĢdır. Alova yandırmaq 
qüvvəsini  verən  Allahdır.  Elə  həmin  Allah  da  ondan  yandırmaq  qüvvəsini 
almağa qadirdir.  
Allah-təala alova vəhy etdi: 
-Ey alov! Ġbrahim (ə) üçün sərin və gülüstan ol! 
Alov  hələ  də  Ģö`lələnirdi.  Amma,  özünün  yandırmaq  qüdrətini  əldən 
vermiĢdi.  
Alov  Ġbrahimə  heç  bir  zərər  yetirmədi.  Yalnız  əl-qolunu  bağladıqları  ipləri 
yandırdı. 
Alovun  Ġbrahimin  (ə)  düĢdüyü  hissəsi  gözəl  və  güllü  bir  bağa  çevrilmiĢdi. 
Amma,  hər  tərəfdən  alov  onu  əhatə  etmiĢdi.  Alov  Ģö`lələnir  və  göyə  zəbanə 
çəkirdi. Amma, Ġbrahim (ə) üçün soyuq və gülüstan olmuĢdu.  
Allah-təala  Ġbrahimi  (ə)  yoxladı.  Ġbrahimin  (ə)  iman  dərəcəsini  bilirdi.  Ona 
görə də onu daha da əzizlədi, xilas etdi və düĢmənlərinə qalib etdi.  
Nəmrud alovun sakitləĢməsini gözləyirdi. O, Ġbrahimin (ə) taleyini görmək və 
ona qələbə çaldığı üçün bayram etmək istəyirdi. Alov çox böyük və ağır idi. Bir 
neçə  gün  eləcə  yanıb,  Ģö`lələndi.  Amma,  get-gedə  zəifləyib,  söndü.  Nəmrud 
Ġbrahimin  (ə)  baĢına  gələnləri  görmək  üçün  alova  sarı  getdi.  O  fikirləĢirdi  ki, 
görəsən  Ġbrahim  (ə)  külə  çevrilmiĢdirmi?  Amma,  o  və  bütün  Babil  əhalisi 
təəcübləndilər. Hamı anladı ki, Ġbrahimin (ə) Allahı qüdrətli və böyükdür. Ona 
görə də Ġbrahimdən əl çəkib, onun azad yaĢayıĢına mane olmadılar.  
KÖÇ  
Ġbrahim (ə) illərlə bu vəziyyətdə yaĢadı. O, imanlı xalası qızı Sara ilə evləndi. 
Sara  varlı,  mülkü  və  heyvanları  bir  qız  idi.  Onların  hamısını  həyat  yoldaĢı 
Ġbrahimə hədiyyə etdi.  
Ġbrahim (ə) yerdə əkinçilik iĢi ilə məĢğul idi. Öz heyvanlarını otarırdı. Onun 
tarlaları  ürəyi  istəyən  qədər  məhsul  verirdi.  Heyvanları  artırdı.  Allah  onlara 
xeyir  və  bərəkət  vermiĢdi.  O,  səxavətli,  bağıĢlayan,  qonaqpərvər,  kasıb  və 
yoxsulları sevən bir insan idi. Beləliklə Ġbrahim (ə) öz tayfası arasında yaĢadı. 
Onları  yeganə  Allaha  ibadətə  və  bütpərəstlikdən  çəkinməyə  də`vət  edirdi. 
KeĢiĢlər  Ġbrahimdən  razı  deyildilər.  Nəmrud  öz  taxt-tacından  ötrü  qorxurdu. 
Ona görə də Ġbrahimi (ə) Babil torpaqlarından çıxarmaq qərarına gəldi.  
Nəmrud  fərman  verdi  ki,  Ġbrahimi  (ə)  Babil  torpaqlarından  çıxarsınlar  və 
onun  bütün  mal-qaraları  mənimsənilsin.  O  belə  güman  edirdi  ki,  bütün 
heyvanlar Babilin hakiminə məxsusdur.  
Ġbrahim (ə) onlara dedi:  
-Əgər  mənim  bütün  mal-mülkümü  almaq  istəyirsinizsə  onda  bu  torpaqlarda 
sərf etdiyim ömrümü mənə qaytarın!  


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə