План: Bazar seqmentində marketinq fəaliyyəti


Son istehlakçı və işgüzar istehlakçılar bazarının seqmentləşdirilməsi



Yüklə 188,48 Kb.
səhifə4/11
tarix23.12.2023
ölçüsü188,48 Kb.
#155752
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-75

2. Son istehlakçı və işgüzar istehlakçılar bazarının seqmentləşdirilməsi

İstehlakçı və işgüzar bazarların müxtəlifliyi səbəbindən marketinq üzrə mütəxəs-sislər onların seqmentləşdirilməsi zamanı eyni kriteriyalara əsaslana bilmirlər. İstehlakçı bazarının seqmentləşdirilməsi üçün əsas kimi bir qrup, təşkilatlar bazarının seqmentləşdirliməsi üçün isə başqa bir qrup dəyişənlər əsas kimi götürülür.


İstehlakçı bazarlarının seqmentləşdirilməsi üçün adətən istehlakçının xüsu­siyyətləri ilə əlaqədar olan coğrafi, demoqrafik və psixoqrafik əlamətlərdən, habelə isteh-lakçının reaksiyası ilə bağlı olan dəyişkən davranışlardan istifadə edilir (cədvəl 2). Seqmentləri müəyyən etdikdən sonra marketoloqlar istehlakçıların müxtəlif xüsusiyyətləri və onların davranış reaksiyaları arasında əlaqənin mövcud olub-olmamasını təhlil edirlər. Məsələn, tədqiqatçı avtomobili «qiymət üzrə» yox, «keyfiyyət üzrə» seçən istehlakçılar arasında coğrafi, demoqrafik və ya psixoqrafik fərqlərin mövcud olmasını aşkar edə bilər. Bununla da o, marketinq nöqteyi-nəzərindən bu seqmentlərin maraq kəsb edib-etmədiyini müəyyən edir.
Cədvəl 2.
İstehlakçı bazarlarının seqmentləşdirilməsinin əsas dəyişənləri

COĞRAFİ ƏLAMƏTLƏR

Region

Sakit okean, dağlıq, şimali-qərbi mərkəz, cənubi-qərbi mərkəz, şimali-şərqi mərkəz, cənubi-şərqi mərkəz, cənubi-atlantik, şimali-atlantik

Şəhər

5 mindən az əhalisi olan, 5-20 min, 20-50 min, 50-100 min, 100-250 min, 250-500 min, 0,5-1,0 milyon, 1-4 milyon və 4 milyondan çox əhalisi olan şəhərlər

Sıxlıq

Şəhərlər, şəhərətrafı, kənd yerləri


Yüklə 188,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə