План: Bazar seqmentində marketinq fəaliyyəti


Bazarın seqmentləşdirilməsinin strukturu-



Yüklə 188,48 Kb.
səhifə2/11
tarix23.12.2023
ölçüsü188,48 Kb.
#155752
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-75

Bazarın seqmentləşdirilməsinin strukturu- Bazar seqmentinin qurulmasnın bir çox üsulları məlumdur. Ən məşhur metodlardan biri – bazarın istehlakçıların tərcihlərinə müvafiq olaraq bölün­məsidir. Fərz edək ki, dondurma alıcılarına dad keyfiyyətləri və sıxlığı nöq­teyi-nəzərindən iki dondurma markasından hansına daha çox üstünlük verdikləri haqda sual verilir. Alınmış cavablar əsasında üç tərcihlər strukturu forma­laşdırılır.
Tərcihlərin eynicinsli (homogen) strukturu. Şəkil 1-in a bəndində tərcihləri demək olar ki, eyni olan alıcılar bazarının strukturu təsvir edilmişdir. Göründüyü kimi, bazarda təbii seqmentlər yoxdur, buna görə də, belə bir nəticə çıxarmaq olar ki, dondurmanın mövcud maraqları təxminən eyni tələblə çxış edir və oxşar xüsusiyyətlərə malikdirlər.
Tərcihlərin dağınıq (diffuziyalı) strukturu. Eynicinsli strukturun əksidir. İsteh-lakçı qrupunun tərcihlərini xarakterizə edən nöqtələr bütün bazar məkanı üzrə səpələnmişdir (şəkil 1, b). Alıcıların zövqləri əhəmiyyətli dərəcədə fərq­lə­nirlər. Bazarda ilkin olaraq ortaya çıxan dondurma markalarından biri müm­kün qədər çoxlu sayda alıcının diqqətini cəlb edərək mərkəzdə yer tutmalıdır. Əgər bazarda bir neçə ticarət markası mövcuddursa, onda onlar bütün bazar məkanı boyu yerləşəcək və alıcıların müxtəlif təlabatlarını ödəyərək bir-birilərindən əhəmiyyətli dərəcədə fərqlənəcəklər.
Tərcihlərin qrupşəkilli (salxım) strukturu. Bazarda eyni tərcihlərə sahib olan və bazarın təbii seqmentləri adlandırılan dəqiq alıcı qrupları ayırd edilə bilər (şəkil 1, c). Bazara birinci daxil olmuş kompaniyanın üç imkanı var. Birincisi, onun əmtəəsi bütün istehlakçı qruplarının diqqətini cəlb edə bilər. İkincisi, kom­pa­niya bazarın ən böyük seqmentinə üstünlük verə bilər, yəni əmtəə mər­kəzdə yer tutacaqdır (mərkəzləşdirilmiş marketinq). Üçüncü, o, hər bir bazar seqmentinə oriyentasiya edən bir neçə ticarət markası işləyib hazırlaya bilər.





Yüklə 188,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə