______________________________________________________ Poetika.izm
111
maarifçilik heç də təhkimlilər problemi ilə məşğul olmur. Orada əhalinin
hüquqsuz təbəqəsi kimi daha çox qadınların hüququ gündəmə gəlir, ancaq
bütövlükdə maarifçiliyin problemi isə millət və dövlətlə bağlıdır, gerili-
yin, cəhalətin səbəblərini aradan qaldırmaq, mütləqiyyətdən uzaqlaşmaqla
əlaqəlidir. Azərbaycanda da maarifçilik əsasən bu istiqamətdə inkişaf
edir; milləti inkişaf etdirmək və irəliləyən Qərblə ayaqlaşdırmaq. Məqsəd
Qərblə ayaqlaşdırmaq olanda istər-istəməz Qərbin yönləndirmək məqsədi
də dövriyyəyə daxil olur, maraqlı qüvvələr nüfuzu genişlənən bir hərəkat-
dan faydalanmaq istəyir. Bundan başqa, istənilən bir təlim də inkişaf et-
mək və uğur qazanmaq üçün təcrübəli təlimlərin texnologiyasından fay-
dalanır. Maarifçiliklə yaxın zamanda yeni bir səviyyədə yayılmağa başla-
yan, qanun və konstitusiyaların hazırlanmasına, dövlət quruculuğuna təsir
göstərən masonçuluq maarifçiliyin inkişaf və genişlənmə hərəkatında
onun içərisində özünə əlverişli hərəkət zolağı tapır. Bir vaxtlar yayılmaq
üçün inşaat işlərindən və səlib yürüşlərindən istifadə edən “əməli mason-
lar” [2] sözsüz ki, dünya miqyasında nüfuz qazanan fəlsəfi və ədəbi cərə-
yanlara laqeyd qala bilməzdilər. Maraqlıdır ki, masonçuluğun bir çox
prinsip və texnologiyası maarifçiliklə uyğun gəlir. Bu isə bəzi hallarda
maarifçi və masonu bir-birindən ayırmağa çətinlik törədir. Təsadüfi deyil
ki, bir çox maarifçilərin adları əlaqələri olub-olmamasına baxmayaraq
masonçuluqda hallandırılır [3]. Dini fanatizm və dinin sərt prinsiplərinə
qarşı olmaq masonçuluqla maarifçiliyi yaxınlaşdıran başlıca cəhətdir.
Bundan başqa, masonluğun “Azadlıq, bərabərlik, qardaşıq” [2] şüarı da
hüququ tapdanmış insanları oyatmaq baxımından maarifçiliyin fəaliy-
yətinə yaxındır. Rusiyada çarizm əleyhinə hərəkatı dəstəklədiyi üçün ma-
sonçuluq istər-istəməz işğal olunan ərazilərdə, ucqarlarda rəğbət də oyada
bilərdi. Təsadüfi deyil ki, Rusiyanın işğalçılıq yürüşlərinin genişləndiyi
bir dövrdə – 1825-ci ildə I Nikolaya qarşı sui-qəsd əsas götürülərək, Rusi-
yada masonluq rəsmi şəkildə ləğv olunmuşdu. Sərbəst fəaliyyətinin
qarşısı alınsa da, bu dövlətdə adı masonluqla bağlı olan dövlət xadimləri
və ziyalılar az olmamışdır [2].
Maarifçilik inkişaf edib yayıldıqca, yarandığı mərkəzdən uzaqlaş-
dıqca yeni keyfiyyətləri çoxalır. Bu fərqliliklər ilk növbədə milli maraq-
ların önə çəkilməsi ilə üzə çıxır. Digər tərəfdən isə bəzən şüurlara təsir-
etmə mexanizmində kəskinlik və ekspressivlik özünü göstərir, bəzənsə
maarifçi ideal ümidsizlik, həyəcan, faciəvi nəticələr içində girdaba düşür.
Bu vəziyyətlərdə hansı estetik prinsiplərin öndə olması cərəyanın tipini
müəyyənləşdirir. Dominantlıq maarifçiliyin tərəfindədirsə, onun sahələri
– maarifçi realizm (əvvəlkinə nisbətən dəyişilmiş) və maarifçi romantizm
şəklində meydana çıxır. Yox, əgər sistemi pozulmuş, qeyri-aparıcı ele-
mentlərlə təzahür edirsə, artıq başqa cərəyan daxilində əlamət kimi özünü
göstərir. Misal olaraq, maarifçi realist elementlərin tənqidi və sosialist
______________________________________________________ Poetika.izm
112
realizmində, romantizmdə mövcudluğu məsələsini göstərə bilərik. Bun-
dan başqa, bədii yaradıcılığında əsas aparıcılıq maarifçi realizmə aid ol-
masa da, öz ideya və amallarını maarifçilik texnologiyasından istifadə
edərək həyata keçirənlər, bu ideya və amalın xalq şüurunda bir təbəd-
düllat, çevriliş yaratmasına maraqlı olan şəxsiyyətlər də var. Misal olaraq,
Cəlil Məmmədquluzadənin, Əlibəy Hüseynzadənin, M.Ə.Sabirin fəaliy-
yətlərini göstərə bilərik. Ümumiyyətlə, hər hansı bir ideologiyanı maarif-
çilik mexanizmindən uzaqlaşaraq yaymaq mümkün deyil.
XX əsr Azərbaycan maarifçiliyi təkcə maarifçi realizm deyildi,
onun həm də romantik qanadı mövcud idi. Belə ki, Ə.Hüseynzadənin bir
sıra əsərləri, xüsusən “Məcnun və Leylayi-İslam” maarifçi romantizm ki-
mi xarakterizə oluna bilər. Bəzən belə bir fikir səslənir ki, milliyyətçilik
başlanan yerdə maarifçilik bitir. Lakin bu, problemə bütöv yanaşmamaq-
dan törəyən bir mülahizədir. XX əsr Azərbaycan maarifçiliyinin aparıcı
xüsusiyyəti onun milliyyətçiliyidir. Eyni zamanda, XIX əsr Osmanlı ədə-
biyyatının maarifçilik (aydınlatma) ilə xarakterizə olunan romantizmi də
millət, vətən, ümmət şüurunu aşılaması ilə fərqlənirdi.
XX əsrin başlanğıc maarifçi realizmi XIX əsrin 70-90-cı illər Azər-
baycan maarifçi realizminin təkamülü nəticəsində formalaşmışdı. Eyni
zamanda, bu maarifçilikdə XIX əsr türk maarifçi romantizminin ənənələri
ilə də bağlılıqlar müşahidə olunmaqda idi.
XX əsr maarifçiliyinin XIX əsrdən fərqlənməsinə təsir edən başlıca
amillərdən biri də onun mükəmməl halda mövcud olan romantizm və tən-
qidi realizmlə eyni mühitə mənsubluğudur. Maraqlıdır ki, realizm cəb-
həsində o dövrdə aparıcılıq tənqidi realizmə aid olsa da, əsas realizm ha-
disəsi kimi tənqidi realizm fərqlənsə də, dramaturgiyada üstünlük maarif-
çi realizmə aid idi. Hətta romantizmdə belə, maarifçi romantizm qanadı
özünü göstərirdi. Bu da təbii idi, çünki həm tənqidi, həm də maarifçi
realizm üçün ortaq mənbə maarifçi realizm olmuşdu. Eyni zamanda
Türkiyə (Osmanlı) ədəbiyyatının XIX əsr ənənələrinin çarizmin müstəm-
ləkəsi altında yaşayan türk xalqları arasında geniş nüfuzu və onun daha
çox romantizmə aidliyi Azərbaycan, tatar və b. xalqların ədəbiyyatında
maarifçi romantizmin də təzahürünə yol açmışdır [4, s. 142-143]. Azər-
baycan romantizminin özündə belə maarifçi idealların üstünlüyü müşa-
hidə olunur. “Alman, fransız, ingilis maarifçilərindən fərqli olaraq bizim
romantiklərin nöqteyi-nəzərində maarifçilik ideyaları yeni dövr üçün mü-
tərəqqi və böyük ideyalar sayılırdı” [5, s. 131].
Tənqidi realizm öz sərt və barışmaz mövqeyi, romantizm qlobal
problemləri ədəbiyyatımıza gətirməsi ilə cəlbedici olsa da, maarifçilik
yeni bir mərhələdə azadlıq və səadət idealına milli şüuru aşılaması ilə
diqqəti cəlb edirdi. Artıq bu realizm Qərbi Şərqə gətirməkdən daha çox öz
ənənələri üstündə dünya ilə əlaqə quran Şərqi Qərbə çıxarma probleminin
Dostları ilə paylaş: |