Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
201 
s.45].  “Qeser”dəki  bu  təkrarlar,  birincisi,  A.David-Neelin  də  dəfələrlə 
qeyd etdiyi kimi, monqollarda, Tibetlərdə dastanın müqəddəs dini mətnlər 
səviyyəsində  qəbul  edilməsi  ilə  əlaqəlidir  [2,  s.20].  Bunu  Monqolustan 
Dövlət Universitetinin əməkdaşı Yamsaranjov da qeyd edib. Folklor top-
layıcısı  “Qeser”in  söylənməsindən  əvvəl  xeyirxah  hami  ruhların  büstlə-
rinin önündə ətirli otlar yandırılıb tüstüləndirməsinin qanun halını aldığını 
yazırdı. O, dini ayin kimi, uligerdə vəhşi düşmən məxluqların başı kəsilən 
səhnələrdə “dzul” şamdanının yandırıldığını da qeyd edirdi [3, s.61]. Çox-
saylı  təkrarlar,  yəqin  ki,  zikr  məqsədi  ilə  dini  dualar  kimi  oxunurmuş. 
İkinci tərəfdən də təkrarlar Ural-Altay xalqlarının dastan söyləmə ənənəsi 
ilə bağlıdır. Dastan söyləyiciləri haqlı olaraq qeyri-maddi mədəniyyət nü-
munəsinin qorunması və nəsillərin yaddaşında yaxşı qalması üçün xüsusi 
mənəvi əhəmiyyət daşıyan hissələri çoxsaylı təkrarlarla və musiqi alətlə-
rinin  (qopuz,  saz,  tambur,  xur,  çor)  müşayiəti  ilə  ifa  edirdilər.  S.Y.Nek-
lyudov  da  “Qeser”  də,  eləcə  də  digər  dastanlarda  xüsusi  yaradılmış 
təkrarlara A.D.Neelin fikirlərinə yaxın münasibət bildirmişdir [3, s.53]. 
“Oğuznamə”lərdə  ilkin  çağların,  mifik  təsəvvürlərin  və  oğuzların 
islama qədər kodlaşan etnik ənənələri ilə əlaqəli qalibiyyətli türk yürüşlə-
rinin təbliği, tərənnümü  önə çəkilir [1, s.471]. Həmin qədim motiv mon-
qol-buryat  xalqlarının  epik  yaradıcılığına da xas  olan  əsas xüsusiyyətlər-
dəndir. Xüsusən də “Qeser” dastanlar silsiləsində bu, özünü daha qabarıq 
göstərir. Qədim folklor janrlarını özündə cəmləşdirməsinə görə “Qeser”də 
həm  də  nağıl,  əfsanə,  əsatir,  rəvayət  motivlərindən  çox  istifadə  olunub. 
Lakin  uliger  kimi  bitkin  hala  gəlməsinə  görə  onu  həmin  janrlara  aid 
etmək doğru deyil.  
Türk dastanları ilə monqol-buryat uligerləri arasında struktur baxı-
mından çox  yaxınlıqlar var. Diqqəti çəkən  əsas  əlamətlərdən biri uliger-
lərin zaman və tarixi-coğrafi məkan baxımından oğuznamələrlə yaxın ol-
malarına baxmayaraq quruluşca daha çox orta əsr türk dastanları ilə oxşar 
olmasıdır. Lakin oğuznamələrlə də bir sıra bənzərliklər mövcuddur. 
Uligerlərlə oğuznamələr arasında müşahidə olunan ilk yaxınlıq vəsf 
olunan epik dünyaya aid ozanın, xurçinin işlətdikləri formullar – “ol zə-
man”, “oğuz zamanı” [4, s.13], “nə vaxt ki...”, “qədim zamanda”, “zama-
nın başlanğıcında” və s. arasındadır [3, s.129-198-240]. 
Buryatların “Altan Şaqay” uligerinin əsas hissəsinin başlanğıcı aşa-
ğıdakı formulla verilib: 
Çox qədim zamanda o yaşayırdı, 
Qədim zamanda o xoşbəxt yaşayırdı [5, s.55]. 
“Canqar”da həmin formul oğuznamələrə daha uyğun verilir: 


______________________________________________________ Poetika.izm 
  
 
202 
Zaman başlanğıcında bu olmuşdu
Qədim zamanın qızıl əsrlərində [6, s.17].
  
“Hazırcavab  cəsur  Müldü”  yakut  olonxosunda  da  oxşar  formullar 
verilir: 
Keçmiş illərin zirvəsində, ötmüş illərin təpəsində... [7, s.223].  
“Qeser” dastanlar silsiləsində həmin formullar daha  geniş  və məz-
munlu səviyyədə verilir:  
Nə vaxt ki bizim dünyamızın kalpası  
Yeni yaranmağa başlayırdı, 
Nə vaxt ki, xoşbəxtliklərlə dolu Sumeru dağı  
Təpə idi, [3, s.129] 
... 
Hissələrin (boy)  çoxunun  əvvəlində çox zaman təkrarlanan bu par-
çada epik zaman cəhətdən çox qədimlik, xaosdan sonra dünyanın  yavaş-
yavaş  kosmik  tarazlığa  qədəm  qoyması,  qeyri-müəyyənlik  hiss  olunur. 
Burada,  Ural-Altayların  mifopoetik  yaradıcılığına  görə,  həm  də  mifoloji 
dünya modelinin qavranılması və təsviri verilib.  
“Qeser” dastanı nümunəsində monqol-buryat uligerlərinin quruluşu 
(struktur) aşağıdakı hissələrə bölünür: 
Xorçi (çorçi-ozan, aşıq) tərəfindən öncə dastanın “uligerey uqtalqa” 
hissəsi başlanır. Buna dastanın başlanğıcı, giriş hissə, “dastanın qarşılan-
ması”  (dinləyicilər  tərəfindən)  deyilir.  “Uligerey  uqtalqa”  dastanın  əsas 
mətn hissəsinə aid olmur. Bu, xorçi (akın) ilə dinləyicilərin tanışlığı üçün 
söylənən  əlavə  hissədir.  Aydınlıq  üçün  qeyd  edilməlidir  ki,  monqol-
buryat  epik  ənənəsində  uliger  (dastan)  söyləyən  akınlara,  aşıqlara  həm 
xurçi (xuçir musiqi aləti ilə “bensen uligerlər” (kitab rəvayətləri), nəzmlə 
yazılmış kitab dastanları ifa edənlər), həm də çorçi (çor aləti ilə xalq mah-
nılarını  və  epik  dastanları  oxuyanlar)  deyirlər  [3,  s.292-293].  “Uligerey 
uqtalqa”da  çorçi  bəzi  parçaları  avazla  oxuyur,  dinləyicilər  də  onunla 
birlikdə təkrarlayırlar. Burada güdülən əsas məqsəd dinləyiciləri dastanın 
ruhuna,  qəhrəmanların  qeyri-adi  dünyasına  hazırlamaqdır  [2,  s.32-33]. 
Bəzi incəliklər çıxılsa, “uligerey uqtalqa” türk dastan söyləmə ənənəsində 
məzmun və mahiyyətcə ustadnamələri təkrarlayır. “Uligerey uqtalqa” bit-
dikdən  sonra  uligerin  özünün  əsas  mətni  başlayır.  Əsas  hissənin  başlan-
ğıcında  da  mətnə  aid  girişə  bənzər  qısa  çıxış  olur.  Sonra  oxunan  boyun 
yarımçıq qalmaması şərti ilə hissələr günlər üzrə bölünüb çorçi tərəfindən 
söylənir. 


______________________________________________________ Poetika.izm 
  
 
203 
Uligerlərin mətni süjet quruluşunda əsas ana xətləri qorumaqla, bəzi 
kiçik incəlikləri çıxmaq şərti ilə, eyni səviyyədə türk dastanlarını təkrar-
layır. Uligerlərdə də ilk baxışdan bizim dastanlarımız üçün məziyyət sa-
yılan  bir  çox  cəhətlərlə  qarşılaşırıq.  Məsələn,  dünyanın  yaranması,  qəh-
rəmanın qeyri-adi, möcüzəli doğuluşu, qabağa çıxan maneələr, onlara qar-
şı mübarizə, sınaqları ağıl və dözümlə başa vurma, yarışda qələbəni əldə 
edənədək  keçilən  mərhələlər,  sevgili  üçün  səfərə  çıxma,  aman  diləyəni 
azad  etmə,  düşmən  üzərində  tam  qələbə,  yurda  zəfərlə  dönüş,  xalq  üçün 
təşkil olunan böyük ziyafətlər və s. kimi motiv və situasiyalar dastanlarda 
olduğu qədər uligerlərdə də əsas yer tutur.  
Uligerin əsas mətninin sonunda “uligerey udeşelqe” – uligerin yola 
salınması hissəsi gəlir. “Uligerey udeşelqe” türk dastanlarında cahannamə 
ilə uyğunluq təşkil edir. Cahannamələr son bir müxəmməslə bitdiyi kimi, 
burada da axırıncı şeirlər oxunur və uliger bitir [2, s.33]. “Uligerey ude-
şelqe” dastanın əsas hissəsinə aid olmur. Uligerlərdə qeyd edilən əsas his-
sələrdən  başqa  “seq  daralqa”  –  nəğmə  şəklində  ifa  olunan  4-8  misradan 
ibarət  xüsusi  şeir  növü  də  istifadə  olunur.  “Seq  daralqa”  daha  çox  “Qe-
ser”in buryat mətnləri söylənəndə işlədilir [2, s.34]. “Seq daralqa” çorçiyə 
kömək məqsədi üçün ifa olunur. Çorçi söyləmə zamanı yorulduqda, nəfəs 
alıb dincəlir və onu ruhlandırmaq üçün dinləyicilər birlikdə (xorla) “seq-
daralqa” oxuyurlar. “Seq daralqa” həm də xüsusi fikir-ideya yükü daşıyır. 
“Seq daralqa” ilə dinləyicilər uligerçinin söylədiklərinə öz münasibətləri-
ni bildirir, dastan qəhrəmanına uzaq səyahətlərdə xoş arzularını çatdırırlar 
[2,  s.34].  Uliger  bitənə  kimi  “seq-daralqa”dan  bir  neçə  dəfə  istifadə  olu-
nur.  Misal  üçün,  “Qeser”in  ifası  zamanı  13  dəfə  “seq-daralqa”  oxunur. 
Hər bir “seq-daralqa”dan sonra “Ay-duun-eey!” nəqəratı səslənir. Tədqi-
qatçılar  bunun  mənasını  açıqlaya  birmirlər.  Oxşar  nida  söz  nəqəratın 
“Aoyl”  şəklində  fransızların  “Roland  haqda  nəğmə”sində  də  işlənməsi 
qeyd  olunur  [2,  s.35].  Lakin  bənzəri  nəqəratın  türk  folklorunda  da  işlə-
dilməsi məsələyə bir qədər diqqətlə yanaşmağa ehtiyac yaradır. Ağbaba – 
Şörəyeldə  (Şirak-El)  XX  əsrin  60-cı  illərində  (yəqin  ki,  çox  əvvəllər  də 
məlum  imiş)  toy-düyündə  zurna-davulla  yallı  oynanan  zaman  yaşlılar 
tərəfindən birdən yallı dayandırılır və xorla oxuyurdular:  
Ay duy-duy, can duy-duy! 
Gedim anama deyim gəlim
Bir şiş kabab yeyim gəlim, 
Ay duy-duy, can duy-duy! 
Bu nəqəratla bir-neçə bənd mahnı (nanay) oxunduqdan sonra təkrar 
zurna-davulla  yallı  davam  etdirilirdi.  Yallı  bitənə  kimi  bu  hal  bir-neçə 
dəfə  təkrarlanırdı.  Ağbaba-Şörəyeldə  qədim  monqol  türk  adlarından  ya-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə