План: Bazar seqmentində marketinq fəaliyyəti


Mövqeləşdirmə və diferensiasiya strategiyaları -



Yüklə 188,48 Kb.
səhifə11/11
tarix23.12.2023
ölçüsü188,48 Kb.
#155752
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-75

3. Mövqeləşdirmə və diferensiasiya strategiyaları - Hər bir kompaniya öz bazar təkliflərini müəyyən şəkildə mövqe­ləş­dir­məlidir. Mövqeləşdirmə – kompaniyanın təklifinin və onun imicinin işlənib hazırlanması üzrə istehlakçıların məqsədli qrupunun şüurunda xüsusiləşmiş xeyirxah mövqe tutulmasına istiqamətlənmiş fəaliyyətdir. Əmtəənin mövqe­ləş­dirilməsinin son nəticəsi – məhsulun dəyərliliyi-nin bazara oriyentasiyalaşmış təklifinin uğurla yaradılması – məqsədli auditoriya-nın malgöndərən kom­pa­niyanın əmtəəsini niyə əldə etməsi və ondan istifadə etməsini izah edən sadə və dəqiq şəkildə təsdiqidir.
Mövqeləşdirməyə iki baxış - Mövqeləşdirmə termininin məşhurlaşmasına reklam sahəsində məşhur mütəxəssislər olan El Rays və Cek Traut öz böyük töhfələrini vermişlər. Rek­lam və rəqabət mübarizəsi haqqında bestsellerin (tərcüməçidən, çoxsatılan) müəllifləri mövqeləşdirməni artıq mövcud olan məhsulun üstünlükləri-nin ayırd edilməsi üzrə yaradıcı proses kimi nəzərdən keçirirlər.
Mövqeləşdirmə əmtəə (maddi məhsul, xidmət, kompaniya, təşkilat və ya hətta şəxsiyyət) ilə başlayır. Lakin mövqeləşdirmə – sizin məhsula mü­na­si­bətdə fəaliy-yətləriniz deyildir. Mövqeləşdirmə – sizin istehlakçıların düşüncə tər­zinə təsirləri-nizdir. Siz əmtəəni potensial alıcıların şüurunda mövqe­ləş­dirirsiniz.
Mövqeləşdirmə və kompaniyanın kommunikasiyaları - Kompaniyanın və ya ticarət markasının mövqeləşdirlməsi haqqında xəbər vermək üçün marketinq planı özünə aşağıdakı alqoritm üzrə ifadə olunmuş mövqeləşdirlmə haqqında elanı daxil etməlidlir: bizimki (marka) kimin üçünsə (məqsədli qrup və ya təlabat) nə isə (konsepsiya) və başqa bir nə isədir (fərqin mahiyyəti). Məsələn, «Mauntain Dew» aşağıdakı kimi mövqeləşdirlir: «Gənc və fəal istehlakçılar üçün divan və televizorla assosiativ istirahət təşkil etməyən sərinləşdirici və spirtsiz içki olan «Mauntain» istənilən başqa markadan daha çox enerji verir, çünki onun tərkibin-dəki kofein ən yüksək səviyyədədir. «Mauntain Dew» ilə siz, hətta əgər sizin normal yatmaq imkanınız olmasa belə, gümrah və güclü olacaqsınız».15
Kompaniya mövqeləşdirmə strategiyasını işləyib hazırladıqdan sonra istehlakçılarla effektiv kommunikasiya əlaqələri qurmalı, hər mümkün halda onları marketinq-miksin elementlərinin köməyilə öz mövqeyi barəsində məlumatlandırmalıdır
Yüklə 188,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə