______________________________________________________ Poetika.izm
105
hekayədə güclü istehza ilə təsvir edilmişdir. Sayalı arvada ərini diril-
dəcəyini güman etdiyi bir-iki morfi iynəsi almaq belə müyəssər olmur,
vertolyotun göyə qalxdığını görən arvad daha yazıq vəziyyətə düşür.
Sayalı arvadın göylərə üz tutub dediyi sözlər kimlərin qurub yaratdığını,
lakin kimlərin kef çəkdiyini son dərəcə acı və kədərli bir dil ilə ifadə edir:
”Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadı.
Başına dönüm, ay doxtur! O da hökumət adamıdı, kolxoz qurub, bandit
tutub! Əylə!.” [11]. Sayalı arvadın bu çağırışında təkcə “hökümət ada-
mının” sosial-mənəvi faciəsinin deyil, bütövlükdə Azərbaycanın tarixi fa-
ciəsinin səsi eşidilir. Milli-mənəvi dəyərlərimizin sosializm ideologiya-
sının yalançı işıqlarında boğulmasının
nəticəsi kimi milli təfəkkürün, milli
ruhun özünəqayıdış müstəvisində öz faciəsini dərk etməsi bu hekayənin
məzmun mahiyyətini təşkil edir. Məhz bu məqamda aydın olur ki, yazıçı
“İncə dərəni” məkan olaraq təsadüfi seçməyib. “İncə dərəsi” hadisələrin
baş verməsi üçün fiziki və coğrafi dəqiqliyi olan bəsit bir məkan deyil.
“İncə dərəsi”nin daşıdığı simvolik yük daha qabarıqdır və oxucu bədii
qənaətinin formalaşmasında əsas amildir. “Qazax mahalında "İncəli",
yaxud "İncə dərəsi" deyilən, həm vurub-tutan igidləri, həm böyük təfək-
kür – mənəviyyat (ruh) xadimləri, həm də istedadlı saz-söz adamları –
aşıqları, şairləri ilə kifayət qədər məşhur bir məskən var ki, onun tarixilə
maraqlananda istər-istəməz elə bir mistik qədimliyə gedib çıxırsan ki,
zamanın hərəkətinin hər hansı xronologiyasını təsəvvürdə hətta ən ümumi
konturları ilə belə bərpa etmək mümkün olmur” [12].
Özündə keçmişlə bu
günün qəribə bir məntiqlə vəhdətini qoruyan, etno-mədəni məskənin
hekayədə simvolik yükü bütövlükdə milli kimliyin, milli təfəkkürün, mə-
dəni və etnik dünyagörüşün məkanı kimi şərh oluna bilər. İncə dərəsi bu
hekayədə bütöv Azərbaycanı simvollaşdırır. Bəs Yaz çağı? Niyə məhz
Yaz çağı? Hekayədə baş verən hadisələrin yaz çağında baş verməsini
təsbit edən məqamlar olduqca azdır. Çünki müəllifin məqsədi hadisələrin
baş verdiyi zamanın sərhədlərini böyütməkdir. Hekayənin adından aldığı
informasiyanın, yəni hadisələrin yazda baş verməsinin doğru olduğunu
oxucu mətndə yalnız bir məqamda təsbit edir.
Bu kiçik dialoq mətn xronotopunun bədii estetik funksiyasının
dərkinə bizi biraz da yaxınlaşdırır. İncə dərəsinə gələn yaz, təbiətin ən
gözəl fəslidir. Torpağın oyanışı, təbiətin qış yuxusundan sonra günəşin
ilıq şüalarında isinməsini xarakterizə edən yaz ilə soyuq qışın əlaməti
olan qarın bədii təzadını yaratmaqla, Y.Səmədoğlu müəllif ideyasının,
müəllif mövqeyinin oxucu tərəfindən aşkarlanmasına nail olur. Azərbay-
can tarixindən az-çox məlumatı olan oxucu hekayədə nəql olunan hadi-
sənin baş verdiyi zamanı müəyyənləşdirməklə kifayətlənmir, yazıçının bu
zaman kəsimini “yaz çağı” ilə simvollaşdırmasının arxasında dayanan
məqamları da görə bilir. Belə ki, milli özünüdərk, milli özünəqayıdışın ilk
______________________________________________________ Poetika.izm
106
rüşeymlərinin formalaşdığı 1960-70-ci illərdə sovet hakimiyyətinin sütun-
ları sarsılırdı. Artıq uzun və soyuq qışdan çıxmaq üçün ilk addımlar atı-
lırdı. Hekayədə Sayalı arvadın hələ sözə düzülməmiş düşüncələrindəki
sualları buna əyani nümunədir. Sayalı arvad “Allahın zülmü” ilə cəmiy-
yətin sürüklədiyi zülmləri ayırd etməyə çalışır, Çərkəzin və keçmiş ispol-
komun cəmiyyətdəki gerçək mövqeyini sezəcək qədər qabağa gedir. İnsan
bütün faciəvi durumlarda ümidə bel bağlayır. Ümid varsa, gələcək var.
Sayalı arvad
öz ümidini,
gələcəyini, yaz çağını itirmək istəmir.
Ədəbiyyatımızın hekayə janrının təkamül tarixində xüsusi çəkisi
olan “İncə dərəsində yaz çağı” hekayəsində xronotopun müəyyənləşməsi
mətnin bədii-estetik kamilliyinin birbaşa üzə çıxmasına şərait yaradır.
Xronotopun mətnin bədii modelində gizlənən simvolik yükünün aşkarlan-
ması hekayənin bədii məzmununun, mövzu dərinliyinin, bədii problema-
tikasının doğru şərh olunmasına səbəb olur.
Yaddaş yazıçının ən böyük sərvəti hesab olunur. Yazıçı yaddaşında
yalnız öz şəxsi xatirələri yer tutmur. Milli yaddaş, ədəbi yaddaş, tarixi
yaddaş müəllif yaddaşının ayrı-ayrı qatlarını təşkil edə bilir. Həmin xa-
tirələr, yadasalmalar yazıçı üçün bir növ yanacaq rolunu oynayır. Yazıçı
yazmağa, öz yaddaşında yığılanları oxucuya ötürməyə can atır. Bədii
sözün gücündən ustalıqla istifadə etməyi bacaran yazıçı öz yaddaşını
uğurla bədii əsərə gətirə bilir. Xalq yazıçısı Yusif Səmədoğlu XX əsr
Azərbaycan ziyalılığının yüksək keyfiyyətlərini öz şəxsiyyətində daşıyan,
mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həm ədəbi, həm
də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azad-
lıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Y.Səmədoğlu XX
əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata,
gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilmişdir. Millilik, milli-
mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli
əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və
ibrət dərsləri güclüdür. Yusif Səmədoğlunun yaradıcılığı bütövlükdə milli
yaddaş salnaməmizdir.
Azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün ak-
tual olan bu əsərlərin milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ru-
hun, adət-ənənələrin yaşanmasında böyük rolu vardır. Bu baxımdan Y.Sə-
mədoğlunun əsərlərində milli ideyanın təlqin və təbliği güclüdür. O, hələ
sosializm cəmiyyətinin, avtoritar rejimin ən şiddətli çağlarında, 1959-cu
ildə "Yaddan çıxmış sözlər" novellasında və "Xəzri" hekayəsində cəsa-
rətlə millətimiz üçün faciəvi mahiyyəti olan mühüm tarixi hadisəni qələ-
mə alaraq, "Türkmənçay – 1828-ci il" müqaviləsini yada salmış, oxucu-
larını bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırmış, torpaq-
larımızın iki yerə parçalanması dərdi-acısı ilə Təbriz harayı qaldırmışdır.
Y.Səmədoğlunu həmişə xalqın taleyi, mənəviyyatı düşündürdüyündən,