Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
96 
imitasiyası.  Beləliklə,  Saks  Berkmanı  özünün  sələfi,  qismən  də  özünün 
oxşarı hesab edir. İkiləşmə motivi məlumdur ki, Pol Osterin yaradıcılığın-
da mühüm yer tutur. Kitabı diqqətlə mütaliə etdikdə oradan Saksın digər 
oxşarlarını  da  tapmaq  olar,  bunların  arasında  hətta  tarixi  şəxsiyyətlər  də 
yox deyildir.  Hətta dostu və  romandakı  təhkiyəçi Aaron da Saksın  oxşa-
rıdır.  Hər  ikisi  yazıçıdır,  demək  olar  eyni  təkamül  yolunu  keçirlər,  eyni 
zamanda, yaxud növbə ilə eyni qadınlara vurulurlar. Saks hətta gizlin şə-
kildə  dükanlarda  Aaronun  kitablarını  müəllif  kimi  imzalayır.  Aaron  isə 
üsyançı deyil, sənətkardır, elə beləcə qalır, vəd edilən azadlığın sərhədlə-
rini aşmır. “Leviafan” romanında Saks və Aaronun sevgililəri parlaq bo-
yalarla  rəsm  ediliblər,  onlardan  biri  yazıçının  arvadıdır,  ilham  pərisi  və 
yol göstərənidir, ikincisi sərsəm bir rəssamdır, üçüncüsü Lilian adlı fahi-
şədir  –  Azadlıq  ideyasının  əsl  təcəssümü  –  nə  işlə  məşğul  olursa-olsun 
vicdan əzabı çəkməyi birdəfəlik unudub. Məhz onunla görüşdükdən sonra 
Saks daxilində yatan gücü aşkarlayır və məhz bu fahişənin sayəsində ka-
binet  yazıçısı  əsl  Robin  Quda  çevrilir.  Məhz  Hollivud  ənənələri  çevrə-
sində romanda sentimental və ehtiraslı sevişmə səhnələri yer alıb, burada 
eyni zamanda heç bir məntiqə sığışmayan cinayətlər törədilir. Və beləlik-
lə, bizə xalis postmodernist ekşen təklif edilir – eyni zamanda həm ameri-
kansayağı, həm də anti-amerikan əhval-ruhiyyəli ekşen.  
İntervülərində  Pol  Oster  dəfələrlə  qeyd  edib  ki,  onu  daha  çox  mif 
ölkəsi kimi Amerika obrazı maraqlandırıb. Bu ideya inanılmaz əhvalatlar 
süzgəcindən keçirilərək oxucuya təqdim edilir, bu ideya bəzən ani şəkildə 
insan taleyini dəyişən qeyri-adi hadisələr fonunda açılır. Romanın qəhrə-
manı  Azadlıq  Kabusu  qarşısına  belə  bir  məqsəd  qoyur  ki,  mexaniki  ob-
razdan,  yaxud  dəhşət  doğuran  obrazdan  daxilində  yatan  mifə  çevirmək 
istəyir.  Qəhrəman  heykəli  dil  açıb  danışmağa,  nəfəs  alıb  yaşamağa  məc-
bur  etmək  istəyir:  «Ayıl,  Amerika.  Eyni  şeyi  deyib,  başqa  şeyi  etməkdən 
yorulmadınmı.  Heykəllərin  havada  uçmasını  görmək  istəmirsənsə,  sübut 
elə ki, ikiüzlülüyə birdəfəlik yox deyibsən» [6, s.103].  
  
ƏDƏBİYYAT 
 
1.
 
Little W.G. Nothing to Go on: Paul Auster's City of Glass Текст. /W.G. Little // 
Contemporary lit. Madison, 1997. - Vol. 38, № 1. 
2.
 
Leo  J.R.  Strange  Company:  Postmodern  Critics,  Critiques  and  Bandwagons 
Текст. /J.R. Leo//Contemporary lit. Madison, 1993. - Vol. 34, № 1.  
3.
 
Laurence  Ch.  The  Private  'I'  behind  Mr  Ordinary  Текст.  /Ch.  Laurence  //The 
Daily Telegraph. Apr. 30, 1994. 
4.
 
Lacey J. Mirror writing Текст. /J. Lacey //The Guardian. 5 Feb. 2005.  
5.
 
Shilon I. Paul Auster and Postmodern Quest: on the Road to Nowhere. Текст. 
/I. Shilon. N.Y.: Lang, 2002. 
 


______________________________________________________ Poetika.izm 
  
 
97 
Şükufə Vəliyeva 
 
AMERİKA İDEYASI, TƏZAHÜRÜ,  
FORMALAŞMASI VƏ ƏDƏBİYYATDA İNİKASI 
 
XÜLASƏ 
 
Məqalə  müəyyən  nəzəri  və  ədəbi  əsərlər  əsasında  yaranan  XX  əsr  Amerika 
ədəbiyyatının  inkişafında  meydana  çıxan  əsas  tendensiyaların  təhlilinə  həsr  olunub. 
Qeyd etmək lazımdır ki, ədəbi mifologiyanın klassik istiqamət və tendensiyalarını təmsil 
edən əsərlərdə ənənəvi  mifoloji modellər və elementlərin istifadəsi bizim tədqiqat üçün 
səciyyəvi haldır. Mətnlərin strukturunun təhlilində ikili-məntiqi sxemlər mövcuddur: bu, 
xeyir və şər (biz müsbət qəhrəmanla müqayisədə mənfi obrazın rəqibini görürük), həyat 
və ölüm (ölüm qorxusu və həyat sevgisi), cavanlıq və qocalıq (uşaqlar və yaşlı insanlar) 
dixotomiyasına (budaqlanmasına) təsir edir. 
 
Shukufe Valiyeva 
 
AMERICAN IDEA, APPEARANCE, FORMATION  
AND ITS REFLECTION IN THE LITERATURE 
 
SUMMARY 
 
This  article  deals  with  the  analysis  of  the  main  tendencies  revealed  in  the 
development  of  the  XX  century  of  American  Literature  that  is  carried  out  based  on 
concrete  theoretical  and  literary  works.  It  is  to  be  noted  that  using  the  traditional 
mythological  models  and  elements  in  the  works  representing  the  classical  direction  or 
tendencies of the literary mythology is typiical for our research. In the structure analysis 
of  the  texts  there  are  revealed  the  binary-logical  schemes:  it  reflects  the  dichotomy  of 
good and evil (we see the competitor of negative nature in comparison with the positive 
hero);  life  and  death  (fear  of  death  and  love  for  life);  youth  and  old  age  (Children  and 
elderly people are involved). 


______________________________________________________ Poetika.izm 
  
 
98 
Leyla ƏLİYEVA 
Sumqayıt Dövlət Universiteti 
aliyevaleyla74@mail.ru
 
 
YUSİF SƏMƏDOĞLUNUN ƏSƏRLƏRİNDƏ 
ƏDƏBİ MƏTN YADDAŞI
 
 
Açar sözlər: ədəbi mətn, mifopoetika, millilik, tarixi yaddaş, Y.Səmədoğlu
 
Key words: literary text, mytho-poetics, nationality, historical memory, Y.Samedoglu 
 
Müasir  ədəbi  mətnləri  şərh  edərkən  özündə  ictimai  dünyagörüşü 
daşıyan mətnlər və mətn ənənəsindən çıxış etmək vacib məsələlərdəndir. 
Bu mənada ədəbi şərhdə bir mətn həmişə digər mətnlə və ya mətn ənənəsi 
kontekstində şərh olunur. Mətnin şərh olunduğu mətn kontekstini sonsuz 
genişləndirmək olar və bu sonsuzluğun ölçüsü mətn mədəniyyətinin sər-
hədsizliyi  ilə  üst-üstə  düşər.  Mətnin  əsas  əlamətlərindən  biri  də  məhz 
özündən  sonrakı  mətnlərin  kodu,  əsası,  bazası  olmasıdır.  Ədəbi  variant-
yaratmada  janr  yaddaşı,  süjet  yaddaşı,  ədəbi  forma  yaddaşı,  obraz  və 
vəziyyət  yaddaşından  istifadə  mühüm  funksiya  daşıyır.  Azərbaycan  nəs-
rinin görkəmli nümayəndəsi Yusif Səmədoğlu da öz yaradıcılığında yad-
daş faktoruna üstünlük verən  yazıçılardan biridir. Belə ki, müəllifin mü-
rəkkəb  kompozisiyası  ilə  seçilən  hər  iki  romanının  mətnlərinin  yaddaş 
strukturunda təqdimi nəzərə çarpır. Həm “Qətl günü”, həm də “Deyilənlər 
gəldi başa..” romanlarında təhkiyəçi-qəhrəmanlar öz daxili dünyası, şəxsi 
yaddaşı  ilə  iç-içə  təqdim  olunur.  Bu  əsərlərin  qəhrəman  və  personajları 
daima  öz  keçmişlərindən,  yaddaşlarına  yığılıb  qalmışlardan,  xatirə  və 
artıq ötüb-getmiş anlardan bəhs etmək, bütün bunları oxucuya nəql etmək 
vəzifəsi  daşıyırlar.  Bu  da  bədii  mətndə  hadisələrin  öz  gerçək  xronoloji 
ardıcıllığından  uzaqlaşmasına,  hadisələrin  ənənəvi  əvvəldən  sona  doğru 
gedişatına əks düzümünə səbəb olur. Yusif Səmədoğlunun roman və he-
kayələrində ədəbi mətn yaddaşı qarşımıza iki şəkildə çıxır. Birincisi, mətn 
mədəniyyətinin sərhədsizliyi amili ilə əlaqədar olaraq, müəllifin istənilən 
mətni  özünəqədər  mövcud  mətnlərlə  müəyyən  bağlantı  qura  bilir.  Bu 
özünü mətnin müxtəlif qatlarında büruzə verə bilir. Məsələn, “Qətl günü” 
romanında istər mifoloji, istər etno-psixoloji yaddaş vasitəsilə daha qədim 
mətnlərlə  əlaqələrin  qurulmasının  şahidi  oluruq.  Hətta  bu  bağ  “Oğuz 
xaqan”  dastanına  qədər  gedib  çıxır.  “Qətl  günü”  romanında  dünyadakı 
bütün yaradılışları fövqəltəbii, qeyri-adi, fantastik şəklə salmaq funksiyası 
daşıyan mif ilə dünyada baş vermiş real hadisələrə əsaslanan tarixi həqi-
qətlər sintez olunur. Yusif Səmədoğlunda mifopoetik düşüncənin sahəsinə 
düşən miflər öz ilkin başlanğıcında olduğu kimi “təmiz” deyil, bu miflər 
saf  irreal  strukturunu  real,  məntiqəuyğun  çalar  və  rənglərə  bürünməklə 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə