Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
90 
 
 The archetype of shadow always longing for freedom and being in the balance 
with  the  archetype  of  person  have  been  reflected  in  the  literature  in  different  forms. 
Archetype of "similar" is one of  forms of the  shadow archetype of  Yung and it related 
with  both  private  and  collective  unconsciousness.  From  this  point  of  view  the 
comparative  analysis  of  the  works  by  K.Abdulla  and  L.Feuchtwanger  like  "The 
unfinished manuscript" and "False Nero" is quite interesting. In L.Feuchtwanger's novel 
"False Nero" potter Terensy who is similar with the emperor Neron denies himself like 
and  he  obeys  to  the  archetype  of  shadow.  But  in  K.Abdulla's  novel  "The  unfinished 
manuscript"  Khizir,  the  double  of  Shah  Ismayil,  loves  and  admires  the  ruler,  but  he 
protect his individuality and never want to be the copy of shah.  
 
In this paper we researched the reflecting of the double image in these two works  
belonging to the literature of different nations which was written in different periods and 
try to show appearance details and the modification of the same archetype. 
 
 
 
Şükufə
 
VƏLİYEVA 
Gəncə Dövlət Universiteti 
shukufe_1987@.gmail.com
 
 
AMERİKA İDEYASI, TƏZAHÜRÜ, FORMALAŞMASI 
VƏ ƏDƏBİYYATDA İNİKASI 
 
Açar sözlər: Amerikan ədəbiyyatı, Oldos Xaksliç, Pol Oster, mif, ideya, model 
Key words: American literature, Aldous Huxley, Paul Auster, myth, idea, model 
 
İngilis  publisisti  və  filosofu  Oldos  Xaksli  1962-ci  ildə  “Amerikan 
mədəniyyətinə  baxış”  adlı  essesində  yazırdı  ki,  “amerikan  həyat  tərzi  – 
fizioloji  mövcudluğun  poeziyasıdır  və  elmin  bütün  gücündən  məhz  bu 
tipli  insanları  ərsəyə  gətirmək  naminə  istifadə  edilir”.  İkinci  ABŞ  prezi-
denti  Adamsın  nəticəsi  Ceyms  Truslou  “Bizim  biznes  mədəniyyətimiz” 
adlı kitabında belə bir yeni insan tipinin meydana gəlməsini onunla izah 
edirdi ki, “Amerika biznes sivilizasiyasıdır. Biznesmen kimdir? Bu, bütün 
dünyaya yalnız gəlir gözü ilə baxan insandır, o, həyatın yerdə qalan his-
səsini görmür, çünki  kordur [1, s.238]. Onun üçün füsunkar peyzaj  olsa-
olsa yaşayış evlərinin inşa edilməsi üçün çox əlverişli bir məkandır, şəlalə 
isə  onun  beynində  yalnız  bənd  və  elektrik  stansiyası  ilə  bağlı  ideyalar 
doğurur. Onun həyatını  dolğun həyat  adlandırmaq mümkün deyildir. Bu 
həyatın dərindən-dərinə kasıblığı göz qabağındadır” [2, s.236]. 
Amerikan  ədəbiyyatının  klassiki  Henri  Ceyms  Adams  kimi  hesab 
edirdi ki, biznes sivilizasiyası “işgüzar maraq dairəsinə daxil olmayan hər 


______________________________________________________ Poetika.izm 
  
 
91 
şeyi kökündən qazıyır və həyatın məzmunu hər şeyi udub həzm-rabedən 
keçirən monoton yeknəsəkliyə çevrilir”. 
XX  əsrin  əvvəllərində  yaşayan  yazıçı  Lyus  Memford  yazırdı: 
“müasir insan yeknəsək işi icra etmək üçün əhliləşdirilib, onun bayramları 
da  elə  yeknəsəkdir  ...  həyat  getdikcə  marağını  itirir,  darıxdırıcı  bir  şeyə 
çevrilir”. 
Klassik amerikan sosioloqu 1967-ci ildə nəşr edilən “Amerika sivi-
lizasiyası”  kitabında  yazırdı:  “günlər,  aylar,  illər  fabrikdə,  yaxud  ofisdə 
gündəlik  işlərin  icrası  prosesində  yeknəsək  keçir.  Ofisdə  lanç,  evdə  na-
har...  hər  şey  yeknəsəqdir,  işdəki  əməliyyatlar  da  o  cümlədən.  Baxırsan, 
onlarla  fərqli  qəzet  var,  ancaq  hamısının  məzmunu  eyndir,  standartdır. 
İnsanlar standart geyimlərdə kluba, bara gedirlər. Həyatdan köçdükdə on-
ları standart tabutlara qoyub standart mərasimlə yola salırlar, yerli qəzetdə 
standart nekroloqlar çıxır”. 
Amerikan  meqapolisləri  milyonlarla  insanın  yaşaması  üçün  ideal 
mexanizmdir,  bu,  elə  bir  nəhəng  və  standart  infrastrukturdur  ki,  burada 
yalnız işçi və istehlakçının ehtiyacları nəzərə alınıb. Rus şairi Mayakovski 
ABŞ  səfərindən  qayıtdıqdan  sonra  yazırdı:  “Amerikda  tikililər  nə  qədər 
möhtəşəm olsa da, orada inşaat işlərinin Avropa ilə müqayisədə nə qədər 
sürətli və ağılçaşdıran olsa da, Amerika göydələnləri nə qədər qəlbi olsa 
da, onlar qəribə müvəqqətilik hissi doğurur. Hətta ən böyük və  yeni tiki-
lilərin də alnında “müvəqqətidir” yazılıb. Çünki bütün Amerika, xüsusən 
Nyu-York  daim  sökülüb-tikilir.  On  mərtəbəli  evləri  sökürlər  ki,  on  iki 
mərtəbəli evlər tiksinlər, sonra on üç mərtəbəli, sonra... qırx mərtəbəli...” 
[3, s.102]. 
Avropada həqiqiliyin meyarlarından biri münasibətlərin uzunömür-
lülüyüdür, o şey dəyərlidir ki, zamanın sınağından keçib. Qədim müdrik-
lər də elə bunu deyirdilər: “həqiqət zamanın bacısıdır”. Amerika isə mü-
vəqqəti peyzajdır, “keçiciliyin landşaftıdır”. 
Amerikan həyatının anti-estetikliyi,  təbii ki,  estetikaya, həyatın hər 
bir anının gözəlliyinə laqeydlik yaradır. Daimi narahatlıq, uğur qazanmaq 
şansının  əldən  buraxılması  qorxusu  hardasa  milyonlarla  insanı  hərəkətə 
gətirir, onlar daim yerdəyişmə edirlər, amerikan şəhərlərinin miskin görü-
nüşü buradan irəli gəlir. 
Amerikan  həyatının  anti-estetikliyi  bir  tərəfdən  spontan  şəkildə, 
problem içində çabalayan miqrantların ümumi atmosferinin nəticəsi kimi, 
hər şeydən əvvəl yeni ölkədə sağ qalmaq zərurəti əsasında yaranmışdı. Bu 
insanların estetikaya meyli yox yerdən ola bilməzdi.  
Keçən  əsrin  50-70-ci  illərində  amerikan  ədəbiyyatına  ekzisten-
sializm fəlsəfəsi böyük təsir etmişdi. İnsanın özgələşməsi problemi o za-
manlar  ingilis  dilində  “beat  generation”  (...a  movement  of  young  people 
in  the  1950s  who  rejected  conventional  society  and  favored  Zen 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə