______________________________________________________ Poetika.izm
94
dolaşır, içir, içini yeyir və həyata bütün marağını itirir. Ancaq günlərin bir
günü televizorda nümayiş etdirilən səssiz kinonun bir fraqmenti olmazın
möcüzə yaradır, keçən dövr ərzində ilk dəfə Devidin simasında təbəssüm
yaranır. İndi əlində heç bir təcili işi yoxdu (pulu var – həyat yoldaşının
həyatını sığortalayıb, universitetdən akademik məzuniyyət götürüb), buna
görə də gülməyi yadırğamış adamı gülməyə məcbur edən şəxs haqqında
roman yazmaq qərarına gəlir. Bu, 50 il qabaq karyerasının pik nöqtəsində
olduğu zaman qeyb olmuş komik aktyor Mann adlı şəxsdir. Hamı güman
edir ki, bu adam çoxdan bu dünyadan köç eləyib. Ancaq kitab çıxdıqdan
az müddət sonra Zimmer Nyu-Meksikadan məktub alır, məktubda deyilir
ki, Mann yaşayır və onunla görüşmək arzusundadır. Bu kitab həyatlarını
illüziyalar üstündə quran insanlardan bəhs edir. Nə olursa-olsun, insan
sonda tək qalır, həyatını daxildən qurub tənzimləyə bilməzsə, gec ya tez,
karton evcik uçub dağılanda qarşısında nəhəng uçurum açılır [4, s.13].
“Cənab Vertiqo” uçmaq qabiliyyəti olan bir oğlandan bəhs edir.
Master İequda cındır paltar geyinmiş Uoltu küçədən tapanda onun cəmi-
cümlətanı doqquz yaşı vardı və bu zaman Uoltla müqavilə bağlayır: on üç
yaşında Uolt uça bilməzsə, gəlib ustadın başını balta ilə bədənindən ayıra
bilər. Üç ildən sonra, bir sıra təhlükəli və qorxunc təcrübələri sınadıqdan
sonra Uolt doğrudan da uçur. “İllüziyalar kitabı”ndan fərqli olaraq, bu
qeyri-adi dərəcədə optimist romandır. Bəlkə kitabın təlqin etdiyi həqiqəti
əxz etdikdən sonra insanlar gerçəkdən uçmağı öyrənəcəklər? Niyə də yox.
Yeganə problem budur ki, uçmağı ağıllarından belə keçirməyiblər, bu
arzu ilə yaşamayıblar. Bu hadisə Nəhəng Depressiya dövründə Amerika-
da baş verir – hər yer qanqsterlərlə doludur, ölkə aclıq və fəlakət içində-
dir. Kitab sözün əsl mənasında insanı tilsimləndirir [2, s.15]. Onun janrını
müəyyənləşdirmək çətindir – şübhəsiz ki, fantastika deyil, magik realizm
saysaq, burada magiya azdır – uşaq uçmağı öyrənir, bunun harası fantas-
tika, yaxud sehrbazlıqdır.
Osterin ən məşhur romanlarından biri “Leviafan” adlanır. Bu roman
Osterin avtobioqrafik detallarla ən zəngin əsəridir – təhkiyəni aparan
qəhrəmanın taleyi Osteri xatırladır: nöqtəbənöqtə. İlk uğursuz nikah, bu
nikahdan bir oğlan uşağının olması, ikinci uğurlu nikah (romanda ikinci
qadının adı İrisdir, Osterin öz qadınının adı isə Siridir – məşhur yazıçı).
Qız uşağının dünyaya gəlməsi. Romanın baş qəhrəmanı Benjamin Saksı
əsərin elə ilk cümlələrindən tanımalı oluruq, növbəti dəfə “Azadlıq heykə-
lini” uçurmaq üçün hazırladığı mina partlayır. Romanın əsas teması ter-
rorizmdir. Bu əsər haqqında bir qədər təfərrüatlı danışmaq zərurəti var.
Digər romanlarında olduğu kimi bu əsərdə də cəlbedicilik əsas prinsipdir,
oxucunu cəlb edib oyuna qatmaq və ona müəyyən ideyaları aşılamaq. Bu
əsərdə Pol Oster iki yazıçının dostluğundan bəhs edir – daha doğrusu,
onun qəhrəmanı Piter Aaron dostu Saks Benjamindən bəhs edir. Saks
______________________________________________________ Poetika.izm
95
katolikdir, Rusiyada doğulub. Ata xətti ilə əcdadları talanlar zamanı Rusi-
yadan qaçıb Amerikaya pənah gətiriblər. Ancaq Saks təkcə bu faktın təs-
diqilə işini bitmiş hesab etmir. Atasının ailəsindən bəhs edərkən Saks bir
dəfə belə bir ifadə işlədir ki, tanrı öldükdən sonra ona Nyu-Yorka köç-
məkdən başqa əlac qalmır. Bu sözü deyəndə nəyi nəzərdə tutması gizlin
deyil: Rusiyada talanlar çar İkinci Aleksandr qətlə yetirildikdən sonra
başlanmışdı, çarı nihilistlər öldürmüşdülər. Demək lazımdır ki, bu halı ilə
bombistlərin (terrorçuların) baxış və əməllərini Saks da bölüşür. İndi
Amerikada yaşamasından rəncidə olmasa da, narodovolçuların ideologi-
yası onun ruhuna daha yaxındır. Bütün təhkiyə zamanı boyunca Saks
özünü rəsmi dövlət sisteminə qarşı qoyur – əvvəlcə yaradıcılığında, sonra
isə daha fəal əməli sahəyə adlayır. Demək, bu anlamda Saks həm də
nihilistlərin metaforik nəslinin nümayəndəsidir, onun doğulduğu şərait
son dərəcə simvolikdir, yəni “Amerikanı partlatmaq” onun əzəldən alnına
yazılıb.
Bütün roman qəribə “üst-üstə düşmələrlə” zəngindir. Qəhrəman
doxsanıncı illərin əvvəllərində ahəngdar həyat tərzi qurulmuş Amerikada
yaşayır. Ancaq bu qəhrəmanların ömürlərinin açar məqamları həmişə,
demək olar bütün hallarda təsadüflə müəyyənləşir [5, s.94]. İnsanların və
hadisələrin qeyri-məntiqi şəkildə üz-üzə gəlib toqquşması. Bir tərəfdən
dövlət, hakimiyyət maşınının dəqiq çalışması, digər tərəfdən insan həya-
tının qəribə xaotikliyi, təsadüflərin meydan sulaması ... romanın fəlsəfi
süjet qatını ortaya qoyur: dünyada mənasız heç nə yoxdur – hər şey bir-
biri ilə sıx qarşılıqlı əlaqədədir. Varlığın xaotikliyi Amerikanı “Leviafan
dövləti” kimi təcəssüm etdirən Azadlıq heykəlinə qarşı durur. Saksın hə-
yatında ən dramatik anlar məhz heykəllə əlaqəlidir. Uşaqlıqda anası onu
abidənin içinə ekskursiyaya aparmışdı, qapalı məkanda anası və rəfiqəsi
təlaşlanmış, Saks isə yüksəklikdən qorxma xəstəliyinə düçar olmuşdu.
Saks elə belə də deyir: “Bu mənim ilk siyasi dərsim oldu. Başa düşdüm
ki, azadlıq təhlükəlidir. Bircə anlığa özünü buraxsan – yoxsan.” Şübhəsiz
ki, bu sözlər ümumən azadlığa yox, onun simvollaşdırdığı “dövlət azad-
lığına” aiddir. Belə bir fonda Saks intihar etmək istəyir, özünü evin da-
mından atır. Saks növbəti romanında dövlət ideyasını inkişaf etdirmək
niyyətində olsa da, özündən asılı olmayaraq başgicəlləndirici hadisələr
burulğanına düşür və bunun nəticəsində oturduğu yerdən qalxıb bütün
Amerikanı qarış-qarış gəzməli olur. Bu zaman gözünə yəhudi sol radikal
partiyasının mənsubu, Rusiyada doğulmuş Aleksandr Berkmana həsr
edilən bir dissertasiya sataşır və bu Saksın həyatında dəyişmə nöqtəsinə
çevrilir. Ədəbiyyatdan birdəfəlik ayrılmaq qərarına gəlir. Ömrünün qalan
hissəsini Azadlıq Kabusu adı ilə siyasi bəyanatlarla çıxış etməyə həsr
etmək qərarına gəlir və hər dəfə bu bəyanatlar yayıldıqda müvafiq aksi-
yalarla müşahidə edilir – qismən konseptual-bədii, qismən də terrorizmin
Dostları ilə paylaş: |