Piratçılığa qarşı müdafiə və müəllif hüquqlarının qorunması məqsədilə



Yüklə 285,4 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix14.01.2018
ölçüsü285,4 Kb.
#20502
1   2   3   4   5   6   7   8   9

11

Təlimat

Məsələn,  səhifə  62-də 

chocolate_factory_12_2a1.sql  həlli 

verilmişdir. Bu həll "Şokolad Fabriki" adlı şirkətin 12-ci məsələsinin 2-ci 

bəndinin 1-ci alternativ həllidir.

Kitabda  verilən  məsələlərlə  yanaşı  stabil  bazada  verilən  məlumatlara 

əsasən özünüzə məxsus müxtəlif hesabatlar da hazırlaya bilər, dinamik 

baza ilə SQL biliklərinizi hərtərəfli təcrübəyə keçirə bilərsiniz.



Şifrənin Bərpası

Əgər OBM hesabınızın şifrəsini unutmusunuzsa, o zaman qeydiyyatdan 

keçərkən  daxil  etdiyiniz  email  ilə  books@kes.az  ünvanına  kitabınızın 

unikal  kodu  ilə  birlikdə  «Şifrəmi  unutdum:unikal  kod»  başlığında 

sorğu  göndərin.  Daxil  olan  sorğular  ardıcıllıqla  24  saat  müddətində 

cavablandırılır.  Nəzərə  alın  ki,  eyni  və  təkrar  sorğular  cavablandırmanı 

gecikdirə bilər.

Texniki Problemlər

Kitabın  onlayn  sifarişi,  qeydiyyatı  və  ya  OBM  hesaba  daxil  olarkən 

qarşılaşdığınız texniki problemlər aşağıdakı səbəblərə görə ola bilər:

> İnternet əlaqəniz mövcud deyil

> IP ünvanınız proksi ilə məhdudlaşdırılmışdır

> Antivirus sistemi aktivdir və qoşulmaya mane olur

> Kompüterinizdə Java mühiti (JRE) quraşdırılmayıb və ya 1.8 versiyadan 

aşağıdır


> Daxil etdiyiniz məlumatlar yanlışdır

Qeyd edilən səbəbləri yoxlayın. Əgər qarşılaşdığınız texniki problem qeyd 

edilən bəndlərdən birinə uyğun deyilsə, o zaman qeydiyyatdan keçərkən 

daxil etdiyiniz email ilə books@kes.az ünvanına kitabınızın unikal kodu 

ilə birlikdə «Texniki problem:unikal kod» başlığında sorğu göndərin. Daxil 

olan sorğular ardıcıllıqla 24 saat müddətində cavablandırılır. Nəzərə alın 

ki, eyni və təkrar sorğular cavablandırmanı gecikdirə bilər. Kitabda verilən 

məsələlərin həlli zamanı qarşılaşdığınız spesifik problemlər, məsələn, SQL 

sorğunun nəticəsi, Oracle RDBMS lokal kompüterə quraşdırılması və s. 

texniki problemlərə aid deyil. Bu tip suallar kitaba aid forumda müzakirə 




12

Təlimat

oluna bilər. Foruma daxil olmaq üçün alətlər lövhəsindəki sual işarəsini 

klik (Alt+F) edin.

Oracle SQL Forum

Kitabda  verilən  məsələlərin  həllində  qarşılaşdığınız  sualları  kitaba  aid 

forumda verə bilərsiniz. Foruma daxil olmaq üçün alətlər lövhəsindəki 

sual işarəsini klik (Alt+F) edin.



OBM Yeni Versiya

OBM  sistemi  hal-hazırda  ilk  versiya  ilə  (1.0)  təqdim  edilir.  Müəyyən 

müddətdən  sonra  sistemə  yeni  imkanlar  və  alətlər  daxil  edilə  bilər. 

Sistemin ən son versiyasını www.kes.az saytından əldə edə bilərsiniz.




13

İlk Nümunə: Təlim Mərkəzi

>   Verilənlər Bazasının Təsviri  

 

014 



>   Məsələ: ERD 

 

 



 

015 


>   Məsələ: SQL DDL  

 

 



015 

>   Məsələ: SQL DML 

 

 



015 

>   Həll: ERD   

 

 



 

017 


>   Həll: SQL DDL 

 

 



 

018 


>   Həll: SQL DML   

 

 



019



15

Kitab Nəşriyyatı

>   Verilənlər Bazasının Təsviri  

 

022 



>   Məsələ: ERD 

 

 



 

024 


>   Məsələ: SQL DDL  

 

 



024 

>   Məsələ: SQL DML 

 

 



024 

>   Həll: ERD   

 

 



 

027 


>   Həll: SQL DDL 

 

 



 

028 


>   Həll: SQL DML   

 

 



033


16

Kitab Nəşriyyatı

KES kitab nəşriyyatı nəşrləri haqqında mühüm məlumatları sax-

maq üçün verilənlər bazası yaratmaq istəyir. Nəşriyyatın fəaliy- 

yətinin analizi nəticəsində aşağıdakı məlumatlar qeyd edilmişdir.



Verı̇lənlər Bazasının Təsvı̇ri

Verilənlər  bazasında  hansı  insanların  (

PERSON)  əsərlər  (PRODUCT) 

üzərində işlədiyi haqqında məlumat saxlanılmalıdır. İnsanlar adları (

name) 

ilə birqiymətli təyin olunur. Bundan başqa bazada hər bir insanın doğum 



tarixi  (

birth_date)  və  nəşriyyatın  veb  səhifəsində  əks  etdirilməsi 

üçün  onlar  haqqında  qısa  bioqrafiya  (

info)  saxlanılır.  Nəşriyyatdakı 

insanlar  ya  müəllif  (

AUTHOR),  ya  tərcüməçi  (TRANSLATOR),  ya  da 

redaktor (

EDITOR) ola bilər. Bir insan eyni zamanda həm müəllif, həm 

də tərcüməçi ola bilər. Redaktorlar haqqında bazada onların hansı xarici 

dili bilməsi haqqında məlumat mövcud olmalıdır. Hər bir dil (

LANG) adı 

(

name) ilə birqiymətli təyin olunur. Bir redaktor bir və ya bir neçə dil 



biliyinə sahib ola bilər. Tərcüməçilər haqqında bazada onların hansı dilə 

və  hansı  orginal  dildən  tərcümə  etmək  bacarıqları  haqqında  məlumat 

saxlanılır. Bu iki əlaqə bir-birindən asılı deyildir. Məsələn, ola bilər ki, bir 

tərcüməçi Azərbaycan dilindən alman dilinə tərcümə edir, amma alman 

dilindən Azərbaycan dilinə tərcümə etmir. KES nəşriyyatında hazırlanan 

hər bir əsər haqqında onun hansı müəlliflər tərəfindən yazılması qeyd 

olunur. Bu halda bazada nəzərə almaq lazımdır ki, bir əsər eyni zamanda 

bir  neçə  müəllif  tərəfindən  yazıla  bilər.  Əsərlər  adları  (

title)  və 

əsərin yazılma ili (

year_date) ilə identifikasiya olunur. Bundan başqa 

nəşriyyatın veb səhifəsində göstərmək üçün hər bir əsər haqqında bazada 

qısa  məlumat  (

description)  saxlanılır.  Bir  əsər  başqa  bir  əsərin 

tərcüməsi  ola  bilər.  Bazada  hansı  əsərin  tərcümə  (

TRANSLATIONS) 

olması və onun hansı tərcüməçi tərəfindən tərcümə edilməsi haqqında 

məlumat saxlanılır. Nəzərə alın ki, nəşriyyatda bir əsərin eyni zamanda 

bir neçə tərcüməçi tərəfindən tərcümə edilməsi mümkün deyildir. Amma 

eyni bir əsərin bir neçə tərcüməçilər tərəfindən edilmiş tərcümələri ola 

bilər.  Bazada  hər  bir  əsərin  onun  hansı  janra  (

GENRE) (detektiv, elmi-

fantastik və s.) aid olması haqqında məlumat saxlanılır. Bir əsər bir və 

ya bir neçə janra aid ola bilər. Hər bir janr eyniləşdirmə kodu (

gid) ilə 

unikal  təyin  olunur.  Bundan  başqa  bazada  janrın  adı  (

name) və janrın 

qısa təsviri (description) saxlanılır. Bir janr başqa bir janrın və ya janrların 

alt janrı (

SUBGENRE) ola bilər. Nəşriyyata sifariş edilən hər bir əsərin bir 

və ya bir neçə nəşrdə çapı (

EDITION) vardır. Hər bir nəşr əsər və əlavə 




Yüklə 285,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə