Piratçılığa qarşı müdafiə və müəllif hüquqlarının qorunması məqsədilə



Yüklə 285,4 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix14.01.2018
ölçüsü285,4 Kb.
#20502
1   2   3   4   5   6   7   8   9

5

Giriş

mövcud məlumatın dəyişdirilməsi (UPDATE) və ya silinməsini (DELETE) 

əhatə edir. 

Normal  halda  əlaqəli  verilənlər  bazası  birbaşa  SQL  DDL  sintaksisi  ilə 

təyin olunmur. Ola bilər ki, kiçik şirkət və ya təşkilatlar üçün verilənlər 

bazasını dərhal SQL DDL dili ilə təsvir edib, təyin etmək mümkün olsun. 

Amma bu da tövsiyə olunmur. Ümumiyyətlə, dünya bunun əleyhinədir. 

Verilənlər  bazasının  yaradılması  prosesi  müzakirələrdən  başlayır.  Bu 

prosesdə  bazanın  modeli  dəfələrlə  dəyişikliyə  məruz  qalır.  Verilənlər 

bazasının  modeli  ER  (entity  relationships)  diaqramlarla  qurulur.  Daha 

sonra  şirkət  və  ya  təşkilatın  cavabdeh  nümayəndəsi  tərəfindən  təsdiq 

edilmiş ER diaqramlar SQL DDL sintaksisi ilə təyin olunur. ER diaqramlar 

bir  növ  verilənlər  bazasının  xəritəsi  rolunu  oynayır.  Bu  diaqram  şirkət 

və təşkilatların İT strukturu üçün mühüm sənədlərdən biridir. Verilənlər 

bazası  üzrə  işə  yeni  qəbul  olan  əməkdaşın  adaptasiyası,  hesabatların 

hazırlanması,  İT  sistemlərin  inteqrasiyası,  bazanının  gələcək  inkişafı  və 

s.  üçün  ER  diaqram  əvəzedilməz  xəritədir.  Kitabda  verilənlər  bazasının 

analizi və ER diaqramların qurulmasına aid maraqlı məsələlər verilmişdir.



KES

KES (Knowledge Exchange Service) 2013-cü ildən fəaliyyət göstərən İT 

layihədir.  Azərbaycanda  ilk  dəfə  KES  proqramlaşdırma  mühəndisliyini 

əlaqəli  sahələrin  vəhdəti  halında  təşkil  olunmuş  paket  şəklində  tədris 

edir. Təlimlərə qəbul imtahan və müsahibə ilə həyata keçirilir. Layihənin 

mahiyyəti  məhz  məqsədli  insanları  aşkarlamaq,  onlara  təhsil  və 

karyeralarında maksimum dəstək olmaq, yeni-yeni innovativ proyektləri 

gənc komanda ilə icra etmək, ölkəmizdə İKT sahəsinin inkişafında yeni bir 

dəsti-xətt yaratmaqdır. KES-də təhsilin mübadiləsi gedir. KES nə kursdur, 

nə liseydir, nə texnikumdur. KES qeyri-formal universitetdir. KES-də mühit 

və münasibətlər yeni müstəvidə qurulmuşdur. Bu müstəvidə olan hər bir 

gənc əldə etdiyi bilik, təcrübə və potensialına görə gələcək karyerasını 

müəyyənləşdirə bilir.

KES  Nəşrləri  məhz  KES  İT  təlimlərinin  həyata  keçirilməsi  zamanı  təlim 

iştirakçılarının Azərbaycan dilində peşəkar İT ədəbiyyatlara tələbatından 

irəli gələrək yaradılmışdır.




6

Giriş

Minnətdarlıq

Kitabın  ərsəyə  gəlməsində  əməyi  olmuş  hər  kəsə  minnətdaram.  Məni 

dünyaya  gətirən  valideynlərimə,  əlimdən  tutub  əlifbanın  hərflərini  və 

daha sonra yazıb-oxumağı öyrədən ibtidai sinif müəllimimə, İnformatika 

sahəsinə  gəlməyimdə  dərin  əməyi  olan  fizika  və  kimya  müəllimim 

qardaşım  Müşfiq  XAN-a,  xarici  dil  biliklərinə  yiyələnməyimdə  böyük 

zəhmət çəkmiş dəyərli Seyran müəllim və Məryəm xanıma, İT sahəsində 

əldə  etdiyim  biliklərə  görə  Vyana  Texniki  Universitetində  mənə  dərs 

deyən  bütün  peşəkar  müəllimlərimə,  ilk  təcrübəm  olmadan  işə  qəbul 

olunmağımda müsbət rəy bildirən çox hörmətli Ramiz Sadıxova, kitabı 

Azərbaycan  dilinin  norma  və  üslublarına  uyğun  diqqətlə  yoxlayıb 

redaktə edən həyat yoldaşım Nisə Fərziyevaya, məsələləri peşəkarcasına 

yoxlayıb  kitabın  keyfiyyətini  daha  da  artırdığına  görə  dostum  Oktay 

Əlizadəyə,  kitabı  səbrlə,  hövsələ  ilə  dizayn  edib  milli  metrləri  belə 

gözdən qaçırmayan peşəkar dizayner qardaşım Teymur Fərziyevə, Oracle 

Book Manager proqramını yekun test edərək dəyərli təklif və düzəlişləri 

qeyd edən keçmiş tələbəm Samir Əliyevə, mənəvi dəstək və stimulunu 

əsirgəməyən  dostlarıma  və  nəhayət,  kitabı  yazdığım  müddətdə  məni 

yorulmağa qoymayan, sualları ilə işimə daha da zövq qatan, kitabın CD 

disklərini səliqə ilə şkafda saxlayan həyatımın ən dəyərli varlığı dörd yaşlı 

Nigarıma təşəkkür edirəm!

Kitab Kimlər Üçündür?!

Kitab  verilənlər  bazasının  arxitektorları,  dizaynerləri,  proqramçıları 

və  həmçinin  bu  sahədə  tədrislə  məşğul  olan  müəllimlər,  imtahana 

hazırlaşanlar,  maliyyə,  biznes  və  digər  fəaliyyətlər  haqqında  hesabat 

hazırlayanlar üçün əhəmiyyətli praktik materialdır.

Ön Biliklər

Adından da məlum olduğu kimi bu kitab praktik məsələlər və onların həllini 

əhatə edir. Məsələlər əlaqəli verilənlər bazasının iki əsas sahəsini özündə 

birləşdirir.  Onlardan  biri  əlaqəli  verilənlər  bazasının  modelləşdirilməsi, 

digəri  isə  Oracle  verilənlər  bazası  üçün  SQL  dilidir.  Məsələləri  sərbəst 

işləmək üçün məqsədinizdən asılı olaraq bu sahələrdən biri və ya hər ikisi 

üzrə nəzəri biliklərə sahib olmanız gərəkdir.



7

Giriş

Kitabın Quruluşu

Kitabda 10 şirkət və təşkilatın əlaqəli verilənlər bazasına aid məsələlər, 

onların alternativlə həlləri verilmişdir. Hər bir nümunə baza 3 hissədən 

ibarətdir: verilənlər bazasının təsviri, məsələlər və onların həlli. Kitabda 

məsələlər 3 növə ayrılır: verilənlər bazasının modelləşdirilməsi, verilənlər 

bazasının  yaradılması  və  SQL  sorğular.  Kitabda  əlavə  olaraq  "Təlim 

Mərkəzi"  adlı  kiçik  bir  nümunə  ilə  məsələlərin  həll  edilmə  ardıcıllığı 

təqdim edilmişdir (səhifə 13).



Konvensiya

Kitabın tərtibatında müəyyən qaydalara əməl edilmişdir. Belə ki, fəsil və 

bölmə adları tünd şriftlə verilmişdir. Kitabın daxili yazılarında 2 müxtəlif 

şriftdən  istifadə  olunmuşdur.  Proqram  kodları,  SQL  sorğular,  skriptlər, 

proqram fraqmentləri, fayl adları və fayl ünvanları Courier New şrifti ilə, 

kitabın texniki olmayan digər mətnləri isə Calibri şrifti ilə yazılmışdır. ER 

diaqramların  təsvirində  düzbucaqlı  içərisində  olan  verilənlər  bazasının 

subyektləri (entity) ilk hərfi böyük olmaqla sonrakı hərfləri kiçik, ellips 

daxilində  yerləşən  subyektlərin  sahələri  (fields)  tam  böyük  hərflə  və 

subyektlər arasında mövcud olan əlaqələr tam kiçik hərflə təsvir edilmişdir. 

SQL DDL skriptlərində SQL açar sözləri böyük hərflərlə, cədvəl adlarının 

ilk hərfi böyük olmaqla sonrakı hərfləri kiçik, sütun adları isə tam kiçik 

hərflərlə verilmişdir. SQL sorğuların həllində SQL açar sözləri tam böyük 

hərflərlə, cədvəl və sütun adları tam kiçik hərflərlə qeyd edilmişdir. Mətn 

daxilində müəyyən məqamlarda fikri önə çəkmək və diqqəti cəlb etmək 

üçün tünd və kursiv yazılardan istifadə olunmuşdur. Kitabda bəzi hallarda 

mötərizə daxilində İT terminlərin ingilis dilində qarşılığı verilmişdir.

Düzəlişlər

Kitab  və  onun  tərkib  hissələri  (OBM  proqramı,  CD  həllər)  maksimum 

diqqətlə işlənib hazırlanmışdır. Buna baxmayaraq, ola bilər ki, məsələləri 

işlədiyiniz  vaxt  kitabda,  OMB  proqramında  və  ya  diskdə  hər  hansı  bir 

sintaktik, semantik və ya yazı səhvinə rast gələsiniz. Dəyərli oxuculardan 

bu kimi halları kitaba aid forumda qeyd etməkləri və ya books@kes.az 

emailinə  yazmaqla  məlumat  bildirməkləri  xahiş  olunur.  Təsdiqlənmiş 

hallar növbəti nəşrlərdə düzəliş edilərək mütləq nəzərə alınacaq. Kitabın 

inkişafı üçün köməyinizi əsirgəmədiyiniz üçün öncədən təşəkkür edirik.



Yüklə 285,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə