______________________________________________________ Poetika.izm
53
edilməsi Pərviz Cəbrayılın «Yad dildə» [10] romanında polkovnik obra-
zına da aid etmək olar. Köməkçinin «Cənab Polkovnik, işığı yandı-
rımmı?» sualına «Yox!!!» deyərək qışqırması və sarayın damına qonmuş
göyərçinlərin ürküşüb şaqqıltıyla uçmasının təsviri maraq doğurur. Qa-
ranlıqda oturmaq, işığı yandırmamaq rəmzi məna daşıyır.
Əsas qəhrəmanın simulyakr xarakter daşıyan aləmdə yaşaması onun
daxili hissləri ilə əlaqəli olması ilə yanaşı, əsas qəhrəmanın xəyali sosial-
siyasi reallıqda yaşaması ilə də əlaqəli ola bilər. Şəbnəm Karslının «2087-
ci il» [11] romanının baş qəhrəmanı Mirasın sevgilisi Amerika Demok-
ratik imperiyasından Çin Xalq İmperiyasının Gəncə şəhərinə araşdırma
aparmaq üçün gəlmiş Elendir. Romanda Mirasın və babasının gündəlik-
lərindən bəlli olur ki, Çin Xalq İmperiyası, həmçinin də digər imperiyalar
və onların tərkibindəki cəmiyyətlər təcrid olunub, biri digəri haqqında
yanlış məlumatlara malikdir. Bu yanlış məlumatlar simulyakr xarakter
daşıyan bədii varlıq yaradır.
Bir sıra postmodern romanlarda baş (əsas) qəhrəman tarixi şəxsiy-
yət prototipi və ya mifoloji irs əsasında yaradılır. Sabir Rüstəmxanlının
«Göy Tanrı» [12] romanının əsas qəhrəmanının prototipi ilk türk döv-
lətinin qurucusu Oğuz xandır. Oğuz xanın tarixi şəxsiyyət olması ətra-
fında mübahisələr bu gün də davam etməkdədir. Xivəli Əbülqazi xanın
verdiyi məlumata görə, Oğuz xan Məhəmməd Peyğəmbərdən 4000 il
əvvəl, yəni eramızdan əvvəlki dövrün IV minilliyinin sonlarında, təxmi-
nən 3400-3500-cü illərdə yaşamış tarixi şəxs olmuşdur. N.Y.Biçurin
(İakinf) isə Oğuz Xanın tarixi şəxsiyyət olmasını və onun eramızdan
əvvəlki III-II minilliklərdə yaşadığını qeyd etmişdir [13, s. 225]. Sabir
Rüstəmxanlının «Göy Tanrı» romanında təsvir edilən Oğuz xan real tarixi
şəxsiyyət kimi Azərbaycan, İran, İraq, Suriya ərazilərini əhatə edən geniş
bir arealda hökmdarlıq etmiş Oğuz xanın mifoloji irs əsasında yaradılmış
obrazıdır.
Romanlarda əsərin mərkəzi ilə birbaşa əlaqəsi olmayan və təsvir
edilən hadisələrin gedişatına ciddi təsir göstərməyən ikinci dərəcəli
(yardımçı) qəhrəmanlar baş (əsas) qəhrəmanın daxili və mənəvi aləminin
müəyyənləşməsində bu və ya digər dərəcədə yardımçı olur. Bədii əsərdə
ikinci dərəcəli (yardımçı) obrazlar personaj da adlandırılır. İkinci dərəcəli
(yardımçı) obrazlara irihəcmli əsərlərdə daha tez-tez rast gəlinir. Bədii
əsərin həcmindən asılı olmayaraq ikinci dərəcəli (yardımçı) obrazların
sayı müxtəlif ola bilər.
Qeyd etdiyimiz kimi bir sıra postmodern romanlarda tarixi şəxsiy-
yətlər prototip obrazların yaradılması üçün istifadə olunur. Azərbaycan
______________________________________________________ Poetika.izm
54
postmodern romanında tarixi şəxsiyyətlər əsasən ikinci dərəcəli (yar-
dımçı) qəhrəmanların yaradılması üçün istifadə olunur. Kamal Abdullanın
«Yarımçıq əlyazma» romanında Şah İsmayıl obrazı ikinci dərəcəli obraz
kimi diqqəti cəlb edir. Burada postmodern səciyyəli interpretasiya nəticəsi
kimi Şah İsmayıl obrazı dekonstruksiyaya uğrayır. Xətai qəhrəmanlıq
zirvəsindən endirilmişdir. Şah İsmayıl obrazının açıqlanmasında imitasiya
ustalıqla özünü göstərmişdir.
Bəzi hallarda ikinci dərəcəli (yardımçı) obrazların yaradılmasında
tarixi şəxsiyyət prototip kimi istifadə olunmasa belə, onunla intertekstual
əlaqələr qabardılır. Pərviz Cəbrayılın «Yad dildə» romanında ikinci dərə-
cəli (yardımçı) obraz rəssam Hüseyn Əlioğlu obrazıdır. Rəssamın yarım-
çıq qalan Günəş dənizi tablosu romanda diqqəti cəlb edən amillərdəndir.
Əqidəsinə sadiq qalan rəssam Polkovnikin portretini çəkmək sifarişindən
imtina edir. Romanda rəssamın ölümündən sonra morqa gətirilməsi və
burada ölülərin sayının 72-yə çatması 14 əsr əvvəl baş vermiş Kərbəlada
72 nəfərin qətli ilə əlaqələndirilir. Yardımçı obraz olan rəssam Hüseyn
Əlioğluna da imam Hüseynin adının qoyulmasını təsadüfi olmadığı, yazar
tərəfindən düşünülərək verilməsini görürük.
İkinci dərəcəli (yardımçı) obraz kimi əsərdə qəhrəmanların dili ilə
təhkiyə aparan müəllif obrazını da müşahidə etmək olur. Bu təhkiyə bə-
zən baş qəhrəmanın, bəzən də müəllifin özünün iştirakı ilə müxtəlif
formalarda baş verir. Müəllif obrazı hadisənin iştirakçısı da ola bilir, ya
baş vermiş hadisələrin şahidi olur, ya da ki, müəllif obrazının digər
obrazlarla münasibətləri özünü büruzə verir. Əsərdə müəllif obrazı təh-
kiyə vasitəsilə təsvir edilən hadisə və obrazlara, vəziyyət və situasiyalara
öz münasibətini bildirir ki, bu da müəllif haşiyəsi kimi dəyərləndirilir.
Qeyd etmək istərdim ki, müəllif haşiyəsi ilə söylənilən fikirlər müəllifin
münasibətini ifadə edir.
Bədii refleksiyanın variasiyaları ilə bağlı roman növlərini nəzərdən
keçirəndə, müəllif tərəfindən təqdim edilən obrazların özlərindən gələn
mətn kimi əsərə daxil edilməsi ilə bağlıdır. Bu sənətkar haqqında roman
janrının qarışıqlığı xüsusiyyətlərini müəyyənləşdirən amillərdən biri sa-
yılır. Belə əsərlər özlərinə obrazların yaradılmasına və başqa janr for-
malarına həsr olunan və romandan fərqlənən əlavə mətnlərə əlavə his-
sələri daxil edə bilər. D.P.Bak, belə əsərləri nəzərdən keçirərkən təsdiq
edir ki, bu halda mətnin refleksiyasının və reallığın refleksiyasının yeri
var. «Ədəbi şüurun tarixi və nəzəriyyəsi: yaradıcı refleks bədii əsərdə»
əsərində D.P.Bak yazırdı: «Yazıçı xarakteri meydana çıxdı, hansı ki,
amma yanaşı dayana bilən, xarici əsərə alternativ olan natamam əlavə əl-
yazma yaradır».
Dostları ilə paylaş: |