Piratçılığa qarşı müdafiə və müəllif hüquqlarının qorunması məqsədilə



Yüklə 285,4 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix14.01.2018
ölçüsü285,4 Kb.
#20502
1   2   3   4   5   6   7   8   9

17

Kitab Nəşriyyatı

olaraq nəşr nömrəsi (

num) ilə birqiymətli təyin olunur. Nəşr nömrələri 

ayrılıqda,  ümumiyyətlə,  birqiymətli  deyildir.  Verilənlər  bazasında 

həmçinin  nəşrin  ərsəyə  gəlmə  və  nəşr  üzərində  redaktorun  çalışma  ili  

(

appearance_year) saxlanılır. Hər bir nəşrdə minimum bir redaktor 



çalışır. Hər bir əsərin bir nəşrində bir neçə dərc (

PUBLICATION) çap 

olunur. Dərclər nəşr və əlavə identifikasiya nömrəsi ilə (

pid) birqiymətli 

müəyyən  olunur.  Bundan  başqa  hər  dərc  üçün  bazada  səhifələrin 

sayı  (


pages)  qeyd  olunur.  Nəhayət,  nəşriyyatın  bazasında  insanlarla 

bağlanılan  müqavilələr  (

AGREEMENT)  haqqında  məlumat  mövcud 

olmalıdır.  Hər  bir  müqavilə  haqqında  bazada  birqiymətli  kod  (

aid), 

müqavilənin  bağlanma  tarixi  (



dat)  və  qısa  təsvir  (description) 

saxlanılır.  Müqavilənin  hansı  insanla  bağlanılması  haqqında  da  bazada 

məlumat mövcuddur. Nəzərə alın ki, müqavilə yalnız bir insanla bağlanılır.



18

Məsələ: ERD 

Verilənlər Bazasının Modelləşdirilməsi

Verilənlər bazasının təsviri əsasında ER diaqramı qurun. Diaqramı 

istənilən ERD notasiyalardan (Chen, Crow’s Foot, Bachman) biri ilə 

qura bilərsiniz. Bu kitabda ERD məsələlərin həlli Chen notasiyası 

ilə verilmişdir. Diaqramı qurduqdan sonra həllinizi bu bölmənin 

sonunda təklif olunan cavabla müqayisə edin. Kömək məqsədilə 

verilənlər  bazasının  təsvirində  mötərizə  daxilində  İngilis  dilində 

sözlər  qeyd  edilmişdir.  Böyük  hərflərlə  verilən  sözlər  verilənlər 

bazasının  subyektlərini  (entity)  və  həmçinin  cədvəl  adlarını, 

kiçik  hərflə  olan  sözlər  isə  verilənlər  bazasının  subyektlərinə 

məxsus sahələri (fields) və eyni zamanda cədvəl sütunlarını ifadə 

edir.  Nəzərə  alın  ki,  məsələnin  qoyuluşunda  cədvəllər  arasında 

əlaqələrin adları qeyd edilməmişdir.



Məsələ: SQL DDL 

Verilənlər Bazasının Yaradılması

Verilənlər  bazasının  təsviri  və  ER  diaqramı  əsasında  Oracle 

verilənlər  bazası  üçün  bazanın  yaradılma  skriptini  yazın.  Skript 

işlədikdə təsvir olunan verilənlər bazası boş olmaqla yaranmalıdır. 

Skripti  kompüterinizdə 

create.sql  adı  ilə  faylda  saxlayın. 

Skriptin hər bir SQL əmrini yazdığınız skriptdəki ardıcıllıqla Oracle 

Book  Manager  sisteminin  dinamik  Oracle  sxemində  bir-bir  icra 

edərək əldə etdiyiniz nəticələri izləyin.



Məsələ: SQL DML 

SQL Sorğular və Hesabatların Hazırlanması 

VB-nın təsviri, ER diaqram və bazanın 

create.sql yaradılma 

skriptinə  əsaslanaraq  aşağıdakı  sorğuları  həll  edin.  Həllərinizi 

əvvəlcə kitabın əvvəlində qeyd edildiyi kimi Oracle Book Manager 

sisteminin  məsələyə  uyğun  stabil  Oracle  sxemində  test  edin. 

Yazdığınız SQL sorğuların sintaktik və semantik doğru olduğunu 

yoxlamaq  üçün  bu  bölmənin  sonunda  təqdim  edilən  düzgün 

həllərə  istinad  edərək  öz  həllinizin  nəticəsi  ilə  cavab  həllin 

nəticəsini (sətir və sütunlar) müqayisə edin. Nəzərə alın ki, eyni 

məsələnin  alternativ  bir  neçə  üsulda  həlli  ola  bilər.  Kitabda 

əksəriyyət məsələnin alternativ həlləri verilmişdir.

Kitab Nəşriyyatı



19

Kitab Nəşriyyatı

[1] 2004 və sonrakı illərdə yazılan bütün əsərlərin adını və təsvirini verən 

sorğu yazın. Nəticə əsərin adına görə əlifba sırası ilə düzülməlidir. QEYD: 

'

YYYY' formatında TO_DATE funksiyasından istifadə edin.



[2] Bazada rus dilindən tərcümə edə bilən və minimum iki tərcümə işi olan 

tərcüməçilərin ad və doğum tarixlərini əks etdirən sorğu yazın. Nəticə 

doğum  tarixinə  görə  azalan  sırada  olmalıdır.  Nəzərə  alın  ki,  verilənlər 

bazasında Rus dili '

Russian' kimi qeyd edilmişdir. QEYD: doğum tarixini 

vermək üçün 

TO_CHAR funksiyası və 'DD-MM-YYYY' tarix formatından 

istifadə edin.

[3.1]  Tərcümə  olmayan  bütün  əsərlərin  adını  və  təsvirini  əks  etdirən 

sorğu yazın. Nəticə əsərlərin adına görə artan sırada düzülməlidir.

[3.2]  Tərcümə  olmayan  və  2004-cü  ildən  əvvəl  yazılmayan  bütün 

əsərlərin adını və təsvirini verən sorğu yazın. Nəticə adlara görə artan 

sırada olmalıdır.

[3.3] Tərcümə olmayan, '

Science Fiction' janrına aid olmayan və 

2004-cü ildən əvvəl yazılmayan bütün əsərlərin adını və təsvirini verən 

sorğu yazın. Nəticə adlara görə artan sırada olmalıdır.

[4.1]  Verilənlər  bazasında  nəşr  nömrəsinin  artma  sırası  ilə  adı  

'

The Man Without Qualities'  olan  əsərin  bütün  nəşrlərinin 



nömrəsi  və  ərsəyə  gəlmə  ili  axtarılır.  QEYD:  nəşr  ilini  çap  etmək  üçün 

'

YYYY' formatında TO_CHAR funksiyasından istifadə edin.



[4.2] '

The Man Without Qualities' adlı əsərin bütün nəşrləri 

axtarılır. Bu məqsədlə hər nəşrin nömrəsi, ərsəyə gəlmə ili və əsərin hər 

dərcində səhifələrin orta sayını verən sorğu yazın. Nəticə nəşr nömrəsinə 

görə artan sırada düzülmüş olmalıdır. QEYD: nəşr ilini çap etmək üçün 

'

YYYY' formatında TO_CHAR funksiyasından istifadə edin.



[4.3] '

The Man Without Qualities' adlı və dərc olunma sayı 

birdən çox olan əsərin bütün nəşrləri axtarılır. Bu məqsədlə hər nəşrin 

nömrəsi, ərsəyə gəlmə ili və hər dərcdə səhifələrin orta sayını verən sorğu 

yazın. Nəticə nəşr nömrəsinə görə artan sırada düzülmüş olmalıdır. QEYD: 

nəşr ilini çap etmək üçün '

YYYY' formatında TO_CHAR funksiyasından 

istifadə edin.

[5] Eyni ildə ən çox nəşrləri olan əsərlərin adını və tarixi nəticə kimi verən 

sorğu  yazın.  Sorğunun  nəticəsi  tarix  və  əsərin  adına  görə  artan  sırada 

olmalıdır.



Yüklə 285,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə