Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
44 
nəticə  alınmayacağı  təqdirdə  belə,  sözünü  dönə-dönə  deməyi  lazım  bi-
lirdi. Sabir alacağı cavabı da bilirdi. Sabir üçün varlının-əğniyanın nə dü-
şündüyü,  necə  düşündüyü,  nə  üçün  yaşadığı,  necə  yaşadığı  gün  kimi 
aydın idi. O, bu düşüncəni də, günün acı reallığını da satira güzgüsündə 
əks etdirirdi: 
 
Tikmə, kənar ol, gözümə milləti! 
Neyləyirəm milləti, milliyyəti?! 
Oldu başım dəng, dəyiş söhbəti, 
Az sölə millət belə, ümmət belə!..
 
 
Əğniyanın  –  varlının  millətçilik,  ümmətçilik  uğrunda  mübarizə 
yoluna qədəm qoyması qaçılmaz bir proses idi, zamanın istəyi idi. Zaman 
varlının,  əğniyanın  qarşısında  millətinə  cavabdehlik  vəzifəsi  qoyurdu. 
Əğniya “fikrim budur ancaq olam, öz keyfimə məşğul” desə də, cəmiyyət
həyat ona görəcəyi, görməli olduğu işi təlqin və təkid edirdi. Bu təkid və 
təlqin  qarşısında  ayaq  geri  qoya  bilməyən  əğniyanın  psixoloji  portreti 
Sabirdə belə cızılırdı: 
 
Yəni nə deməkdir bu ki, sən pulunu xərc et, 
Ta elm oxuyub dərs ala millət, uçitellər?! 
Millətdən ötür ağlıyan axırda olur kor, –  
Məzmunlu məsəldir bu ibarət, uçitellər!  
 
Bu “uçitellər” burjua münasibətlərinin doğurduğu ideoloqlar idilər. Onlar 
zamanın  səsi  kimi  zamanın  tələbini  millət  övladlarına  çatdırır,  onlara 
psixoloji  təsir  göstərir,  onları  millət  uğrunda  mübarizəyə  kökləyirdilər. 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, nəzəriyyəçi alim 
Mir  Cəlal  1961-ci  ildə  yazdığı  “Sabirin  surətlər  aləmi”  adlı  məqaləsində 
yazırdı: “Bəzi ədəbiyyatşünaslar arasında bir təsəvvür gəzir ki, guya Sabir 
ancaq  mənfi  tiplər  yaratmışdır,  müsbət  adamlara,  müsbət  hadisələrə  diq-
qət yetirməmiş və  ya az fikir vermişdir. Sabir yaradıcılığını, xüsusən bö-
yük  şairin  məqsəd,  qayə  və  amalını  dərindən  öyrənənlər  və  dürüst  dərk 
edənlər bu iddiaların boş,  əsassız və insafsız olduğunu  yaxşı  bilirlər” [5, 
s.59].  Görkəmli  nəzəriyyəçi  alimin  bu  tezisləri  “Hophopnamə”  estetika-
sının  düzgün  elmi  dərkinin  metodoloji  açarı  kimi  qəbul  edilə  bilər.  Mir 
Cəlal  onu  da  tam  dürüst  vurğulayırdı  ki,  “Sabirin  birinci  müsbət  qəhrə-
manı, Qoqolun dili ilə desək, həqiqət idi! Parlaq həyat həqiqəti!” [5, s. 59] 
Bu fikri bir qədər də inkişaf etdirərək deyək ki, məhz həmin “parlaq həyat 
həqiqəti”  Sabir  satirasını  həyata  birtərəfli  yanaşmadan  hifz  etmiş,  “Hop-
hopnamə”ni  sosial  həyatın  güzgüsünə  çevirmişdir.  Bu  güzgüdə  “əsrin 
doğuş  çağı”nın  (Mürşüd  Məmmədli)  acı  reallıqları  ilə  bərabər,  irəliyə 
doğru  hərəkəti  də,  tərəqqini  şərtləndirən  amillər  də,  “millətdən,  milliy-


______________________________________________________ Poetika.izm 
  
 
45 
yətdən”  xəbərdar  olanlar  da  əks  olunurdu.  Fikrimizin  təsdiqi  mənasında 
“Bizə nə?!” və “Ağlaşma” satiralarında məsələlərin qoyuluşuna daha təf-
silatlı nəzər yetirək.  
Biz  adətən  Sabir  satirasında  monoloq  və  dialoqdan  olduqca  sənət-
karcasına  istifadədən  danışırıq  və  bu  üsulla  onun  tipin  daxili  aləmini 
məharətlə  açdığını  xüsusi  qeyd  edirik.  Bu,  əlbəttə,  belədir.  Doğrudan  da 
“satirada  dialoqdan  yerli  yerində  istifadə  baxımından  da  Sabirin  satirası 
fərqlənir” [2, s. 119]. Bu da tamamilə doğru müşahidədir ki, “Azərbaycan 
poeziyasında satira dilinin ən zəngin və bənzərsiz nümunələrini yaratmaq 
M.Ə.Sabirə müyəssər olmuşdur” [2, s. 119]. Fikrimizcə, bu bənzərsizliyin 
ən  əlamətdar  cəhətlərindən  biri  kimi  böyük  sənətkarın  yaradıcılığında 
dialoji  nitqdən  məharətlə  istifadəni  fərqləndirmək  lazımdır.  M.Baxtinin 
polifonik  (dialoji)  roman  nəzəriyyəsinə  əsaslanaraq  biz  İ.Hüseynovun 
“İdeal”  romanına  belə  bir  xarakteristika  vermişdik:  “Romanda  hər  hansı 
qəhrəmanın  nitqi  baş  verən  hadisələrlə  bağlı  təkcə  özünün  mövqeyini 
aşkarlamır.  Bu  nitqdə  hadisəyə  kənar  gözün,  kənar  düşüncənin  də  möv-
qeyi  ilə  bağlı  işarələr  vardır.  Beləliklə,  qəhrəmanın  “söz”ü  həm  özünün, 
həm  də  başqasının  sözünün  məzmununu  əks  etdirməklə  dialoji  səciyyə 
qazanır.  Bir  halda  “söz”ün  qəhrəmana  aid  məzmunu  onu  həqiqət  kimi 
təsdiq edirsə, başqasına aid məzmunu onu həqiqət kimi inkar edir. Hər iki 
halda  inkar  və  təsdiq  sözün  və  yaxud  mülahizənin  daxilində  özünə  yer 
edir” [6, s. 298] və beləliklə, mətn dialoji məzmun qazanır. Bu cəhət yu-
xarıda  deyilənlərdən  də  aydın  göründüyü  kimi,  Sabirin  satirik  mətnləri 
üçün səciyyəvi keyfiyyət hesab edilə bilər. Əksər satiralarda tipin mono-
loqu  hadisəyə  yalnız özünün münasibətini  yox, həm  də  başqalarının mü-
nasibətini  ifadə  edir.  Məhz  bu  cəhət,  bir  daha  təkrar  edək  ki,  satiraların 
inkar və təsdiq məzmununu önə çıxarır. “Bizə nə?!” satirasına diqqət ye-
tirək: 
 
Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?! 
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?! 
 
Bu, monoloji nitqdir və tipin hadisəyə birmənalı münasibətini ifadə 
edir. Bununla da Sabir satirasının tənqid hədəfinə çevrilir. 
 
Bu da sözdürmü, qazandıqlarımız parələri 
Hey verək boğmalasın Zəngəzur avarələri? 
Bizlərə dəxli nədir, – yoxdur əgər çarələri, 
Qoy ağarsın füqəra gözlərinin qarələri! 
 
Bu,  artıq  monoloji  nitq  deyil  və  ancaq  satirik  tipin  düşüncəsini, 
məsələyə  baxışını  ifadə  etmir.  Bu,  dialoji  nitqdir.  Burda  satirik  tiplə  bə-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə