Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
55 
İlqar Fəhminin «Akvalanq» [14] romanında sənətkar obrazına xüsu-
si diqqət yetirmək lazımdır. İstirahət üçün bağa köçmüş gənc qadın təklik-
dən sıxılır. Yoldaşının məşğul olması və ona diqqət yetirməməsindən can 
qurtarmağa çalışır. Müxtəlif yollar düşünsə də, nəhayət, rahatlığını dəniz, 
balıq  və  boya  iyisi  arasında  tapır.  Bu  trio  arasında  öz  dünyasını  qurur, 
yaradıcılığında  rahatlıq  tapır.  Buna  isə  təsadüfən  dənizdə  tapılan  medal-
yon şərait yaradır. Bundan sonra əsərin qeyri-adi inkişaf xətti, yəni «əsər 
içində  əsər»  strukturu  formalaşır  və  reallıqla  təxəyyül  arasında  sərhədin 
itməsi  baş  verir.  Romanda  sənətkar  qadın  kimi  həyatını  tamam  fərqli, 
başqa cür davam etdirir. Qadının gündəliyinin əsas mətndən fərqləndiril-
məyən əsər novellavari sonluqla başa çatır. 
Postmodern  romanlarda  mifoloji  obrazların  təsvir  edilmə  məqamı 
özünün  rəngarəngliyi  ilə  seçilir.  Mifoloji  obraz  konkret  obraz  olmaqdan 
çox, müəyyən təsəvvürün ifadəsi kimi özünü göstərir. 
Mif  tarixi  faktları  əks  etdirməyən  harmoniya  yaradıcısıdır.  Roman 
isə  tarixilik  və  müasirliyi  özündə  əks  etdirən  bir  janrdır.  Roman  və  mif 
süjetləri  arasında  paralel  addımlama  prosesi  ədəbiyyatda  yeni  janrın  ya-
ranmasına  səbəb  oldu.  Roman-mif  janrının  ilk  nümunələri  C.Coys, 
T.Mann,  F.Kafka,  Q.Markes  yaradıcılığında  özünü  göstərdi.  Y.Lotman, 
E.Meletinski  və  digər  tədqiqatçılar  roman-mifi  yeni  janr  hadisəsi  kimi 
qəbul  etdilər.  Roman-mif  kimi  qələmə  alınmış  əsərlərin  əksəriyyətində 
genetik yaddaşa söykənən karnaval texnikası izlənilir. 
Roman-antimif janr formasına aid olan Kəramət Böyükçölün «Çöl» 
əsərində  Koroğlu  obrazı  dekonstruksiya  edilir.  Müəllifi  tərəfindən  ro-
manın adı dastandakı baş qəhrəman Koroğlu obrazının adı ilə adlandırılıb. 
K.Böyükçöl əsərində təsvir etdiyi Koroğlu folklor dünyasının qəhrəmanı 
Koroğlu deyil (qeyd etmək lazımdır ki, əsərdə Koroğludan başqa Halay-
pozan,  Sarı  donlu  Selcan  xatun  və  digər  dastan  qəhrəmanları  var),  o, 
dastandan  qopub  gələn  qəhrəman  deyil,  sadəcə  adındakı  simvolik  məna 
ilə reallığı təsvir edən bir obraz kimi yaddaşlara hopur. 
İlqar  Fəhminin  Koroğlu  və  Cəlalilər  hərəkatı  haqqında  yazdığı 
«Qarğa  yuvası»  əsərində  mifikləşmiş  Koroğlu  obrazına  müraciəti  özünü 
qabarıq göstərir. İ.Fəhminin «Qarğa yuvası» əsəri bəzi tədqiqatçılar tərə-
findən  yarımtarixi  roman  adlanır.  Əsərin  yarımtarixi  roman  olmasının 
səbəbi  nədir?  «Qarğa  yuvası»nda  yazar tərəfindən tarixi  həqiqətlərin üzə 
çıxarılmasına  cəhdi  və  Koroğlunun  real  təsviri  deyil,  Koroğluya  və  o 
dövrə müəllif təxəyyülündən gələn ştrixlərin əldə edilməsidir. «Koroğlu» 
dastanındakı qəhrəmandan fərqli olaraq İ.Fəhminin əsərindəki qəhrəmana 


______________________________________________________ Poetika.izm 
  
 
56 
müəllif tərəfindən əlavə edilən qorxaqlıq ştrixləri ilə qarşımızda başqa bir 
obraz  yaranır.  Əsərdə  Koroğlu  islama  tapınır,  yanında  molla  saxlayır, 
məscidi  var,  Ramazanı  qeyd  edir,  dəliləri  namaz  qılır,  cin-şeytandan  qo-
runmaq  üçün  üstlərində  dua  gəzdirirlər,  Koroğlunun  hərəmxanası  var. 
İ.Fəhmi  Koroğlunu  qorxmazlıq  zirvəsindən  endirir,  «atan  kor  edilənə 
qədər  niyə  xalq  üçün  döyüşmürdün»  sualını  verməklə  qəhrəmanın  xalqı 
deyil,  özünü  fikirləşdiyini  qabardır.  Dastandan  fərqli  olaraq  əsərdə  Ko-
roğlunun  öz  gücünə  deyil,  «Çənlibel  tülküsü»  adlandırdığı  Həmzənin 
hiyləsinə inanması özünü göstərir. 
Postmodernizm  romanlarda  mifoloji  obrazlar  qədim  varislik  təsiri 
ilə  yanaşı,  yenidən  yaradılan  «şəhər  mifologiyası»nın  elementləri  əsa-
sında  yaradılır.  Şəmil  Sadiqin  «OdƏrlər» [15]  romanında  mifologizmə 
xüsusi yer ayrılmışdır. Romanda eposlarımızdan gələn obrazların təsirini 
görməmək qeyri-mümkündür. 
Postmodern  romanlarda  müəlliflər  insan  və  dünya  arasındakı  zid-
diyyətləri  simvolik  obrazlardan,  işarə  və  eyhamlardan  istifadə  edərək, 
əsərin  hüdudlarından  kənarda  olan  məkanın  bədii  izahını  verməyə  cəhd 
İ.Fəhminin  «Qarğa yuvası» əsərində simvolik obrazlar olan təsbeh dənə-
ləri və ölü  qarğaların təsviri  romanda diqqəti cəlb  edən məqamlardandır. 
Ş.Sadiqin  «OdƏrlər»  romanında  geniş  yayılmış  bir  sıra  simvollar  yeni 
məzmunla zənginləşdirilir. Məsələn, romanda qılınc xeyirin şər ilə daimi 
mübarizədə  xeyirə  sadiqliyin  rəmzidir.  «OdƏrlər»  əsərində  müəllif  tərə-
findən  beş  rəqəminin  simvol  kimi  istifadə  edilməsi  də  maraq  kəsb  edir. 
Sadəcə beşguşəli ulduzun mənasını açıqlaması, onu insana bənzətməsi, ən 
əsası isə Tanrı ilə müqayisə etməsi oxucunu cəlb edir. 
Azərbaycan postmodern romanında simvolik obrazlar arasında kol-
lektiv obrazlar xüsusi yer tutur. Bu obrazlar vasitəsilə vaxt və məkan ilə 
məhdudlaşmayan kollektiv idrak və kollektiv iradəyə malik subyekt açıq-
lanır. 
S.Rüstəmxanlının tarixi və mənəvi dəyərlər kəsb edən «Göy Tanrı» 
romanında  kollektiv  bəy  obrazı  maraq  kəsb  edir.  Bir-biriləri  ilə  şəxsi 
mənafeləri  üçün  inciyən  bəylər,  ümumi  mənafe  uğrunda  birləşirlər.  Ro-
manda qəhrəmanların mənəvi üstünlükləri kollektiv, birlik şəklində incə-
liklə açıqlanır. 
Ş.Sadiqin «OdƏrlər» romanında kollektiv obrazların təsvirində qa-
barıq şəkildə bir daha təsdiqini tapır. Müasir nəslin keçmişin davamçıları 
devizi  ilə  çıxış  edən  müəllif  bu  bağlılığı  yaşlı  və  gənc  nəsillərin  fəaliy-
yətlərində müəllif interpretasiyası ilə əks etdirir.  
Kamal Abdullanın «Sehrbazlar dərəsi» [16] romanında əsərin adın-
dan göründüyü kimi dərə bir kollektiv obraz kimi canlandırılır: Sehrbazların dərəsi. Bu 
dərəyə  bir  çox  insanların  can  atması  əsərdə  əksini  tapmışdır.  Bu  dərə  nicat,  ümid  yeri 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə