Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
46 
rabər,  tamam  fərqli  bir  dünyagörüş  sahibinin  düşüncələri  də  əks  olun-
muşdur. Bu dialoji nitqdə iki obraz var. Birincisi, əğniyanı himmətçiliyə, 
millət  yolunda  xidmətə  çağıran  vətəndaş,  ikincisi,  himmətçiliyin,  millət 
yolunda fədakarlığın mahiyyətini dərk etməyən əğniya – varlı obrazı. Sa-
tira ictimai proseslərə fərqli baxışların ifadəsi olmaqla, cəmiyyət həyatın-
dakı  geriliklə bərabər, inkişafı da təsvir və təhlil  predmetinə çevirir. Sa-
tirada tipin ictimai şüurunun yoxsulluğu ilə bərabər, onu ictimai və milli 
şüura dəvət edən vətən övladının vətəndaş düşüncəsi oxucunu düşünmək-
lə yanaşı, müsbət ovqata da kökləyir. 
İctimai həyatda milli  varlıq uğrunda mübarizədəki  irəliləyiş  vətən-
daş düşüncəli qəhrəmanın daha artıq aktivləşməsi, milli şüurdan məhrum 
soydaşına  millət  və  vətən  naminə  iş  görmək  zərurətini  daha  fəal  şəkildə 
başa salması, izah etməsi ilə səciyyəvilik qazanır. “Ağlaşma” satirasında 
satirik tipin: 
 
Mənə böylə-böylə işdə deməyin söz, ey cəmaət! 
Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət? 
 
 
və yaxud 
 
Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə? 
Elə bir iş olmamış hey verilir səda-sədayə – 
Ki, gərək kömək olunsun füqərayi-binəvayə... 
 
sözlərindəki dialoji məzmun milli intibah uğrunda mübarizənin ictimai bir 
hərəkat  səviyyəsi  aldığını  göstərir.  Bu  məzmunda  millət  uğrunda  müba-
rizlərin günü-gündən çoxalması, təşkilatlanması və ictimai proseslərə təsir 
imkanlarının artması, real qüvvəyə çevrilməsi də ifadə olunmuşdur. Milli 
şüurdan məhrum vətəndaşın milli birliyə, himmətçiliyə dəvətdən ciddi na-
rahatçılıq  keçirməsi,  əsəbiləşib  özündən  çıxması  onun  milli  hərəkat  qar-
şısında  çıxılmazlığını,  himmətçilikdən  başqa  yolun  qalmadığını  dərk  et-
məsinin nəticəsidir: 
 
Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan? 
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?! 
 
Olsun ki, “iki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?!” – deyən 
satirik tipin təbdən çıxıb çılğınlaşmasında öz varını, dövlətini əvvəlki tək 
“annalar”  yolunda  yox,  millət  yolunda  sərf  etməyə  hazır  olan,  bu  yolu 
tutub  gedən  həmkarlarının  da  hərəkətinin  rolu  var.  Sabir  satirasında  bu 
həqiqət  də  öz  ifadəsini  tapır.  “Ey  pul!  Ey  zövqi-dilü  ruhi-tənü  qüvvəti-
can!” – deyən sərvətdar etiraf etməyə məcbur olur ki: 
 


______________________________________________________ Poetika.izm 
  
 
47 
Bir para şəxs eyləyir mayeyi-ehsan səni
Qədrini bilməz edir millətə qurban səni. 
 
Bu misralarda satirik tipin  etiraf  etdiyi  həqiqət  Sabirin  bütün  ömrü 
boyu  inandığı  və  uğrunda  mübarizə  apardığı  böyük  HƏQİQƏTİN  artıq 
gerçəkləşməkdə olduğunu təsdiq edir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
M.Ə.Sabir. Hophopnamə. Bakı, “Şərq-Qərb”, 2004. 
2.
 
Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı. “Nurlan”, 2007. 
3.
 
Nəbiyev  B.  Mirzə  Ələkbər  Sabir  Tahirzadə  Şirvani.  M.Ə.Sabir  haqqında  təd-
qiqlər. Bakı. “CBS”, 2012.
 
4.
 
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, “Elm”, 1980. 
5.
 
Mir Cəlal. Sabirin surətlər aləmi. Mirzə Ələkbər Sabir haqqında tədqiqlər (Elmi 
məqalələr toplusu). Bakı. “CBS”, 2012.
 
6.
 
Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, “E.L.”, 2012.
 
 
Təyyar Salamoğlu 
 
SATİRA DİALOJİ MÜNASİBƏTLƏR KONTEKSTİNDƏ 
 
XÜLASƏ 
 
Məqalədə dahi satirik şairimiz M.Ə.Sabirin yaradıcılığı satira estetikası müstəvi-
sində araşdırılır. Azərbaycan ədəbiyyatşünaslığında Sabir satirasının inqilabi dünyagörü-
şü mövqeyindən qiymətləndirilməsinə və ifşaedici xarakter daşımasına tənqidi yanaşılır. 
Şairin  yaradıcılığında  inkar  və  təsdiq  pafosunun  paralelizminə,  dialoji  münasibətinə 
diqqət  çəkilir.  Burada  cəmiyyətdə  gedən  proseslər  mürəkkəbliyi,  ziddiyyətləri,  müsbət 
və mənfi tərəfləri ilə əks olunur. Sabir satirası maarifçi dünyagörüşünün ifadəsi olaraq öz 
üzərinə milli şüurun formalaşdırılması funksiyasını götürür. 
 
Tayyar Salamoglu 
 
SATIRE IN THE CONTEXT OF DIALOGICAL RELATIONS 
 
SUMMARY 
 
In  the  article  is  researched  the  creative  activity  of  our  outstanding  satirical  poet 
M.A.Sabir  in  the  context  of  satire  aesthetics.  The  evaluation  of  Sabir  satire  in  the 
Azerbaijan  literary  studies  from  the  viewpoint  of  revolutionary  outlook  and  accusatory 
nature  has  been  criticized.  The  parallelism  and  dialogical  relations  between  denial  and 
criticism in the poet’s creativity have been highlighted. The author tries to prove that this 
satire does not gain pecularity always with the denial context of ugliness. It also reflects 
the complexity, contradictions, positive and negative aspects of the processes going on in 
the  society.  Sabir’s  satire,  as  the  expression  of  educational  thinking,  assumes  the 
function of formulating national consciousness. 


______________________________________________________ Poetika.izm 
  
 
48 
 
Salidə ŞƏRİFOVA  
Filologiya üzrə elmlər doktoru, dosent 
Nizami adına Ədəbiyyat İnstitutu 
sharifovasalida@rambler.ru 
 
 
AZƏRBAYCAN POSTMODERN  
ROMANININ OBRAZLARI 
 
Açar sözlər: postmodern romanda obraz, baş (əsas) obraz, ikinci dərəcəli obraz, 
mifoloji obraz, simvolik obraz 
Key  words:  images in the postmodern novel, the head (main) image,  secondary 
character, the mythological image, the symbolic image 
 
Obraz anlayışı müasir dövrdə birmənalı qarşılanmır. Bu istiqamətdə 
bir  çox  elm  sahələrində  müxtəlif  tədqiqatlar  aparılmış  və  fikirlər  irəli 
sürülmüşdür.  Rus  ədəbiyyatşünaslığında  bu  anlayış  B.Q.Ananyev, 
A.L.Andreyev,  K.Qoranov,  N.K.Qey,  P.V.Paliyevski,  V.İ.Tyupa, 
M.B.Xrapçenko  kimi  tədqiqatçılar  tərəfindən  araşdırılmışdır.  Qərb  ədə-
biyyatşünaslığında isə S.D.Lyuisin «Poetik obraz», K. Spurceonun «Şeks-
pirin  obrazları  və  onlar  bizə  nə  deyir»,  P.N.Furbankın  «Yazılı  «obraz-
lar»da refleksiya», M.Henrinin «Poetika və ritorika lüğəti» əsərləri maraq 
doğurmuşdur.  Azərbaycan  ədəbiyyatşünaslığında  obrazların  işlənilməsi 
və tədqiq edilməsi sahəsində Y.Qarayevin «Faciə və qəhrəman», N.Paşa-
yevanın «İnsan bədii tədqiq obyekti kimi», İ.Vəliyevin «Ədəbi portret və 
xarakter»,  B.Babayevin  «Bədii  ədəbiyyatda  tipiklik»  və  digər  bu  kimi 
sanballı tədqiqat işləri və monoqrafik tədqiqatlar meydana çıxmışdır. 
Bədii obraz özündə estetik dəyər təmsil edərək insan həyatının real 
lövhələrinin bədii təsviridir. Bədii obraz anlayışında bədii əsərin ünsür və 
ya bədii bir hissəsi  başa düşülür ki,  belə bir fraqment, müstəqil həyat  və 
məzmuna malik olur: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss obrazı, 
obraz-təfərrüat və s. İlk növbədə, estetik kateqoriya olan obraz sənətə xas 
mənimsəmə yollarını və həqiqətə çevrilməni xüsusilə səciyyələndirir. Ya-
zıçı təbiət hadisələrinə və müxtəlif insanlara münasibətini məhz obraz va-
sitəsilə bildirməyə nail olur. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə