______________________________________________________ Poetika.izm
109
İZM
Tahirə MƏMMƏD
Filologiya üzrə elmlər doktoru, professor
Nizami adına Ədəbiyyat İnstitutu
tahire.mammed@yahoo.com
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə
yetirilmişdir. Qrant № EİF-2013-9 (15)-46/35/5)
MAARİFÇİLİK VƏ ONUN XX ƏSR AZƏRBAYCAN
ƏDƏBİYYATINDA TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: maarifçilik, intellektual mühit, yaradıcılıq metodu, maarifçi realizm,
maarifçi
romantizm, Azərbaycan ədəbiyyatı, ədəbi
cərəyan
Key words: enlightenment, intellectual environment, the method of creativity,
enlightened realism, enlightened romanticism, Azerbaijani
literature, literary movement
Realizm istər Qərbdə, istərsə də Şərqdə poetika ilə izmin üz-üzə
gəldiyi, qarşılaşdığı məkandır. Klassizm maarifçi realizmdən daha əvvəl
gəlsə də, əsasında estetik meyarlar durur, onu da əsasən poetika prob-
lemləri düşündürür. Sözsüz ki, hər hansı cərəyan kimi, realizmin də poeti-
kası var, lakin onun probleminin mahiyyətində başlıca yeri məhdudiyyət-
lər qoyan poetika tutmur; özü izahı lazım olan yeni bir poetika forma-
laşdırır. Artıq burada strukturda mütləqləşən poetika ilə yox, mexanizm
və strukturdan törəyən, aşkarlanmasına ehtiyac yaranan poetika ilə üz-üzə
qalırıq. Maarifçiliyin texnologiya və strukturunda toplumun, kütlənin
şüuruna təsiretmə modeli əsas olduğu halda, tənqidi realizmdə poetika
sosiallığa və tarixiliyə, tipikliyə xidmət edərək daha kəskin və çoxölçülü
modellər formalaşdırır.
Realizmin mahiyyətinin aydınlaşması üçün öncə maarifçilikdən
başlamaq lazımdır. Maarifçiliyin açar nöqtəsi ağıldır. İ.Kant cəmiyyəti və
fərdləri hər şeyi ağıl süzgəcindən keçirməyə dəvət edir: “Öz ağlından isti-
fadəetmə cəsarəti göstər”, – [1] deyir.
Ənənəvi olan hər bir şeyə ağılla yanaşıb, onu dəyişdirməyə və ağlın
normalarına uyğunlaşdırmağa çalışan maarifçilik yaratdığı cəbhələşmə ilə
ədəbi-fəlsəfi olduğu qədər də ideoloji cərəyandır. Maarifçilik sənətin
estetik və sosial müstəvisi arasında keçid rolu oynayır. İlk baxışdan xalqa
______________________________________________________ Poetika.izm
110
ünvanlandığı, ağlı, rasional düşüncəni önə çəkdiyi üçün maarifçilikdə so-
sial planın əsas olması qənaətini formalaşdırır. Lakin qarşılaşdırmada,
gerçəkliklə üz-üzə gətirmədə maarifçiliyin həyatın özündən çox yeni bir
planda sənətli proqramlaşma olması təsəvvürü yaranır. Ağlı, gerçəkliyi,
ədalət və səadəti əsas hesab edən, götürən, bilən maarifçilik insanla nə
dərəcədə səmimidir, onun ağlında, ənənəvi alışqanlığında dəyişmələr et-
məkdə haqlıdırmı? İnsana iradə azadlığı, səadət aşılamaq istəyən bu ədə-
biyyat bəzən bilərəkdən və bilməyərəkdən aldadıcılıq sərgiləyir. Burada
məqsəd və amal ağlauyğunluq prinsipi ilə planlaşdırılır. Ancaq onun nə-
ticəsi həmişə səadət gətirirmi? Və yaxud insanın rasional düşüncəsini qa-
bardan və onu mütləqləşdirməyə yönələn bu ədəbiyyat insanın içindəki
daxili bir meylin, mistifikasiyanın qarşısını almırmı? Belə olduqda o, in-
san təbiətinə hansı səviyyədə uyğundur və nə dərəcədə realdır. Deməli,
maarifçi realizm insanın mahiyyətinin reallığını göstərməkdən çox, onu
ağlın xeyrinə dəyişdirməyi hədəf alıb. Buradan da, maarifçiliyin mexa-
nizmi, yəni insanı yönləndirmə mexanizmi bütün ideologiyalar və metod-
lar üçün bu və ya digər səviyyədə səciyyəvidir. Hətta maarifçiliyə tənqidi
yanaşan postmodernizm özü belə, qabartmaq və beyinə yerləşdirmək istə-
dikləri, beyni qurdalamaq “oyunları” ilə bu mexanizmdən uzaqlaşa bilmir.
İ.Kantın “öz ağlından istifadəetmə cəsarəti göstər” prinsipi, tarixin
düzəni dəyişdikcə, yeni dərketmə və davranma şəraiti formalaşdırdı. Bu
isə öz növbəsində maarifçilikdə tarixilik və millilik kimi keyfiyyətlərin də
inkişafına yol açdı. Maarifçilik, adət etdiyimiz qaydada təkcə realizmin
bir mərhələsi olmaqla məhdudlaşmadı, eyni zamanda, onun özünün mər-
hələləri və təmayülləri meydana gəldi.
Maarifçiliyə görə, ədəbiyyatın əsas sosial
vəzifəsi ağlauyğun cəmiy-
yətdə insan hüquqlarının təmini ilə bağlıdır. Maarifçilər müxtəlif üsul-
larla, bədii əsərlərlə (əsasən nəsr və dramaturgiya), teatrla, mətbuatla,
yenitipli məktəblərlə insanları yeni cəmiyyətə hazırlayırlar. XX əsrin
başlanğıcı intellektual mühitində Azərbaycan üçün ziyalının və ideoloqun
düşündüyü ağlauyğun cəmiyyət necə ola bilərdi? Bu sualın cavabında
istər-istəməz hakim, güclü dövlətin maarifçisi ilə onun asılılığında olan
millətin maarifçisinin görüşlərində fərq ortaya çıxır. Belə ki, XX əsrin
Rusiyasında haqqı pozulan, ağlauyğun gəlməyən şərtlər içərisində ya-
şayan fəhlə və təhkimçilikdən hələ də tam yaxa qurtara bilməyən kəndli
idisə, Azərbaycanda bu, öncə iradəsini təmsil edə bilməyən bütöv millət
və alt sistemdə onun hüquqsuz təbəqələri idi. Sovet nəzəriyyələrində
maarifçilik daha çox təhkimçiliyə qarşı yaradılan bir hərəkat kimi dəyər-
ləndirilir. Lakin bu, Rusiya gerçəkləri üçün doğru ola bilərdi. Ona görə də
təhkimçilik və kəndliliyi maarifçiliyin dəyişməz predmeti kimi mütləqləş-
dirmək özünü doğrultmur. Bu yanaşma sosialist ideologiyasından irəli
gəlir və maarifçiliyi sinfiləşdirir. Belə ki, türk ədəbiyyatına nəzər saldıqda