Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
51 
romanında tarixi şəxsiyyət olmuş görkəmli Azərbaycan dövlət xadimi və 
şairi  Ş.İ.Xətainin  bədii  obrazı  ilə  yanaşı,  «Kitabi-Dədə  Qorqud»  dasta-
nındakı  dastan  qəhrəmanları  Dədə  Qorqud,  Qazan  xan,  Beyrək,  Burla 
xatun və b. romanda təhrif olunurlar. 
İlqar Fəhminin «Qarğa yuvası» [5] romanında Koroğlu xalq yadda-
şına  hopduğu  kimi  deyil,  əksinə  yaltaq,  qorxaq  təsvir  edilir.  Romanda 
Keçəl Həmzə müsbət qəhrəman kimi, yəni dostluğa etibarlı bir insan kimi 
İ.Fəhmi  tərəfindən  təqdim  edilir.  Kəramət  Böyükçölün  «Çöl» [6]  roma-
nında  da  Koroğlu  qəhrəmanlıqdan,  mərdlikdən  uzaq  bir  qəhrəman  kimi 
təqdim  olunur.  İlqar  Fəhminin  «Qarğa  yuvası»  postmodern  romanında 
Həmzənin  ikinci  dərəcəli  (yardımçı)  qəhrəman  kimi  təsviri  maraq  doğu-
rur. Dastan variantından fərqli olaraq, Koroğlunun «Çənlibel tülküsü» ad-
landırdığı Həmzə romanda hörmətli adamdır. 
Postmodern əsərlərdə ümumi arxitektonikasındakı bəzi daxili kom-
ponentlər reallığın qırılması, situasiyaların səpələnməsi kimi  yanaşmalar, 
konseptualizm,  strukturalizm,  destruktivizm,  dekonstruktivizm,  pastiş, 
intertekstuallıq, hipertekstuallıq, müəllifin ölümü və s. kimi əlamətləri ilə 
yanaşı,  bəzi  patoloji  tiplərin  (fahişə,  sutenyor,  əyyaş,  avara,  xəstə,  fiziki 
və mənəvi şikəst insanlar, divanə) istifadə edilməsi özünü göstərir. 
Postmodern  romanlarda  metanəsrə  toxunaraq  qeyd  etmək  olar  ki, 
postmodernistlər romanın necə əmələ gəlməsinin hekayəsi olan metanəsr 
xüsusiyyətindən istifadə edirlər. Postmodern əsərdə reallıq ilə təqlid əla-
qəsini üzə çıxartmaq, mətnin quruluş və yazılma prosesini faktlaşdırmaq, 
başqa üslubda qələmə alınmış romanda arxa plana keçən təhkiyəçini aktiv 
fiqur kimi qabartmaq, başqa qurama mətnləri mətndə  yerləşdirmək və s. 
istifadə edilir. 
Anar  «Ağ  qoç,  qara  qoç»  romanında  Məlik  obrazı  şifahi  xalq 
ədəbiyyatına aid «Məlikməmmədin nağılı» ilə intertekstual əlaqələrə işarə 
edir.  Romanda  işıqlı  və  qaranlıq  dünyaların  rəmzi  kimi  verilmiş  ağ  və 
qara qoçlar təsvir edilmişdir. 
Şərif  Ağayarın  «Haramı» [7]  romanının  Qoç  Səməndər  qədim  ob-
razı  yunan  mifologiyasına  aid  miflər  ilə  intertekstual  əlaqəlidir.  Əsərdə 
əsas  hadisələri  əks  etdirən  mətndən  əlavə  Səməndər  haqqında  12  əhva-
latın  nəql  edilməsi  ilə  yanaşı,  onun  nağıl,  dastan  qəhrəmanları  (yunan 
mifologiyası,  Azərbaycanda  ilk  yazılı  mənbə  sayılan  «Əhməd  harami 
dastanı» və digər mətnlər) ilə müqayisə edilməsi diqqəti cəlb edir. Arvadı 
Xalidə  tərəfindən  öldürülmüş  Səməndərin  yunan  mifologiyasında  arvadı 
tərəfindən  zəhərlənmiş  Herakl  ilə  müqayisə  edilməsi  romanda  diqqətdən 


______________________________________________________ Poetika.izm 
  
 
52 
yayınmır. 
Yazar  tərəfindən  təsvir  olunan  hadisələrdə  fəal  iştirakçıya  çevrilə 
bilən  və  əsərin  süjet  xətti  ilə  sıx  bağlı  olan  əsas  obraz  təsvir  olunan 
hadisələrin  mərkəzində  durur.  Xüsusilə  də,  yazarın  ideyasını  təbliğ  edən 
əsasən bədii  əsərin baş (əsas) qəhrəmanıdır. Baş  (əsas) qəhrəman əsərdə 
əks  olunan  mübarizənin  təşkil  və  gedişində  mühüm  rol  oynaması  ilə 
fərqlənir. Baş (əsas) qəhrəman təsvir olunan hadisələrdə, əsərin süjet xətti 
ilə  əlaqəli  olan,  təsvir  edilən  hadisələrin  inkişafında,  münaqişənin  həll 
edilməsində, xarakterlərin açılmasında də fəal iştirak edir. 
Postmodern romanlarda  əsas qəhrəman onu əhatə edən müasir var-
lığı  rədd  edir.  Qəhrəman  öyrəşmiş  olduğu  və  əvvəllər  onu  əhatə  edən 
mühit  son  dərəcə  abad  olmuşdur,  bu  günü  isə,  –  insana  münasibətdə  si-
vilizasiya və mədəniyyət pərdəsi altında gizlənən dəhşət, düşmənçilik, ta-
mamilə qeyri-insani  münasibətlərdən ibarətdir. Postmodernizm  əsas  qəh-
rəmanı dəyər və hədəflərin anlamsızlığını dərk  edən, bu doğru seçimdən 
heç  bir  mütləq  dəyər  və  hədəf  tapılmadığı  kimi  səhv  bir  nəticəyə  gələn 
obraz kimi  yaradır. Əsas qəhrəmanlar dəyər və inancların insanlara görə 
dəyişməsi kim yanlış, «relyatif» fikirlər irəli sürürlər.  
Əli Əkbər «Amneziya» [8] əsərində totalitar cəmiyyət qurur ki, baş 
qəhrəman  Murad  burada  yaşamağa  məcburdur.  Ə.Əkbərin  «Amneziya» 
əsərində baş qəhrəman Muradla yanaşı, cəmiyyət tərəfindən öz keçmişi və 
ümumbəşəri dəyərlər haqqında yaddaş itkisi olan amneziyanın obraz kimi 
çıxış etməsi diqqəti cəlb edir.  
Aqşin Yeniseyin «Göləqarğısancan» [9] romanı əsas qəhrəman Əli-
nin yeniyetmə yaşında doğma xalasıyla günəbaxanlıqda törətdiyi əməllərə 
görə kənddən qovulan, şəhərdə uğursuz reket jurnalistliyi ilə məşğul olan, 
kəndə qayıdıb ailə həyatı quran, kasıbçılıq üzündən murdar olmuş heyvan 
cəmdəklərini  satmaqla  məşğul  olan,  qocalığında  gözləri  tutulan  bir 
insanın  həyat  tarixçəsidir.  Leş  Əlinin  bu  «sənəti»  atadan  oğula  keçərək 
oğlu Qozbel tərəfindən davam etdirilir.  «Göləqarğısancan»  əsərinin qəh-
rəmanı  əsərin  bir  yerində  atasının  ölümündən  sonra  doğulan  uşaq  kimi 
təsvir edilir. Daha sonra  isə  əsərdə  Leş Əlini atası  həkimə  aparır. Əsərin 
əvvəlində  «evləndirilən»  qəhrəmanı  sonra  subay,  anası  ilə  yaşayan  qəh-
rəman kimi təsvir edilir. Postmodernizmin qeyri-müəyyənliyə can atdığını 
nəzərə alaraq, bunlar yazarın məsuliyyətsizliyi kimi deyil, «müəllif amne-
ziyası» kimi qəbul edilə bilər. Bu baxımdan, Aqşin Yenisey qeyri-müəy-
yənliyi mərkəzi anlayışlarından birinə çevirir. 
Leş  Əli  öz  həyatını  mənasız  qəbul  edir,  bu  da  postmodernə  xas 
absurd və xaosun varlığın aparıcı faktorları kimi qəbul edilməsindən irəli 
gəlir.  Alkoqola  uğramış  Əli  simulyakr  xarakter  daşıyan  bir  aləmdə  ya-
şayır. 
Əsas  qəhrəman  tərəfindən  həyatı  və  varlığı  absurd  kimi  qəbul 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə